{
  "generated_at": "2026-08-14T22:12:15",
  "source": "Ali Məhkəmənin üç ulduzlu qərarları",
  "records": [
    {
      "menbe": "Ali Məhkəmənin üç ulduzlu qərarları",
      "akt_novu": "Üç ulduzlu qərar",
      "tarix": "2023-08-31",
      "basliq": "1(102)-1357/2023",
      "is_nomresi": "1(102)-1357/2023",
      "movzu": "",
      "metn": "Azərbaycan Respublikası adından\nQƏRAR\nBakı şəhəri İş № 1(102)-1357/2023 31.08.2023\nALİ MƏHKƏMƏ\nAzərbaycan Respublikası adından\nAzərbaycan Respublikası Ali Məhkəməsinin\nCinayət kollegiyasının\nQ Ə R A R İ\nAzərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər\nRəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), X7 və X1 ibarət tərkibdə,\nməhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş\nProkurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası\nməhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X5,\nməhkumun müdafiəçisi Müdafiəçi3 iştirakı ilə,\nŞirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-657/2022 nömrəli,\n25 oktyabr 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya\nşikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi.\nI. İşin halları\n1. Məhkum xx xxxxxx 1996-cı il tarixdə Cəlilabad şəhərində anadan olmuş,\nAzərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, məhkumluğu\nolan, Cəlilabad şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2\n2. 22 fevral 2022-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası\nCinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 234.4.3-cü\nmaddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir.\n3. 17 mart 2022-ci il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hazırlıq\niclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə\nməhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.\n4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına\ngörə, Məhkum satış məqsədi ilə qanunsuz olaraq iki ədəd bükümlərdə, ayrı-ayrılıqda\ntəmiz çəkiləri 5,819 qram və 6,724 qram olmaqla, ümumi təmiz çəkisi 12,543 qram,\nyəni külli miqdar təşkil edən narkotik vasitə olan heroini əldə etmiş, üzərində saxlamış\nvə daşımış, 10 noyabr 2021-ci il tarixdə Cəlilabad rayon polis şöbəsi və Azərbaycan\nRespublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin X6 Şöbəsinin\nəməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Cəlilabad\nşəhəri, Qurtuluş prospektində yerləşən “Green Store” marketinin yaxınlığında\nsaxlanıldıqdan və şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə şəxsi axtarış\nkeçirilərkən əynindəki şalvarın sol yan cibində olmuş göstərilən heroin və bir ədəd\nelektron tərəzi aşkar edilmiş, qablaşdırılaraq götürülmüşdür.\n\n5. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)262/2022 nömrəli, 24 may\n2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü\nmaddəsində nəzərdə tutulmuş cinayət əməlini törədilməsində təqsirli bilinib 5 (beş) il\nmüddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan\nRespublikası CM-nin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən yeni hökmlə təyin\nedilmiş 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasının Cəlilabad Rayon\nMəhkəməsinin 1(073)-46/2021 nömrəli, 18 fevral 2021-ci il tarixli hökmü ilə\nAzərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş azadlığın\nməhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 1 (bir) il 1 (bir) ay 4 (dörd) gün\nhissəsinin iki gününün bir günə bərabər tutulmaqla 6 (altı) ay 17 (on yeddi) gün\nmüddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə hökmlərin\nməcmusu üzrə qəti olaraq 5 (beş) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə\ncəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi,\ncəzaçəkmə müddətinin əvvəlinin 10 noyabr 2021-ci il tarixdən hesablanması hökm\nedilmiş, həmçinin maddi sübut və məhkəmə məsrəfi məsələləri həll edilmişdir.\n6. Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxs\nMəhkum və müdafiəçisi Müdafiəçi3 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayəti\nverilmişdir.\n7. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-657/2022\nnömrəli, 25 oktyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş,\nLənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)262/2022 nömrəli, 24 may 2022-ci il\ntarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.\n8. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum\nkassasiya şikayəti vermişdir.\nII. Kassasiya müraciətinin dəlilləri, etirazlar\n9. Kassasiya şikayətində törədilən cinayət əməlinin səhv tövsif edilməsi iddia\nedilməklə, Məhkum əməlin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən\nhəmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi, bu maddənin sanksiyası\nhəddində cəza təyin edilməsi yaxud ona bəraət verilməsi xahiş edilir.\n10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.\nIII. Hüquqi məsələlər\n11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə\nkassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan\nRespublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan\nRespublikası CPM”) 419-cu maddəsi müəyyən edir.\n12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni\nqüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları\naraşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir.\nKassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya\napellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və\nya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-\nProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.\n13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası\nməhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı\nbir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən\n\nmüəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların\ndüzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.\n14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin\nqərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin\nsəlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi\nmüəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin\nəsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya\nqaydasında ləğv və yaxud dəyişdirilə bilər.\n15. Məhkum kassasiya şikayətində törətdiyi cinayət əməlinin tövsifini və ona təyin\nedilmiş cəzanı mübahisələndirməklə, eləcə də ona bəraət verilməli olduğunu iddia\netməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.6,\n416.1.15 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv\nedilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla\nəlaqələndirmişdir.\n16. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası\nCPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya\nmüraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şirvan Apellyasiya\nMəhkəməsinin Cinayət kollegiyasının 1(106)-657/2022 nömrəli, 25 oktyabr 2022-ci\ntarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.\n17. Belə ki, Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsində əksini tapmış\ncinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə,\nşəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə\nəsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların\nməcmusu ilə təsdiq olunmalıdır.\n18. Həmin Məcəllənin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər\ncinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları\nbu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata\nkeçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması\nyolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan\nmüəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli\nmünasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və\ndigər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi\nyolverilməzdir.\n19. Cinayət-Prosessual Məcəlləsinin 138.1-ci maddəsində təsbit edilmişdir ki,\nsübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların\nmüəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və\nqiymətləndirilməsindən ibarətdir.\n20. Yenə də həmin Məcəllənin 139-cu maddəsi bu normada təsbit olunmuş digər\nhallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə\nnəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara\nəsasən müəyyən edilməsini tələb edir.\n21. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-\nnin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş\ncinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya\nhərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.\n22. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin\nmövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin\n\nCinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin\nmüvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.\n23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi\nmövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə\nyetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli\nşəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda\nkonkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət\nverilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq\nnormasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir\ncinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün\ntövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını,\ncinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını\nmüəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza\ntəyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33\nvə 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası\nKonstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).\n24. Təsvir edilən maddi və prosessual cinayət-hüququ normalarının tələblərini,\neləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi\nmövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası baxılan kassasiya şikayətinin\nməhkum tərəfindən narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı törətdiyi cinayət\nəməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsaslı hesab edir.\n25. Belə ki, ibtidai istintaq orqanı tərəfindən ilkin olaraq Məhkum barəsində 11\nnoyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət\nişi başlanılsa da, daha sonra onun əməli 12 noyabr 2021-ci il tarixdə Azərbaycan\nRespublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə\nyalnız aşkar olunaraq götürülmüş narkotik vasitə heroinin təmiz çəkisinin 12,543 qram\nolmaqla şəxsi istehlak miqdardından artıq olması əsası ilə tövsif edilmiş, ona həmin\nmaddə ilə təqsirləndirilməsinə dair ittiham elan edilərək, məhkəməyə göndərilmişdir.\n26. Birinci instansiya məhkəməsi Məhkum Azərbaycan Respublikası CM-nin\n234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirliliyini\nmüəyyən edərkən, məhkəmə istintaqı və ibtidai araşdırma zamanı verdiyi izahat və\nifadələrinin iş üzrə sübut kimi qiymətləndirilən hissələri ilə yanaşı, məhkəmə istintaqı\nvə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1, X8, Şahid3 və Şahid4\nifadələri, “Şəxsi axtarış keçirilməsi haqqında” 10 noyabr 2021-ci il tarixli protokol, ona\nəlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülər, məhkəmə fiziki-kimyəvi\nekspertizasının 11 noyabr 2021-ci il tarixli, 19/1127 saylı rəyi, əməliyyat-axtarış\nfəaliyyətinin gedişində əldə edilmiş material hesab edilən, Cəlilabad RPŞ-nin\nsəlahiyyətli şəxsinin tərtib etdiyi 23 dekabr 2021-ci il tarixli raportu, ambulator\nməhkəmə-psixiatrik ekspertizasının 16 noyabr 2021-ci il tarixli, 2700 nömrəli rəyi, digər\nistintaq hərəkəti protokolları və sənədlər, iş üzrə maddi sübut qismində tanınmış\nheroin qalığı və bir ədəd elektron tərəzi, yəni toplanmış sübutların məcmusu ilə tam\nsübut edilməsi qənaətinə gəlmişdir.\n27. Həmin sübutların məcmusuna nəzər yetirildikdə müəyyən edilir ki, ibtidai\nistintaq orqanı Məhkum qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə\nirəli sürülmüş ittihamın həlledici əsası kimi aşkar edilmiş narkotik vasitənin külli miqdar\ntəşkil etməsi, bununla yanaşı üzərinə şəxsi axtarış və baxış keçirilərkən elektron\ntərəzinin aşkar edilməsini əsas götürməklə onun narkotik vasitələrinin satışı ilə məşğul\nolması qənaətinə gəlmişdir.\n\n28. Cinayət işi materiallarında olan elektron tərəziyə baxış keçirilməsi haqqında 13\nnoyabr 2021-ci il tarixli protokoldan görünür ki, Məhkum üzərindən aşkar edilmiş bir\nədəd elektron tərəziyə baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki,\nelektron tərəzi boz rəngdədir və hazırda işlək vəziyyətdə deyil.\n29. Cinayət işi materiallarında olan “Şəxsi axtarış və götürmə barədə” 10 noyabr\n2021-ci il tarixli protokoldan görünür ki, Məhkum barəsində axtarış və götürmə\nkeçirilərkən, o, şifahi sorğu zamanı üzərindən aşkar olunmuş bir ədəd elektron\ntərəzinin istifadə etdiyi narkotik vasitənin ölçüsünü bilmək üçün üzərində gəzdirdiyini\nbildirmişdir.\n30. Cinayət işinin materiallarından həmçinin müəyyən edilir ki, barəsində keçirilmiş\nməhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Məhkum tiryək alkoloidlərini\ntərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya\nxəstəliyinin aşkar olunmuşdur.\n31. Yuxarıda göstərilənlərə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki,\nməhkum edilmiş şəxsin üzərinə baxış zamanı onda elektron tərəzi aşkar edilsə də,\nhəmin tərəzi işlək vəziyyətdə, istifadəyə yararlı olmadığından, belə vəziyyətdə olan\nəşyanın narkotik vasitələrin satışına xidmət etməsi barədə məhkəmələrin gəldiyi\nqənaət məntiqi nəticə kimi əsaslı hesab edilə bilməz.\n32. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, ibtidai istintaq orqanı tərəfindən\naxtarış və götürmə aparılan zaman Məhkum şəxsi istifadəsində olan 1 ədəd\n“Samsung” markalı sadə mobil telefon cihazı götürülsə də, 15 noyabr 2021-ci il tarixli\nbaxış keçirilməsi haqqında protokoldan Məhkum şəxsi istifadəsində olan 1 ədəd\n“Samsung” markalı sadə mobil telefon cihazının zənglər və SMS-lər siyahısına baxış\nkeçirilərkən iş üçün əhəmiyyət kəsb edən zəng və ya SMS aşkar edilmədiyi müəyyən\nolunur.\n33. Cinayət işi materiallarında olan sübutlar əsasında Məhkum narkotik vasitələrin\nistifadəçisi olduğunu güman etmək olsa da, onun narkotik vasitənin satış məqsədilə,\nəvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə əldə etməsini\ntəsdiqləyən yetərli sübutları aşkar etmək olmur.\n34. Belə şəraitdə, yəni Məhkum qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü\nmaddəsi ilə irəli sürülmüş ittihamı təsdiqləyən hər hansı bir mötəbər sübut mövcud\nolmadığı halda, istintaq orqanı törədilən əməlinin hüquqi tövsifinə dair qənaətini yalnız\nməhkum edilmiş şəxsin üzərində aşkar edilmiş narkotik vasitənin miqdarı ilə\nəsaslandırmağa çalışmışdır.\n35. Bununla belə, birinci instansiya məhkəməsi şəxsin əməlində narkotik vasitənin\nsatışını təsdiqləyən hər hansı mötəbər sübut mövcud olmadığı halda Məhkum cinayət\ntəqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə tam təqsirli bilmiş və apellyasiya\ninstansiyası məhkəməsi bu mövqe ilə razılaşaraq səhv qənaətə gəlmişdir.\n36. Nəticədə, birinci və apellyasiya instansiyaları məhkəmələri aşkar olunmuş\nnarkotik vasitənin satış məqsədi ilə əldə edilməsi barədə iş üçün əhəmiyyətli olan\nsübutları qanunamüvafiq qaydada qiymətləndirməyib, istintaq orqanının mülahizələrə\nəsaslanmış ittihamı ilə razılaşıb, təqsirsizlik prezumpsiyasını rəhbər tutmadan\nəsaslandırılmamış yekun məhkəmə aktları qəbul edib, Məhkum əməlini Azərbaycan\nRespublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif etməklə məhz bu cinayətin\ntörədilməsində onun təqsirini sübuta yetirilmiş hesab etmişlər\n37. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət-prosessual qanunverciliyin tələbinə\ngörə hər hansı şəxsin cinayət törədilməsində təqsirli bilinməsi barədə istintaq orqanın\n(ittiham tərəfinin) təqdim etdiyi sübutlar konkret, mötəbər və kifayət qədər olmalı,\n\nşübhələr və ya ehtimallar üzərində qurulmamalı, mülahizələrə əsaslanmamalı,\ninandırıcı və “ağlabatan” olmalı, məhkəmədə daxili inam yaratmalıdır. Narkotik\nvasitənin külli miqdarda olması və ayrı-ayrı bükümlərdə olması şəxsin əməlinin\nAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi\nüçün yetərli deyil, həmin narkotik maddənin satış məqsədi ilə əldə edilməsi hər bir\nfərdi halda cinayət işi üzrə toplanmış sübutların məcmusu ilə müqayisəli şəkildə\nqiymətləndirilməlidir ona görə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların\nprekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci\nmaddəsinə görə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının\nqanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və\npsixotrop maddələrin yayılmasına yönəldilmiş hərəkətlər yalnız əvəzli və ya qazanc\nəldə edilməsi, yaxud digər şəxsi maraq məqsədlə həyata keçirildikdə narkotik\nvasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.\n38. Qanunun istinad edilən normasına izah verən, narkotik vasitələrin, psixotrop\nmaddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair işlər üzrə vahid\nməhkəmə təcrübəsinin formallaşması məqsədi ilə qəbul edilmiş Azərbaycan\nRespublikası Ali Məhkəməsinin müvafiq qərarında da qeyd edilmişdir ki, həmin\nQanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli\nmüəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri əmlak xarakterli\nmənfəət əldə etmə başa düşülür. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində\nolması müəyyən edilərkən başqa sübutlarla yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq\nəldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların\nhazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır\n(“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz\ndövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan\nRespublikası Ali Məhkəməsinin Plenumunun Qərarı, §§ 8 və 9, 04 mart 2011-ci il).\n39. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa\nMəhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) formalaşmış presedent\nhüququna görə də, narkotik vasitə və maddələrin qanunsuz dövriyyəsinin məhz satış\nməqsədilə həyata keçirilməsi iddia edilən işlərdə yerli məhkəmələrdən istintaq\norqanının konkret olaraq hansı istintaq hərəkətlərini icra etdiyinin nəzərdən keçirilməsi\ntələb edilir (İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16, § 130, 13\nfevral 2020-ci il). Bu müqaildən olan cinayət işlərində əməliyyat-axtarış fəaliyyətini\nhəyata keçirən orqan əməliyyat tədbirinin aparılmasına əsas yaradan səbəblərin,\nxüsusilə də şübhəli şəxsin cinayət törətməsi istiqamətində artıq müəyyən addım\natdığını təsdiqləyən, əldəetmə mənbəsinin sonrakı mərhələdə yoxlanılması mümkün\nolan konkret və obyektiv məlumatların mövcud olduğunu nümayiş etmək imkanında\nolmalıdır (Kuzmina və Digərləri Rusiyaya qarşı, № 66152/14 və s., § 88, 20 aprel\n2021). İstintaq hərəkətlərinin yalnız narkotik vasitələrin götürülməsi ilə\nməhdudlaşması, nağd pul vəsaiti, narkotik vasitələrin qanunsuz satışının təşkilinə aid\nolan əşyalar, o cümlədən tərəzi və qablaşdırma materialları, alış-verişin iştirakçıları –\nnarkotikin potensial təchizatçıları və ya alıcıları haqqında məlumat, bu qəbildən olan\ndigər mötəbər sübutların aşkar edilməsi istiqamətində istintaqın istənilən mərhələsində\nheç bir praktiki addımın atılmaması məhkəmələr tərəfindən mütləq nəzərə alınmalıdır\n(Savalanlı və Digərləri Azərbaycana qarşı, № 54151/11, § 92, 15 dekabr 2022-ci il).\n40. İstinad edilən maddi cinayət-hüquqi normalardan, məhkəmə təcrübəsini\ntənzimləyən Azərbaycan Respublikası Ali Məhkəməsinin tövsiyələrindən və Avropa\nMəhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi, aparılmış istintaq nəticəsində\nnarkotik vasitələrin satış məqsədi ilə əldə edilməsini təsdiqləyən hər hansı bir mötəbər\n\nsübut növünün məhkəmə istintaqına təqdim edilmədiyi halda, aşkar edilmiş narkotik\nvasitənin şəxsi istehlak miqdarından artıq miqdarda olduğuna və işlək vəziyyətdə\nolmayan elektron tərəzinin aşkar olunduğuna görə Məhkum Azərbaycan Respublikası\nCM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməli törətdiyi əsasla cinayət\nməsuliyyətinə cəlb edilməsi, Azərbaycan Respublikasının cinayət və cinayət-\nprosessual qanunvericiliyinin, eləcə də “İnsan hüquqlarının və əsas azadlıqların\nmüdafiəsi haqqında” Konvensiyanın ədalətli məhkəmə araşdırması hüququnu\nmüəyyən edən 6-cı maddəsinin təməl prinsiplərinə ziddir.\n41. Məhkəmə kollegiyası həmçinin onu da qeyd edir ki, birinci instansiya\nməhkəməsində müdafiəçinin verdiyi vəsatət üzrə Məhkum barəsində tərtib edilmiş\nşəxsi işə baxış keçirilərkən kserosurətləri çıxarılaraq cinayət işinə əlavə edilmiş,\nsonuncunun 17 noyabr 2021-ci il tarixdə Bakı İstintaq Təcridxanasında müayinə\nedilməsinə dair tərtib edilmiş akt, təcridxananın rəisinə yazdığı izahat və təcridxananın\nCəlilabad rayon prokurorluğuna ünvanladığı məktubdan görünür ki, həmin tarixdə\nMəhkum təcridxananın tibbi-sanitar hissəsində müayinə edilərkən hər iki said və qarın\nnahiyələrində çoxlu sayda qərtməkli yaralar, sol gözaltı və sol kürək nahiyələrində\nsarımtıl bənövşəyi rəngli qançır aşkar edilmişdir.\n42. Həmin xəsarətlərin yaranma səbəbi ilə bağlı material üzrə aparılmış araşdırma\nzamanı Məhkum bununla bağlı təcridxananın rəisinə yazdığı izahatında hər iki said və\nqarın nahiyələrindəki çoxlu sayda qərtməkli yaraları iş üzrə tutulmamışdan əvvəl\nəsəbiləşərək özü-özünə yetirməsi, sol gözaltı və sol kürək nahiyələrindəki qançırı isə\niş üzrə tutulması zamanı aldığını göstərmiş, təcridxana bu barədə Cəlilabad rayon\nprokurorluğuna məlumat vermişdir. Buna görə də Cəlilabad rayon prokurorluğunda\naraşdırılması aparılmış 28C-22 nömrəli material üzrə qəbul edilmiş “Cinayət işi\nbaşlanmasının rədd edilməsi haqqında” 27 fevral 2022-ci il tarixli qərar qəbul\nedilmişdir.\n43. Bununla belə, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Məhkum polis\nəməkdaşı Şahid1 onun qarın nahiyəsinə bir neçə dəfə yumruqla zərbələr vurduğunu\nbildirmiş, daha sonra isə apellyasiya və kassasiya şikyətlərində fiziki və psixi zorakılığa\nməruz qaldığını iddia etmişdir.\n44. Bu halla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsi\nPlenumunun formalaşmış hüquqi mövqeyini xatırladaraq qeyd edir ki, təqsirləndirilən\nşəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında\ndəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi\nifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi\nzorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki,\nAzərbaycan Respublikası CPM-nin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və\n449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və\nonun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının\n(onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual\nhərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız\nrəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması\nbarədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər.\nOdur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli)\nşəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli\nsürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun\nmüdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında\nqaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-\nyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq\n\nedilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının\nrədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun\nmüdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-\nverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ\nüzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır (Azərbaycan Respublikası Ali\nMəhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” qərarı, № 15, § 25, 24 dekabr\n2021-ci il).\n45. Məhkəmə kollegiyası işgəncələrin qadağan olunmasını bəyan edən “İnsan\nHüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra\n– “Konvensiya”) 3-cü maddəsinin tələblərinin pozulması ilə əldə edilmiş sübutların\ncinayət prosesində istifadəsinə dair Avropa Məhkəməsinin presedent hüququnun\nnəzərdən keçirilməsini də məqsədəmüvafiq sayır.\n46. Belə ki, Avropa Məhkəməsinin mövqeyinə görə, Konvensiya ilə təmin edilən\nəsas və mütləq hüquqlardan birinin pozulması nəticəsində əldə edilmiş sübutdan\nistifadə, hətta həmin sübut şəxsin məhkum edilməsində həlledici əhəmiyyət kəsb\netməsə belə, həmişə icraatın ədalətliliyi ilə bağlı ciddi problemlər yaranmasına səbəb\nolur (Zliçiç Serbiyaya qarşı, № 73313/17, § 119, 26 yanvar 2021-ci il). 3-cü maddənin\npozulması nəticəsində əldə edilmiş ifadələrin cinayət prosesində istifadə edilməsi –\nrəftarın işgəncə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar kimi təsnifatından asılı\nolmayaraq – 6-cı maddənin pozulması ilə bütövlükdə icraatı avtomatik olaraq ədalətsiz\nedir (İbrahim və X2rşı [BP], № 50541/08 ə s., § 254, 13 sentyabr 2016-cı il). 3-cü\nmaddə ilə qaldırılan şikayətin hətta qəbuledilməz hesab edilməsi, məhkəmələr\ntərəfindən Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan təminatlara riayət edilib-\nedilmədiyi məsələ üzrə qərar qəbul edərkən pis rəftara məruz qalmaya dair iddianın\nnəzərə alınmasını istisna etmir (Aydın Çetinkaya Türkiyəyə qarşı, № 2082/05, § 104, 2\nfevral 2016-cı il). Sübutun məhz pis rəftar nəticəsində əldə edildiyi barədə iddiaları\naraşdırarkən, cinayət işinə mahiyyəti üzrə baxan məhkəmədən təhqiqat orqanı\ntərəfindən əvvəllər araşdırılmış eyni faktlara və hallara yenidən qiymətləndirmək tələb\noluna bilər. Lakin bu halda məhkəmənin vəzifəsi pis rəftarı icra edən şəxslərin fərdi\ncinayət məsuliyyətinə cəlb edilməsinə dair yox, tam, müstəqil və hərtərəfli yoxlama\nyolu ilə müvafiq sübutların mümkünlüyünü və etibarlılığını araşdırmaqdan ibarətdir. Pis\nrəftara məruz qalma nəticəsində əldə edilməsinə dair mötəbər iddiaların irəli\nsürülməsinə baxmayaraq, ifadənin sübut kimi qəbul edilməsi məhkəmə baxışının\nədalətliliyinə dair ciddi şübhələrin yaranmasına səbəb olur (Belugin Rusiyaya qarşı, №\n2991/06, § 74, 26 noyabr 2019-cu il).\n47. Təsvir edilən ümumi prinsiplərə əsaslanaraq, Avropa Məhkəməsi Dursun\nƏliyev Azərbaycana qarşı iş üzrə qəbul etdiyi qərarında belə nəticəyə gəlmişdir ki,\nprokurorun qəbul etdiyi cinayət işinin başlanmasının rədd edilməsi qərarı yerli\nməhkəmələrə ərizəçinin təzyiq altında verdiyi iddia edilən özünün qismən etirafedici\nilkin ifadələrinin sübut kimi istifadə edilməsinə qarşı etirazı üzrə araşdırma\naparmaqdan imtina etmələrinə əsas vermirdi. Ərizəçinin pis rəftarla bağlı şikayətinə\ndair bu və ya digər formada tədqiqatın həyata keçirilməsi faktı özü-özlüyündə heç də\nhəmin araşdırmanın həqiqətin müəyyən edilməsində səmərəli olduğunu təsdiqləmir.\nBundan əlavə, ölkədaxili məhkəmələrdən iddia edilən pis rəftara görə təqsirkarların\nfərdi cinayət məsuliyyətinin araşdırması ərizəçiyə aid cinayət prosesində gözlənilməsə\ndə, onlar (daxili məhkəmələr) ərizəçinin təqsirinin müəyyən edilməsi ilə bağlı\nsübutların mümkünlüyü və etibarlılığı üzrə tam, müstəqil və hərtərəfli araşdırma və\nqiymətləndirmə aparılması vəzifəsinin daşıyıcısı idilər. Bu öhdəlik təqsirsizlik\nprezumpsiyası prinsipindən və təqsirləndirilən şəxsin ona qarşı hər hansı sübuta etiraz\n\netmək hüququndan irəli gəlirdi (Dursun Əliyev Azərbaycana qarşı, № 20216/14, § 141,\n27 aprel 2023-cü il).\n48. Hazırkı cinayət işinin hallarından da görünür ki, Məhkum bədənində fiziki\nzorakılığa məruz qalmasını təsdiqləyən müxtəlif izlərin aşkar edilməsi ilə bağlı\nCəlilabad rayon prokurorluğunun “Cinayət işi başlanmasının rədd edilməsi haqqında”\n27 fevral 2022-ci il tarixli qərarı qəbul edilsə də, məhkəmələr məhkumun\nmüvafiqdəlillərinə kifayət qədər diqqətlə yanaşmamış, sübutların mümkünlüyü və\netibarlılığı üzrə tam, müstəqil və hərtərəfli araşdırma və qiymətləndirmə aparılması\nvəzifəsini yetərincə dolğun icra etməmişlər.\n49. Bu məqamda məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsi\nPlenumunun tövsiyəsini xatırladaraq qeyd edir ki, bütün səylərə baxmayaraq,\nməhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi\nilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək\nmümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul\nedilməsi məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1-ci maddəsi, eləcə də\naradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini\ntələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir\n(Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında”\nqərarı, § 28).\n50. Məhkəmə kollegiyasının fikrincə, Məhkum təcridxananın tibbi-sanitar\nhissəsində müayinə edilərkən onda hər iki said və qarın nahiyələrində çoxlu sayda\nqərtməkli yaralar, sol gözaltı və sol kürək nahiyələrində sarımtıl bənövşəyi rəngli\nqançırı xəsarətlərin aşkar edilməsi halı 17 noyabr 2021-ci il tarixdə Bakı İstintaq\nTəcridxanasında müayinə edilməsinə dair tərtib edilmiş akt əsasında tam təsdiq\nedilmişdir.\n51. Məhkum həmin xəsarətləri hansı şəraitdə və səbəbdən alması ilə bağlı\nziddiyyətlər mövcuddur, bu ziddiyyətlər isə onun baş verdiyini iddia etdiyi halın –\nüstündən aşkar edilərək götürülən və iş üzrə əsas maddi sübut olan narkotik vasitənin\nona qarşı tətbiq edilən fiziki və yaxud psixi zorakılığla əldə edildiyinin həqiqətə uyğun\nolduğunu istisna etmir.\n52. Bütün təsvir edilənləri tamamlayaraq məhkəmə kollegiyası qeyd edir ki,\nMəhkum olunmasının əsasını təşkil etmiş həlledici sübutların mötəbərliyinə əsaslı\nşübhələr mövcud olduğundan, yaranan şübhələrin aradan qaldırılması üçün cinayət-\nprosessual qanunvericiliyinin aşağıda göstərilən tələblərinə riayət olunmaqla\nsübutların yenidən təhlili aparılımalıdır.\n53. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi\nüzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı\ncinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni\nsübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.\n54. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələblərindən görünür ki, şəxsin təqsirli\nolduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin\nmüddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta\nyetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin\n(şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının\ntətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır.\n55. Həmin Məcəllənin 21.3-cü maddəsində təsbit edilmişdir ki, cinayətin\ntörədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu\n\ndeyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün\nirəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.\n56. Həmin Məcəllənin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət\ntörətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq\nedildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər.\n57. Məhkəmə kollegiyası həmçinin xatırladır ki, Azərbaycan Respublikası CPM-nin\n145.1-ci maddəsində nəzərdə tutulmuş norma hər bir sübutun mənsubiyyəti,\nmümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini, cinayət təqibi üzrə toplanmış bütün\nsübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət\nverilməsini tələb edir.\n58. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələbi isə ondan ibarətdir ki, ittihamın\nsübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün\nolmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.\n59. Həmçinin məhkəmə kollegiyası vurğulayır ki, CPM-nin 146.1-ci maddəsinə\nəsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən\nedilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut\netmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan\nversin.\n60. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 349.3-349.4-ci\nmaddələrinin tələblərindən çıxış edərək onu da qeyd etməyi zəruri bilir ki, məhkəmənin\nhökmü qanuni və əsaslı olmalıdır və həmin hökm Azərbaycan Respublikası\nKonstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər\nqanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir.\n61. Həmin Məcəllənin 349.5.1-349.5.3-cü maddələrinin ümumi məzmununa\ntələblərinə görə isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq\nedilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət\netdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun\ngəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir.\n62. Həmin Məcəllənin 351.2-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin\nittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı\ntəqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır.\n63. Həmin Məcəllənin 351.3.1-351.3.4-cü maddələrinin ümumi məzmununa\nəsasən, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən\nməsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində\ntəqsiri təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, bu Məcəllədə nəzərdə tutulmuş\nqaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə və məhkəmə\nistintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq sübuta\nyetirilmiş hesab edilə bilər.\n64. Məhkəmə kollegiyası eləcə də qeyd edir ki, ittihamın həlli üçün cinayət təqibi\nüzrə toplanılmış bütün sübutların məcmusuna əsaslanmaqla qiymət verilməsini və\nsübutların bir-biri ilə müqayisəli şəkildə təhlil edilməsini tələb edən milli cinayət\nprosessual qanunvericiliyinin tələbləri Avropa Məhkəməsinin yanaşması ilə də uzlaşır.\nAvropa Məhkəməsinin hüquqi mövqeyinə görə, ədalətli məhkəmə araşdırmasının\nKonvensiyanın 6-cı maddəsinin müvafiq tələblərinə uyğun olduğu müəyyən edilərkən,\nhər hansı hal və yaxud hadisə ayrı-ayrılıqda əsas götürülməməli, məhkəmə prosesinin\nümumi araşdırmasının nəzərdən keçirilməsi zəruridir (Fariz Əhmədov Azərbaycana\nqarşı, № 40321/07, § 53, 14 yanvar 2021-ci il).\n\n65. Həmçinin, Avropa Məhkəməsinin presedent hüququ ilə müəyyən edilir ki,\ncinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə\nsübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə\ntəqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (İlqar\nMəmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017-ci il).\n66. Beləliklə, baxılan cinayət işinin materialları istinad edilən prosessual cinayət-\nhüquqi normalarının tələbləri və Avropa Məhkəməsinin presedent hüququ baxımından\ntəhlil edildikdə, Məhkum ona törədilməsi ittiham olunan Azərbaycan Respublikası CM-\nnin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirinin\nmüəyyən edilməsinə təsir edən halların apellyasiya instansiya məhkəməsi tərəfindən\nməhkəmə baxışında tam tədqiq edilməməsi, nəticədə Azərbaycan Respublikası CPM-\nnin 143-146-cı maddələrinin tələblərinə riayət edilməməsi aşkar edilir. Şərh edilən\nməsələlər üzrə nəticələr işin hallarının obyektiv araşdırılmasına, müvafiq qaydada\ntədqiq edilmiş sübutlara əsaslanmadığından, kassasiya şikayətində isə məhkəmənin\ngəldiyi nəticələri təkzib edə biləcək əsaslı dəlillər gətirildiyindən, apellyasiya\ninstansiyası məhkəməsinin Məhkum törətdiyi cinayət əməlinin hüquqi tövsifi barədə\nnəticəsi əsaslı hesab edilə bilməz.\n67. Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrinə əsasən\nisə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq\nsübutları tədqiq etmədikdə və törədilmiş əməlin tövsifində səhvə yol verdikdə,\nkassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya\nqərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir.\n68. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, təsvir edilən\nəsaslara görə hesab edir ki, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən\ntəmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-\n657/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli qərarı ləğv edilməli, cinayət işi\napellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir.\nYuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin\n419.10.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası\nQ Ə R A R A A L D İ:\nMəhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin.\nŞirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-657/2022 nömrəli,\n25 oktyabr 2022-ci il tarixli qərarı ləğv edilsin, cinayət işi apellyasiya instansiyası\nməhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.",
      "url": "file:///C:/Users/TechEvo%20Computers/Downloads/3ulduz/1_1357%2B31.08.2023.pdf",
      "local_file": "001_b09d78dc57.pdf",
      "local_text_file": "001_1(102)-1357_2023.txt",
      "content_type": "application/pdf"
    },
    {
      "menbe": "Ali Məhkəmənin üç ulduzlu qərarları",
      "akt_novu": "Üç ulduzlu qərar",
      "tarix": "2023-10-03",
      "basliq": "1(102)-1361/2023",
      "is_nomresi": "1(102)-1361/2023",
      "movzu": "",
      "metn": "Azərbaycan Respublikası adından\nQƏRAR\nBakı şəhəri İş № 1(102)-1361/2023 03.10.2023\nALİ MƏHKƏMƏ\nAzərbaycan Respublikası adından\nAzərbaycan Respublikası Ali Məhkəməsinin\nCinayət kollegiyasının\nQƏRARİ\nHakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin\nYaşar oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə,\nİsazadə Elnur Nizami oğlunun katibliyi,\nDövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının\nmüdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun,\nZərərçəkmiş şəxsin hüquqi varisi X nümayəndəsi X1,\nMəhkum X2 və müdafiəçisi İsmayılov Musa Mirnul oğlunun iştirakları ilə,\nxx xxxx 1991-ci ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində doğulmuş,\nAzərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində\nbir azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, X\nqeydiyyatda olmaqla, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda\nAzərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 saylı\nCəzaçəkmə Müəssisəsində cəza çəkən\nMəhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə\nməhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət\nKollegiyasının 13 aprel 2022-ci il tarixli, 1(106)-188/2022 nömrəli qərarından məhkum\ntərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq\nMÜƏYYƏN ETDİ:\nLənkəran Ağır Cinayətlər Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 1(099)-617/2021\nnömrəli hökmü ilə (sədrlik edən N.F .Quliyev,hakimlər C.Ş.Səfərli və A.Ə.Musayevdən ibarət\nməhkəmə tərkib) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü\nmaddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 18 (on səkkiz) il\nmüddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzanı ciddi rejimli\ncəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin əvvəli 19 iyun 2021-ci il\ntarixdən hesablamışdır.\n\nMəhkəmənin həmin hökmündən zərərçəkmiş şəxsin hüquqi varisi X10 və məhkum\nedilmiş şəxsin müdafiəçisi Bayramov Anar Şakir oğlu tərəfindən apellyasiya şikayətləri\nverilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 1(106)-188/2022 saylı\nqərarı ilə (sədrlik edən M.Ə.Bağırov, hakimlər K.S.Bəşirov və İ.H.Əhmədovdan ibarət\nməhkəmə tərkib) verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, iş üzrə birinci instansiya\nməhkəməsi hökmü dəyişdirilmədən qüvvəsində saxlanılmışdır.\nŞirvan Apellyasiya Məhkəməsinin 13 aprel 2022-ci il tarixli qərarından zərərçəkmiş\nşəxsin hüquqi varisi X10 və onun nümayəndəsi Nümayəndə tərəfindən birgə kassasiya\nşikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 07\ndekabr 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Məhkum CM-nin\n120.2.4-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya\nMəhkəməsinin 13 aprel 2022-ci il tarixli qərarı verilmiş kassasiya şikayətinə münasibətdə\ndəyişdirilmədən saxlanılmışdır.\nŞirvan Apellyasiya Məhkəməsinin 13 aprel 2022-ci il tarixli qərarından məhkum\ntərəfindən kassasiya şikayəti verilmişdir.\nİşin halları:\nMəhkəmənin hökmünə əsasən Məhkum 18 iyun 2021-ci il tarixdə müalicə aldığı\nAzərbaycan Respublikası Səhiyyə Nazirliyinin Narkoloji Mərkəzi X15 çıxaraq yaşadığı evə\ngəlmək məqsədi ilə Bakı şəhəri, Lökbatan dairəsi adlanan əraziyə gəlib, oradan Bakı\nşəhərindən Şirvan şəhərinə sərnişin daşınması xidməti göstərən avtobusa minmiş, avtobus\ntəxminən saat 17 radələrində Şirvan şəhərinin ərazisində olan zaman həmin avtobusa Ələt\nqəsəbəsinin ərazisində əmisi xx.xx.1981-ci il təvəllüdlü X6 ilə birlikdə minmiş xx.xx.2004-cü\nil təvəllüdlü Şahid1 ilə bir-birlərinə çəpəki baxmaları səbəbindən aralarında sözlə yaranmış\nmübahisəyə X3in müdaxiləsi nəticəsində şiddətlənmiş mübahisə zamanı sonuncunun ona\nirad tutması və əli ilə bir dəfə zərbə vurmasından hiddətlənərək avtobusdan Şirvan şəhəri,\nH.Əliyev prospektində, yəni avtovağzal adlanan hissədə yerə düşdükdən sonra baş vermiş\nmübahisəni aydınlaşdırmaqdan ötrü yolun kənarında dayanmış X və Şahid1lərə\nyaxınlaşaraq Şahid1 hansı səbəbdən onu vurmalarına dair verdiyi suala sərt cavab verməsi\nnəticəsində sonuncunun baş nahiyəsindən yumruqla bir dəfə zərbə vurmasına cavab olaraq\nX3 və Şahid1lərin üzərinə hücum edərək bədəninin müxtəlif nahiyələrinə təpik və yumruqla\nzərbələr vuraraq sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyi, habelə oradan qaçan\nzaman sonuncuların arxasınca nalayiq küçə söyüşləri söydüklərindən daha da əsəbləşərək\nbıçaq əldə edib onları cəzalandırmaq qərarına gəlib, bu məqsədlə yaxınlıqda olan “Təklə”\nmarketdən bir ədəd mətbəx bıçağı alaraq pulunu ödəmədən X3 və Şahid1lərin arxasınca\ngetmək məqsədi ilə taksi fəaliyyəti ilə məşğul olan Şahid2 idarə etdiyi “Mercedes E270”\nmarkalı, **-DL-*** dövlət nömrəli nişanlı avtomaşına minərək təxminən 300 metr getdikdən\nsonra X3 və Şahid1ləri gördükdə maşından düşərək sonuncuların arxasınca qaçmış,\nsəsləməsi nəticəsində X3 və Şahid1lər Şirvan şəhərinin, Köhnə şəhər adlanan hissəsində,\nyəni Mahir Mirzəyev küçəsində yerləşən, fəaliyyət göstərməyən metal qəbulu sexinin\nqarşısında dayanaraq, X3in çıxıb getməsi ilə bağlı tələblərinə məhəl qoymayıb, aralarında\nyaranmış şəxsi münasibətlər zəminində mübahisə ilə bağlı qisas almaq məqsədi ilə xüsusi\namansızlıqla X3i öldürmək niyyətini reallaşdırmaqdan ötrü təxminən saat 18 radələrində\nX3in hadisə yerində olan qardaşı oğlu Şahid1 gözləri qarşısında ona iztirab verdiyini dərk\netməklə xüsusi amansızlıq nümayiş etdirib sağ əlində olan bıçaqla orada X3ə bir dəfə zərbə\nvurub sonuncuya “döş boşluğunun sol yarısında döş və qarın boşluqlarına keçən deşilmiş-\nkəsilmiş” yara ağırlıq dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa\nağır zərər vurmaya aid edilən bədən xəsarətləri yetirmiş, X3 aldığı xəsarətlərdən “Şirvan\nşəhər Mərkəzi Xəstəxanası” X17 cərrahiyyə əməliyyatı edilən zaman aldığı deşilmiş-\n\nkəsilmiş yara nəticəsində baş vermiş daxili və xaricə massiv qanitirmə səbəbindən ölmüş,\nyəni X3i qəsdən xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etmişdir.\nKassasiya şikayətinin dəlilləri:\nMəhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, onun zərərçəkmiş şəxs X3\nöldürülməsində ifadə olunmuş əməli düzgün tövsif olunmamış, ona həddindən artıq ağır\ncəza təyin edilmiş edilmişdir.\nKassasiya şikayətində məhkum iddia edir ki, məhkəmələrin sübutları düzgün tədqiq\nedib-qiymətləndirilməmiş, o cümlədən hadisənin zərərçəkmiş şəxslərin qanunsuz hərəkətləri\nilə başlanmasını və onun X3in öldürmək niyyətinin olmamasını, qarşısında iki nəfər olmaqla\nonlar tərəfindən təhqir olunduğundan əsəb, sarsıntı keçirərək, affekt vəziyyətində\nzərərçəkmiş şəxsə xəsarət yetirməsini təsdiq edən sübutlar olmasına baxmayaraq\ngöstərilən hallar nəzərə alınmamış, nəticədə əsassız və qanunsuz olaraq xüsusi\namansızlıqla X3in qəsdən öldürməkdə - Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirli\nbilinmişdir.\nBundan başqa, Məhkum kassasiya şikayətində təyin olunmuş cəzanı da\nmübahisələndirərək, cəzanın həddindən artıq ağır olduğunu, məhkəmələrin onun\nməsuliyyətini yüngülləşdirən halları nəzərə almadıqlarını qeyd etmişdir.\nMəhkum kassasiya şikayətində göstərilənlərə əsasən Şirvan Apellyasiya\nMəhkəməsinin 13 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin yenidən\nbaxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.\nHüquqi məsələlər:\nKassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə\nsəlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin\n419-cu maddəsi müəyyən edir.\nÜmumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə\nbaxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin\n419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və\nya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq\nyalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin\ndüzgünlüyünü yoxlayır”.\nBelə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası\nməhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını\nisə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən\nedir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri)\nolduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə\nvə yaxud dəyişdirməyə haqlıdır.\nMəhkum mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına\ntəyin edilməsi haqqında kassasiya tələbini faktiki olaraq Cinayət-Prosessual Məcəllənin\n416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində göstərilən halların mövcud olması barədə\ndəlillə əsaslandırmaqla əməlində qəsdən adam öldürmə o cümlədən xüsusi amansızlıqla\nadam öldürmə əlamətlərinin əsassız olaraq şamil edildiyini iddia etmişdir.\nOdur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in\n419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi\ngörür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13\n\naprel 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri\nolaraq aşağıdakıları qeyd edir.\nCinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət\nMəcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş\ncinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin)\ntörədilməsi cinayət məsuliyyəti yaradır”.\nAzərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu\nnormada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və\nhallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin\nsübutlara əsasən müəyyən edilməsini tələb edir.\nŞəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud\nolub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət\nMəcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq\nmaddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.\nBelə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun\n“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair”\n17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əmələnin\ncəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri\narasında üyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və\ncinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.\nMəhkum hesab edir ki, onun əməlinə şamil edilməli olan cinayət-hüquqi norma\nCinayət Məcəlləsinin 120.2.4-cü maddəsi deyil, qəflətən baş vermiş güclü ruhi həyəcan\nvəziyyətində qəsdən adam öldürmə cinayətini nəzərdə tutan 122.1-ci maddəsidir.\nMəhkum əməlində qeyd olunan cinayətinin tərkibinin olması barədə iddiasını onunla\nəlaqələndirir ki, o, Şahid1 və X3 tərəfindən döyülməsi və təhqir olunması nəticəsində\nqəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən X3ə bıçaq xəsarəti\nyetirdiyindən, onun əməlinə Cinayət Məcəlləsinin həmin əməli nəzərdə tutan maddəsi tətbiq\nedilməli idi.\nLakin, Məhkum iddiası işin həqiqi hallarına əsaslanmır.\nBelə ki, birinci instansiya məhkəməsinin müəyyən etdiyi və apellyasiya instansiyası\nməhkəməsinin razılaşdığı faktiki hallardan görünür ki, Məhkumlə zərərçəkmiş şəxs X3 və\nonun qohumu Şahid1 arasında mübahisə 18 iyun 2021-ci il tarixdə saat 17 radələrində\navtobusda başlanmış (zərərçəkmiş şəxs tərəfindən vurulması), sonra avtovağzal adlanan\nhissədə davam etmiş (qarşılıqlı münaqişə və məhkumun söyülməsi), daha sonra Məhkum\navtovağzal adlanan yerdən qaçdıqdan sonra bıçaq əldə edib X3i və Şahid1 cəzalandırmaq\nməqsədi ilə taksi fəaliyyəti ilə məşğul olan Şahid2 idarə etdiyi “Mercedes E270” markalı, **-\nDL-*** dövlət nömrəli nişanlı avtomaşına minərək təxminən 300 metr getdikdən sonra X3 və\nŞahid1ləri gördükdə maşından düşərək sonuncuların arxasınca qaçaraq yekun nəticədə\nbıçaqla X3ə bir dəfə zərbə vurmaqla sonuncunun həyatdan məhrum etmişdir.\nHəmin faktlara görə Məhkum zərərçəkmiş şəxs X3in və hazırkı iş üzrə şahid qismində\nkeçən Şahid1 onu vurmaları və təhqir etmələrinin təsiri altında dərhal və yaxud qısa müddət\nsonra hərəkətə keçməmiş, onda öldürmək niyyətinin yarandığı və onun bu niyyətini həyata\nkeçirdiyi məqamlar arasında xeyli müddət keçmiş, bu müddət ərzində Məhkum mağazadan\nbıçaq əldə etmiş, daha sonra taksi fəaliyyəti ilə məşğul olan Şahid2 idarə etdiyi avtomobilə\nminərək X3in və Şahid1 arxalarınca getmiş, yəni Məhkum əlverişli şəraitin yaranmasını\n\ngözləməklə və məhz belə şəraitin yarandığına əmin olduqdan sonra zərərçəkmişi\nöldürmüşdür.\nAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 122-ci maddəsi ilə məsuliyyətin\nyaranması üçün təqsirkarın CM-in 122.1-ci maddəsində təsvir edilən zərərçəkmiş şəxsin\nqanunsuz və ya əxlaqsız hərəkətləri (hərəkətsizliyi) nəticəsində, habelə mütəmadi qanunsuz\nvə ya əxlaqsız davranışı ilə əlaqədar güclü ruhi həyəcan (affekt) vəziyyətində olması və belə\nvəziyyətin məhz qəflətən baş verməsi tələb olunur.\nİş üzrə yuxarıda təsvir edilən faktiki hallarla Məhkum zərərçəkmişi öldürərkən qəflətən\nbaş vermiş güclü ruhi həyəcan vəziyyətində olmaması müəyyən olunmuşdur ki, bu da onun\nhərəkətlərinin Cinayət Məcəlləsinin 122.1-ci maddəsi ilə tövsif edilməsini istisna etməklə,\nməhkumun kassasiya şikayətində istinad etmiş olduğu dəlilin əsasız olmasına dəlalət edir.\nBununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum\nzərərçəkmiş şəxslə (həmçinin sonuncunun yanında olmaqla hazırkı iş üzrə şahid qismində\nkeçən Şahid1lə) aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə ilə bağlı qisas\nalmaq məqsədi ilə X3i qəsdən öldürməsi faktı əsaslı şəkildə müəyyən edilsə də, həmin\nxüsusata düzgün hüquqi qiymət verilməmiş, X3in hadisə yerində olan qardaşı oğlu Şahid1\ngözü qarşısında öldürülməsi cinayətin xüsusi amansızlıqla törədilməsinə dəlalət edən hal\nkimi qiymətləndirilmiş və bunun nəticəsi kimi Məhkum zərərçəkmiş X3i qəsdən\nöldürülməsində ifadə olunmuş cinayət əməli Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə\ntövsif edilmişdir.\nCinayət Məcəlləsinin 120.2.4-cü maddəsinə baxdıqda, aydın olur ki, sözügedən\nəlamətlə cinayətin törədilməsi barədə şəxsə qarşı ittihamın irəli sürülməsi üçün onun\nqəsdinin zərərçəkmiş şəxsə və yaxud hadisəni görən onun yaxınlarına məhz xüsusi əzab və\niztirab verməyə yönəlməsi, yəni onun birbaşa qəsdlə hərəkət edib onlara xüsusi əzab və\niztirab verməyi arzu etməsi tələb olunmur.\nYəni qəsdin forması barədə düzünə göstəriş olmadığından təqsirkar istər birbaşa,\nistərsə də dolayı qəsdlə hərəkət edə bilər.\nBu səbəbdən təqsirkarın öz hərəkətlərinin həmin şəxslərə xüsusi əzab, iztirab\nverməsi kimi əlamətlərlə müşayiət olunduğunu dərk edib buna şüurlu surətdə yol verməsi,\nyəni həmin əlamətlərə münasibətdə dolayı qəsdin mövcudluğu kifayətdir ki, onun əməli\nxüsusi amansızlıqla törədilən qəsdən adam öldürmə kimi tövsif edilsin (təbii ki, cinayət\ntərkibinin digər əlamətləri də müəyyən edildiyi təqdirdə).\nBu yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Qəsdən\nadam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli 3 saylı\nqərarında əksini tapmış hüquqi mövqeyə də uyğundur.\nBelə ki, həmin Plenum qərarının 8-ci bəndində qeyd olunur ki, “Xüsusi amansızlığın\nəlamətləri həyatdan məhrum etmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş\nşəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar\nsurətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən\nzəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.)\nyetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş\nşəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda\nöldürməkdə də ifadə oluna bilər.”\nPlenum qərarının həmin müddəalarına və Cinayət Məcəlləsinin 120.2.4-cü\nmaddəsinin mənasına görə qəsdən adam öldürmə cinayətinin zərərçəkmiş şəxsin yaxın\nadamlarının yanında törədilməsi özü-özlüyündə cinayətin xüsusi amansızlıqla törədilməsinə\n\ndəlalət etmir. Vacibdir ki, təqsirkar şəxslərin qohumluq münasibətindən məlumatlı olsun, eyni\nzamanda onun niyyəti seçdiyi üsulla zərərçəkmiş şəxsin (həmçinin özünə) yaxınlarına\nxüsusi iztirab yetirməklə öldürmək olsun (xüsusi iztirab yetirməyi arzu etsin) və yaxud bunu\narzu etməsə də, seçdiyi üsulun zərərçəkmiş şəxsin (həmçinin özünə) yaxınlarına xüsusi\niztirab yetirdiyini dərk etsin və şüurlu surətdə buna yol versin, yəni xüsusi amansızlığı\nsəciyyələndirən bu kimi hallara (zərərçəkmişin, onun yaxınlarının xüsusi əzab çəkməsinə)\nmünasibətdə onun birbaşa və ya dolayı qəsdlə hərəkət etməsi müəyyən olunsun.\nEyni zamanda nəzərə alınmalıdır ki, törədilən cinayətin yeri, vaxtı, üsulu, şəraiti,\niştirakçıların sayı və sair əlamətlər təqsirkarın qəsdinin istiqamətinə təsir edən amil kimi çıxış\nedir.\nHazırki işin şərh edilən məsələ ilə əlaqədar müəyyən olunmuş halları aşağıdakılardan\nibarətdir:\n_ Məhkum nə Şahid1 nə də ki, X3i, həmçinin sonuncular onu tanımamışlar,\naralarında heç bir ədavət olmamışdır.\n_ Hazırkı iş üzrə şahid qismində keçən Şahid1 mərhum X3in qardaşı oğludur.\n_ 18 iyun 2021-ci il tarixdə, saat 17 radələrində avtobusda Şahid1lə Məhkum\narasında çəpəki baxmaq səbəbindən yaranmış mübahisə X3in müdaxiləsi ilə şiddətlənir, X3\nMəhkum irad tutur və Məhkum əli ilə vurur.\n_ Avtovağzal adlanan hissədə yerə düşdükdən sonra baş vermiş mübahisəni\naydınlaşdırmaqdan ötrü Məhkum yolun kənarında dayanmış X3 və Şahid1lərə yaxınlaşaraq\nŞahid1 hansı səbəbdən onu vurmasına dair verdiyi suala sərt cavab verməsi nəticəsində\nsonuncunun baş nahiyəsindən yumruqla bir dəfə zərbə vurmasına cavab olaraq X3 və\nŞahid1lər onun üzərinə hücum edərək bədəninin müxtəlif nahiyələrinə təpik və yumruqla\nzərbələr vuraraq sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmişlər, onu təqib etmişlər,\nhabelə oradan qaçan zaman sonuncular onun arxasınca nalayiq küçə söyüşləri söymüşlər\n(sübutların qiymətləndirilməsi haqqında qərar, video disk).\n_ X3in Məhkum tərəfindən bıçaqla vurulduğu yerdə Şahid1 yenidən münaqişə tərəfi\nkimi çıxış etmiş, həmin vaxt X3in əlində armatur, Şahid1 əlində isə yerdən götürdüyü daş\nparçası olmuş, ilkin olaraq Məhkum onun üzərinə hücum çəkmiş, daha sonra X3i bıçaqla\nvurmuşdur. (Şahid1 istintaqda və məhkəmədə vermiş olduğu ifadələri).\nHadisələrin baş vermə mexanizminə diqqət etdikdə həm Şahid1, həm də X3\nhadisənin əvvəlində sonuna qədər münaqişə tərəfi kimi çıxış etmələrini, sonuncuların biri-\nbirinin yanında olmaqla Məhkumlə qarşılıqlı münaqişə halında olmalarını görmək\nmümkündür.\nDigər tərəfdən Şahid1 ifadəsindən (Məhkum təsdiq etdiyi) görünür ki, Məhkum\nbıçaqla onların üzərinə gələrkən həmin vaxt X3in əlində armatur, özünün əlində isə yerdən\ngötürdüyü daş parçası olmuş və Məhkum ilkin olaraq onun üzərinə gələrək xəsarət\nyetirməyə çalışmışdır (birinci instansiya məhkəməsində zərərçəkmiş şəxsin hüquqi varisinin\nnümayəndəsinin sualına cavab olaraq Məhkum –“X3i vurmamışdan əvvəl Muradı\nzədələmişdim” cavabını vermiş).\nMəhkəmələrin qəbul etdikləri sübutlara, o cümlədən Şahid1 özünün də təsdiq etdiyi\nMəhkum ifadəsinə görə Şahid1 əlində olan daş parçası ilə onun başına, kürək nahiyəsinə,\nX3 isə metal parçası ilə sağ qol nahiyəsinə vurmaqla (23 iyun 2021-ci tarixli məhkəmə tibbi\nekspertizasının 23 iyun 2021-ci tarixli rəyinə əsasən Məhkum sağ bazunun yuxarı orta 1/3-\ndə qançırlar-küt (alət) təsirindən törənmiş) ona xəsarətlər yetirmişlər ki, bu da Şahid1\nMəhkum sakitləşdirməyə, onun hərəkətlərinin qarşısı almaq üçün addımlar atmasının\n\nəlaməti kimi çıxış etməməklə daha çox baş verən münaqişəyə müdaxilə etməklə aktiv\niştirakçısı olmasının göstəricisidir.\nGöründüyü kimi şəxsi münasibətlər zəminində baş vermiş qarşılıqlı münaqişə zamanı\nMəhkum qəsdi birmənalı olaraq ona xəsarət yetirmiş, onu təhqir etmiş və hadisə baş verən\nanda əllərində bərk küt əşyalar olmaqla ona xəsarət yetirə biləcək şəxslərdən intiqam almaq\nolmuş və işin faktiki halları ilə onun özünün hərəkətləri ilə münaqişə iştirakçısı Şahid1\nsonuncunun əmisini qəsdən həyatdan məhrum etməklə əzab və iztirab verə biləcəyini\ngörməsi və ya dərk etməsi ümumiyyətlə müəyyən olunmamışdır.\nGöstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cinayətin bilavasitə\ntörədilməsi zamanı Məhkum zərərçəkmiş şəxs X3ə onun qardaşı oğlu-hadisənin aktiv\niştirakçısı olan Şahid1 yanında bıçaqla xəsarət yetirməsi sonuncuya iztirab vermək kimi\nniyyəti ilə deyil, onu daha əvvəl təhqir etməklə ona şiddət göstərmiş şəxslərdən intiqam\nalmaq niyyəti ilə tam əhatə olunmuş, onun həmin anda niyyətinin sadəcə zərərçəkmiş\nşəxs və onun yanında olan Şahid1 qisas almaq olması yuxarıda göstərilən xüsusatlarla\ntam olaraq öz təsdiqini tapmışdır. Belə olan halda Məhkum X3i münaqişənin digər aktiv\niştirakçısı olan, həmin anda əlində bərk küt əşya olmaqla hər an Məhkum xəsarət yetirmək\nehtimalı olan, artıq münaqişə zamanı hadisələrin gedişatı nəticəsində həm özünün, həm\nəmisinin, həm də Məhkum xəsarət ala bilməsi və ya hadisənin daha ağır nəticələrlə başa\nçatması ehtimalını görməklə gözə alan Şahid1 yanında öldürməsinin məhz zərərçəkmiş\nşəxsin yaxınına xüsusi iztirab vermək, yaxud zərərçəkmiş şəxsin yaxınlarına xüsusi iztirab\nyetirdiyini dərk edərək onu həyatdan məhrum etmək kimi qiymətləndirilməsi və bununla da\nMəhkum istər birbaşa, istərsə də dolayı qəsdlə cinayəti məhz xüsusi amansızlıqla törətməsi\nistisna olunur.\nSadalanları nəzərə alaraq kollegiya hesab edir ki, məhkəmələrin Məhkum əməlin\nCinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə tövsif edilməsi barədə, yəni onun qəsdinin X3in\nhadisə yerində olan qardaşı oğlu Şahid1 gözləri qarşısında ona iztirab verdiyini dərk\netməklə zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəlməsi ilə\nbağlı qənaətləri - Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinin dispoziyası və onun təfsirinə\ndair Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun hüquqi mövqeyi ilə uzlaşan\nnəticə kimi qəbul edilə bilməz.\nBu isə onu deməyə əsas verir ki, Məhkum X6 ilə aralarında yaranmış şəxsi\nmünasibətlər zəminində yaranmış mübahisə ilə bağlı qisas almaq məqsədi ilə sonuncunu\nöldürməsi ilə bağlı öz əməlinin mümkün ictimai təhlükəli nəticəsini qabaqcadan görmüş,\nbunu arzu etməklə, həmin ictimai təhlükəli nəticəyə münasibətdə onun birbaşa qəsdi\nmövcud olmuşdur ki, qeyd olunan əməl cinayət olaraq Azərbaycan Respublikası Cinayət\nMəcəlləsinin 120.1-ci maddəsi ilə tam əhatə olunur.\nOdur ki, Məhkum cinayət əməlinin hüquqi tövsifi Azərbaycan Respublikası Cinayət\nMəcəlləsinin 120.2.4-cü maddəsindən 120.1-ci maddəsinə dəyişdirilməli və həmin maddə ilə\nMəhkum Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq – törətdiyi cinayətin\nxarakteri, ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti (o cümlədən, himayəsində azyaşlı uşağının\nolması cəzanı yüngülləşdirən hal kimi, həmçinin ağırlaşdıran halların olmaması nəzərə\nalınmaqla), cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə\nalınmaqla 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir.\nMəhkəmə kollegiyası hesab edir ki, Məhkum həmin cəzanı təyin etməklə də Cinayət\nMəcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərinə çatmaq\nmümkündür.\n\nTəsvir olunanlar Məhkum kassasiya şikayətinin məhkəmə kollegiyası tərəfindən qəbul\nedilən dəlillər hissəsində əsaslı olduğunu, məhkəmələr tərəfindən mübahisələndirilən\nqərarın kassasiya qaydasında dəyişdirilməsini tələb edən Azərbaycan Respublikası\nCinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş\npozuntulara yol verildiyini göstərir.\nBeləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkum\nvə müdafiəçisinin, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının və\nzərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin çıxışlarını dinləyib, şərh edilən\nəsaslara görə hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Şirvani Apellyasiya\nMəhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 13 aprel 2022-ci il tarixli\nqərarı yuxarıda göstərilən qaydada dəyişdirilməlidir.\nYuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü\nmaddəsini rəhbər tutub məhkəmə kollegiyası\nQərara aldı:\nMəhkum kassasiya şikayəti qismən təmin edilsin.\nŞirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 13\naprel 2022-ci il tarixli 1(106)-188/2022 nömrəli qərarı dəyişdirilsin.\nMəhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə tövsif\nolunmuş əməli həmin maddədən Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə tövsif edilsin,\nCinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə Məhkum 13 (on üç) il müddətə azadlıqdan\nməhrum etmə cəzası təyin edilsin.\nQərar qalan hissələrdə dəyişdirilmədən saxlanılsın.",
      "url": "file:///C:/Users/TechEvo%20Computers/Downloads/3ulduz/1_1361%2B03.10.2023.pdf",
      "local_file": "002_632fa37942.pdf",
      "local_text_file": "002_1(102)-1361_2023.txt",
      "content_type": "application/pdf"
    },
    {
      "menbe": "Ali Məhkəmənin üç ulduzlu qərarları",
      "akt_novu": "Üç ulduzlu qərar",
      "tarix": "2022-06-01",
      "basliq": "2(102)-1192/2022",
      "is_nomresi": "2(102)-1192/2022",
      "movzu": "",
      "metn": "AzərbaycanRespublikasıadından\nQƏRAR\nBakışəhəri İş№2(102)-1192/2022 01.06.2022\nALİ MƏHKƏMƏ\nAzərbaycan Respublikası adından\nAzərbaycan Respublikası Ali Məhkəməsi\nMülki kollegiyasının\nİddiaçı Cavabdeh qarşı iş üzrə\nQ Ə R A R İ\n№ 2(102)-1192/2022\n(Açar sözlər: mirasda məcburi payın anlayışı və məqsədi,\nməcburi payın həcminin müəyyənləşdirilməsi)\nBakı şəhəri, 01 iyun 2022-ci il\nAzərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev\nZaur Əli oğlu (məruzəçi), Xələfov İlqar Rəhim oğlundan və Hüseynov Abiddin Qabil\noğlundan ibarəttərkibdə,\nŞəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1605/2021 nömrəli iş üzrə 15\noktyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdehin verdiyi kassasiya\n\nşikayətləri üzrə mülki işə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında\nbaxaraq,aşağıdakı qərarıqəbuletdi.\nİşin halları\n1. Mübahisə iddiaçı və cavabdehin atası Yaşar Şabanovdan miras qalmış əmlaka\nvərəsəlikpaylarınınmüəyyənedilməsiiləbağlıdır.\n2. İşə mahiyyəti üzrə baxan məhkəmələr müəyyən etmişlər ki,miras qoyan Y.Şabanov\nxx.xx.2018-ciildəölmüşdür.Miraskütləsinədaxilolanəmlakaşağıdakılardan ibarətdir:\n Zaqatala rayonu, Aşağı Talakəndində 0.1240 ha torpaq sahəsi (Yaşar Şabanov,\nCavabdeh və Xanza Qantərovanın iştirak etdiyi ümumi birgə mülkiyyət);\n Zaqatala rayonu, Aşağı Tala kəndində 0.1240 ha torpaq sahəsində yerləşən\nfərdiyaşayışevi(tam payla mülkiyyət);\n Zaqatala rayonu, Aşağı Talakəndində 0.9782 ha torpaq sahəsi (Yaşar Şabanov,\nCavabdeh, Xanza Qantərova və Abidat Həmzətovanın iştirak etdiyi ümumi birgə\nmülkiyyət);\n Zaqatala rayonu, Aşağı Tala kəndində 0.20 ha torpaq sahəsi sahəsi (Yaşar\nŞabanov, Cavabdeh və Xanza Qantərovanın iştirak etdiyi ümumi birgə\nmülkiyyət);\n Zaqatala rayonu, Aşağı Tala kəndində 0.15 ha torpaq sahəsi sahəsi (Yaşar\nŞabanov, Cavabdeh və Xanza Qantərovanın iştirak etdiyi ümumi birgə\nmülkiyyət);\n3. Miras açılan vaxt Yaşar Şabanovun sağ olan vərəsələri - oğlu Cavabdeh, qızı\nXanza Şabanova, oğlu İmran Şabanov, qızı İddiaçı və arvadı Məlahət Şabanova\n(xx.xx.2019-daölüb)olmuşdur.\n4. Eynizamanda, mirasqoyan YaşarŞabanov,xx.xx.2013-cü iltarixlivəsiyyətnamə ilə\nZaqatala rayonu, Aşağı Tala kəndindəki 0.1240 ha torpaq sahəsi və onun üzərində\nyerləşənevinioğluCavabdehvəsiyyətetmişdir.\nİş üzrə qəbul edilmiş məhkəmə aktları:\na) Birinci instansiya məhkəməsində icraat\n5. İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, mərhum atası Yaşar\nŞabanovdan miras qalmış Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən DƏDRX-in 18\nsaylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş ******* nömrəli çıxarışa əsasən onun\nqanuni mülkiyyəti olmuş 0,1240 ha torpaq sahəsinin 1/6 hissəsinə və həmin torpaq\nsahəsində yerləşən 107,10 kv.m.fərdi yaşayış evinə, DƏDRX-nin 18 saylı Zaqatala Ərazi\nİdarəsi tərəfindən verilmiş ******* nömrəli çıxarışa əsasən onun qanuni mülkiyyəti olmuş\n0,9782 ha torpaq sahəsinin ¼ hissəsinə, torpağın mülkiyyətə verilməsinə dair JN-782B\nnömrəli şəhadətnaməyə əsasən onun qanuni mülkiyyəti olmuş 0,20 ha torpaq sahəsinin\n1/6 hissəsinə və torpağın mülkiyyətə verilməsinə dair JN-782C nömrəli şəhadətnaməyə\nəsasən onun qanuni mülkiyyəti olmuş 0,15 ha torpaq sahəsinin 1/6 hissəsinə vərəsəliyin\naçılması, həmin daşınmaz əmlakların onun mülkiyyətinə verilməsi, mərhum atası Yaşar\nŞabanov və mərhum X1ya məxsus əmlakdan mərhumlara aid hissələrdə vərəsəlik\nhüququnun onaverilməsibarədəqətnaməçıxarılmasınıxahişetmişdir.\n6. İddiaçı tələblərini onunla əsaslandırmışdır ki, atası YaşarŞabanov 09 noyabr 2018-\nci ildə vəfat etmişdir. Atasının vəfatından sonra Zaqatala rayonu Aşağı Tala kəndində\nyerləşən DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş ******* nömrəli\nçıxarışa əsasən onun qanuni mülkiyyəti olmuş 0,1240 ha torpaq sahəsinin 1/6 hissəsi və\nhəmin torpaq sahəsində yerləşən 107,10 kv.m. fərdi yaşayış evi, DƏDRX-nin 18 saylı\nZaqatala Ərazi İdarəsi tərəfindən verilmiş ******* nömrəli çıxarışa əsasən onun qanuni\n\nmülkiyyəti olmuş 0,9782 ha torpaq sahəsinin ¼ hissəsi, torpağın mülkiyyətə verilməsinə\ndair JN-782B nömrəli Şəhadətnaməyə əsasən onun qanuni mülkiyyəti olmuş 0,20 ha\ntorpaq sahəsinin 1/6 hissəsi və torpağın mülkiyyətə verilməsinə dair JN-782C nömrəli\nŞəhadətnaməyə əsasən onun qanuni mülkiyyəti olmuş 0,15 ha torpaq sahəsinin 1/6\nhissəsi miras əmlak olaraq qalmışdır. X1 15 aprel 2019-cu il tarixdə vəfat etmişdir.\nAtasının vəfatından sonra ondan miras qalmış əmlaka o və anası, anasının vəfatından\nsonra isə tək o sahiblik etmiş və mirası faktiki olaraq qəbul etmişdir.Təsərrüfatı özü idarə\nedir. Miras əmlakının bölgüsü ilə əlaqədar tərəfindən Zaqatala rayon notariat kontorunun\nşəxsi notariusuna müraciət olunmuş, lakin cavabdehlə aralarında mübahisənin olması\nsəbəbindən notariat əməliyyatından imtina edilmişdir. Bundan başqa, miras qalmış\nəmlakda həm də onun anasının payı vardır və anası 15 aprel 2019-cu il tarixdə vəfat\netdiyindən onun əmlakı da miras qalmışdır.O, anasından miras qalmış əmlakın qəbulu ilə\nəlaqədar vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Mülki Məcəllənin tələbinə\ngörə miras qalmış əmlakın bir hissəsinin qəbul edilməsi yerdə qalan bütün mirası qəbul\netmək kimi qəbul olunur. Vərəsəlik hüququnu tələb etdiyi miras əmlak atası və anasının\nümumi birgə mülkiyyətində olaraq mülkiyyət sənədlərində həm də anasının adı\nolduğundan anayaaidhissələrədəvərəsəlikhüququ verilməlidir.Beləki,0,1240hatorpaq\nsahəsinin mərhum atasına hissənin ½-i və anasına düşən hissənin tam hissəsi üzərində,\nevin isə 1/2 hissəsinə - belə ki, ev tam olaraq atasına məxsusdur, anası sonra ölüb,\natasından anasına düşən pay və atasından düşən pay toplanaraq ona verilməlidir.\nAtasının cəmi 4 nəfər vərəsəsi olduğundan anasına düşən pay ilə özünün payı evin 1/2-i\ntəşkil edir. 0,1240 ha torpaq 6 nəfərə məxsus olduqda və paylar bərabərdirsə adam\nbaşına 0.021 ha düşür.Atasının payı - 0,021 ha - 4 nəfər vərəsəyə bölünür.Anası öldüyü\nüçün ona düşən pay ona verilir, yəni 0,021:4=0,005 ha, ona- 0,005, cavabdeh - 0,005,\nmərhum digər vərəsəsi Xanza - 0,005, onun payı ilə (0,005) anasının payı toplandıqda\n0,005x2=0,01 ha. Deməli, həyətyanı sahədən atasının payından 0,001 ha üzərində\nvərəsəlikhüququ onaverilməlidir,(yəni,½hissəsi),eyniqaydada evin1/2hissəsiüzərində\nvərəsəlik hüququ ona verilməlidir. 0,9782 ha torpaq sahəsinə dair vərəsəlik hüququ\naşağıdakı qaydada verilməlidir.0,9782:4=0,24 ha atasının payıdır.Həmin payın yarısı ona\nvə məhrum anasına yəni 0,12 ha hissəsi üzərində vərəsəlik hüququ iddiaçıya verilməlidir.\nJN 78213 saylı torpaq şəhadətnaməsində qeyd olunan- 0,20 ha torpaq, 0,20 ha : 6=0,03\nha - atasının payı. Atasının payının 1/4 hissəsi anasına, 1/4 hissəsi ona, anası öldüyü\nüçün anasının payı ona verilir,deməli 1/4 + 1/4 = 1/2 hissə, yəni 0.20 ha torpağın atasına\ndüşən payı olan 0,03 hektarın 1/2 hissəsinə iddiaçıya vərəsəlik hüququ verilməlidir.Həmin\ntorpaqda 0,03 ha onun anasının payı hamısı iddiaçıya düşür. Çünki qardaşı Emin\nBayramov payını ona verir.Anasının payından 0.03 ha üzərində ona vərəsəlik verilməlidir.\nJN -782C - 0,15 ha torpaq da eyni qaydada 0,15 ha:6 nəfər=0,025 hər adama düşən pay.\nAtasından iddiaçıya və anasına düşən, yəni, 0,025 ha yarısı, yəni, 1/2 hissəsi və həmin\nyerdəanasınadüşən0,025hahissəsininhamısı,yəni0,0375+0,025+0,025=0,0875 ha.\n7. Birinci instansiya məhkəməsindəki icraatda iştirak edən cavabdeh iddiaya etiraz\nedərək,onunrəddedilməsinixahişetmişdir.\n8. Zaqatala Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(033)-21/2021 nömrəli\nqətnaməsi ilə (hakim E.Məmmədov) iddia qismən təmin edilərək, Zaqatala rayonu Aşağı\nTala kəndində yerləşən Seriya RX N ******* saylı çıxarış əsasında tam olaraq mərhum\nYaşar Şabanovun mülkiyyətində olan 107 kv.m. sahədən ibarət fərdi yaşayış evinə\nmünasibətdə 2/4 hissəsinə, Seriya RX N ******* saylı çıxarış əsasında verilmiş 0,9782 ha\nkənd təsərrüfatı təyinatlı torpaq sahəsinə münasibətdə isə mərhuma düşən payın 2/4\nhissəsinə, həmçinin JN-782B KOD 40200028 saylı torpağın mülkiyyətə verilməsinə dair\nşəhadətnamə üzrə mərhumun payının ¼ hissəsi və JN-782C KOD 40200028 saylı\ntorpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə mərhuma düşən payın 2/4\nhissəsinəiddiaçıyavərəsəlikhüququnun verilməsiqətedilmişdir.\n9. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, qanuni qüvvəyə\nminmiş Şəki İnzibati Məhkəməsinin qətnaməsi ilə iddiaçının hazırkı iş üzrə təqdim etdiyi\nhüquq müəyyənedici sənədlər -JN*782A. JN*782BvəJN*786nömrəlitorpağın mülkiyyətə\n\nverilməsinə dair şəhadətnamələrin, həmçinin RX seriyalı ******* nömrəli daşınmaz əmlakın\ndövlət reyestrindən çıxarışın mərhum Məlahət Şabanova (iddiaçının anası) Emin\nBayramov və iddiaçının mülkiyyət hüququnun qeydə alınması hissəsində ləğv edilməsi\nöhdəliyi cavabdeh 18 saylı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.Belə olduğu təqdirdə isə\ntəqdim edilmiş dörd sayda mülkiyyət hüququnu təsdiq edən sənədlər üzrə iddiaçının\nmülkiyyət hüququ qətnamə ilə ləğv edildiyindən həmin sənədlər üzrə payların\nayrılmasından söhbət gedə bilməz. Yəni tələbin həmin hissəsinə münasibətdə məhkəmə\ntələblərazılaşmır.\n10. Məhkəmə, tələbin mərhumlara münasibətdə iddiaçıya vərəsəlik hüququnun\nverilməsi hissəsini isə əsaslı hesab etmişdir.Belə ki, Seriya RX N ******* saylı çıxarış üzrə\nümumi birgə mülkiyyətçilərdən Məlahət Şabanova, Emin Bayramov və iddiaçının hüququ\nartıq qətnamə ilə ləğv edildiyindən həmin sənəd üzrə mülkiyyətçilər mərhum Yaşar\nŞabanov və Xanza Qantərova qalır. Məlahət Şabanova iddiaçının anası olduğundan və\nmərhum sonra öldüyündən onun vərəsəlik üzrə payı iddiaçıya keçir.Mülkiyyət sənədi üzrə\nfərdi yaşayış evi tam olaraq mərhum Yaşar Şabanovun mülkiyyətində olduğundan və\nnövbəli vərəsələr arvadı (mərhum Məlahət Şabanova) qızı iddiaçı, oğlu cavabdeh və qızı\nXanza Qantərova olduğundan iddiaçının evə münasibətdə 2/4 hissəyə vərəsəlik hüququ\nyaranmışolur.\n11. Seriya RX N ******* saylı çıxarış əsasında verilmiş 0,9782 ha kənd təsərrüfatı\ntəyinatlı torpaq sahəsinə münasibətdə isə iddiaçının mərhum atasına düşən hissənin 2/4\nhissəsinə, həmçinin JN-782B KOD 40200028 saylı torpağın mülkiyyətə verilməsinə dair\nşəhadətnamə üzrə mərhum Yaşar Şabanovun payının 2/4 hissəsi və JN-782C KOD\n40200028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə mərhum Yaşar\nŞabanovadüşənpayın2/4hissəsinəiddiaçıyavərəsəlikhüququ verilməlidir.\nb) Apellyasiya instansiyası məhkəməsində icraat\n12. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin\nqətnaməsinin ləğvedilməsini,iddianınrəddolunmasınıxahişetmişdir.\n13. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1605/2021 nömrəli, 15\noktyabr 2021-ci il tarixli Qərardadı ilə (hakim A.A.Mahmudovun sədrliyi və məruzəsi ilə,\nhakimlər Ə.T.Məcidovdan və M.A.Əsədlidən ibarət tərkibdə) birinci instansiya\nməhkəməsinin qətnaməsi iddianın “vərəsəliyin açılması” hissəsində ləğv edilərək, iş üzrə\nicraata bu hissədə xitam verilmiş, həmin tarixli Qətnamə ilə apellyasiya şikayəti qismən\ntəmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilərək, iddia\nqismən təmin edilmiş, iddiaçının miras qoyan (atası) YaşarŞabanovdan (irsi transmissiya\nüzrə Məlahət Şabanovadan) miras qalmış - (vəsiyyət olunan) RX ******* seriya nömrəli\nçıxarış əsasında Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən, ümumi sahəsi 107.10\nkv.molan fərdi yaşayış evində miras payı -2/6 hissə; həmin fərdi yaşayış evinin yerləşdiyi\n0,1240 ha həyətyanı torpaq sahəsində miras payı-2/18 hissə; JN 782B Dövlət Aktı\nəsasında Zaqatala rayonu Aşağı Talakəndində yerləşən, 0,20 ha kənd təsərrüfatlı torpaq\nsahəsində qanun üzrə vərəsəlik payı -2/9 hissə; JN 782C Dövlət Aktı əsasında Zaqatala\nrayonu Aşağı Tala kəndində yerləşən 0,15 ha kənd təsərrüfatlı torpaq sahəsində qanun\nüzrə vərəsəlik payı -2/9 hissə və RX ******* seriya nömrəli çıxarış əsasında Zaqatala\nrayonu Aşağı Talakəndində yerləşən 0,9782 ha kənd təsərrüfatlı torpaq sahəsində qanun\nüzrəvərəsəlikpayı-2/12hissəmüəyyənedilmiş,iddiaqalanhissədətəminedilməmişdir.\n14. Apellyasiya instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, mərhum\nYaşar Şabanov ilə Məlahət Şabanova ar-arvad olmuş, iddiaçı da onların qızıdır. Yaşar\nŞabanov xx.xx.2018-ci ildə, arvadı Məlahət Şabanova isə xx.xx.2019-cu ildə vəfat\netmişdir. İş üzrə cavabdeh də mərhum Yaşar Şabanovun oğlu olmaqla birinci dərəcəli\nvərəsəsidir. Miras qoyan Y.Şabanov öləndən sonra ondan miras qalmış əmlak arvadı\nMəlahət Şabanova, qızı iddiaçı və oğlu cavabdeh tərəfindən idarə olunaraq, miras faktiki\nqəbul olunmuşdur. Yaşar Şabanovun vəfatından sonra, onun, Xanza Qantərovanın və\ncavabdehin ümumi birgə mülkiyyətlərində olan, Zaqatala rayonu Aşağı Talakəndində ayrı-\n\nayrı şəhadətnamələrlə qeydə alınmış 0,1240 ha (seriya RX 1042400) həyətyanı torpaq\nsahəsi (torpaq sahəsinin üzərindəki fərdi yaşayış evi tam hüquqla Yaşar Şabanova\nməxsusdur), 0,20 ha (JN 782B), 0,15 ha (JN782C) kənd təsərrüfatlı və mərhumun, Abidət\nHəmzatova, Xanza Qantərova və cavabdehin ümumi birgə mülkiyyətlərində olan 0,9782\nhakəndtəsərrüfatlı torpaqsahəsi(RX1466352) qalmışdır.\n15. Kollegiya araşdırmanı davam etdirərək qeyd etmişdir ki, iddiaçının\nmübahisələndirdiyi torpaq sahələri - Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1086/2020\nnömrəli qərarı ilə JN*782A. JN*782B və JN*786 nömrəli torpağın mülkiyyətə verilməsinə\ndair şəhadətnamələrin, həmçinin RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət\nreyestrindən çıxarışın mərhum Məlahət Şabanova, Emin Bayramov və iddiaçının\nmülkiyyət hüququnun qeydə alınması hissəsində ləğv edilməsi öhdəliyi cavabdeh 18 saylı\nƏraziİdarəsininüzərinəqoyulmuşdur.Qətnaməqanuniqüvvəsinialmışdır.\n16. Göründüyü kimi, RX ******* seriya nömrəli çıxarış üzrə 0,1240 ha həyətyanı torpaq\nsahəsi, 0,20 ha (JN 782B) və 0,15 ha (JN 782C) kənd təsərrüfatlı torpaq sahələrinin hər\nbiri 3 nəfər şəxsin ümumi birgə, RX ******* seriya nömrəli- 0,9782 ha kənd təsərrüfatlı\ntorpaqsahəsiisə4nəfərşəxsinümumibirgəmülkiyyətindədir.\n17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223.3-cü maddəsinin tələbinə görə\nümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların\nrazılaşmasında ayrıqaydanəzərdətutulmayıbsa, bərabərsayılır.\n18. Kollegiyanın araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, miras qoyan\nYaşarŞabanov 30 iyun 2013-cü il tarixdə Zaqatala rayonu Aşağı Talakəndində yerləşən\nevə və həmin evin torpağını oğlu Cavabdeh vəsiyyət etmiş, vəsiyyətnamə hal-hazıradək\nqüvvədədir.\n19. Beləliklə, işin müəyyən edilmiş hallarına görə, miras qoyanlardan üç ayrı torpaq\nsahəsi miras qalmış və miras qoyanlar ancaq həmin sahələrdən birində yerləşən evdə\nyaşamışlar. Həmçinin, miras qoyanların ölümündən sonra mirasın iddiaçı və cavabdeh\ntərəfindən faktiki qəbul edildiyi də işin mübahisəsiz halıdır. İddiaçı həmçinin X1dan miras\nqalmış əmlakı-pul vəsaitini (758.97 manatı) xx.xx.2019-cu il tarixli vərəsəlik hüququ\nhaqqında şəhadətnamə əsasındarəsmiqaydada qəbuletmişdir.\n20. Apellyasiya kollegiyası Mülki Məcəllənin vərəsəliklə bağlı normalarına istinad\nedərək miras qalmış əmlaklara dair iddiaçının vərəsəlik payının bölgüsünü aşağıdakı\nqaydada aparmışdır.\n21. Kollegiya ilk olaraq bildirmişdir iddiaçının X1 miras qoyan YaşarŞabanovdan sonra\nöldüyündən və sağlığında ərindən miras qalmış əmlakı faktiki qaydada qəbul etdiyindən,\nsonuncunun da payı irsi transmissiya qaydasında iddiaçıya keçəcəkdir (Mülki Məcəllənin\n1252-ci maddəsi). Çünki məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir.\nBu cür tələb hüququ vərəsəlik üzrə keçir. (Mülki Məcəllə 1194-cü maddə). Fərdi yaşayış\nevi və onun yerləşdiyi torpaq sahəsinə münasibətdə vəsiyyət üzrə vərəsəliyin normaları,\nqalan torpaq sahələrinə münasibətdə isə qanun üzrə vərəsəlik hüquq normaları tətbiq\nediləcəkdir.\n22. 1-ci əmlak üzrə (vəsiyyət olunan) i/m səh-9; RX ******* seriya nömrəli çıxarış\nəsasında fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə miras qoyan YaşarŞabanova məxsus\nolduğundan vəsiyyətnamə nəzərə alınmaqla bölgü aparılmalı və iddiaçının payı evlə bağlı\nyalnız məcburi paya münasibətdə müəyyən edilməlidir. Beləliklə, fərdi yaşayış evində\niddiaçının və X1nın məcburi vərəsəlik payı-1/6-dir (riyazi açıqlaması- Aynur, Məlahət və\nAbdulla.1/3:2 (vəsiyyətnamə üzrə yarısı)=1/6) Məlahət Şabanovanın payı irsitransmissiya\nqaydasında qızıiddiaçıyaverilməlidir.\n23. Həmin fərdi yaşayış evinin yerləşdiyi 0,1240 ha həyətyanı torpaq sahəsi 3 nəfərin\nümumi birgə mülkiyyətdə olduğundan miras qoyan YaşarŞabanovun payı 1/3-dir.Deməli,\n1/3 hissə yenə 3 vərəsə (Aynur, Məlahət və Abdulla) arsında bölünməlidir (1/3:3=1/9,\nvəsiyyətnamə olduğuna görə iddiaçının və Məlahətin yalnız məcburi payı (çatacaq payın\nyarısı)yaranır,1/9:2=1/18. (1/18payAynur,1/18payMəlahət,qalanpayAbdulla).\n24. 2-ci əmlak üzrə (i/m səh-16-18); JN 782B Dövlət Aktı əsasında 0,20 ha kənd\ntəsərrüfatlı torpaq sahəsi 3 nəfərin ümumi birgə mülkiyyətdə olduğundan miras qoyan\n\nYaşar Şabanovun payı 1/3-dir. Deməli, 1/3 hissə 3 vərəsə (Aynur, Məlahət və Abdulla)\narsında bərabər qaydada bölünməli (hər birinə 1/9 pay), Məlahət Şabanovanın payı irsi\ntransmissiya qaydasında qızı iddiaçıya verilməlidir. Beləliklə bu torpaq sahəsində\niddiaçının qanun üzrə vərəsəlik payı 2/9 hissə (1/9 iddiaçının + 1/9 anası Məlahətin)\nolacaqdır.\n25. 3-ci əmlak üzrə (i/m səh-18-21); JN 782C Dövlət Aktı əsasında 0,15 ha kənd\ntəsərrüfatlı torpaq sahəsi də 3 nəfərin ümumi birgə mülkiyyətdə olduğundan miras qoyan\nYaşar Şabanovun payı 1/3-dir. Deməli, 1/3 hissə 3 vərəsə (Aynur, Məlahət və Abdulla)\narasında bərabər qaydada bölünməli (hər birinə 1/9 pay), Məlahət Şabanovanın payı irsi\ntransmissiya qaydasında qızı iddiaçıya verilməlidir. Beləliklə, bu torpaq sahəsində də\niddiaçınınvərəsəlikpayı2/9hissə(1/9iddiaçının+1/9anasıMəlahətin)olacaqdır.\n26. 4-cü əmlak üzrə; RX ******* seriya nömrəli çıxarış əsasında (i/m səh-14-15); 0,9782\nha kənd təsərrüfatlı torpaq sahəsi 4 nəfərin ümumi birgə mülkiyyətdə olduğundan miras\nqoyan Yaşar Şabanovun payı 1/4-dir. Deməli, 1/4 hissə 3 vərəsə (Aynur, Məlahət və\nAbdulla) arsında bərabər qaydada bölünməli (hər birinə 1/12 pay), Məlahət Şabanovanın\npayı irsi transmissiya qaydasında qızı iddiaçıya verilməlidir.Beləliklə bu torpaq sahəsində\niddiaçının qanun üzrə vərəsəlik payı 2/12 hissə (1/12 iddiaçının + 1/12 anası Məlahətin)\nolacaqdır.\nKassasiya şikayətinin və ona etirazın dəlilləri\na) Kassasiya şikayətinin dəlilləri\n27. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin\nqətnaməsinin ləğvedilməsini,işinyeniapellyasiyabaxışınaqaytarılmasını xahişetmişdir.\n28. Həmin şikayət belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi mərhum\ntərəfindən mübahisəli evə dair vəsiyyətnamə olmasını nəzərə almamış, buna görə də\napelyasiya instansiya məhkəməsi mərhum Yaşar Şabanov tərəfindən yazılmış\nvəsiyyətnaməni əsas götürərək yaşayış evində olan payları müəyyən etmişdir. Lakin\napelyasiya məhkəməsi vəsiyyətnaməyə və evin mülkiyyət hüququnu müəyyən edən\nsənədlərə düzgün qiymət verməmişdir.Belə ki, mərhumun yazdığı vəsiyyətnaməni 30 iyun\n2013-cü ildə tərtib etmişdir. Vəsiyyətnamədə qeyd olunmuşdur ki, Aşağı Tala kəndində\nyerləşən təzə tikilmiş fərdi yaşayış evini və həmin torpaq sahəsini oğlu cavabdehə\nvəsiyyət etmişdir. Mübahisəli evə verilmiş çıxarışdan görünür ki, evin texniki pasportunun\naxırıncı səhifəsində evin qeydiyyata alınmasına əsas olmuş sənədlərin siyahısı\ngöstərilmişdir. Buradan görünür ki, həmin evin qeydiyyata alınmasına əsas Zaqatala\nRİHB-nın 4/144 saylı 04 fevral 2014-cü il tarixli məktubu olmuşdur. Həmçinin, həmin ev\ndövlət tərəfindən zəlzələdə zərər çəkmiş evlərin əvəzində tikilmiş ev olmuş və onun\nqeydiyyata alınması üçün sənəd 2014-cü ildə verilmişdir. Mərhum atasının 2013-cü ildə\nyazdığı vəsiyyətnamədə təzətikilmişevisəonun reyestrdə qeydiyyata alınmamışikincievi\nolmuşdur. Həmin ev başqa torpaq sahəsində yerləşdiyindən, hesab edir ki, sözügedən\nvəsiyyətnamə mübahisəli evə şamil olunmamalıdır.Mübahisəli ev dövlət tərəfindən tikilmiş\nvə bütün ailə üzvlərinə bərabər hüquqa malik bir evdir. Ona görə də, həmin evə dair\nvəsiyyətnamə yazılarkən, digər ailə üzvlərinin razılığı tələb olunurdu. Dövlət tərəfindən\ntikilmiş evin təkcə atasına məxsus olması kimi qeydiyyata alınması səhv olmuşdur.\nTərəfindən qeydiyyata alma orqanına qeydiyyata düzəliş edilməsi, onun həmin evdə\nmülkiyyətçiolduğunəzərəalınaraqqeydiyyataparılmasıbarədəmüraciətolunmuşdur.\n29. Cavabdeh də kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin\nqətnaməsinin ləğvolunmasını, iddianınrəddolunmasınıxahişetmişdir.\n30. Bu şikayət belə əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsində istinad etdiyi JN-\n782A, JN-782B və JN-782C nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr\nvə RX seriyalı ******* nömrəli çıxarış qüvvədə deyil. Belə olduğu halda həmin sənədlərə\nistinadən vərəsəlik hüququnun müəyyənləşdirilməsi qanunsuz və əsassızdır. Şəki İnzibati\nMəhkəməsinin qərarı ilə işin müəyyən edilmiş hallarından da məlum olur ki, məhkəmənin\n\nqətnaməsində istinad etdiyi həmin sənədlərdə Məlahət Şabanova, Emin Bayramov və\niddiaçının adı səhv qeyd edilmiş, həmçinin qeyd olunan torpaq sahələri Zaqatala Rayon\nAqrar İslahat Komissiyasının qərarına əsasən Yaşar Şabanov ilə yanaşı, cavabdehin,\nXanza Qantarovanın və Abidat Həmzətovanın ümumi birgə mülkiyyətinə verilmişdir. Belə\nolan halda YaşarŞabanova çatacaq pay apellyasiya məhkəməsinin müəyyən etdiyi kimi -\n1/3 yox, 1/4 olacaqdı. Lakin məhkəmənin qeyd olunan xüsusatı nəzərə almaması\nsəbəbindən, vərəsələrəçatacaqpaydadüzgünbölünməmişdir.\n31. Mərhumun vərəsələrindən biri də Xanza Qantarovadır. Lakin, işə baxan məhkəmə\nvərəsələr arasında payı müəyyən edərkən miras əmlakın (torpaq sahələrinin)\npayçılarından biri olan və mirası faktiki olaraq qəbul edən Xanza Qantarovanın payını\nnəzərəalmamış,bununladaiddiaçıyaçatacaqpayhədsizartmışdır.\nb) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri\n32. Kassasiyaşikayətlərinəqarşıyazılıetirazdaxilolmamışdır.\nTətbiq edilən hüquq:\nAzərbaycanRespublikasının Konstitusiyası:\n33. Maddə 13, hissə 1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət\ntərəfindən müdafiəolunur.\n34. Maddə 29, hissə 1, 2 və 5. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir\nnövünə üstünlük verilmir.Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla\nqorunur.Dövlətvərəsəlikhüququna təminatverir.\nAzərbaycanRespublikasının MülkiMəcəlləsi:\n35. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz\nistədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət\ntərəfindən tanınan vəqorunan hüququdur.\n36. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin\netməyinhüquqicəhətdən təminedilmişimkanıdır.\n37. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən\nməhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst\nsurətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin\nəmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz\nmülahizəsiiləistənilən hərəkətləri edə bilər,birşərtlə ki,həmin hərəkətlər qonşuların vəya\nüçüncüşəxslərinhüquqlarını pozmasın,yaxudhüquqdan sui-istifadəolmasın.\n38. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə)\nqanunüzrəvəyavəsiyyətüzrəvəyahərikiəsaslakeçir.\n39. Maddə 1133.2.Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş\nşəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud\nvəsiyyətnamətamamiləvəyaqismənetibarsızsayılır.\n40. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan\nedilməsiiləaçılır.\n41. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik\nolduğuəmlakhüquqlarının (mirasaktivi)vəvəzifələrin(miraspassivi)toplusudaxildir.\n42. Maddə 1159.1.1.Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq,\narvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay\nhüquqlubirincinövbədə vərəsədirlər.\n43. Maddə 1166.Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm\nvərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya\nbilər.\n\n44. Maddə 1170.1 Vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras\npaylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret\ngöstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında\nbərabərbölüşdürülür.\n45. Maddə 1176.1. Vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya\nhamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu\ndeyildir.\n46. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin)\nvəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay\nqanunüzrəvərəsəlikzamanıonlaraçatasıpayınyarısını(məcburipay)təşkiletməlidir.\n47. Maddə 1195. Məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı\nməqsədlər üçün hərhansı hərəkəti yerinə yetirməkdən ötrünəzərdə tutulan əmlakdadaxil\nolmaqla,bütünmirasdanmüəyyənləşdirilir.\n48. Maddə 1196. Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər\nvəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı\nnəzərəalınmalıdır.Vəsiyyətüzrəvərəsələrnəzərəalınmır.\n49. Maddə 1200. Miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya\nhüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta\nbiləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı\nvaxtadəkhədiyyəninverilməsindənikiilkeçirsə,hədiyyəhesabaalınmır.\n50.  Maddə 1201. Əgər məcburi pay almaq hüququ olan şəxsə onun qanun üzrə\nvərəsəlik zamanı ala biləcəyi payın yarısından az əmlak vəsiyyət edilmişdirsə, o, vəsiyyət\nüzrə aldığı payın qanun üzrə vərəsəlik zamanı ala biləcəyi payın yarısından az olduğu\nhissənitələbedəbilər.\n51. Maddə 1203.1. Məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə,\nvərəsəlikhüququndan məhrumetməyə səbəbolanhallarolduqdamümkündür.\n52. Maddə 1203.2. Məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ\nözsağlığında məhkəməyəmüraciətetməkyoluiləhəyatakeçirəbilər.\nAzərbaycanRespublikasının MülkiProsessualMəcəlləsi:\n53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi\nhallarısübutetməlidir.\n54. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan\nsonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç\nbirsübutunməhkəməüçünqabaqcadan müəyyənedilmişqüvvəsiyoxdur.\n55. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş  hallara və tərəflərin qarşılıqlı\nmünasibətinə uyğunəsaslandırılmalıdır.\n56. 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya\nşikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən\nmaddivəprosessualhüquqnormalarının düzgüntətbiqedilməsiniyoxlayır.\nKassasiya baxışının hədləri:\n57. Kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi\nxahişedildiyinəgörəməhkəməbütövlükdə tamyoxlanılır.\n58. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya\ninstansiyasıməhkəməsitərəfindən maddivəprosessual hüquqnormalarının düzgün tətbiq\nolunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı\ninstansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və\nya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası\nməhkəməsininfaktikihallarıaraşdırmasıkimiqiymətləndirilməməlidir.\nKassasiya instansiyası məhkəməsinin mövqeyi:\n\n59. Apellyasiya məhkəməsi vərəsələr Xanza Qantərova və İmran Şabanovun mirası\nqəbul etmədiklərini, İddiaçı və Cavabdeh isə mirası qəbul etdiklərini, Məlahət\nŞabanovanın payının xx.xx.2019-da ölməsi ilə bağlı vərəsəsi İddiaçı keçdiyini, bu hesabla\n3 vərəsə payının mövcudluğunu nəzərə alaraq, hər bir əşyaya münasibətdə iddiaçının\npayını müəyyənləşdirmişdir. Bu zaman məhkəmə miras qoyan tərəfindən vərəsə\nCavabdeh çatması vəsiyyət edilən torpaq sahəsinə və evə iddiaçının və onun mərhum\nanasının tam həcmdə məcburi paylarını tanımışdır. Məcburi payın həcmi isə bütün\nmirasdan deyil, vəziyyətnamə qoyulmuş iki daşınmaz əşyaya münasibətdə\nmüəyyənləşdirilmişdir. Belə ki, məhkəmə vəsiyyətin predmeti olan hər bir əşyadan onlara\nqanun üzrə vərəsəlik qaydasında çatası payın yarısını məcburi pay kimi müəyyən etmiş,\nM.Şabanovanın ölümüiləqızına keçənpayıdanəzərə almaqla,İddiaçıevə2/6,0,1240 ha\ntorpaqsahəsinəisə2/18vərəsəlikpayınıtanımışdır(§13-26).\n60. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, məcburi payın həcminin yuxarıda\ngöstərilənqaydada müəyyənləşdirilməsimaddihüquqnormalarına uyğunolmamışdır.\n61. Məlum olduğu kimi, Mülki Məcəllənin 1193-cü maddəsinə görə, vəsiyyət edənin\nuşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı\nolmayaraqmirasdaməcburipayıvardır.Bupayqanun üzrəvərəsəlikzamanıonlaraçatası\npayınyarısını(məcburipay)təşkiletməlidir.\n62. Məhkəmə kollegiyası əvvəlcə bu normada nəzərdə tutulan məcburi payın\nmahiyyətinə və məqsədinə, daha sonra isə onun həcminin müəyyənləşdirilməsi qaydasına\nnəzərsalmağıvacibhesabedir.\n63. Vərəsəlik hüququnda mövcud olan institut kimi məcburi pay, miras qoyanın\nsağlığında öz əmlakına verdiyi sərəncamların (ölümə bağlı sərəncam kimi vəsiyyətin,\nölümündən qabaqikiilərzindəedilmişbağışlamanın) qanunlaməhdudlaşdırılmasıdır.\n64. Məlum olduğu kimi, sərəncam hüququ, mülkiyyət haqqının ən mühüm\nkomponentlərindən biri kimi mülkiyyətçiyə öz əmlakının hüquqi müqəddəratını həll etmək\nimkanı verir. Bu baxımdan hər kəs öz mülkiyyətində olan əmlaka sərəncam verməkdə\nsərbəstdir(§35-37).\n65. Bununla belə, mülkiyyət hüququ əhatə etdiyi səlahiyyətləri həyata keçirmək\nbaxımından mütləq deyil. Bu imkan başqa şəxslərin hüquq və azadlıqlarının təmin\nedilməsiməqsədiləqanunlamüəyyənedilmişqaydada məhdudlaşdırıla bilər(§37).\n66. Bu məhdudiyyətlərdən biri də mülkiyyətçinin uşaqlarının, valideynlərinin və\narvadının (ərinin) miras əmlakdan almalı olduqları minimum aktivdir – məcburi paydır.\nBaşqa sözlə, miras qoyan öz əmlakını istədiyi şəxsə özgəninkiləşdirmək və ya vəsiyyət\netmək hüququ, sadalanan şəxslərin almalı olduqları və qanunla müəyyən edilmiş həddə\nməhdudlaşdırılır. Beləliklə, şəxs arzu etsə də ölümündən sonra qanunun\nmüəyyənləşdirdiyi yaxınlarına çatmalı olan miras dəyərlərini başqa şəxslərə verə və ya\nqanunun nəzərdətutduğundan fəqlinisbətlərdəpaylaşdırabilməz.\n67. Məcburi pay institutu miras qoyanın yaxın ailə üzvləri qarşısında olan maddi və\nmənəvi öhdəliklərindən irəli gəlir. Bu öhdəliklər çərçivəsində miras qoyanın ən yaxınlarını\nəmlakdan tamamilə məhrum etməsinin qarşısı alınır, onların minimum həcmdə əmlak\nalmalarıtəminedilir.Həminşəxslərinməcburipaygözləntiləri ailəbağlarının sıxlaşmasına,\ncəmiyyətin özəyi olan ailənin daha da möhkəmlənməsinə səbəb olmaqla ictimai bir fayda\ndatəminedir.\n68. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi də “Azərbaycan Respublikası\nMülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair”\nxx.xx.2021-ci il tarixli qərarında məcburi pay institutunun mahiyyəti ilə bağlı vurğulamışdır\nki, “Vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailə üzvlərinin mənafeyinin digər şəxslərin\nmənafeyindən üstün olması ailə-təminat prinsipindən irəli gəlir. Bu prinsipə əsasən,\nmülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlakın (əmlakın müəyyən hissəsinin) iqtisadi\ntəminatı vəfatından sonra əsasən onun yaxın ailə üzvlərinə məxsus olmalıdır. Mülkiyyətçi\nyaşadığı dövrdə ona məxsus olan əmlak üzərində sərəncam vermək hüququna malik\nolmaqla yanaşı, öz övladları, habelə digər yaxın ailə üzvləri qarşısında müəyyən qədər\ncavabdehlik daşıyır. Mülkiyyətçinin bu cavabdehliyi onun ölümündən sonra vərəsəlik\n\nhüququnda öz təsbitini tapmış mirasda məcburi pay institutu ilə təmin edilmiş olur. Bu\nzaman yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərə\nmiras qoyanın iradəsindən asılı olmayaraq mirasda məcburi pay ayrılır. Beləliklə,\nqanunverici mirasda məcburi pay institutunu təsbit etməklə, ailə münasibətlərini bir ailə\nüzvünün düşünülməmiş, digər ailə üzvlərinin mənafelərini nəzərə almadan, bununla da\netibarlı və sağlam ailə münasibətlərinə və təminatına zərər verə bilən qərarından qorumaq\nməqsədi daşıyır”.\n69. Bununla belə diqqətdən qaçırılmamalıdır ki,mirasqoyanın vərəsələri üçün qanunda\nnəzərdə tutulan qoruma (məcburi pay hüququ) əhatə baxımından məhduddur. Belə ki,\nqanun üzrə vərəsələrin hamısı deyil, yalnız çox yaxın sayılan bəzi şəxslər (uşaqlar,\nvalideynlər və arvad-ər) bu hüququa malikdirlər. Onların da bütün vərəsəlik payı deyil,\nqanunla müəyyən edilmiş bir hissəsi qorunmuşdur.Bu hissə qanun üzrə vərəsəlik zamanı\nonlaraçatasıpayınyarısıdır(§46).\n70. Başqa sözlə, qanun, miras qoyanın sərəncam hüququnu məcburi payı pozduğu\nhəddə məhdudlaşdırır. Odur ki, miras qoyan bu həddin xaricində qalan əmlakı barəsində\nistədiyi kimi sərəncam verməkdə sərbəsdir. Belə ki, o, öz vərəsələrdən birini, bir neçəsini\nvə ya hamısını mirasdan məhrum edə biləcəyi kimi (§ 45), əmlakını da istədiyi şəxsə verə\nbilər (§ 36,43). İstisna (məhdudiyyət), yalnız məcburi pay hüququ olan vərəsələr və onlara\nqanunla çatası minimum payla bağlıdır (məcburi pay almaq hüququndan məhrumetmə isə\nləyaqətsiz vərəsə ilə bağlı ümumiyyətlə vərəsəlik hüququndan məhrumetməyə səbəb olan\nhallarda, özü də miras qoyanın sağlığında məhkəməyə müraciət edilməklə mümkündür (§\n51-52).\n71. Bu hədləri (məhdudiyyətləri) nəzərə almadan miras qoyanın hər sərəncamını\nməcburi payı pozan aktkimiqiymətləndirmək, yənivəsiyyətedilən (son ikiildə bağışlanan)\nhər əmlakdan vərəsələrə məcburi pay vermək bu institutun mahiyyətinə və məqsədinə\nuyğungəlmir.\n72. Ona görə də, məcburi payla bağlı qanundakı qaydalar yalnız həmin minimum payın\npozulduğu təqdirdətətbiqediləvəməcburipayqarşılanmayan həcmdətamamlanabilər.\n73. Məhkəmə təcrübəsində əksər hallarda məcburi payın pozulub-pozulmadığı\naydınlaşdırılmadan vəsiyyət edilən (bağışlanan) hər predmetdən vərəsələrə pay tanınır.\nHalbuki,qanunda buməzmundabirnormamövcuddeyil.\n74. Bu məsələ ilə bağlı Kollegiya vurğulayır ki, məcburi payın həcmi ilə, bu həcmin\nmüəyyənləşdirilməsi qaydası bir-birindən fərqləndirilməlidir. Məcburi payın həcmi Mülki\nMəcəllənin 1193-cü maddəsində göstərilmişdir: vərəsələrin qanun üzrə vərəsəlik\nqaydasında alacaqları payın yarısı.\n75. Bu həcmin hansı qaydada müəyyənləşdiriləcəyi isə Məcəllənin 1195-ci maddəsində\ntənzimlənmişdir.Həmin normaya əsasən, məcburi payın tam həcmi vəsiyyət tapşırığını və\nya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə\ntutulanəmlakdadaxilolmaqla,bütünmirasdanmüəyyənləşdirilir.\n76. Göründüyü kimi, Mülki Məcəllənin 1193-cü maddəsi ilə müəyyən edilən məcburi\npayın pozulmasının və tamamlanmalı olan həcminin necə təsbit olunacağı məhz 1195-ci\nmaddədə açıqlanmışdır. Bunun üçün meyar vəsiyyət (hədiyyə) edilən hər bir (ayrıca)\nəmlakdeyil,bütün mirasdır.Başqasözlə,məcburipayınpozulub-pozulmadığının müəyyən\nedilməsi üçün mirasa daxil olan hər bir predmet ayrı-ayrılıqda deyil, ölümdən əvvəlki 2 il\nərzindəedilənbağışlamalarla birlikdəbütövmirasəmlakınümumidəyəriəsasalınmalıdır.\n77. Bu baxımdan Mülki Məcəllənin 1193-cü maddəsində göstərilən pay nisbəti mirasla\n(məcburi payla) bağlı ixtilafların həlliüçün kifayət deyil. Həminnorma iləyanaşı Məcəllənin\n1151.1,1195,1196və1200-cümaddələribirlikdənəzərəalınmalıdır(§41,47-49).\n78. Ona görə də, məcburi paya dair mübahisəyə baxan məhkəmə əvvəlcə miras\nkütləsinə daxil olan əmlaka və ya onun bir hissəsinə vəsiyyətnamə (yaxud son iki ildə\nbağışlama) ilə sərəncam verilib-verilmədiyini aydınlaşdırılmalıdır. Əgər verilmişsə, həmin\nsərəncamların predmeti olan və olmayan bütün miras kütləsi (vəsiyyət tapşırığını və ya\nümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan\nəmlak) hesaba alınmaqla uşaqların, valideynlərin və arvadın-ərin bu mirasdan qanun üzrə\n\nvərəsəliklə almalı olduqları payı müəyyən etməlidir.Həmin payın yarısı isə məcburi paydır\nki, məhkəmə qeyd olunan sərəncamlarla onun pozulub-pozulmadığını aydınlaşdırmalıdır.\nBunun üçün həmin vərəsələrin bütün mirasdan almalı olduqları dəyər tapılmalı və qanun\nüzrə vərəsəlik qaydasında bu dəyəri əldə edib-etmədikləri (yaxud mirasın bölüşdürülməsi\nilə onu əldə edib-etməyəcəkləri) yoxlanılmalıdır. Bu yoxlama nəticəsində vəsiyyət edilən\n(bağışlanan) əmlakın miras kütləsinin hansı məbləğdə olan hissəsini əhatə etdiyi, dolayısı\nilə miras qoyanın verdiyi sərəncamların qanunla müəyyən edilən həddi aşıb-aşmadığı\n(məcburi pay sahiblərinin almalı olduqları minimum paya müdaxilə edib-etmədiyi) məlum\nolur.\n79. Əgər məcburi paya müdaxilə aşkar edilirsə hüququ pozulan vərəsənin vəsiyyət\n(hədiyyə) edilən əmlak hesabına məcburi payının pozulan məbləğdə (tam və ya qismən)\ntamamlanmasını tələb etmək hüququ yaranır.Bu qayda Mülki Məcəllənin 1200 və 1201-ci\nmaddələrində açıqca göstərilmişdir. Həmin normalara görə, məcburi pay almaq hüququ\nolan şəxs bu paydan az əmlak aldıqda çatışmayan hissənin tamamlanmasını tələb edə\nbilər.(§49-50).\n80. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qeyd edilən\nqərarında məcburi payın həcminin müəyyənləşdirilməsi və çatışmayan payın\ntamamlanması ilə bağlı aşağıdakı hüquqi mövqeləri ifadə etmişdir: “Məcburi payın\nhəcminin müəyyənləşdirilməsi qaydası Mülki Məcəllənin 1195-ci maddəsində nəzərdə\ntutulmuşdur... Tamamlanma tələbini Mülki Məcəllənin 1193-cü maddəsində sadalanmış\nşəxslər irəli sürə bilərlər. Bu cür tələb irəli sürüldükdə bağışlanmış əşya xəyali olaraq miras\nəmlaka əlavə olunur, həmin hissə ilə birgə miras dəyəri hesablanır, məcburi payın həcmi\nmüəyyənləşdirilir və bu həcmin qarşılanmadığı təqdirdə məcburi paya hüququ olan\nvərəsələrə çatmalı olan tamamlanmamış hissə ödənilir.”\n81. Əgər vərəsə mirasdan qanun üzrə vərəsəliklə almalı olduğunun yarısından artıq\ndəyərdə əmlak qazanmışsa, bu o deməkdir ki, onun məcburi payı pozulmamışdır. Vərəsə\nmirasda məcburi pay hüququ əsasında almalı olduğu minimum aktivi əldə etmişsə, miras\nqoyanın bu aktivin xaricində qalan əmlakına verdiyi sərəncam vərəsənin mənafeyinə xələl\ngətirmiş sayılmır. Belə olan halda miras qoyanın sərbəst şəkildə vəsiyyət etmək və ya\nbağışlamaq imkanı olan əmlakdan həmin vərəsəyə pay verilməsinin əxlaqi səbəbi və\nqanuni əsası olmur. Buna məhəl qoyulmadan vəsiyyət edilən (bağışlanan) əmlaka\n“məcburi pay” adı altında vərəsənin hüququnun tanınması bu münasibətləri tənzimləyən\nnormaların məqsədlərinə zidd olmaqla yanaşı, ədalətsiz vəziyyətin yaranmasına da səbəb\nolur.Məsələn, qanun üzrə iki vərəsə olan və 1.000.000 manat dəyərindəki mirasda 20.000\nmanatlıq avtomobil kənar bir şəxsə vəsiyyət edilmişsə, vərəsələr məcburi payları olan\n250.000 manatdan artıq (490.000 manat) dəyərdə əmlak aldıqları halda, onların həmin\navtomobilədəşərikolmalarıədalətliolmadığıkimi,mirasqoyanınsoniradəsinədəziddir.\n82. Beləliklə, vərəsəyə məcburi pay verilməsi, bütün mirasdan qanun üzrə vərəsəliklə\nonlaraçatasıdəyərinyarısından azəmlakqaldıqda mümkündür.\n83. Əks yanaşma miras qoyanın öz əmlakı barəsində sərbəst sərəncam vermək\nhüququnun əsasız məhdudlaşdırılmasına, vərəsənin miras qoyanın iradəsinə və qanuna\nzidd şəkildə varlanmasına, bununla məcburi pay institutunun məqsədinin aşılmasına,\nnəticə etibarilə Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat altına alınmış\nmülkiyyət və vərəsəlik (vəsiyyət etmə və vərəsə olma) hüquqlarının kobud şəkildə\npozulmasına səbəbolur(§33-34).\n84. O da nəzərə alınmalıdır ki, məcburi pay, vərəsəlik hüququndan irəli gəlsə də, bir\nəşya hüququ (mülkiyyət haqqı) deyil, qanuna əsaslanan tələb hüququdur. Çünki, vəsiyyət\nedilən (bağışlanan) əmlak üzərində miras açıldığı andan vərəsənin ona mülkiyyət hüququ\nəmələ gəlmir. Məcburi payı pozulan vərəsə vəsiyyətlə (bağışlama ilə) əmlak əldə etmiş\nşəxsə qarşı həmin payın tamamlanmasını tələb etmək imkanı qazanır. Bu səlahiyyət\nqanundan irəli gələn şəxsi hüquqdur.Konstitusiya Məhkəməsi də istinad olunan qərarında\nmirasda məcburi pay hüququnu birinci növbə vərəsələrinhüquqlarının pozulması\nnəticəsində yaranan, birtərəfli qaydada dəyişdirilməsi mümkün olmayan, icrası məcburi\nxarakter daşıyan subyektiv hüquq kimi qiymətləndirmişdir.\n\n85. Ona görə də vərəsəlik mübahisəsinə baxan məhkəmə, vəsiyyətnamə qoyulmuş\n(hədiyyə edilmiş) əmlaka öz hüququnu irəli sürən vərəsənin dəlillərini yoxlamaqla, onun\nməcburi payının pozulub-pozulmadığını aydınlaşdırmalı və nəticəsindən asılı olaraq iddia\ntələblərinihəlletməlidir.\n86. Hazırkı işdə isə miras qoyan Yaşar Şabanovun vəsiyyət etdiyi - Zaqatala rayonu,\nAşağı Tala kəndindəki 0.1240 ha torpaq sahəsinə və onun üzərindəki yerləşən fərdi\nyaşayış evinə iddiaçının payı müəyyən edilərkən yuxarıda şərh olunan qaydalara riayət\nedilməmişdir. Belə olan halda, payların apellyasiya məhkəməsinin qətnaməsində əks\nolunan şəkildə müəyyən edilməsi (iddiaçıya vəsiyyət olunan hər bir əşyadan tam həcmdə\nməcburipayverilməsi)mülkiqanunvericiliyəuyğunhesabediləbilməz.\n87. Cavabdehin kassasiya şikayətinin dəlillərindən biri də odur ki, qanun üzrə\nvərəsələrindən XanzaQantarova mirasıfaktikiqəbuletsədə,onun mirasdaiştirakıvəpayı\nnəzərəalınmadan bölgüaparılmışdır.\n88. Yuxarıda göstərilənləri nəzərə alaraq Kollegiya hesab edir ki, hazırkı iş üzrə\nmübahisənin düzgün həlli üçün Yaşar Şabanovdan qalan miras kütləsi (vəsiyyət edilmiş\nəşyalar da daxil olmaqla bütün aktiv və passiv), habelə qanun və vəsiyyət üzrə bütün\nvərəsələrin dairəsi müəyyən edilməli, onlar işdə iştirak etməyə cəlb olunmalı, mirasın\nqəbulu və ondan imtina ilə bağlı qaydalar da nəzərə alınmaqla, pay bölgüsündə iştirak\nedən vərəsələrin dairəsi, bunlara müvafiq olaraq iddiaçının məcburi payının həcmi və\nvəsiyyətnamənin xaricində qalan əmlakdan İddiaçı qanun üzrə vərəsəlik qaydasında əldə\netdiyi dəyər işdə iştirak edən şəxslərlə müzakirə edilməklə və işdə olan sübutlarla birlikdə\nqiymətləndirilməklə aydınlaşdırılmalı, bundan asılı olaraq iddiaçının məcburi payının\npozulub-pozulmadığı, əgər pozulmuşsa hansı həcmdə (tam yoxsa qismən) pozulduğu\ntəsbit olunmalı, buna müvafiq olaraq həmin payın tamamlanması və digər iddia tələbləri\nhəlledilməlidir.\n89. Ona görə də, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş\nyeniapellyasiyabaxışınagöndərilməlidir.\n90. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,\nMəhkəməkollegiyası\nQərara aldı:\nKassasiyaşikayətləriqisməntəminedilsin.\nŞəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1605/2021 nömrəli iş üzrə\n15 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına\ngöndərilsin.\nQərarqəbuledildiyiandanqüvvəyəminir.\nHakimlər: Zaur Əliyev\nAbiddin Hüseynov\nİlqar Xələfov",
      "url": "file:///C:/Users/TechEvo%20Computers/Downloads/3ulduz/2_1192%2B01.06.2022.pdf",
      "local_file": "003_60db1ec8b7.pdf",
      "local_text_file": "003_2(102)-1192_2022.txt",
      "content_type": "application/pdf"
    },
    {
      "menbe": "Ali Məhkəmənin üç ulduzlu qərarları",
      "akt_novu": "Üç ulduzlu qərar",
      "tarix": "2023-10-02",
      "basliq": "2(102)-2894/2023",
      "is_nomresi": "2(102)-2894/2023",
      "movzu": "",
      "metn": "Azərbaycan Respublikası adından\nQƏRAR\nBakı şəhəri İş № 2(102)-2894/2023 02.10.2023\nALİ MƏHKƏMƏ\nAzərbaycan Respublikası adından\nAzərbaycan Respublikası Ali Məhkəməsi\nMülki Kollegiyasının\niddiaçı \"xxxx\" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə\nQ Ə R A R İ\nAçar sözlər: kredit borcunun ödənilməsi, iddia müddətinin əlavə tələblərə tətbiqi\nAzərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1\n(məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə\niddiaçı \"xxxx\" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun\ntutulması tələbinə dair iddia ərizəsi ilə bağlı Gəncə Apellyasiya Məhkəməsi Mülki\nKollegiyasının 2(104)-1001/2023 nömrəli iş üzrə 14 aprel 2023-cü il tarixli qətnaməsindən\n\niddiaçının kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında\nbaxaraq, aşağıdakı qərarı qəbul etdi.\nİŞİN HALLARİ\n1. xx.xx.2013-cü il tarixli 10-M-3-0-89-13 nömrəli kredit müqaviləsinə əsasən, kreditor\n\"xxxx\" İKB ASC tərəfindən Cavabdeh1 24 ay müddətə illik 28 faiz ödəmək şərti ilə 10.100\nABŞ dolları məbləğdə kredit verilmişdir.\n2. Həmin borcun təminatı olaraq Cavabdeh2 ilə xx.xx.2013-cü il tarixli zaminlik\nmüqaviləsi bağlanmış və zamin kredit borcunun qaytarılması üzrə məsuliyyəti öz üzərinə\ngötürmüşdür.\nİŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ\na) Birinci instansiya məhkəməsində icraat\n3. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,\ncavabdehlərdən müştərək qaydada onun xeyrinə xx.xx.2013-cü il tarixli kredit müqaviləsi\nüzrə 2.977,62 ABŞ dolları əsas, 3.810,32 ABŞ dolları faiz, 4.805,36 ABŞ dolları cərimə\nborcu və kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixdən xx.xx.2022-ci il tarixədək\ngecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1.466,1 ABŞ dolları məbləğdə əldən\nçıxmış fayda olmaqla, cəmi 13.059,4 ABŞ dolları borcun və 156,60 manat dövlət\nrüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.\n4. İddianın əsaslarına görə, Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozaraq, borc\nöhdəliyini icra etməkdən boyun qaçırır.\n5. Cavabdeh1 məhkəməyə ərizə ünvanlayaraq, iddia müddətini tətbiq etməklə,\niddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.\n6. Gəncə Şəhər Məhkəməsinin 2(125)-498/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il\ntarixli qətnaməsi ilə (hakim X.Səfərli) iddia rədd edilmişdir.\n7. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, “... iddiaçı ilə\ncavabdehlərdən Cavabdeh1 arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi\nbağlanmışdır. İddiaçı Bank müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, kredit\nmüqaviləsində göstərilən pul məbləğini borcalana vermişdir. Cavabdeh1 kredit müqaviləsi\nəsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən\nmüqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri\niddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, həmin cavabdeh\nkredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə\netmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul\nöhdəliyini lazımınca yerinə yetirməmişdir. Bu səbəbdən iddiaçı müqavilə şərtlərinə istinad\nedərək cavabdehlərdən müqavilə üzrə yaranmış borcun ödənilməsini tələb etmişdir.\n...\nMəhkəmə hesab edir ki, tərəflər arasında 24 ay müddətinə bağlanmış xx.xx.2013-cü\nil tarixli kredit müqaviləsinin müddəti xx.xx.2015-ci il tarixində bitmiş, iddiaçı həmin tarixdən\n8 ildən artıq müddət keçdikdən sonra xx.xx.2022-ci il tarixdə iddia müddətini ötürərək\nhazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı zamanı iddia müddətinin\ndayanması və ya kəsilməsinə əsas olacaq hallar aşkar edilməmişdir.\nMəhkəmə qeyd edir ki, iddiaçının təqdim etdiyi maliyyə arayışına əsasən, kredit\nmüqaviləsi üzrə son ödəniş xx.xx.2019-cu ildə edilmiş olsa da, xx.xx.2013-ci il tarixində\nbaşlayan 3 illik iddia müddəti xx.xx.2016-ci il tarixində başa çatdığı üçün bu hal iddia\nmüddətinin axımının kəsilməsi və yenidən başlanması üçün əsas hesab edilə bilməz. Əksi\nhesab edilməli olsa belə, xx.xx.2019-cu ildən başlamalı olan 3 illik iddia müddətini\nötürməklə iddia qaldırılmış olacaqdı.”\n8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki\nMəcəlləsinin 372.1, 372.2, 373.2, 375.2, 380.1, 380.2-ci maddələrinə, Azərbaycan\n\nRespublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki\nMəcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli\nqərarına istinadla əsaslandırmışdır.\nb) Apellyasiya instansiyası məhkəməsində icraat\n9. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan\napellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın təmin olunmasını xahiş\netmişdir.\n10. Apellyasiya şikayətinin dəlillərinə görə: 1. kredit müqqaviləsi üzrə öhdəliyin icrası\nvaxtı xx.xx.2015-ci il tarixdə başa çatmalı idi, lakin borclu öhdəliyini tam şəkildə yerinə\nyetirməmiş, belə olar halda kredit müqaviləsi qüvvədə sayılır. Belə ki, Azərbaycan\nRespublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki\nMəcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh\nedilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında qeyd edilir ki, müqavilənin qüvvədə olma\nmüddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquq bağlılığı davam\nedir və MM-in 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin\nqurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına\ngörə məsuliyyətdən azad etmir;\n2. İddia tələbinin bir hissəsini kredit müqaviləsi üzrə 18 yanvar 2015-ci il tarixdən 30\nsentyabr 2022-ci il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 faizlə hesablanmış 1.466,1 ABŞ\ndolları məbləğdə zərər təşkil etmiş, birinci instansiya məhkəməsi iddia tələbinin bu\nhissəsinə də 3 illik müddəti tədbiq edərək, iddianı rədd etmişdir. Halbuki, birinci instansiya\nməhkəməsi də qətnaməsində göstərdiyi kimi, “Azərbaycan Respublikası Mülki\nMəcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair\" Azərbaycan\nRespublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarına əsasən\nkredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki\nMəcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir.\nMülki Məcəllənin 373.2 və 377.2-ci maddələrinin mənasına görə, kredit müqaviləsində\nbaşqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə\nmüəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.\nHesab edir ki, iddiaçı olaraq tələb etdiyi illik 5 faiz pul tələbi kredit müqaviləsindən\nirəli gələn tələb olmamışdır. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddasinə əsasən, borclu\npul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək\ndaha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə\nborcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.\nİşin faktiki halından göründüyü kimi, cavabdeh öz üzərinə götürmüş öhdəliyi tam\nşəkildə yerinə yetirməyərək, gecikməyə yol vermiş və bundan sonra bankın gecikdirilmiş\nvaxt üçün faiz tələb etmək hüququ yaranmışdır. Nəzərə alınmalıdır ki, kredit müqaviləsinin\nşərtlərinə əsasən verilmiş pulun faiz qarşılığı ilə \"gecikdirilmiş vaxt üçün faizi\"\neyniləşdirmək olmaz. Belə ki, birinci hal bankın gəlir götürməsinə, bankın fəaliyyətinin\nəsas istiqamətinə yönəlmiş, ikinci hal isə birbaşa borclunu intizamlandırmaq, onun\ngecikməyə yol verdiyi üçün bankın zərərinin qarşılığını almaq xarakteri daşıyır.\n11. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1001/2023 nömrəli iş\nüzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Afiq Hüseynzadənin sədrliyi və məruzəsi\nilə, hakimlər Aygül İsgəndərova və Fikrət Mehdiyevdən ibarət tərkibdə) iddiaçının\napellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli\nqətnaməsi dəyişdirilmədən saxlanılmışdır.\n12. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə,\n“Məhkəmə kollegiyası iddiaçının apellyysiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd\nedir ki, Mülki Məcəllənin 399.3-cü maddəsi müqavilədə nəzərdə tutulduğu halda\nmüqavilənin qüvvədə olma müddətinin qurtarması ilə tərəflərin müqavilə üzrə\nöhdəliklərinin xitamını, belə şərt olmadığı halda isə müqavilənin öhdəliyin icrasının\nqurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə olmasını\n\nmüəyyən etməkdədir. Hazırkı iş üzrə tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə\nöhədliyin icrası müddəti 18 yanvar 2015-ci il tarixinədək şərtləndirilmişdir ki, hazırkı iş üzrə\nmübahsiə müqavilənin qüvvədə olma müddəti və ya müqavilənin qüvvədə olan müddətinin\nbitməsi ilə əlaqədar öhdəliyə xitam verilib-verilməməsi ilə bağlı deyil, müqavilə üzrə\nöhdəliyə müddətin keçməsi ilə bağlı iddia müddətinin tətbiq edilməsi olmuşdur.\nBundan başqa məhkəmə kollegiyası iddiaçının gecikdirilmiş vaxt üçün faiz tələbi ilə\nbağlı iddianın təmin edilməli olması ilə bağlı şikayətinin dəlilini də əsassız hesab etmişdir.\nBelə ki, Mülki Məcəllənin 554.3-cü maddəsinə əsasən əsas tələblə birlikdə ondan asılı\nolan əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini itirir ki,\niddiaçının gecikdirilmiş vaxt üçün faiz tələbi də məhz əsas tələbdən irəli gəlmişdir. Həmin\nMəcəllənin 377.6-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə\ntələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir.”\n13. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası\nMülki Məcəlləsinin 372.1, 372.2, 373.2, 375.2, 376, 377.1, 399, 739.1-ci maddələrinə,\nAzərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan\nRespublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair”\nxx.xx.2013-cü il tarixli qərarına istinadla əsaslandırmışdır.\nKASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ\na) Kassasiya şikayətinin dəlilləri\n14. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan\nkassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, işin yeni apellyasiya baxışına\ngöndərilməsini xahiş etmişdir.\n15. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni olmuşdur.\nb) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri\n16. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.\nTƏTBİQ EDİLƏN HÜQUQ\n17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:\nMaddə 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor)\nqarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya\nhüququdur;\nMaddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı\nmüqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir;\nMaddə 376. İddia müddətinin əlavə tələblərə tətbiqi\nƏsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama,\nzaminlik, beh) üzrə də iddia müddəti keçir;\nMaddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt\ndövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və\nya bu cür dövr ərzində istənilən an icra edilməlidir;\nMaddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra\nedilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya\nöhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa\ndüşülür;\nMaddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda\nmüəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi\nbütün hallar üçün cavabdehdir;\nMaddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya\nhərəkətsizlik) üçün məsuliyyət daşıyır;\n\nMaddə 554.3. Əsas tələblə birlikdə ondan asılı olan əlavə öhdəliklərin icrasına dair\ntələb də müddətin keçməsinə görə qüvvəsini itirir;\nMaddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya\ndigər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi\nöhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni\nkeyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı\nöhdəsinə götürür;\nMaddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit\nmüqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan\nşəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları\ngözləməlidirlər.\n18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM):\nMaddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və\nonlardan istifadə etməlidir;\nMaddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut\netməlidir;\nMaddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra\nhəmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir\nsübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur;\nMaddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum\nolan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və\nqiymətləndirilməlidir;\nMaddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;\nMaddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı\nmünasibətinə uyğun əsaslandırılmalıdır;\nMaddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına,\nməhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların\naydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin\nfaktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir;\nMaddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və\nkassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi\ntərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır;\nMaddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü\nmaddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol\nverilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır;\nMaddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən:\n417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik\nedilmədən, şikayəti təmin etmədən saxlaya bilər;\nMaddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün\ntətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə\ntəcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və\nqərardadının ləğv edilməsi üçün əsasdır;\nMaddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq\nolunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu\npozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.\n19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarları\n“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh\nedilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarı:\n“İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və\nsabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin\nsubyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və\n\nbərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi\nüçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb\nedən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan\ncavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına\ngətirib çıxarardı.Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin\ntətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni\nzamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur\nedir.\n...\nBununla belə, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında\nformalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesab edir ki, iddia\nmüddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq\nsubyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-\npozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin\nsubyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən\nziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab\nedilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 08 may\n2008-ci il tarixli Qərarı).”\n“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında”\nAzərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh\nedilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərar:\n“... Mülki Məcəllənin 376-cı maddəsində əsas tələb üzrə iddia müddəti keçdikdə\nəlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddətinin keçdiyi\ntəsbit edilmişdir. Əsas tələb üzrə iddia müddətinin keçməsi səbəbindən onun məcburi\nicrası mümkün olmadığından, bu tələblə bağlı olan girov və ipotekaya da məcburi\ntutmanın yönəldilməsi istisna edilmişdir.\nBeləliklə, əlavə öhdəlik kimi ipoteka müstəqil deyil, əsas öhdəlikdən asılıdır və əsas\nöhdəlik üzrə pozulmuş hüquqların məhkəmə qaydasında bərpası imkanı məhkəmə\ntərəfindən Mülki Məcəllənin 375.2-ci maddəsi tətbiq edilərək aradan qalxırsa, bu halda\nəsas öhdəliyin təminatı olan ipoteka üzrə də pozulmuş hüquqların məhkəmə qaydasında\nmüdafiə imkanı itirilmiş olur.”\n“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və\n553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi\nbaxımından şərh olunmasına dair” xx.xx.2023-cü il tarixli Qərar:\n“... iddia müddətinin ötürülməsi öhdəliyə xitam vermir, onu mahiyyətcə fərqli hüquq\ntəbiətli öhdəliyə çevirir. Belə ki, hüquq nəzəriyyəsində öhdəliklərin bir növü kimi Roma\nhüququndan qaynaqlanan, məhkəmə müdafiəsi ilə təmin olunmayan, yəni icrası məcburi\nqaydada tələb edilə bilməyən natural öhdəliklər növü fərqləndirilir. Natural öhdəliklər\npozitiv hüquqa deyil, təbii hüquqa (lex naturalis) əsaslanır. Bu cür öhdəliklərin icra edilməsi\nvicdanlılıq, ədalət və əxlaq tələblərindən irəli gəlir. Hüquq ədəbiyyatında belə öhdəliklər\nüzrə borc bəzən “şərəf borcu” da adlandırılır. Natural öhdəliklər üzrə icranı qəbul etmiş\nkreditor əsassız varlanmış hesab olunmur və müvafiq icranı özündə saxlamağa haqlıdır.\nBelə icra borclu tərəfindən hətta icranın təqdim edildiyi zaman kreditorun iddia hüququna\nmalik olmadığını bilməsə belə geri tələb edilə bilməz. Mülki hüquq nəzəriyyəsində məhz\niddia müddəti ötürülmüş və mərc oyunları ilə bağlı yaranan öhdəliklər natural öhdəliklərin\nnümunələri kimi göstərilir.\nGöründüyü kimi, natural öhdəliklərin iki əsas əlaməti mövcuddur:\n- borclu tərəfindən öhdəliklərin icra edilməməsi halında kreditorun tələbinin məhkəmə\nmüdafiəsi (iddia qaldırmaq hüququ) ilə təmin edilməməsi;\n- borclu tərəfindən icra edilmişlərin geri tələb edilməsinin yolverilməzliyi.\n...\n\nGöstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki,\nMülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan “bütün tələblər on il (adi müddət)\nkeçdikdən sonra qüvvəsini itirir” və “aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini\nitirir” ifadələrində tələb dedikdə, məhz cavabdeh üçün tanınan prosessual müdafiə vasitəsi\nolaraq öhdəliklərin məhkəmə qaydasında məcburi icrası ilə bağlı tələblər nəzərdə tutulur.\nOdur ki, bu müddətlər (551.2.4-cü maddə ilə nəzərdə tutulmuş müddət istisna olmaqla)\niddia müddətləri olaraq qəbul edilməlidir. Ümumiyyətlə isə Mülki Məcəllənin 551.2.4-cü\nmaddəsi xaricində, Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı ilə nəzərdə tutulan müddətlər\niddia müddətləridir.”\n20. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarları\n“Stanyo Belçikaya qarşı” iş üzrə xx.xx.2009-cu il tarixli Qərar:\n“Qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir.\nBelə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən\nzaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar\nçıxarmaq zərurətindən azad edir.”\n“Stubbings və başqaları Birləşmiş Krallığa qarşı” iş üzrə xx.xx.1996-cı il tarixli Qərar:\n“İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni,\nhüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir\nvə məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən\nnatamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana\nbilən ədalətsizliyin qarşısını alır”.\nKASSASİYA BAXİŞİNİN HƏDLƏRİ\n21. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin\napellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının\ndüzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında\nolan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış\nvə (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya\ninstansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.\n22. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya\ninstansiyasının yekun məhkəmə aktı şikayətdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır.\n23. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin\nvahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə\nyazılı icraat qaydasında baxmışdır.\nKASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ\n24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi\ntərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün\ntətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən\nprosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları\nmüəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam\nyaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.\n25. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya\nşikayətinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün\nbölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.\n26. Məhkəmə kollegiyası, ilk olaraq, qeyd edir ki, mülki hüquq münasibətlərinin\nəhatəli və aparıcı sahələrindən biri öhdəlik hüququdur. Öhdəlik isə iqtisadi dövriyyə\niştirakçılarının öhdəlik hüququ normaları ilə tənzimlənən qarşılıqlı əlaqələridir.\n\n27. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu)\nbaşqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli,\nəmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir,\nkreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.\n28. Maddənin mətnindən göründüyü kimi, öhdəliyin predmetini pulun ödənilməsi,\nəmlakın verilməsi, işin görülməsi, xidmətlərin göstərilməsi və ya müəyyən hərəkətdən\nçəkinmək kimi konkret hərəkət və ya hərəkətsizlik təşkil edir.\n29. Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi\nüçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin\nmaddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu\nMəcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna\nolmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır, yəni\nborclunun kreditor qarşısında olan öhdəliyi müqavilə ilə müəyyən edilməlidir.\n30. Müqavilənin anlayışı Mülki Məcəllənin 389.1-ci maddəsində verilmişdir. Həmin\nmaddəyə uyğun olaraq, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və\nya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.\n31. Mülki Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün şərtləri\nbarəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır.\n32. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci\nmaddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara\nmülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər\niştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda\nolan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.\n33. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər\nhansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti\nşəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında\nkreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.\n34. Kredit müqaviləsi ikitərəfli müqavilələrdən olub, bağlanması ilə hər iki tərəf, yəni\nhəm kredit alan, həm də kredit verən üçün müəyyən vəzifələr yaratmış olur. Kredit\nmüqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun\n(kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin\nödənilməsi öhdəliyini öz üzərinə götürür.\n35. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə,\ntərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Kredit müqaviləsi\nüzrə öhdəliklərin vaxtında icra edilməsi də qeyd edilən məqsədlərlə yanaşı, banklara\ngöstərilən etimadın artmasına müsbət təsir göstərməklə, dövlətin iqtisadi-maliyyə\nvəziyyətinin stabilliyini və inkişafını təmin edir.\n36. Bu kontekstdə, məhkəmə kollegiyası kredit müqaviləsi üzrə öhdəliklər tam yaxud\nqismən yerinə yetirilməsə də, iddia müddətinin keçməsi ilə əlaqədar həmin əsas öhdəlik\nüzrə tələb rədd edildiyi halda, əlavə tələblərin də iddia müddəti keçməsi əsası ilə rədd\nedilib-edilməməli olması məsələsinə münasibətdə bildirir ki, iddia müddəti institutu tələb\nhaqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının\nməhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi)\nimkanının müəyyən müddət (zaman kəsiyi) ilə məhdudlaşdırılmasını nəzərdə tutur.\n37. Vurğulanmalıdır ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas\ndeyil, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır.\n38. Məlum olduğu kimi, öhdəlik, mülki hüquq münasibətlərinin iştirakçıları olan\nkreditor və borclu arasında subyektiv mülki hüquq və vəzifələr yaradır. \n39. Qüvvədə olan qanunvericiliyə əsasən öhdəliklərin mövcud olması hər hansı bir\nmüddətlə məhdudlaşmır. Yəni, müəyyən bir müddət üçün nəzərdə tutulmayan öhdəliklər\nhər hansı bir müddətin keçməsi səbəbilə aradan qalxmır. Bu səbəbdəndir ki, iddia müddəti\nkeçmiş olsa da, tələb məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin öz təşəbüsü ilə\ndeyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında\ntətbiq edilir. \n\n40. İddia müddətinin keçməsi özlüyündə öhdəliyin xitamına səbəb olmur ki, Mülki\nMəcəllənin 383-cü maddəsinə əsasən, borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini\niddia müddəti bitdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş\nolsa da, icra etdiyini geri tələb edə bilməz.\n41. İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli\norqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb\nolur (Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart\ntarixli Qərarı).\n42. İddia müddəti hüquqi təyinat və mahiyyəti etibarı ilə haqların və öhdəliklərin\nmövcud olması və onların aradan qalxması ilə bağlı olmayıb, borclunun özünü müdafiəsi\nüçün nəzərdə tutulmuş mülki hüquqi vasitədir. Qanunvericilik mülki münasibət\niştirakçılarının pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsinə müvafiq\nmüddətlər daxilində təminat verir. \n43. Əsas öhdəlik üzrə iddia müddətinin keçməsi səbəbindən onun məcburi qaydada\nyerinə yetirilməsi ilə bağlı məhkəmədə irəli sürülmüş tələbin təmin edilməsinin qeyri-\nmümkünlüyü halında, əlavə tələbin hüquqi müqəddəratı ilə bağlı məsələyə aydınlıq\ngətirilməsi üçün bu institutun mahiyyətinə nəzər yetirilməlidir.\n44. Bu baxımdan, mülki hüquq subyektlərinin başqa bir hüquqa malik olması əsası\nilə sahib olduqları hüquqlar asılı (əlavə) hüquqlardır. Mülki Məcəllənin 269.5-ci və 376-cı\nmaddələrində başqa hüquqlara bağlı olaraq əmələ gələn və əldə edilə bilən hüquqlar\nəlavə hüquqlar şəklində ifadə olunub (§17).\n45. Bir şəxsin başqa hüquqa sahib olması səbəbilə deyil, birbaşa malik olduğu\nhüquqlar isə əsas və ya müstəqil hüquqlar adlanır. Adi halda hüquqlar əsas (müstəqil)\nhüquq mahiyyətində olur və buna görə də Mülki Məcəllədə bu hüquqlar üçün xüsusi addan\nistifadə olunmamışdır.\n46. Qeyd olunanlardan anlaşıldığı kimi, əlavə (asılı) hüquqların sübyekti ola bilmək\nüçün hansısa əsas (müstəqil) hüquqa malik olmaq lazımdır. Misal üçün, girovla,\nzaminliklə, faizlə bağlı olan hüquqların yaranması üçün şəxs əvvəlcə əsas (müstəqil) bir\nalacaq (tələb) hüququna malik olmalıdır.\n47. Əlavə (asılı) hüquqlar həm qanundan, həm də müqavilədən irəli gələ bilər.\nMəsələn, müqavilə üzrə faizlər, zaminlik, girov və sair hüquqlar müqavilələrdən əmələ\ngəlir.\n48. Bundan fərli olaraq, iddiaçının kassasiya şikayətində istinad etdiyi Mülki\nMəcəllənin 445.7-ci maddəsində təsbit olunan faizi tələb etmə hüququ qanundan irəli gəlir.\n49. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsi ilə\nmüəyyən edilən faiz əslində pul məbləğinin ödənilməsini gecikdirən borclunun gecikdirmə\nnəticəsində vurduğu zərərin əvəzinin ödənilməsi məqsədilə kreditorun tələb etdiyi pul\nkompensasiyasıdır.\n50. Həmin maddənin dispozisiyasından da görünür ki, norma ilə nəzərdə tutulan\nhüquqi nəticənin gerçəkləşməsi borclunun (hazırkı işdə Cavabdeh1) pul məbləğinin (kredit\nmüqaviləsi üzrə borcunun) ödənilməsini gecikdirməsindən, yəni, əsas müqavilə tələbi üzrə\nöhdəliyin icrasından asılıdır. Başqa sözlə, borclu Cavabdeh1 kredit müqaviləsi üzrə əsas\nborc öhdəliyinin icrası hər hansı (iş üzrə iddia müddətinin keçməsi) səbəbdən tələb edilə\nbilmirsə, o halda iddiaçı eyni (iş üzrə iddia müddətinin keçməsi) əsası ilə həmin tələbə\nəlavə və ondan bilavasitə asılı olan zərərin əvəzinin ödənilməsini də tələb edə bilməz.\nBelə ki, Mülki Məcəllənin 445.7-ci maddəsi borclunu intizamlandırmaq, pul məbləğinin\nödənilməsini gecikdirdikdə, kreditorun hər bir halda ondan gecikdirilmiş vaxt üçün\nminimum illik beş faiz həddində zərər tələb edə biləcəyini əvvəlcədən nəzərinə çatdıraraq,\nonu daha ağır sanksiyalardan çəkindirmək funksiyası daşıyır.\n51. Məhkəmə kollegiyası bu qaydada nəticəyə gələrkən Mülki Məcəllənin 554.3-cü\nmaddəsinin (§17) də Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli\nQərarında (§19) verilən şərh rəhbər tutulmaqla təfsir edilməli olduğunu xüsusi qeyd edir.\n52. Həmçinin, sözügedən nəticə Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci\nil tarixli Qərarında (§19) əlavə (müstəqil olmayan) öhdəliklərin əsas öhdəliklərdən asılılığı\n\nvə əsas öhdəlik üzrə pozulmuş hüquqların məhkəmə qaydasında bərpası imkanı\nməhkəmə tərəfindən Mülki Məcəllənin 375.2-ci maddəsi tətbiq edilərək aradan qalxarsa,\nbu halda əsas öhdəliyin təminatı olan əlavə hüquqlar üzrə də pozulmuş hüquqların\nməhkəmə qaydasında müdafiə imkanının itirilmiş olması barədə hüquqi mövqeyinə\nuyğundur.\n53. Bu anlamda, məhkəmə kollegiyası kassasiya şikayətinin ikinci dəlilini əsassız\nsayır.\n54. Şikayətin birinci dəlili də əsaslı deyil. Belə ki, müqavilənin qüvvədə olma müddəti\nilə həmin müqavilədən irəli gələn öhdəliklərin tam icrası müddəti eyni anlayışlar deyil.\nMülki Məcəllənin 399-cu maddəsində göstərilmişdir ki, müqavilədə nəzərdə tutula bilər ki,\nmüqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin\nxitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının\nhəmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır (399.3). Müqavilənin\nqüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər\nyol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir (399.4). Bu baxımdan, kredit\nmünasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş\nmüqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas\nborcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə\nbağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş\nqaydaya uyğun olaraq müəyyən olunur ki, iddia müddətinin axımı da məhz müqavilə ilə\nbütün öhdəliklərin yerinə yetirilmə müddətinin nəzərdə tutulduğu son tarixdən hesablanır.\n55. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu da “Azərbaycan\nRespublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi\nmüddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında qeyd etmişdir ki,\n“müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin\nqarşılıqlı hüquq bağlılığı davam edir və MM-in 399.4-cü maddəsinə əsasən müqavilənin\nqüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər\nyol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-in “Öhdəliklərin icra\nedilməməsi” adlanan 22-ci Fəslində və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət”\nadlanan 23-cü Fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir.\nKredit müddəti ilə bağlı isə nəzərə alınmalıdır ki, bu müddət müvafiq öhdəliyin əmələ\ngəlməsi, zərurət olduqda ona xitam verilməsi və öhdəliyin icrasının gecikdirilməsi\nbaxımından əhəmiyyət kəsb edir. Kredit müqaviləsi üzrə tərəflər arasında hüquq və\nvəzifələrin müəyyən bir anda əmələ gəlməsinə dair əldə olunan razılaşma borc alanın və\nborc verənin hansı andan etibarən, yaxud hansı ana qədər müəyyən hərəkətləri etməli\nolmaları, yaxud edə bilmələri ilə bağlıdır (borc alanın borcun ödənilməsini tələb edə\nbilməsi; borc verənin borcun götürülməsini tələb edə bilməsi; borc alanın kredit məbləğini\nmüvafiq qrafik üzrə hissələrlə, yaxud birdəfəlik ödəmə şəklində həyata keçirməsi).\nMM-in 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin\nqüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına\nsəbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin\nmüqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır.\nGöründüyü kimi, bu normanın birinci cümləsi müqavilənin qüvvədə olma müddətinin\nbitməsini, ikinci cümləsi isə müqavilədən yaranan öhdəliklərin qüvvədə olma müddətini\ntənzimləyir. Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər\nmüqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər\nvicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki,\nmüqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə\nöhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir. Əks təqdirdə, MM-in 399.3-\ncü maddəsində qeyd olunduğu kimi, belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının\nqurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır.”\n56. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda\nqeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti\n\ntəmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən\nsaxlanılmalıdır.\n57. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,\nməhkəmə kollegiyası\nQƏRARA ALDİ:\nGəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1001/2023 nömrəli iş\nüzrə 14 aprel 2023-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın.\nİddiaçı \"xxxx\" ASC-nin kassasiya şikayəti təmin edilməsin.\nQərar qəbul edildiyi andan qüvvəyə minir.",
      "url": "file:///C:/Users/TechEvo%20Computers/Downloads/3ulduz/2_2894%2B02.10.2023.pdf",
      "local_file": "004_ba969a06d8.pdf",
      "local_text_file": "004_2(102)-2894_2023.txt",
      "content_type": "application/pdf"
    },
    {
      "menbe": "Ali Məhkəmənin üç ulduzlu qərarları",
      "akt_novu": "Üç ulduzlu qərar",
      "tarix": "2023-10-02",
      "basliq": "2(102)-2911/2023",
      "is_nomresi": "2(102)-2911/2023",
      "movzu": "",
      "metn": "Azərbaycan Respublikası adından\nQƏRAR\nBakı şəhəri İş № 2(102)-2911/2023 02.10.2023\nALİ MƏHKƏMƏ\nAzərbaycan Respublikası adından\nAzərbaycan Respublikası Ali Məhkəməsi\nMülki kollegiyasının\nİddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2\nqarşı iş üzrə\nQ Ə R A R İ\n(Açar sözlər: müddətin keçməsinə görə zaminliyə xitam verilməsi,\niddia müddəti fərdi müdafiə vasitəsidir)\n\nAzərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur\nƏli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X1 ibarət tərkibdə,\nGəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-975/2023 nömrəli, 13\naprel 2023-cü il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayətinə\nAli Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi.\nİşin halları\n1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq\naşağıdakıları müəyyən etmişlər:\n2. \"xxxx\" İKB Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 20 iyun\n2013-cü il tarixli, 10-M-1-0-929-13 nömrəli kredit müqaviləsinə görə illik 28% borc faizləri\nödəməsi şərtilə, 24 ay müddətinə 5.000 ABŞ dolları məbləğində kredit vermişdir;\n3. 20 iyun 2013-cü il tarixli kassa məxaric orderinin surətinə görə Cavabdeh1 \"xxxx\"\nİKB Açıq Səhmdar Cəmiyyətindən 20 iyun 2013-cü il tarixdə 5.000 ABŞ dolları məbləğində\npul vəsaitini almışdır;\n4. 20 iyun 2013-cü tarixli, 10-M-1-0-929-13 saylı zaminlik müqaviləsinə əsasən\nCavabdeh2 Cavabdeh1 eyni tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına zaminliyi\nöz öhdəsinə götürmüşdür;\n5. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 20 iyun 2013-cü il tarixli kredit\nmüqaviləsi üzrə maliyyə arayışına əsasən, Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə\nborcu ödənilməmiş əsas borcun əvəzi qismində 1.993 ABŞ dolları 34 sent, 30 sentyabr\n2022-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 3.085 ABŞ dolları 15\nsent, cərimə qismində 2.875 ABŞ dolları 88 sent, müqavilənin bitdiyi tarixdən – 20 iyun\n2015-ci il tarixdən 30 sentyabr 2022-ci tarixədək əsas borca illik 5 faizi dərəcəsi ilə\nhesablanmış faiz borcunun əvəzi qismində 974 ABŞ dolları 35 sent, cəmi 8.928 ABŞ\ndolları 72 sent təşkil edir.\nİş üzrə qəbul edilmiş məhkəmə aktları\na) Birinci instansiya məhkəməsində icraat\n6. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət\nedərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 20 iyun\n2013-cü il tarixli kredit müqaviləsi üzrə banka 1.993.34 ABŞ dolları əsas borc, 3.085.15\nABŞ dolları faiz borcu, 2.875.88 ABŞ dolları cərimə, kredit müqaviləsi üzrə 20 iyun 2015-ci\nil tarixdən, 30 sentyabr 2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə\nhesablanmış 974.35 ABŞ dolları əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi\n8.928.72 ABŞ dolları borcun və 135.54 manat ödənilmiş dövlət rüsumunun tutulması\nbarədə qətnamə qəbul edilməsini xahiş etmişdir.\n7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə\nəsaslandırmışdır ki, borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən\nboyun qaçırmışdır. 30 sentyabr 2022-ci il tarixədək Cavabdeh1 iddiaçı Banka 20 iyun\n2013-cü il tarixli kredit müqaviləsi üzrə əsas borcun əvəzi qismində 1.993 ABŞ dolları 34\nsent, faiz borcu qismində 3.085 ABŞ dolları 15 sent, cərimə qismində 2.875 ABŞ dolları 88\nsent, müqavilənin bitdiyi tarixdən – 20 iyun 2015-ci il tarixdən 30 sentyabr 2022-ci\ntarixədək əsas borca illik 5 faizi dərəcəsi ilə hesablanmış faiz borcunun əvəzi qismində\n974 ABŞ dolları 35 sent, cəmi 8.928 ABŞ dolları 72 sent olmaqla borcu yaranmışdır.\n8. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etməyərək, bildirmişdir ki, İddiaçı Açıq\nSəhmdar Cəmiyyətinin onlara qarşı qaldırdığı pul tələbinə dair iddia onlarla bank arasında\n20 iyun 2013-cü il tarixdə bağlanmış kredit müqaviləsi ilə bağlıdır. Həmin müqavilə 24 ay\nmüddətinə bağlanmışdır. Qeyd olunan müqavilənin icra müddətinin bitməsindən artıq 7 il\nkeçmişdir. Buna görə də İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hazırki iddiası üzrə iddia\n\nmüddəti ötürülmüşdür. Sonda Cavabdeh2 iddia müddəti ötürüldüyünə görə iddianın təmin\nolunmamasını məhkəmədən xahiş etmiş və bu barədə ərizə vermişdir.\n9. Gəncə Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi)\nxx.xx.2023-cü il tarixli, 2(125)-477/2023 nömrəli qətnaməsi ilə (sədrlik edən C.Y .Quliyev)\niddia rədd edilmişdir.\n10. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, İddiaçı Açıq\nSəhmdar Cəmiyyəti 20 iyun 2013-cü il tarixli, 10-M-1-0-929-13 saylı kredit müqaviləsi üzrə\nCavabdeh1 və Cavabdeh2 qarşı öhdəliklərin icrası üçün nəzərdə tutulmuş müddətdən 7 il\n04 ay 05 gün sonra məhkəmədə iddia qaldırmaqla iddia müddətini ötürmüş, iddia\nmüddətini buraxmasının üzrlü səbəbdən olmasına dair heç bir mötəbər dəlili məhkəməyə\ntəqdim etməmişdir.\n11. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 389.1, 373.2, 377.1 maddələrinə,\n«Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin\nbəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya\nMəhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli, Azərbaycan Respublikası Mülki\nProsessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə\nistinadla əsaslandırmışdır.\nb) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat\n12. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin\nedilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.\n13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kredit müqaviləsi üzrə öhdəliyin\nicrası vaxtı xx.xx.2015-ci il tarixdə başa çatsa da, lakin borclu öhdəliyini tam şəkildə yerinə\nyetirməmiş və belə olan halda kredit müqaviləsi qüvvədə sayılır. Belə ki, “Azərbaycan\nRespublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi\nmüddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi\nPlenumunun xx.xx.2014-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə,\nmüqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin\nqarşılıqlı hüquq bağlılığı davam edir və MM-in 399.4-cü maddəsinə əsasən müqavilənin\nqüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər\nyol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Kredit müddəti ilə bağlı isə\nnəzərə alınmalıdır ki, bu müddət müvafiq öhdəliyin əmələ gəlməsi, zərurət olduqda ona\nxitam verilməsi və öhdəliyin icrasının gecikdirilməsi baxımından əhəmiyyət kəsb edir.\nKredit müqaviləsi üzrə tərəflər arasında hüquq və vəzifələrin müəyyən bir anda əmələ\ngəlməsinə dair əldə olunan razılaşma borc alanın və borc verənin hansı andan etibarən,\nyaxud hansı ana qədər müəyyən hərəkətləri etməli olmaları, yaxud edə bilmələri ilə\nbağlıdır (borc alanın borcun ödənilməsini tələb edə bilməsi; borc verənin borcun\ngötürülməsini tələb edə bilməsi; borc alanın kredit məbləğini müvafiq qrafik üzrə hissələrlə,\nyaxud birdəfəlik ödəmə şəklində həyata keçirməsi). Bundan əlavə, iddia tələbinin bir\nhissəsini kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixdən, xx.xx.2022-ci il tarixədək\ngecikdirilmiş vaxt üçün illik 5 % faizlə hesablanmış 974.35 ABŞ dolları məbləğində əldən\nçıxmış fayda olmaqla zərər təşkil etmiş, birinci instansiya məhkəməsi isə iddia tələbinin bu\nhissəsinə də 3 illik iddia müddəti tətbiq etmişdir. Halbuki, iddiaçı olaraq tələb etdikləri illik 5\n% pul tələbi kredit müqaviləsindən irəli gələn tələb olmamışdır. İşin faktiki hallarından\ngöründüyü kimi, cavabdeh öz üzərinə götürmüş öhdəliyi tam şəkildə yerinə yetirməyərək\ngecikməyə yol vermiş və bundan sonra Bankın gecikdirilmiş vaxt üçün faiz tələb etmək\nhüququ yaranmışdır.\n14. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya\ninstansiya məhkəməsi) 2(104)-975/23 nömrəli iş üzrə 13 aprel 2023-cü il tarixli qətnaməsi\nilə (hakimlər L.S.Süleymanov - sədrlik edən və məruzəçi, İ.T .Həsənovvə Ş.Q.Rzaquliyev)\niddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin\nqətnaməsi dəyişdirilmədən saxlanılmışdır.\n\n15. Məhkəmə qeyd etmişdir ki, hazırkı iddia tələbi üzrə iddia müddəti ötürüldüyündən,\nbirinci instansiya məhkəməsi düzgün olaraq, hazırkı mübahisəyə iddia müddəti tətbiq\nedilməklə, iddia tələbini rədd etmişdir. Apellyasiya kollegiyası iddiaçının tələb etdiyi illik 5%\npul tələbinin kredit müqaviləsindən irəli gələn tələb olmaması, kreditorun bu tələbi irəli\nsürməsinin müqavilədən yox, qanundan irəli gəlməsinə dair dəlillərini də əsassız saymış\nvə qeyd edmişdir ki, iddiaçının sözügedən tələbinin əsası Mülki Məcəllənin 445.7-ci\nmaddəsinə söykənmişdir ki, həmin maddə borclunun müqavilə üzrə öhdəliklərinin icrasını\ngecikdirməsi zamanı faiz qismində tətbiq edilən sanksiyanı nəzərdə tutur. Bu isə o\ndeməkdir ki, həmin tələb də kredit müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməməsi\nsəbəbindən, müqavilə tələblərinin pozulması əsası ilə əlavə tələb kimi irəli sürülmüşdür.\nƏlavə tələb də əsas tələbdən törəyir və onu təmin edir. Əsas tələb üzrə iddia müddəti\nkeçmişsə, onda əlavə tələb üzrə iddia müddəti də ötmüş hesab edilir.\n16. Məhkəmə kollegiyası mövqeyini hüquqi cəhətdən əsaslandırarkən MM-nin 372.2,\n373.2, 377.1, 375.2-ci maddələrinə istinad etmişdir.\nKassasiya şikayətinin və ona etirazın dəlilləri\na) Kassasiya şikayətinin dəlilləri\n17. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin\nyenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə yeni\nqərar çıxarılmasını xahiş etmişdir.\n18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Konstitusiya Məhkəməsinin\nPlenumunun mövqeyinə görə MM-in 399.3-cu maddəsinə əsasən müqavilədə nəzərdə\ntutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə\nöhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının\nqurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır.\nGöründüyü kimi, bu normanın birinci cümləsi müqavilənin qüvvədə olma müddətinin\nbitməsini, ikinci cümləsi isə müqavilədən yaranan öhdəliklərin qüvvədə olma müddətini\ntənzimləyir. Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər\nmüqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər\nvicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki,\nmüqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə\nöhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir. Əks təqdirdə, MM-in 399.3-\ncü maddəsində qeyd olunduğu kimi, belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının\nqurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Bundan\nəlavə öhdəliyin icrası vaxtı 20 iyun 2015-ci il ildə başa çatmışdır, ona görə də, birinci\ninstansiya məhkəməsində “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-\ncü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya\nMəhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarına istinad edərək iddianın tam\nrədd edilməsi ilə bağlı qənaət formalaşmışdır, onda məhkəmə yenə də maddi hüquq\nnormasının pozuntuna yol vermişdir. Həmçinin iddiaçı olaraq tələb etdikləri illik 5 faiz pul\ntələbi kredit müqaviləsindən irəli gələn tələb olmamışdır. Kredit müqaviləsinin şərtlərinə\nəsasən verilmiş pulun faiz qarşılığı ilə “gecikdirilmiş vaxt üçün faizi” eyniləşdirmək olmaz.\nBelə ki, birinci hal bankın gəlir götürməsinə, bankın fəaliyyətinin əsas istiqamətinə\nyönəlmiş, ikinci hal isə birbaşa borclunu intizamlandırmaq, onun gecikməyə yol verdiyi\nüçün bankın zərərinin qarşını almaq xarakteri daşıyır.\nb) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri\n19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.\nTətbiq edilən hüquq\n\nAzərbaycan Respublikasının Mülki Məcəlləsi\n20. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə\nyetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.\n21. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün\nmüddət iddia müddəti sayılır.\n22.  Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla\nbağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.\n23. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin\nməhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin\ntətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan\nimtina barəsində qərar çıxarması üçün əsasdır.\n24. Maddə 387.1. Öhdəlikdə onun tərəflərindən hər biri kreditor və ya borclu kimi bir\nşəxs və ya eyni zamanda bir neçə şəxs iştirak edə bilər. Öhdəlikdə borclunun tərəfində\niştirak edən şəxslərdən birinə qarşı kreditorun tələblərinin etibarsızlığı, eləcə də bu cür\nşəxsə qarşı tələb üzrə iddia müddətinin keçməsi özlüyündə kreditorun belə şəxslərin\nqalanlarına qarşı tələblərinə toxunmur.\n25. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş\nvaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır.\n26. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında\nhəmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz\nüzərinə götürür.\n27. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya\nlazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin\nsubsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə\nməsuliyyət daşıyırlar.\n28. Maddə 474.1. Əgər zaminlik müqaviləsindən ayrı qayda irəli gəlmirsə, zamin\nkreditorun tələbinə qarşı borclunun irəli sürə biləcəyi etirazları irəli sürə bilər. Zamin bu\ncür etirazlar irəli sürmək hüququnu hətta borclunun onlardan imtina etdiyi və ya öz\nborcunu etiraf etdiyi halda da itirmir.\n29. Maddə 477.0.4. Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti\nqurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin\netdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia\nirəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və\nmüəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə\nzaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı\niddia irəli sürmədiyi halda xitam verilir.\n30. Maddə 512. Birgə borclulardan biri barəsində müddətin axımının\ndayandırılmasının və ya xitamının digər borclular barəsində qüvvəsi yoxdur.\n31. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya\ndigər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi\nöhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni\nkeyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı\nöhdəsinə götürür.\n32. Maddə 741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini\nşərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa\nçatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.\nAzərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi\n33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və\nonlardan istifadə etməlidir.\n34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut\netməlidir.\n\n35. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan\nsonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.\nHeç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.\n36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş  hallara və tərəflərin qarşılıqlı\nmünasibətinə uyğun əsaslandırılmalıdır.\n37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və\nkassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi\ntərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.\nKassasiya baxışının hədləri\n38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını\naraşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual\nhüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli\ngələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək\nişə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara\nistinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi\nqiymətləndirilməməlidir.\n39. Kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən\napellyasiya instansiyası məhkəməsinin aktı bütovlükdə yoxlanılır.\nKassasiya instansiyası məhkəməsinin mövqeyi\n40. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası\nməhkəməsinin iş üzrə çıxardığı qətnamə qanunvericiliyin tələblərinə uyğun olmamışdır.\n41. Belə ki, iddiaçının tələbləri irəli sürdüyü dəlillər əsasında, hər bir cavabdehə\nmünasibətdə, mülki qanunvericiliyə uyğun qaydada yoxlanılmalı, mübahisə aidiyyəti\nmaddi və prosessual hüquq normaları əsasında həll edilməlidir.\n42. Baxılan işdə məhkəmələr hər iki cavabdehə qarşı yönəlmiş iddia tələblərini zamin\nCavabdeh2 verdiyi ərizə əsasında iddia müddətinin keçməsi ilə əlaqədar rədd etmişlər.\n43. Qeyd olunmalıdır ki, əsas tələb üzrə üç illik iddia müddəti keçmişdirsə zaminə\nmünasibətdə bundan qabaq bir illik kəsici müddətin (zaminliyə xitam verilməsi\nmüddətinin) keçib-keçmədiyinə hüquqi qiymət verilməlidir.\n44. Belə ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində\ngöstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin\nedilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il\nərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin\nicrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı\nilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il\nərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir (§ 29).\n45. Normanın məzmunundan göründüyü kimi, zaminliyin verildiyi müddət qayda\nolaraq müqavilədə göstərilməlidir. Qanun, bunun göstərilməməsi imkanını nəzərdə tutsa\nda, müddətin göstərilmədiyi təqdirdə zaminliyin xitamı üçün konkret müddətlər müəyyən\netmişdir. Bu müddətlər, zaminliyin bağlı olduğu əsas öhdəliyin icrası vaxtının çatdığı\ngündən bir il və ya əsas öhdəliyin icrası müddəti göstərilmədiyi, müəyyənləşdirilə\nbilmədiyi, yaxud tələbetmə məqamı ilə müəyyənləşdirildiyi halda zaminlik müqaviləsinin\nbağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi dövrdür.\nHəmin müddətlər keçdikdə zaminliyə qanuna əsasən xitam verilir. Bunun üçün ayrıca\niddia qaldırılması və məhkəmə qərarının çıxarılması tələb olunmur.\n46. Zaminliyə qanuna əsasən xitam verilməsi zaminə qarşı tələb hüququnun aradan\nqalxmasına, buna müvafiq olaraq zaminin kreditor qarşısında öhdəliyi olan borclu\nvəziyyətindən çıxmasına dəlalət edir. Cavabdehin olmayan öhdəlikdən iddia müddətinin\nkeçməsi ilə müdafiə olunmasına isə hüquqi baxımdan gərək qalmır.\n\n47. Baxılan işdə isə məhkəmlər hər bir cavabdehə yönəlmiş tələb üzrə sözügedən\nmüddətlərin keçib-keçmədiyinə lazımi şəkildə hüquqi qiymət verməmiş, iddianı zamin\nCavabdeh2 ərizəsi əsasında iddia müddətinin keçməsinə görə rədd edərkən həmin\nərizənin nəinki digər cavabdehə, hətta Cavabdeh2 özünə münasibətdə hüquqi\nəhəmiyyətini müzakirə etməmişlər.\n48. O da nəzərə alınmalıdır ki, iddianın cavabdehlərdən birinin ərizəsi əsasında\ndigər(lər)inə qarşı da rədd edilməsi iddia müddətinin mahiyyəti və təyinatı ilə uzlaşmır.\n49. Belə ki, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə\nyetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş\nşəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Məhkəmə\ntərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi\nərizə əsasında tətbiq edilir (§ 20-21, 23).\n50. Göründüyü kimi, tələb hüquqlarına bir qayda olaraq iddia müddəti şamil edilir. Bu\nmüddətin tətbiqi tələb hüququnun özünü aradan qaldırmasa da, həmin tələbin məhkəmə\nqərarı ilə təmin edilməsinin (və məcburi icrasının) qarşısını alır. Başqa sözlə, iddia\nmüddəti özünümüdafiə mahiyyətində olmaqla, tələbin məhkəmə qaydasında realizəsi\nimkanını aradan qaldırır.\n51. Nəzərə alınmalıdır ki, iddia müddətinin keçməsi iddiaçı (və onun tələb hüququnun\nvarlığı) baxımından bir dəyişiklik yaratmır. İddia müddəti (onun tətbiqi) cavabdehə aid\nhüquq olmaqla, ona yönəlmiş iddiadan müdafiə olunmaq imkanı təmin edir. Bu səbəbdən\niddia müddəti məhz cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir. Bununla da\ncavabdehə imkan yaradılır ki, mövcud öhdəliyə görə məhkəmə qərarı ilə təqib\nolunmaqdan (əmlakı ilə məsuliyyət daşımaqdan) azad olsun. Hər hansı borclu\n(cavabdehlərdən biri) bu hüququndan istifadə (özünü müdafiə) etmədikdə tələbin bu\nsəbəbdən rəddi üçün əsas yaranmır, dolayısı ilə o, üzərinə götürdüyü öhdəliyə görə\nümumi qaydada məsuliyyət daşıyır.\n52. Qeyd edilənlər ona dəlalət edir ki, iddia müddətinin keçməsindən istifadə etmək\nhər borclunun (cavabdehin) ona qarşı irəli sürülmüş tələbdən fərdi müdafiə vasitəsidir.\n53. Belə olan halda, bir neçə cavabdehə qarşı yönəlmiş iddia üzrə iddia müddətinin\ntətbiqi və ya hesablanması məsələsi hər cavabdehə münasibətdə fərdi olaraq\nyoxlanılmalı və həll edilməlidir.\n54. Bu səbəbdən Mülki Məcəllədə nəzərdə tutulmuşdur ki, öhdəlikdə borclunun\ntərəfində iştirak edən şəxslərdən birinə qarşı tələb üzrə iddia müddətinin keçməsi\nözlüyündə kreditorun belə şəxslərin qalanlarına qarşı tələblərinə toxunmur. Yaxud, birgə\nborclulardan biri barəsində müddətin axımının dayandırılmasının və ya xitamının digər\nborclular barəsində qüvvəsi yoxdur (§ 24,30).\n55. Kollegiya onu da vurğulayır ki, zaminin kreditorun tələbinə qarşı borclunun irəli\nsürə biləcəyi etirazları irəli sürmək imkanına dair Mülki Məcəllənin 474.1-ci maddəsi (§\n28) bu mövqeyi istisna edən müddəa kimi qiymətləndirilə bilməz.\n56. Ona görə ki, əvvəla, MM-in 474.1-ci maddəsində zaminin irəli sürə biləcəyi\n“etiraz”lardan söhbət gedir. İddia müddəti isə dar (maddi) anlamda iddiaya qarşı etiraz\nolmayıb, bir müdafiə vasitəsidir.\n57. Kollegiya vurğulayır ki, cavabdehin iddiaya qarşı etirazı prosessual mənada\nmüdafiə vasitələrindən istifadə imkanlarını ehtiva etsə də, maddi hüquqi mənada\n“etiraz”la “müdafiə vasitəsi” bir-birindən fərqli institutlardır.\n58. Belə ki, etiaz bir hüququn yaranmasını və ya davam etməsini inkar edən hadisəyə\nistinad olunmasıdır. Başqa sözlə, etiraz qarşı tərəfin hüququnun mövcud olmadığını\ntəsdiqləyən bir hadisənin irəli sürülməsidir - məsələn, əqdə əsaslanan iddia üzrə həmin\nəqdin etibarsızlığı, öhdəliyin icra səbəbilə xətm olması və s. Etiraz hadisə ilə bağlı olduğu\nüçün əgər həmin fakt iş materialları ilə təsdiqlənirsə hakim öz xidməti vəzifəsinə görə onu\nnəzərə almağa haqlıdır. Bu baxımdan cavabdehin baş vermiş hadisəni irəli sürməməsi və\nya bundan imtina etməsinin hüquqi əhəmiyyəti olmur.\n59. Müdafiə vasitəsi isə kreditorun mövcud olan tələbinin təmin olunmasının qarşısını\nalan hüquqdur. Borclu bu hüquqdan istifadə etməklə öz öhdəliyini yerinə yetirməkdən\n\ndaimi və ya müvəqqəti olaraq boyun qaçırmaq imkanı əldə edir - məsələn, iddia müddəti,\nləngitmə hüququ və s. Qeyd olunduğu kimi, tələb iddia müddətinin keçməsinə görə rədd\nedildikdə öhdəlik aradan qalxmır, sadəcə məhkəmə yolu ilə təqib edilməsi mümkün\nolmayan natamam öhdəlik vəziyyətinə keçir (bu səbəbdən müddət keçəndən sonra icra\nedilmişlər geri qaytarılmır). Müdafiə vasitəsindən istifadə etmək səlahiyyəti hüquq\nsahibinə - cavabdehə məxsusdur və o, hətta öz hüququndan təktərəfli iradə bəyanı ilə\nimtina da edə bilər. Bu halda məhkəmə həmin vasitəni özü nəzərə almağa və tətbiq\netməyə haqlı deyil.\n60. Mülki Məcəllənin 474-cü maddəsindəki “etiraz” ifadəsi geniş mənada iddia\nmüddətinin tətbiqini də ehtiva edən anlayış kimi qəbul edildikdə nəzərə alınmalıdır ki,\nnormanın birinci cümləsindəki müddəanın məqsədi əsas borclunun irəli sürə biləcəyi\netirazlardan zaminin də yararlana biləcəyini göstərməkdir. Odur ki, həmin qayda məqsədi\nxaricində, yəni zaminin əsas borclunun əvəzinə də iddia müddəti tətbiq etmək səlahiyyəti\nkimi təfsir və tətbiq oluna bilməz.\n61. Bundan əlavə, yuxarıda qeyd edildiyi kimi, hüquq sahibi olan cavabdeh (məsələn\nzamin) iddia müddətini tətbiq etmək hüququndan borcludan asılı olmadan imtina edə\nbilər. Yaxud əksinə, borclu iddia müddətindən istifadə etməsə belə, zamin bu hüquqdan\nyararlanmaqda sərbəsdir. Mülki Məcəllənin 474.1-ci maddəsinin ikinci cümləsində də\nqeyd olunur ki, “zamin bu cür etirazlar irəli sürmək hüququnu hətta borclunun onlardan\nimtina etdiyi və ya öz borcunu etiraf etdiyi halda da itirmir” (§ 28).\n62. Kollegiya təkrarən qeyd etməkdə yarar görür ki, mülki qanunvericiliyimiz\nbaxımından kredit müqavilələri üzrə bir qayda olaraq, zaminin iddia müddətini tətbiq\netmək ehtiyacı yaranmır. Ona görə ki, müqavilədən irəli gələn üç illik (MM, maddə 373.2)\niddia müddətinin axımı başlandığı vaxtdan həm də zaminliyə xitam verilməsi üçün\nqanunla müəyyən edilmiş (MM, maddə 477.0.4) bir və ya iki illik müddətin axımı\nhesablanır. Dolayısı ilə, (əgər tərəflər başqa qayda razılaşdırmamışlarsa) iddia müddəti\nkeçənədək zaminliyə kəsici müddətin bitməsinə görə xitam verilir və ona münasibətdə\nkreditorun tələb hüququ aradan qalxır. Cavabdeh (zamin) bu halı iddiaya qarşı etiraz kimi\nirəli sürmək imkanına malik olduğu halda, onun müdafiə vasitəsi kimi iddia müddətindən\nistifadə etməsinin hüquqi baxımdan əhəmiyyəti qalmır (§ 46).\n63. Beləliklə, yuxarıda göstərilənləri birlikdə qiymətləndirdikdə bu qənaət hasil olur ki,\niddia müddəti birgə borclular üçün ortaq müdafiə vasitəsi deyil. Bu imkandan sadəcə\nmüddətin tətbiqi haqqında ərizə vermiş cavabdeh yararlana bilər. Odur ki,\ncavabdehlərdən birinin iddia müddətini tətbiq etməsi, bu barədə ərizə verməmiş\ncavabdehə qarşı iddianın rədd edilməsinə əsas ola bilməz.\n64. Hazırkı işdə isə əsas borcalan Cavabdeh1, ona qarşı yönəlmiş tələbdən\nözünümüdafiə vasitəsi olan iddia müddətinin tətbiqinə dair ərizə verməmişdir. Buna\nbaxmayaraq, ona qarşı iddia da digər cavabdeh (zamin) Cavabdeh2 həmin müddətin\nkeçməsi haqqında ərizəsi əsasında rədd edilmişdir.\n65. Bu mövqe iddia müddətinin tətbqinə dair yuxarıda göstərilən maddi hüquq\nnormalarına uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz.\n66. Qeyd edilənlər qətnamənin iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı\nmünasibətinə uyğun əsaslandırılmadığına dəlalət edir (§ 36).\n67. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu N.Əbilovun\nşikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarında vurğulamışdır ki, məhkəmələr tərəfindən\nqəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli,\nziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından\nçıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan\nvə mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən\nmüddəalar olmamalıdır.\n68. Kassasiya kollegiyası iddia tələblərinin hər iki cavabdehə münasibətdə maddi və\nprosessual hüquq normalarının səhv tətbiq olunması ilə həll edildiyini nəzərə alaraq bu\nqənaətə gəlir ki, qətnamə bütövlükdə ləğv edilməli, mübahisənin yenidən araşdırılması\n\nvə nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya\ninstansiyası məhkəməsinə göndərilməlidir.\n69. Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 416, 417, 419-421-ci\nmaddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası\nQərara aldı:\nKassasiya şikayəti təmin edilsin.\nGəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-975/2023 nömrəli, 13\naprel 2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın.\nQərar qəbul edildiyi andan qüvvəyə minir.",
      "url": "file:///C:/Users/TechEvo%20Computers/Downloads/3ulduz/2_2911%2B02.10.2023.pdf",
      "local_file": "005_42f8347190.pdf",
      "local_text_file": "005_2(102)-2911_2023.txt",
      "content_type": "application/pdf"
    },
    {
      "menbe": "Ali Məhkəmənin üç ulduzlu qərarları",
      "akt_novu": "Üç ulduzlu qərar",
      "tarix": "2023-09-27",
      "basliq": "2(102)-3351/2023",
      "is_nomresi": "2(102)-3351/2023",
      "movzu": "",
      "metn": "Azərbaycan Respublikası adından\nQƏRAR\nBakı şəhəri İş № 2(102)-3351/2023 27.09.2023\nALİ MƏHKƏMƏ\nAzərbaycan Respublikası adından\nAzərbaycan Respublikası Ali Məhkəməsi\nMülki kollegiyasının\nİddiaçı Cavabdeh qarşı iş üzrə\nQ Ə R A R İ\nİş № 2(102)-3351/2023\n(Açar sözlər: fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin\nödənilməsi)\nBakı şəhəri\n27 sentyabr 2023-cü il\nAzərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva\nElşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və X1 ibarət tərkibdə,\n\nİddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş\nüzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-916/2023 nömrəli,\nxx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə\n27 sentyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında\nbaxaraq, aşağıdakı qərarı qəbul etdi.\nİşin halları\n1. Cavabdeh xx.xx.2020-ci il tarixdə təxminən saat 15 radələrində Bak-Qazax-\nGürcüstan sərhədi yolunun Ağstafa rayonu Qırılı kəndi ərazisindən keçən 455-ci\nkilometrliyində “X4” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin\n1-ci bəndinin tələblərini pozaraq nəqliyyat vasitələrini idarə etmək hüququ, yəni sürücülük\nvəsiqəsi və müvafiq etibarnamə olmadan idarə etdiyi “Ford” Transit markalı **-TE-***\ndövlət qeydiyyat nişanlı yük avtomobilini Qazax istiqamətində hərəkət etdirərkən öz\nhərəkət zolağından çıxaraq əks hərəkət zolağına keçib hərəkətdə olarkən avtomobilin ön\nsağ hissəsi ilə qarşıdan öz yolu ilə gələn sürücü İddiaçı idarə etdiyi Mercedes-Benz E220\nCDl markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Baş vermiş\navto-qəza nəticəsində İddiaçı baş beyin silkələnməsi, hər iki bud sümüyü boynunun və\norta 1/3-nin qapalı yerdəyişmiş sınıqları, sol diz qapağının sol qapalı yerdəyişmiş qəlpəli\nsınığı, sağ baldır sümüklərinin orta 1/3-nin açıq, yerdəyişmiş qəlpəli sınığı, hər iki əlin və\nsol mil-bilək oynağı nahiyəsinin əzilmiş-cırılmış yaraları diaqnozu qoyulmuşdur. Həmin\ncinayət işi üzrə ibtidai istintaq zamanı alınmış xx.xx.2021-ci il tarixli akta əsasən İddiaçı\nidarə etdiyi “Mercedes-Benz E220 CDl” markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı\navtomobilə 14.983 manat maddi ziyan dəyməsi müəyyən edilmişdir.\n2. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-58/2022 nömrəli, xx.xx.2022-ci\nil tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının CM-nin 263-1.3-cü\nmaddəsi ilə təqsirli bilinmiş və ona 4 il müddətinə nəqliyyat vasitələrini idarə etmək\nhüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin\nedilmişdir.\n3. İddiaçı cinayət işinə baxlarkən həmin məhkəməyə xx.xx.2022-ci il tarixli\nnotarial qaydada təsdiq olunmuş ərizə ilə müraciət edərək, Cavabdeh qarşı, heç bir\nşikayəti və tələbi olmadığını, onunla barışdığını göstərmişdir.\n4. “X5” Klinikası tərəfindən verilmiş tarixsiz arayışa əsasən İddiaçı klinikada\nxx.xx.2020-ci ildən xx.xx.2020-ci il tarixədək müalicə almış və xəstə klinikanın xəzinəsinə\n25000 manat ödəniş etmişdir.\n5. “X5” Klinikası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ödəniş sənədinə\nəsasən İddiaçı tibbi təxliyə xidməti ambulansa görə 1500 manat pul ödəniş etmişdir.\n6. “X5” Klinikası tərəfindən xx.xx.2021-ci ildən xx.xx.2022-ci il tarixədək müxtəlif\nvaxtlarda verilmiş qəbzlərə əsasən İddiaçı Xəstəxanaya ümumi müayinələr üçün 2018\nmanat məbləğində pul ödənişi etmişdir.\nİş üzrə qəbul edilmiş məhkəmə aktları\na) Birinci instansiya məhkəməsində icraat\n7. İddiaçı məhkəmədə iddia qaldıraraq, cinayət yolu ilə ona dəymiş 42361\nmanat maddi ziyanın, 10000 manat dəyərində mənəvi zərərin və ödənilmiş 248 manat\ndövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş\netmişdir.\n8. İddia işin yuxarıda göstərilən faktiki hallarına istinad edilməklə onunla\nəsaslandırılmışdır ki, təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində onun sağlamlığına\nzərər yetirilmiş və sağlamlığını itirdiyinə görə işə çıxa bilmədiyindən cavabdehə qarşı\nəldən çıxmış fayda və mənəvi zərər tələbinə dair iddia qaldırmaq məcburiyyətində\nqalmışdır. Ona cavabdehin təqsiri ucbatından 62361 manat maddi ziyan, 10000 manat\ndəyərində mənəvi zərər dəymişdir. Onun müalicələri üçün tələb olunan dərman\npreparatlarına çəkilən xərclər 795 manat, xəstəxana xərcləri 28183 manat, avtomobilinin\n\nbərpası üçün 14983 manat, aylıq gəlir olaraq əldən çıxmış faydaya görə xx.xx.2020-ci il\ntarixdən aylıq 1000 manat, hökm çıxarılan günə 10 ay hesablanmaqla 10000 manat, həyat\nyoldaşının ona qulluq etməsi səbəbi ilə, işə çıxa bilmədiyi xx.xx.2020-ci il tarixdən hər gün\nüçün 21 manat, hökm çıxarılan günə 10 ay hesablanmaqla 6300 manat, xəstəliyi ilə bağlı\ntez-tez Bakı şəhərində müalicələr və müayinələr olmağına zərurət olduğundan kirayə\nhaqqı aylıq 300 manat, xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2021-ci il tarixə kimi\n7 ay hesabı ilə 2100 manat maddi ziyan dəymişdir. Cavabdeh ona dəymiş ziyandan\n20.000 manat ödəniş etmiş, qalan məbləği ödəyəcəyinə söz versə də, hadisədən kifayət\nqədər müddət keçməsinə baxmayaraq cavabdeh onun xərclərini ödəmir. Həmin maddi\nziyandan 20000 manatı ödənildiyindən, cavabdehdən 42361 manat maddi ziyan, 10000\nmanat dəyərində mənəvi zərər tələb edir.\n9. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(015)-972/2022 nömrəli\nqətnaməsi ilə (hakim Zamiq Rəsulov) iddia qismən təmin edilmiş, Cavabdeh 28183 manat\nmaddi, 2000 manat mənəvi zərər və ödənilmiş 248 manat məbləğində dövlət rüsumu\nolmaqla, cəmi 30431 (otuz min dörd yüz otuz bir) manat pul tutularaq İddiaçı ödənilməsi,\niddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.\n10. Məhkəmə öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh törətdiyi\ncinayət hadisəsi nəticəsində İddiaçı maddi və mənəvi zərər dəymişdir. İş üzrə iddiaçı\ncinayət mühakimə icraatı zamanı mülki iddia verməsə də, hazırkı vəziyyətdə ona dəymiş\nmaddi və mənəvi zərərə görə mülki mühakimə icraatı qaydasında mülki iddia ilə\nməhkəməyə müraciət etmişdir. İş üzrə iddiaçı ona 62361 manat maddi ziyan dəyməsini və\nhəmin ziyandan 20000 manatı cavabdeh tərəfindən ödənildiyindən, 42361 manat maddi\nziyan tələb etsə də, həmin tələbi əsaslandıran hallara dair mötəbər sübutları məhkəməyə\ntəqdim etməmişdir. İş üzrə iddiaçı məhkəməyə yalnız avtomobilinə və müalicə xərclərinə\ndəymiş ziyana dair sübutları təqdim etmiş, cavabdeh tərəfindən iddiaçıya 20000 manat\nziyan ödənilməsi, həmin ödənişin iddiaçının avtomobilinə dəymiş ziyana, müayinə, dərman\nvə yol xərclərinə çıxılması nəzərə alınmaqla, iddiaçının cavabdehdən tələb etdiyi müalicə\nxərclərinə görə 28183 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı verilməsi\nmüəyyənləşdirilmişdir.\n11. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikasının Mülki\nMəcəlləsinin 21.1-21.2, 1096.1-1096.2, 1097.1, 1115, 1118-ci maddələrinə istinad etmişdir\nb) Apellyasiya instansiyası məhkəməsindəki icraat\n12. Cavabdeh X2 qətnamədən apellyasiya şikayəti verərək, Ağstafa Rayon\nMəhkəməsinin 26 dekabr 2022-ci il tarixli 2(015)-972/2022 nömrəli qətnaməsinin tamamilə\nləğv edilməsini xahiş etmişdir.\n13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Gəncə Ağır Cinayətlər\nMəhkəməsinin 1(100)-58/2022 saylı, 22 aprel 2022-ci il tarixli hökmündən göründüyü kimi,\no hökm çıxarılanadək həmin zərərçəkmiş şəxs, hazırda İddiaçı ilə barışıq əldə etmiş və\nmaddi ziyanı qarşılamışdır. Dəymiş zərərlə bağlı notariat qaydada rəsmi ərizə mövcuddur\nki, hansı ki, zərəri tam olaraq qarşıladıqdan sonra barışdıqları barədə ərizə yazmışdır.\nQəzadan sonra avtomobil İddiaçı özündə qalmış, o, isə avtomobili müəyyən qiymətə\nsatmışdır. Özü isə zərəri artıqlaması ilə yəni 13700 manat bir dəfə, 6600 manat isə şəxsən\nözünə təqdim etməklə ödəmişdir, 6500 manat da sığortadan yararlanmışdır. Bunlar\nzərəçəkmişin şikayəti olmaması üçün edilmişdir. Lakin bu hallara məhkəmə tərəfindən\nhüquqi qiymət verilməmişdir.\n14. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-916/2023\nnömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Loğman Süleymanov (sədrlik edən\nvə məruzəçi), İslam Həsənov və Şamil Rzaquliyev) apellyasiya şikayəti təmin edilməmiş,\nAğstafa Rayon Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 2(015)-972/2022 nömrəli\nqətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.\n15. Məhkəmə kollegiyası mövqeyini onunla əsaslandırmışdır ki, mülki hüquq\npozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə vurulmuş zərərin əvəzi zərərvuran\ntərəfindən tam həcmdə ödənilməlidir. Qanuni qüvvəsini almış məhkəmə hökmü üzrə\n\nCavabdeh Azərbaycan Respublikasının CM-nin 263-1.3-cü maddəsi ilə təqsirli bilinmiş və\nona 4 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il\nmüddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Həmin hökm üzrə müəyyən\nedilmişdir ki, Cavabdeh sürücülük vəsiqəsi və müvafiq etibarnamə olmadan idarə etdiyi\n“Ford” Transit markalı **-TE-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini Qazax\nistiqamətində hərəkət etdirərkən öz hərəkət zolağından çıxaraq əks hərəkət zolağına keçib\nhərəkətdə olarkən avtomobilin ön sağ hissəsi ilə qarşıdan öz yolu ilə gələn sürücü İddiaçı\nidarə etdiyi “Mercedes-Benz E220 CDl” markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı\navtomobil ilə toqquşmuşdur. Cavabdeh təqsirli hərəkəti nəticəsində zərərçəkmiş şəxs\nİddiaçı avtomobilinə 14983 manat məbləğdə maddi ziyan dəymiş, habelə zərərçəkmiş\nşəxsin sağlamlığına həyat üçün təhlükəli olan ağır zərər dəymişdir. İş materiallarından\ngörünür ki, İddiaçı almış olduğu xəsarətlərlə bağlı “X5” Klinikasında müayinə və müalicə\nolunmuş, o, bununla bağlı “X5” Klinikasına tibbi təxliyə xidməti üçün ambulansa görə 1500\nmanat pul ödəniş etmiş, “X5” Klinikasının hesabına ilkin olaraq 25000 manat ödəniş etmiş,\nəməliyyatdan sonrakı müayinələr üçün müxtəlif vaxtlarda 2018 manat ödəniş etmişdir ki,\nbu ödənişlər işə əlavə edilən ödəniş qəbzləri ilə təsdiq edilir. “X5” Klinikasında müalicə\nxərclərinə görə 28518 manat xərclənsə də, iddiaçı 28183 manat məbləğində pul\nxərcləməsini bildirdiyindən və birinci instansiya məhkəməsi iddianı yalnız həmin hissədə\ntəmin etdiyindən, məhkəmə kollegiyası həmin məbləğlə razılaşmışdır.\n16. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət\nmühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında\nmülki iddia verməyə haqlıdır.\n17. Məhkəmə kollegiyası gəldiyi nəticəni əsaslandırarkən Mülki-Prosessual\nMəcəllənin 82.4, Cinayət-Prosessual Məcəllənin 180.2-ci maddələrinə istinad etmişdir.\nKassasiya şikayətinin və ona etirazın dəlilləri\na) Kassasiya şikayətinin dəlilləri\n18. Cavabdeh kassasiya şikayəti verərək (Vəkil) qətnamənin ləğv edilməsi və\nişin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş\netmişdir.\n19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hakim cavabdeh tərəfindən\niş üçün mötəbər əhəmiyyət kəsb edən sübutlar təqdim edilsə də, bu sübutları ümumiyyətlə\nəsaslandırmamış və həmin sübutlara hüquqi qiymət verməmişdir. Cavabdeh tərəfindən\nməhkəməyə verilmiş olan iddiaçının rəsmi qaydada vermiş olduğu Ağır cinayətlər\nməhkəməsinin cavabdeh barəsində çıxarmış olduğu hökmdə də öz əksini tapan notarial\nərizəsinə məhkəmə tərəfindən hüquqi qiymət verilməmişdir. İddiaçının sübut növü kimi\nməhkəmə işinə əlavə etdivi  X5'müalicə mərkəzinin ödənişinə dair arayış sənədi sübut\nnövü kimi qəbul edilə bilməz. İşə baxan hakim sübutların dəyərləndirilməsi zamanı iddiaçı\ntərəfindən həmin klinikaya ödənilmiş vəsaitin ciddi uçot blankı, kassa ödəniş qəbzləri,\npost-terminal vasitəsi ilə ödənilmiş ödəniş qəbzləri və digər qanunvericiliyin tələblərinə\nuyğun ödənişlərin həyata keçirilməsini təsdiq edən sənədləri təqdim etməmişdir.\nApellyasiya instansiya məhkəməsində həmin hallara qiymət verilməmiş həmçinin,\niddiaçının dövlət hesabına müalicə alma imkanın olduğu bir halda bundan istifadə\netməməsi məsələsinə də hüquqi qiymət verilməmiş, bunula da MPM-nin 77.1, 88-ci\nmaddələrinin tələbləri pozulmuşdur.\nb) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri\n20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.\nTətbiq edilən hüquq\nAzərbaycan Respublikasının Mülki Məcəlləsi\n\n21. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan\nşəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda\nvə ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.\n22. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu\nbərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya\nəmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki\ndövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.\n23. Maddə 1118.1. Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa\nşəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi\nqazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o\ncümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə,\nbaşqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə\nedilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki,\nzərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq\nhüququnun olmadığı müəyyənləşdirilsin.\n“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh\nedilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarı\n24. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması\nnəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və\ndəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya\nqanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar\nnüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik\nhüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla\nfiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin\nhərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya\nsəbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O\nhəm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda\nkompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və\ndərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə\nalınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar\nməhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.\n“Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq\nedilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03\nnoyabr 2008-ci il tarixli, 7 saylı Qərarı\n25. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə\ntərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş\nhərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin\nkeçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd\nvə yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı\nvə yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə\nvə sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır.\nAzərbaycan Respublikasının Cinayət Məcəlləsi\n26. Maddə 59.1.12. zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi\nvarisi ilə barışıq əldə edilməsi, 59.1.13. cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq\ntamamilə ödənilməsi və ya aradan qaldırılması; 59.1.14. cinayət nəticəsində dəymiş\nziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin\nedilməsi cəzanı yüngülləşdirən haldır.\n27. Maddə 60.1.Bu Məcəllənin59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər\nhansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqdavə əgər cəzanı ağırlaşdıran\nhallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi\nhissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son\nhəddinindörddə üçündənartıq ola bilməz.\n\nAzərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi\n28. Maddə 7.0.36. zərər — cinayət nəticəsində zərər çəkmiş şəxsə vurulmuş\nmənəvi, fiziki və ya maddi ziyandır;\n29. Maddə 180.2. Şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia\nverməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır.\nAzərbaycan Respublikasının Mülki Prosessual Məcəllə\n30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı\nvə onlardan istifadə etməlidir.\n31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut\netməlidir.\n32. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət\ntəqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən\nməhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində\nməcburidir.\n33. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam\nbaxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət\nverir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.\n34. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.\n35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin\nqarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.\n36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına,\nməhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların\naydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin\nfaktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.\n37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır\nvə kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi\ntərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.\n38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin\n418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara\nyol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.\n39. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq\nolunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu\npozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.\nKassasiya baxışının hədləri\n40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki\nhallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və\nprosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq\nzərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən\nqəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və\nhüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları\naraşdırması kimi qiymətləndirilməməlidir.\n41. Apellyasiya məhkəməsi qətnaməni qismən, iddianın təmin eilən hissəsində\nyoxladığından hazırkı kassasiya şikayətinə əsasə apellyasiya instansiyası məhkəməsinin\naktı bütövlükdə yoxlanılır.\nKassasiya instansiyası məhkəməsinin mövqeyi\n42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi\ntərəfindən cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərlə bağlı hər hansı\naraşdırma aparılmamış və işdə olan sübutlara Azərbaycan Respublikası Mülki Prossesual\nMəcəlləsinin 88-ci maddəsi baxımından düzgün hüquqi qiymət verilməmişdir.\n\n43. Belə ki, işin araşdırılan hallarından görünür ki, apelyasiya məhkəməsi\niddiaçının sağlamlığına dəyən ziyana görə “X5” Klinikasına ambulans xidmətinə görə 1500\nmanat, “X5” Klinikasının arayışına əsasən 25000 manat və əməliyyatdan sonrakı\nmüayinələr üçün müxtəlif vaxtlarda edilmiş 2018 manat ödənişin müvafiq sənədlərlə təsdiq\nedildiyinə istinad edərək, 28183 manat hissəsində iddianın təmin edilməsini əsaslı hesab\netmişdir.\n44. Lakin apellyasiya məhkəməsi ziyanın məbləğinin müəyyən edilməsi zamanı\ncavabdehin apellyasiya şikayətinin dəlillərini araşdırmamış və onlara qiymət verməmiş,\nhəmin dəlilləri hansı səbəbdən qəbul etmədiyini qətnamədə göstərməmiş, iddiaçıya\ndəymiş real zərərin həcmini tam, hərtərəfli və obyektiv müəyyənləşdirmədən şikayətin\ntəmin edilməməsi nəticəsinə gəlmişdir.\n45. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual\nqanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə\nbağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və\nəsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir.\nİddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud\nolmayan kimi rədd edə bilər.\n46. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə\nmüdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları və sübutları da təqdim etməli,\nməhkəmə də həmin tələbə onu əsaslandıran faktlar və sübutlar əsasında hüquqi qiymət\nverməlidir.\n47. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan”\nsübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun\ngələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların\nmövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94,\n§282).\n48. İşdən görünür ki, iddiaçının” X5” Klinikasına 25.000 manat ödənilməsini\ntəsdiq etmək üçün təqdim etdiyi arayışa tarix qoyulmamışdır və arayışın məzmunundan\nmüəyyən edilmir ki, həmin məbləğ hansı dövr üzrə ödənilmişdir. İddiaçı klinikada\nxx.xx.2020-ci ildən xx.xx.2020-ci il tarixədək müalicə almış, sonra isə müxtəlif vaxtlarda\nhəmin klinikada müayinələrdən keçmişdir. Belə olan halda, xx.xx.2020-ci il tarixdə\nambulansa görə 1500 manat edilmiş ödənişin və müayinələrə görə 2021-2022-ci illərdə\nedilmiş ödəniş qəbzləri üzrə 2018 manat məbləğin Klinikanın xəzinəsinə ödənilmiş 25000\nmanatın tərkibinə daxil olub-olmadığını müəyyən etmək üçün həmin arayışın hansı tarixdə\nyazıldığı və göstərilən ödənişin hansı dövr üzrə ödənilmiş olması mühüm əhəmiyyət kəsb\nedir. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiya məhkəməsi\nhəmin arayış sübut qismində qiymətləndirərkən Azərbaycan Respublikası MPM–nin 88-ci\nmaddəsinin tələblərini pozmuşdur.\n49. Eyni zamanda, iddiaçının özünün etiraf etdiyinə görə cinayət işinə baxılan\ndövrdə cavabdeh tərəfindən ona 20.000 manat ödəniş edilmiş və hökmdən görünür ki,\nİddiaçı cinayət işinə baxlarkən həmin məhkəməyə xx.xx.2022-ci il tarixli notarial qaydada\ntəsdiq olunmuş ərizə ilə müraciət edərək, Cavabdeh qarşı heç bir şikayəti və tələbi\nolmadığını, onunla barışdığını göstərmişdir və cinayət işinə baxan məhkəmə bu halı\ncəzanı yüngülləşdirən hallardan biri kimi nəzərə almaqla cavabdehə cəza təyin etmişdir.\nHəmçinin apellyasiya məhkəməsinə təqdim edilmiş sığorta aktından görünür ki,\ncavabdehin idarə etdiyi avtomobilin icbari sığortası üzrə iddiaçının əmlakına dəymiş\nziyana görə 5000 manat sığorta ödənişi həyata keçirilmişdir.\n50. Apellyasiya məhkəməsi isə iddiaçıya dəymiş real ziyan məbləğini müəyyən\nedərkən, həmin ziyana görə iddiaçıya ödənilmiş məbləğlərin hansı səbəbdən nəzərə\nalınmamasını qətnamədə göstərməmiş, bu barədə apellyasiya şikayətinin dəlillərinə\nümumiyyətlə qiymət verməmişdir.\n51. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cinayət mühakimə\nicraatı çərçivəsində təqsirləndirilən şəxslə barışması, ona qarşı heç bir şikayəti və tələbinin\n\nolmaması ilə bağlı ərizəsi də mülki qaydada ziyan tələbinə baxılarkən tərəflərin qarşılıqlı\nmünasibətlərinin müəyyən edilməsi baxımından hüquqi qiymət verilməli məsələdir.\n52. Məlumdur ki, cinayət mühakimə icraatı çərçivəsində zərəçəkmiş şəxsin\ntəqsirləndirlən şəxslə barışması və ona dəymiş ziyanı ödəməsi cəzanı yüngülləşdirən\nhallardan biridir. Cinayət işləri üzrə ədalət mühakiməsini həyata keçirən məhkəməyə\nzərərçəkən şəxsin belə bir bəyanı ədalət mühakiməsini düzgün həyata keçirilməsinə təsir\nedən amildir. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, cinayət mühakimə\nicraatının hər bir iştirakçısı öz hüquqlarını və vəzifələrini vicdanla yerinə yetirməli, öz\nhərəkətlərinin məsuliyyətini dərk etməli, yaratdığı nəticələri qəbul etməlidir.\n53. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qeyd etmişdir ki,\nkonstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın\nPreambulasında öz əksini tapan qanunun alilliyinin əsas elementlərindən biri kimi tanıyır.\nHüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı mövcud hüquqi vəziyyətə aid\naydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul\nolunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli,\nziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan\nməhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və\nmübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən\nmüddəalar olmamalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə\n28 dekabr 2011-ci il tarixli Qərarı).\n54. Oxşar hüquqi mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin\nqərarlarında da əks olunmuşdur. Avropa Məhkəməsinin Ryabıx Rusiyaya qarşı iş üzrə\n2003-cü il 24 iyul tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik qanunun aliliyi\nprinsipinin əsasını təşkil etməklə daha əvvəl hüquqi qüvvəyə minmiş məhkəmə aktları ilə\nmüəyyən edilmiş faktların təkrarən mübahisələndirilməsini istisna edir.\n55. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cinayət prosesində\nzərərçəkən şəxsin təqsirləndirilən şəxslə barışması və ona qarşı hər hansı şikayət və\ntələbinin olmaması barədə məhkəməyə təqdim etdiyi və qanuni qüvvəyə minmiş hökmdə\ncəza təyin edilərkən nəzərə alınan ərizəsi bu şəxslər arasında həmin vaxta qədər mövcud\nolmuş tələblərin qarşılıqlı güzəştlər əsasında həll olunması kimi qiymətləndirilməlidir. Bu\nhalda, zərərçəkmiş həmin vaxtdan sonra yaranmış zərərlə bağlı tələb irəli sürmək\nhüququna malikdir.\n56. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia ərizəsində cavabdeh\ntərəfindən 20.000 manat ödənildikdən sonra digər ziyanı ödəyəcəyini vəd etdiyini göstərsə\ndə, bu barədə hər hansı sazişin olması barədə sübut təqdim etməmiş, həmçinin təqdim\nedilən ərizədə dəymiş ziyanın tam ödənilməsini tələb etmək hüququnu özündə saxlaması\nbarədə qeyd-şərt göstərməmişdir.\n57. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsində təqdim edilmiş iddiaçı\ntərəfindən cinayət işinə baxan hakimə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizə ilə bağlı\nqeyd etməyi zəruri hesab edir ki, bu ərizənin cinayət işinə baxan məhkəməyə təqdim\nedilməsi barədə iş materiallarına hər hansı sübut əlavə edilməmişdir.\n58. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Avropa\nMəhkəməsinin istifadə etdiyi standart və prinsiplər, habelə mülki prosessual\nqanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından\napellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticəsi düzgün deyildir.\n59. Kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası onları\nəsaslı hesab edir, çünki apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və\nprosessual hüquq normalarının tələblərinə tam əməl olunmamış, əsaslandırılmış qətnamə\nqəbul edilməmişdir. Bu da qəbul olunmuş qətnamənin ləğvi üçün əsasdır. Buna görə də,\nqətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməli, kassasiya şikayəti\ntəmin edilməlidir.\n60. İşə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi\nyuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, apellyasiya şikayətinin dəlillərinə\nmüfəssəl qiymət verilməli, gəlinən nəticələr qətnamədə əsaslandırılmalı, mübahisəli hüquq\n\nmünasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq etməklə qanuni və\nəsaslı qərar qəbul etməlidir.\n61. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417, 419-421-ci\nmaddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası\nQərara aldı:\nCavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin.\nGəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 aprel 2023-cü il tarixli\n2(104)-916/2023 saylı qətnaməsi ləğv edilsin, iş yeni apelyasiya baxışına göndərilsin.\nQərar qəbul edildiyi andan qüvvəyə minir.",
      "url": "file:///C:/Users/TechEvo%20Computers/Downloads/3ulduz/2_3351%2B27.09.2023.pdf",
      "local_file": "006_2eb9f7ef36.pdf",
      "local_text_file": "006_2(102)-3351_2023.txt",
      "content_type": "application/pdf"
    },
    {
      "menbe": "Ali Məhkəmənin üç ulduzlu qərarları",
      "akt_novu": "Üç ulduzlu qərar",
      "tarix": "2025-10-23",
      "basliq": "2(102)-3376/2025",
      "is_nomresi": "2(102)-3376/2025",
      "movzu": "",
      "metn": "Azərbaycan Respublikası adından\nQƏRARDAD\nBakı şəhəri İş № 2(102)-3376/2025 23.10.2025\nALİ MƏHKƏMƏ\nAzərbaycan Respublikası adından\nAzərbaycan Respublikası Ali Məhkəməsi\nMülki kollegiyasının\nİddiaçı cavabdehlər Bakı şəhəri 36 saylı notariat ofisi və Cavabdeh2-ə qarşı iş\nüzrə\nQ Ə R A R D A D I\nAçar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü, qətnamənin\nmübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduqda\nAzərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev\nZəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından\nibarət tərkibdə,\nİddiaçı cavabdehlər Bakı şəhəri 36 saylı notariat ofisi və Cavabdeh2-ə qarşı “icra\nqeydinin ləğvi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki\n\nkollegiyasının 2(103)-3895/2025 nömrəli 2025-ci il 14 iyul tarixli qətnaməsindən\nCavabdeh2 (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək,\nmüəyyən etdi:\n1. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin\n(bundan sonra – MPM) tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab\nedilməlidir.\n2. Belə ki, MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş\nqətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan,\nkommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az\nolan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya\nməhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar\nRespublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən\nkassasiya şikayəti verilə bilər.\n3. İş materiallarından görünür ki, iddia ərizəsində Cavabdeh2-nin xeyrinə\niddiaçıdan BRCB4975685B299 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında\nödənilməmiş 885,69 manatın tutulması ilə bağlı 2025-ci il 9 yanvar tarixində aparılan\n8İ-59 reyestr nömrəli icra qeydinin ləğvi xahiş olunmuşdur.\n4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2918/2025 nömrəli 2025-ci il 22\naprel tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki\nkollegiyasının 2(103)-3895/2025 nömrəli 2025-ci il 14 iyul tarixli qətnaməsi ilə\nCavabdeh2-nin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin\nqətnaməsi dəyişdirilmədən saxlanılmışdır.\n5. Qeyd olunan qətnamədən Cavabdeh2 kassasiya şikayəti verərək, birinci\ninstansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq, mülki işin yeni apellyasiya\nbaxışına göndərilməsini xahiş etmişdir.\n6. MPM-in 112.1.11-ci maddəsinə əsasən, iddianın qiyməti tutulma mübahisəsiz\n(akseptsiz) qaydada həyata keçirilən icra sənədinin və digər sənədin icra edilməməli\nsənəd hesab edilməsi barədəki iddialarda - barəsində mübahisə edilən məbləğlə\nmüəyyən edilir.\n7. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh2-nin qətnaməni\nmübahisələndirdiyi hissəsində iddianın qiyməti 885,69 manat təşkil edir ki, bu da\nMPM-in 402.1-ci maddəsində nəzərdə tutulmuş beş min manatdan az olduğundan,\ncavabdeh Bankın həmin qətnamədən kassasiya şikayəti vermək hüququ istisna\nolunur.\n8. MPM-in 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti Məcəllənin 402-ci və\n407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ\nolmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya\nşikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, apellyasiya\ninstansiyası məhkəməsi tərəfindən qaytarılır.\n9. MPM-in 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün\nprosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə\ndair qərardad qəbul edilir.\n10. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2-nin\nkassasiya şikayəti qeyri-mümkün hesab edilməli, kassasiya şikayəti geri qaytarılması\nüçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.\n11. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və MPM-in 404-1.2, 408.1.1 və\n408.3-cü maddələrini rəhbər tutaraq,\nqərara aldı:\nBakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3895/2025 nömrəli\n2025-ci il 14 iyul tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya\nşikayəti qeyri-mümkün hesab edilsin.\nKassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya\nMəhkəməsinə göndərilsin.\n\nQərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.",
      "url": "file:///C:/Users/TechEvo%20Computers/Downloads/3ulduz/2_3376%2B23.10.2025.pdf",
      "local_file": "007_b782671397.pdf",
      "local_text_file": "007_2(102)-3376_2025.txt",
      "content_type": "application/pdf"
    },
    {
      "menbe": "Ali Məhkəmənin üç ulduzlu qərarları",
      "akt_novu": "Üç ulduzlu qərar",
      "tarix": "2022-09-12",
      "basliq": "2(102)-3394/2022",
      "is_nomresi": "2(102)-3394/2022",
      "movzu": "",
      "metn": "Azərbaycan Respublikası adından\nQƏRAR\nBakı şəhəri İş № 2(102)-3394/2022 12.09.2022\nALİ MƏHKƏMƏ\nAzərbaycan Respublikası adından\nAzərbaycan Respublikası Ali Məhkəməsi\nMülki kollegiyasının\nİddiaçı cavabdehlər Cavabdeh1, X5, X3, X4 və X2 qarşı iş üzrə\nQ Ə R A R İ\nİş № 2(102)-3394/22\n(Açar sözlər: sahiblik, sahibliyin müdafiəsi, əşya hüquqları, tələb hüquqları)\nBakı şəhəri, 12 sentyabr 2022-ci il\nAzərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur\nƏli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət\ntərkibdə,\nŞirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-242/2022 nömrəli iş\nüzrə 26 yanvar 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya\nşikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı\nqəbul etdi.\n\nİşin halları\n1. Cavabdeh5 xx.xx.2007-ci il tarixli, 14 saylı iclas protokolundan çıxarışın surətinə\nəsasən, Cavabdeh5 tərəfindən Bəhrəmtəpə-Horadiz avtomobil yolunun sol tərəfində\nyerləşən, Bəhrəmtəpə bələdiyyəsinə məxsus ərazidən 18,0 ha torpaq sahəsinin 99 il\nmüddətinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün İddiaçı icarəsinə verilməsini\nqərara alınmışdır.\n2. Həmin qərar əsasında bağlanmış xx.xx.2007-ci il tarixli torpaq icarəsi müqaviləsinin\nsurətinə əsasən, qeyd olunan torpaq sahəsi illik 126 manat icarə haqqı ödənilməsi şərti ilə\n99 il müddətinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə İddiaçı\noğluna icarəyə verilmişdir.\n3. Bununla belə bələdiyyə tərəfindən həmin müqavilənin icrası təmin edilməmiş,\ntorpaq sahəsi İddiaçı sahibliyinə və istifadəsinə verilməmişdir.\n4. Tərəflərin bildirdiklərinə görə səhə uzun illərdir ki, Cavabdeh1 sahibliyindədir.\nİş üzrə qəbul edilmiş məhkəmə aktları\na) Birinci instansiya məhkəməsində icraat\n5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1,\nRüstəmova Zərif\nŞamxal qızı, X3, X4 və Bəşirli T anrıverdi\nRahib oğlunun ona icarə hüququ ilə məxsus olan Bəhrəmtəpə-Horadiz avtomobil yolunun\nsol\ntərəfində yerləşən 18,0 ha torpaq sahəsindən çıxarılmaları barədə qətnamə qəbul\nedilməsini xahiş etmişdir.\n6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İmişli rayon Bəhrəmtəpə bələdiyyəsinin\nxx.xx.2007-ci il tarixli 14 saylı iclas protokolunun qərarı ilə ona Bəhrəmtəpə bələdiyyəsinin\nmülkiyyətində olan, Bəhrəmtəpə-Horadiz avtomobil yolunun sol tərəfində yerləşən\nərazidən\nkənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 18,0 ha torpaq sahəsi icarəyə verilmiş\nvə Bu barədə xx.xx.2007-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. Lakin cavabdehlər\nonun\nicarəsində olan torpaq sahəsindən istifadə etməyinə mane olurlar, onu torpaq sahəsinə\nburaxmırlar. O, həmin torpaq sahəsinə icarə hüququnun qeydə alınması üçün DƏDRX-nin\n6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etmiş, müraciəti əsasında DƏDRX-nin 6 saylı\nBeyləqan Ərazi İdarəsinin əməkdaşları yerquruluşu koordinatlarının müəyyən edilməsi və\ndəqiqləşdirilməsi üçün əraziyə baxış keçirilməsi məqsədilə iddiaçının icarəsində olan\ntorpaq sahəsinə gələrkən Cavabdeh1 idarənin əməkdaşlarını əraziyə buraxmamış və\nonların öz vəzifələrini icra etməsinə mane olmuşdur. Nəticədə yerquruluşu işləri\naparılmamışdır. İddiaçı dəfələrlə Cavabdeh1 müraciət edərək ailə üzvləri ilə birlikdə icarə\nhüququ ilə ona məxsus olan 18 ha torpaq sahəsindən çıxmalarını tələb etsə də, heç bir\nnəticəsi olmamışdır. Nəticə etibarı ilə iddiaçı 2007-ci ildən icarəsində olan 18 ha torpaq\nsahəsindən istifadə edə bilmir. Bəhrəmtəpə Bələdiyyəsi onun icarəsinə verilmiş torpaq\nsahəsinin cavabdehlərdən azad edilərək ona verilməsini təmin etməmişdir. Cavabdeh\nBəhrəmtəpə Bələdiyyəsi onun həmin norpaqdan istifadə etməsinə imkan yaratmalıdır.\n7. İmişli Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli 2(036)- 1705/2021 nömrəli\nqətnaməsi ilə (hakim Q.Hacıyev) iddia təmin edilərək cavabdehlər Cavabdeh1, X5, X3, X4\nvə X1 Bəhrəmtəpə-Horadiz avtomobil yolunun sol\ntərəfində yerləşən, Bəhrəmtəpə bələdiyyəsinin mülkiyyətində olan və icarə hüququ\nəsasında İddiaçı məxsus 18 ha torpaq sahəsindən çəkilən xərclərin əvəzi ödənilmədən\nçıxarılmaları qət edilmişdir.\n\n8. Məhkəmə hesab etmişdir ki, Cavabdeh1 mübahisələndirilən torpaq sahəsinə İddiaçı\ndaha əvvəl qanuni gözləntiyə sahib olmasını bildirsə də, həmin xüsusatı təsdiq edən\nsübutları məhkəməyə təqdim etməmiş və yalnız qeyd olunan torpaq sahəsi üzərində\ntəsərrüfat işləri aparmasını bildirmişdir. Halbuki, qanunvericiliyə əsasən gözlənti qanuni\nəsasa malik olmalıdır. Belə qanuniliyin başlıca şərti isə onun hüquqi əsasa bağlı olmasıdır.\n9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.\n152.5, 157.2, 157.4, 157.8, 164.1, T orpaqMəcəlləsinin 51.1, 51.2, 84.1, 84.3, 111, Mülki\nProsessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4-cü maddələrinə istinad\nedərək əsaslandırmışdır.\nb) Apellyasiya instansiyası məhkəməsindəki icraat\n10. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərərk qətnamənin ləğv\nolunmasını və iddianın rədd edilməsini xahiş etmişdir.\n11. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı 25.11,2007-ci il tarixdə icarəyə\ngötürdüyü torpaq sahəsini dövlət qeydiyyatına aldırmalı idi. Yalnız bundan sonra onun\nqeyd olunan iddianı qaldırmaq üçün subyektiv hüququ yaranardı. Mübahisəli torpaq sahəsi\n27 il ərzində və hazırda onun sahiblik və istifadəsində olduğundan iddiaçının ümumiyyətlə\nbu\niddianı qaldırmağa subyektiv hüququ yoxdur. İşdə icarəyə verilmiş torpaq sahəsinin İmişli\nrayon Bəhrəmtəpə bələdiyyəsinə məxsus olması barədə sübut yoxdur. İcarəyə verilmiş\ntorpaq sahəsi ilə onun istifadəsində olan torpaq sahəsinin eyni torpaq sahəsi olması yalnız\nekspertiza ilə müəyyən edilə bilər ki, icarəyə verilmiş torpaq sahəsinin koordinatları\nolmadığından və qeydiyyata alınmadığından ekspertizanın keçirilməsi də mümkün deyil.\nBirinci instansiya məhkəməsi həmin hallara qiymət verməmiş, yalnız icarə müqaviləsinin\nmövcudluğunu nəzərə alaraq iddianı təmin etmişdir. T orpaq sahəsi yararsız vəziyyətdə\nolmuşdur. O, 27 il ərzində həmin torpaq sahəsindən istifadə edərək, torpaq sahəsini yararlı\nvəziyyətə gətirmiş, torpaq sahəsində 200-ə yaxın ağac əkmiş, 11000 ABŞ dolları\nxərcləyərək artezian quyusu qazdırmışdır. Həmin torpaq sahəsi iddiaçıya qanunsuz\nverilmişdir. O, həmin torpaq sahəsində məskunlaşdığı halda bələdiyyə tərəfindən torpaq\nsahəsi ona təklif ediİməmiş, həmin ərazidən təxminən 30 km kənarda yaşayan başqa\nkənd sakini olan iddiaçıya heç bir hərrac keçirilmədən qanunsuz verilmişdir. T orpaq\nsahəsində onun çox böyük əməyi olmuşdur. Əgər iddiaçı onun çəkdiyi xərcləri ödəyərsə,\ntorpaq sahəsindən çıxmağa hazırdır.\n12. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-242/22 nömrəli iş üzrə\n26 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – S.Mayılov (sədrlik edən və məruzəçi),\nİ.Əsədov, N.Mirzəyev) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya\nməhkəməsinin qətnaməsi qismən – “çəkilən xərclərin əvəzinin ödənilmədən” hissəsində\nləğv edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.\n13. Məhkəmə qeyd etmişdir ki, iddiaçının xx.xx.2007-ci il tarixli icarə müqaviləsi üzrə\nhüquqlarının qeydə alınmaması cavabdehlərin törətdikləri maneələr səbəbindən olmuşdur.\nEyni zamanda bu hüququn qeydə alınmaması icarəsinə verilmiş torpaq sahəsinə\nsahiblikdən özbaşına məhrum edilmiş iddiaçının hazırki iddia ilə müraciət etmək hüququnu\nistisna etmir. Məhkəmə qanunvericiliyin tələbinə müvafiq olaraq cavabdehlərin mübahisəli\ntorpaq sahəsində məskunlaşdırılmaları və ya sonradan köçürülmələri hallarının təsdiq\nedilmədiyini nəzərə alaraq, mübahisəli torpaq sahəsinin cavabdehlərin qanunsuz\nsahibliyində olması nəticəsinə gəlmişdir.\n14. Məhkəmə apellyasiya şikayətinin dəlilləri üzrə onu da qeyd etmişdir ki, keçmiş\nDövlət T orpaqvə Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsinin rəyi ilə mübahisəli torpaq\nsahəsinin Bəhrəmtəpə bələdiyyəsinin mülkiyyətinə aid olması və iddiaçının icarəsinə\nverilməsi nəzərdə tutulan sahə olduğu təsdiq edilmişdir. T orpaq sahəsinin ayrıldığı vaxt,\nonun həmin torpaq sahəsində məskunlaşması və mübahisəli torpaq sahəsinin qanuni\nistifadəçisi olması təsdiq edilmir, torpaq sahəsindən qanunsuz istifadə isə torpaq sahəsinin\ncavabdehlərin icarəsinə verilməsi üçün əsas deyil, əksinə, onlar mübahisəli torpaq\n\nsahəsini aidiyyəti üzrə geri qaytarmalıdırlar. Eyni zamanda bələdiyyə mübahisəli torpaq\nsahəsini hərrac keçirmədən iddiaçıya icarəyə verməkdə haqlı olmuşdur. Özbaşına\ntutulmuş (zəbt edilmiş) torpaq sahələrinin aidiyyəti üzrə geri qaytarılması zamanı\nqanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzinin ödənilməsi isə nəzərdə tutulmamışdır.\n15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1, 157.2,\n157.8, 166.3, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında“ Azərbaycan Respublikası\nQanununun 6.3, 6.6, 6.7, T orpaq Məcəlləsinin 84, 111, MPM-nin 14.2, 77.1, 88, 218.3,\n384.0.2, 385.1.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.\nKassasiya şikayətinin və ona etirazın dəlilləri\na) Kassasiya şikayətinin dəlilləri\n16. Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin ləğv və iddianın rədd edilməsi\nbarədə yeni qərar çıxarılmasını xahiş etmişdir.\n17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2007-ci il tarixdə\nicarəyə götürdüyü torpaq sahəsini dövlət qeydiyyatına almalı idi. Yalnız bundan sonra\nonun qeyd olunan iddianı qaldırmaq subyektiv hüququ yaranırdır. Nəzərə alınsa ki,\nmübahisəli torpaq sahəsi 27 il ərzində və hazırda da Cavabdeh1 sahiblik və\nistifadəsindədir, bu halda İddiaçı ümumiyyətlə bu iddianı qaldırmaq subyektiv hüququ\nyoxdur. Mübahisələndirilən torpaq sahəsinin Cavabdeh5nə məxsus olması barədə hər\nhansı hüquq-müəyyənedici sənəd iş materiallarında mövcud deyil.\n18. Mübahisələndirilən torpaq sahəsi artıq 27 ildir ki, cavabdehlərin istifadəsindədir.\nBu səbəbdən də cavabdehlər həmin torpaq sahəsinə sahiblik edirlər. Yəni faktiki olaraq\niddiaçı həmin torpaq sahəsinin nə mülkiyyətçisi, nə istifadəçisi, nə də ki sahibidir. Belə\nolan təqdirdə iddiaçının guya icarəyə götürdüyü torpaq sahəsi yalnız sənəd üzrə icarədir.\nBu səbəbdən Mülki Məcəllənin 166.3-cü maddəsinin sahiblik ilə müddəasını bu işə tətbiq\netmək olmaz. T orpaq sahəsi cavabdehlərin istifadəsindədir və bələdiyyə onları həmin\ntorpaqdan çıxarmaq üçün heç bir cəht göstərməmişdir. Sadəcə öz işini asanlaşdırmaq\nüçün istifadə də olunan torpaq sahəsini digər şəxsə vermişdir. Halbuki, əgər icarəyə\nverilən torpaq sahələri qanunsuz istifadə edilirsə, bələdiyyə öz növbəsində iddia\nqaldıraraq həmin torpaqdan qanunsuz istifadə edən şəxsləri torpaqlardan çıxarmalı və\nyalnız bundan sonra boş torpaq sahəsini icarəyə verməlidir. Nə birinci instansiya\nməhkəməsi, nə də apellyasiya instansiya məhkəməsi iş üzrə ekspertiza təyin etməmişdir.\n19. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 148.1,\n166.3, 178.1, “Bələdiyyə T orpaqların idarə edilməsi haqqında qanunun” 16, T orpaq\nMəcəlləsinin 66.2, 66.4, 68, MPM-nin 77.1, 97.1-ci maddələrinə istinad edərək\nəsaslandırmışdır.\nb) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri\n20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.\nTətbiq edilən hüquq\nAzərbaycan Respublikasının Mülki Məcəlləsi:\n21. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb\nedə bilər.\n22. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və\nya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son\nqoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin\nhərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.\n\n23. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya\nmüqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.\n24. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə\nhüququ servitutlar da əmlak hüquqları sayılır.\n25. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də\nmənsub ola bilər.\n26. Maddə 159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.\n27. Maddə 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi\nilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur.\n28. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma\nqadağan edilmiş özbaşınalıq sayılır.\n29. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin\nqaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq\nsələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə\nedildikdə iddia istisna edilir.\n30. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib\npozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən\nehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun\nhüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə\nedildikdə bu cür iddia istisna edilir.\n31. Maddə 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir\nki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın\nqaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta\nqəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından\nbaşlayaraq bir il təşkil edir.\nAzərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi\n32. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.\n33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı\nmünasibətinə uyğun əsaslandırılmalıdır.\n34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və\nkassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi\ntərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.\nKassasiya baxışının hədləri\n35. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya\ninstansiyası məhkəməsinin aktı bütovlükdə yoxlanılır.\n36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını\naraşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual\nhüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli\ngələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək\nişə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara\nistinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi\nqiymətləndirilməməlidir.\nKassasiya instansiyası məhkəməsinin mövqeyi\n37. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının\ntələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların\nhəmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli\nsürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq\nnormasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə\nvasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir.\n\n38. Hazırkı işdə hər iki instansiya məhkəməsi iddianın qanuni əsası kimi Mülki\nMəcəllənin 157.2, 157.4, 157.8 və 164.1-ci maddələrinə istinad etmişlər.\n39. Kollegiya əvvəlcə MM-in 164.1-ci maddəsi ilə bağlı qeyd edir ki, bu norma sahibin\niradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozmanın qadağan edilmiş özbaşınalıq\nsayıldığını nəzərdə tutur və bundan sonrakı maddələr sahibliyin müdafiəsinə dair\nqaydaları tənzimləyir (§ 28-30).\n40. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir (§ 26). Başqa sözlə, sahiblik\nbir əşya üzərində əməli (faktiki) hakimiyyəti iradəvi olaraq ələ keçirmiş və bunu itirməmiş\nolmaqdır. Şəxs öz iradəsi ilə bu hakimiyyəti tərk edənədək və ya iradəsi xaricində başqa\nbiri onu ələ keçirənədək və ya hakimiyyəti başqa səbəbdən sona çatanadək əşyanın\nsahibi sayılır.\n41. Sahibliyin verilməsi isə digər şəxsin əşya üzərində faktiki hakimiyyətinin təmin\nedilməsi, yəni əşyanın onun birbaşa - vasitəsiz sahibliyinə verilməsi və ya əşyaya vasitəli\nsahibliyinin təmin edilməsi ilə mümkün olur (§ 27).\n42. Beləliklə, sahibliyin müdafiəsinə dair normaların tətbiq edilməsi üçün iddiaçının\nəşyanın (ilkin qazanma və ya sahibliyin verilməsi nəticəsində) sahibi olması və bu\nvəziyyətin cavabdeh tərəfindən özbaşınalıqla pozulması müəyyən edilməlidir.\n43. Hazırkı işə mahiyyəti üzrə baxmış məhkəmələr iddiaçının mübahisəli torpaq\nsahəsinin sahibi olmasını, başqa sözlə həmin əşyanın onun sahibliyinə verilməsini\nmüəyyən etməmişlər. Hətta iddiaçının özü ərizəsində göstərmişdir ki, Bəhrəmtəpə\nBələdiyyəsi torpaq sahəsinin ona verilməsini təmin etməmişdir.\n44. Məhkəmələr onu da nəzərə almamışlar ki, qadağan edilmiş özbaşınalıq üzrə\niddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından\ndərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin.\nİddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və\nya pozuntu anından başlayaraq bir il təşkil edir (§ 31).\n45. Göstərilənlərə əsasən Kollegiya hesab edir ki, mövcud vəziyyətdə iddianın\nsahibliyin müdafiəsinə dair normalar çərçivəsində təmin edilməsi məhkəmələr tərəfindən\nlazımi şəkildə əsaslandırılmamışdır.\n46. Məhkəmələrin tətbiq etdikləri MM-in 157.2 və 157.4-cü maddələri isə öz əşyasından\nməhrum olan və ya məhrumetmə olmadan qəsdə məruz qalan mülkiyyətçinin hüquqlarının\nqorunması ilə bağlı vindikasiya və neqator iddiaları nəzərdə tutur (§ 21-22).\n47. Vindikasiya və ya neqator tələbin təmin olunması üçün iddiaçı əşyanın\nmülkiyyətçisi, cavabdeh isə əşyanın sahibi olmalı, yaxud onun tərəfindən əşyaya qəsd və\nya başqa maneələr törədilməli, habelə cavabdehin sahibliyi və ya müdaxiləsi qanunsuz\nolmalıdır.\n48. Bu normalara söykənən tələbin haqlı sayılması üçün həmin ünsürlərin hər biri\nmüəyyən edilməlidir. Başqa sözlə, iddiaçının bildirdiyi hallar (və işin müəyyən edilən\nhalları) göstərilən dispozisiya şərtləri ilə uzlaşdıqda iddia əsaslı sayıla və təmin edilə bilər.\nOnlardan biri aşkar olunmadıqda sonrakı ünsürlərin araşdırılmasına gərək qalmadan\nhəmin normaya söykənən iddia rədd olunmalıdır.\n49. Hazırkı işə mahiyyəti üzrə baxmış məhkəmələr bu qaydada hüquqi dəyərləndirmə\naparmamış, normanın birinci dispozisiya şərtini - iddiaçının mübahisəli torpaq sahəsinin\nmülkiyyətçisi olduğunu müəyyən etməmişlər. Belə olan halda, həmin normaların müstəqil\nəsas kimi işə tətbiq edilməsi qanuni olmamışdır.\n50. Bununla belə sözügedən normaların tətbiqinin MM-in 157.8-ci maddəsi ilə əlaqəli\nşəkildə nəzərdən keçirilməsi mümkündür. Bu maddəyə əsasən, mülkiyyət hüququnun\nmüdafiəsinə dair hüquqlar mülkiyyətçi olmasa belə, əşyaya bu Məcəllədə və ya\nmüqavilədə nəzərdə tutulan əsasla sahiblik edən şəxsə də mənsubdur (§ 23).\n51. Mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ, servitutlar da\nəmlak hüquqları sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də\nmənsub ola bilər (§ 24-25).\n\n52. Kollegiya vurğulayır ki, bu normalarda müqavilədən irəli gələn tələb hüquqları (şəxsi\nhüquqlar) deyil, məhdud əşya hüquqlarından (məsələn servitut, uzufrukt, girov və s.) irəli\ngələn sahiblik və istifadə nəzərdə tutulmuşdur.\n53. Əmlak hüquqlarının iki ayrı növü olan əşya və tələb hüquqları isə bir-birindən\nəhəmiyyətli dərəcədə fərlənirlər.\n54. Əşya hüquqları, başqa bir şəxsin vasitəçiliyinə gərək duyulmadan, müəyyən bir\nəşya üzərində birbaşa hakimiyyət təmin edən və hər kəsə qarşı irəli sürülə bilən\nhüquqlardır (məsələn, mülkiyyət hüququ, servitut, ipoteka və s.). Bu səbəbdən əşya\nhüquqları mütləq hüquqlar sayılır.\n55. Tələb hüquqları isə sahibinə borcludan hər hansı bir hərəkəti yerinə yetirməyi tələb\netmək imkanı verir. Hətta kreditorun tələb hüququnun predmeti bir əşya olduqda belə\nvəziyyət dəyişmir (məsələn, alqı-satqı müqaviləsi üzrə alıcının əşyanın onun mülkiyyətinə\nverilməsini satıcıdan tələb etmək hüququ – MM, m.567; kirayə müqaviləsi üzrə kirayəçinin\nəşyanın onun istifadəsinə verilməsini kirayəyə verəndən tələb etmək hüququ – MM, m.\n675). Bu tələblər üzrə hərəkəti yerinə yetirmək öhdəliyi yalnız borcluya aiddir, digər\nşəxslərə aidiyyəti yoxdur. Ona görə də kreditor müqavilədən irəli gələn tələb hüququnu\nmüqavilənin tərəfi olmayan üçüncü şəxslərə qarşı irəli sürə bilməz. Bu xüsusiyyətlərinə\ngörə tələb hüquqları nisbi hüquqlar sayılır.\n56. Beləliklə, tələb hüququ öhdəlik münasibətlərində kreditorun borcludan bir hərəkəti\nyerinə yetirməsini tələb etmək səlahiyyətini özündə ehtiva edirsə, əşya hüququnun özü\nəşya üzərində birbaşa hakimiyyət təmin edir və hər kəs bu hüququ pozmamaq öhdəliyi\ndaşıyır. Əşya hüququ mövcud və müəyyən bir əşya üzərində qurula biləcəyi halda,\nmövcud olmayan və gələcəkdə orataya çıxa biləcək bir əşya (məsələn, podratda hər hansı\nməmulatın hazırlanması) tələb hüququnun predmeti ola bilər.\n57. Qanunverici, MM-in 157.8-ci maddəsində məhz məhdud əşya hüquqlarını (servitut,\ntikintiyə vərəsəlik hüququ və s.) tam əşya hüququ olan mülkiyyət hüququ ilə eyni\nsəviyyədə qoruma altına almışdır. Bununla da, məhdud əşya hüququna sahib olan şəxs,\nMM-in 157-ci maddəsinə istinad etməklə öz hüququnu hər kəsə qarşı qoruya bilər.\n58. Normanın bu cür təfsirinə və tətbiqinə dair qənaət ondan irəli gəlir ki, əvvəla,\nsözügedən müddəa Mülki Məcəllənin “Əmlak və Əşya hüququ” bölməsində yer alan\n“Mülkiyyət hüququnun ümumi müddəaları” adlı 6-cı fəslindəki “Mülkiyyətin müdafiəsi”nə\ndair 157-ci maddənin tərkibində nəzərdə tutulmuşdur. Yəni, məsələyə normaların\nsistematik təfsiri baxımından yanaşdıqda Məcəllənin Xüsusi Hissəsində tənzimlənən tələb\nhüquqlarına (7-ci bölmədəki müqavilədən əmələ gələn öhdəliklərə) aid bir qaydanın tam\nəşya hüququ sayılan mülkiyyət hüququna aid fəsildə və normada yer alması ağlabatan\ndeyil. Bundan əlavə, mülkiyyət hüququnun müdafiəsinə dair qaydaların müqavilədən irəli\ngələn tələb hüquqlarına da şamil edilməsi, bu hüquqları eyniləşdirmək anlamına gəlir.\nHalbuki, yuxarıda göstərilən əlamətləri baxımından mahiyyətcə fərqli olan həmin\nhüquqlara (əşya və tələb hüquqlarına) eyni yanaşma sərgilənə bilməz. Əks halda, bu\nhüquqlar arasındakı fərqləndirmənin bir mənası qalmazdı.\n59. Hazırkı işdə cavabdehlərin torpaq sahəsindən çıxarılmasını tələb edən iddiaçının\nhər hansı məhdud əşya hüququna malik olması məhkəmələr tərəfindən müəyyən\nedilməmişdir. Belə olan halda, iddianın MM-in 157.8-ci maddəsi ilə təmin edilməsi qanuni\nvə əsaslı yanaşma sayıla bilməz.\n60. İşin müəyyən edilmiş hallarından aydın olur ki, iddiaçının tələbi Bəhrəmtəpə\nBələdiyyəsi ilə bağladığı icarə müqaviləsinə əsaslanır. Eyni zamanda icarəyə verən\ntərəfindən müqavilə öhdəliyi icra edilməklə torpaq sahəsi iddiaçıya təhvil verilməmişdir.\n61. Beləliklə, iddiaçının torpaq sahəsinə dair icarə hüququ həmin müqavilədən irəli\ngələn tələb hüququdur. Bu hüquq üçüncü şəxslərə qarşı deyil, müqavilə tərəfinə qarşı irəli\nsürülə bilər.\n62. Hazırkı işdə iddia müqavilənin tərəfi (icarəyə verən) Bəhrəmtəpə Bələdiyyəsinə\nqarşı deyil, üçüncü şəxslər olan cavabdehlərə qarşı qaldırılmışdır. Belə olan halda\niddiaçının tələbinin təmin edilməsi üçün əsas olan maddi hüquq norması məhkəmələr\ntərəfindən göstərilməmişdir.\n\n63. Yuxarıda qeyd edilənlər ona dəlalət edir ki, məhkəmələr maddi və prosessual\nhüquq normalarını düzgün tətbiq etməmiş, qətnaməni iş üzrə müəyyən edilmiş hallara və\ntərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışlar (§ 32-33).\n64. Ona görə də apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yeni\napellyasiya baxışına göndərilməlidir.\n65. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,\nMəhkəmə kollegiyası\nQərara aldı:\nKassasiya şikayəti qismən təmin edilsin.\nŞirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-242/2022 nömrəli iş\nüzrə 26 yanvar 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına\ngöndərilsin.\nQərar qəbul edildiyi andan qüvvəyə minir.",
      "url": "file:///C:/Users/TechEvo%20Computers/Downloads/3ulduz/2_3394%2B12.09.2022.pdf",
      "local_file": "008_c37f69e813.pdf",
      "local_text_file": "008_2(102)-3394_2022.txt",
      "content_type": "application/pdf"
    },
    {
      "menbe": "Ali Məhkəmənin üç ulduzlu qərarları",
      "akt_novu": "Üç ulduzlu qərar",
      "tarix": "2023-09-18",
      "basliq": "2(102)-3616/2023",
      "is_nomresi": "2(102)-3616/2023",
      "movzu": "",
      "metn": "Azərbaycan Respublikası adından\nQƏRAR\nBakı şəhəri İş № 2(102)-3616/2023 18.09.2023\nALİ MƏHKƏMƏ\nAzərbaycan Respublikası adından\nAzərbaycan Respublikası Ali Məhkəməsi\nMülki kollegiyasının\nİddiaçı Cavabdeh\nqızına qarşı iş üzrə\nQ Ə R A R İ\nAçar sözlər: torpaq sahəsindən çıxarma, preyudisiya, ekspert rəyi, dövlət\norqanlarının rəyi, sübutların qiymətləndirilməsi, ekspertin (mütəxəssisin) dindirilməsi\n\nAzərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov\nAbiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X23 oğlundan\nibarət tərkibdə,\nİddiaçı Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair mülki iş üzrə\nŞirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-49/2023 nömrəli, 10 may 2023-\ncü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan\nRespublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq,\naşağıdakı qərarı qəbul etdi\nİşin halları\n1. Lənkəran rayonu Küvənil kəndində yerləşən 0,1545 ha torpaq sahəsi (bundan\nsonra – mübahisəli torpaq sahəsi)xx.xx.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət\nreyestrində tam mülkiyyət hüququ üzrə İddiaçı (bundan sonra – iddiaçı) adına **********\nnömrəsi ilə qeydiyyata alınmış, bununla bağlı sonuncuya dövlət reyestrindən RX seriyalı,\n******* nömrəli çıxarış verilmişdir.\n2. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının qanuni qüvvəyə minmiş\n2(106)-755/2017 nömrəli, 25 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə hazırkı iş üzrə\niddiaçının X3 qarşı cavabdehin Lənkəran rayonu Küvənil kəndində yerləşən və ona\nməxsus 0,1545 ha torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində olan su\nquyuları üçün hazırlanmış günlərin götürülməsi, eləcə də torpaq sahəsinə hasarın\nçəkilməsinə olan maneələrin aradan qaldırılması barədə iddiası təmin edilməmişdir.\nMəhkəmə tərəfindən işdə olan sübutlar, o cümlədən ekspert rəyi əsasında müəyyən\nedilmişdir ki, iddiaçının cavabdehin çıxarılmasını tələb etdiyi mübahisəli torpaq sahəsi\ndövlət aktına əsasən X2 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsi nəinki\nzəbt olunmamış, həmin torpaq sahəsi cavabdehə daha öncə ayrılmaqla onun\nmülkiyyətindədir.\nİş üzrə qəbul edilmiş məhkəmə aktları\na) Birinci instansiya məhkəməsində icraat\n3. İddiaçı Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə\nmüraciət edərək, cavabdehin zəbt etmiş olduğu mübahisəli torpaq sahəsindən çıxarılması,\ntorpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa olunması və zəbt olunmuş torpaq sahəsinin\nnaturada iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.\n4. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun şəxsi mülkiyyətində 0,1545 ha\nkənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Cavabdehin özbaşına hərəkətləri\nnəticəsində faktiki olaraq, mülkiyyətindən istifadə etmək hüququndan məhrum edilmişdir.\nBelə ki, cavabdeh torpaq sahəsini qanunsuz zəbt edərək, qeyri-kənd təsərrüfatı fəaliyyəti\nilə məşğul olur. T orpaq sahəsinin zəbt olunması barədə hüquq mühafizə orqanlarına\ndəfələrlə müraciət etmiş və araşdırma zamanı cavabdeh özü də izahatında bunu etiraf\netmişdir. Cavabdeh torpaq sahəsinin ona məxsus olduğunu iddia edir.\n4. Məhkəmə baxışı zamanı cavabdeh iddianı qəbul etməyərək, izahatında\nbildirmişdir ki, torpaq sahəsi ona məxsusdur. 20 ildir həmin torpaq sahəsini əkib-becərir.\nİddiaçı torpağa dair sənədi qanunsuz yolla əldə etmişdir. Ona görə də torpaq sahəsindən\nçıxmayacaq.\n5. Lənkəran Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi)\n2(049)-63/2020 nömrəli, 03 mart 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən T .Məmmədov)\niddia qismən təmin edilmiş, cavabdehin mübahisəli torpaq sahəsindən çıxarılması qət\nedilmişdir.\n6. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh həmin torpaq\nsahəsinin ona məxsus olduğunu iddia etmiş, iddiaçının çıxarışı qanunsuz yolla əldə\netdiyini bildirmişdir. 19 fevral 2019-cu il tarixli qərardadla iş üzrə məhkəmə tikinti-texniki\nekspertizası təyin edilmiş, lakin cavabdeh öz hərəkətləri ilə dəfələrlə ekspertizanın\nkeçirilməsinə mane olmuş, ekspertizanın keçirilməsi mümkün olmamışdır. Məhkəmə\n\nAzərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 97.5-ci\nmaddəsinə əsasən hesab etmişdir ki, cavabdeh tərəfindən mübahisəli torpaq sahəsi zəbt\nedilmişdir. İddiaçı torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa olunması tələbini irəli sürsə\ndə, torpaq sahəsinin əvvəllər hansı vəziyyətdə olmasına dair məhkəməyə hər hansı sübut\ntəqdim etmədiyindən iddia qeyd edilən hissədə təmin edilməməlidir.\n7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü\nmaddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə)\n140, 152.1, 152.5-ci, Azərbaycan Respublikası T orpaq Məcəlləsinin (bundan sonra –\nT orpaq Məcəlləsi) 111-ci, MPM-in 14.2, 77.1, 88, 97.5 və 119.1-ci maddələrinə istinadla\nəsaslandırmışdır.\nb) Apellyasiya instansiyası məhkəməsində birinci icraat\n8. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin\nqətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qərar qəbul olunmasını\nxahiş etmişdir.\n9. İş üzrə məhkəmə-mühəndislik ekspertizası təyin edilmiş, Azərbaycan\nRespublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 may 2021-ci il tarixli,\n10/1502 saylı rəyi üzrə ekspert belə qənaətə gəlmişdir ki, iddiaçının mülkiyyətində olan\nmübahisəli torpaq sahəsi cavabdeh tərəfindən hasarlanaraq zəbt edilmişdir. Ekspert rəyi\n\"xxxx\" MMC tərəfindən verilmiş 15 mart 2021-ci il tarixli rəy əsasında (həmin rəyin mətni\nköçürülməklə) tərtib edilmişdir.\n10. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya\ninstansiyası məhkəməsi) 2(106)-122/2021 nömrəli mülki iş üzrə 16 sentyabr 2021-ci il\ntarixli qətnaməsi ilə (hakimlər Z.Zeynalov (sədrlik edən və məruzəçi) Z.Allahyarov və\nM.Həsənov) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya\nməhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.\n11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə\nrazılaşmışdır.\nc) Kassasiya instansiyası məhkəməsində birinci icraat\n12. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin\nqətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qərar qəbul olunmasını\nxahiş etmişdir.\n13. Kassasiya şikayəti iddiaya etirazın və apellyasiya şikayətinin dəlillərinə uyğun\nəsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, cavabdehin mülkiyyətində olan torpaq sahəsi\nAşağı Nüvədi ərazisində yerləşir və ancaq ondan istifadə edir. İddiaçının mülkiyyətində\nolan torpaq isə Küvənil kəndi ərazisində yerləşir və cavabdehin mülkiyyətində olan torpaq\nsahəsindən 5-6 km aralı məsafədədir. Bu hal kənd bələdiyyəsi tərəfindən yaradılmış\nxüsusi komissiya tərəfindən də təsdiq olunmuşdur. Bundan başqa, “T orpaq\nmünasibətlərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 07 mart\n2016-ci il tarixli, 818 saylı Fərmanının yerlərdə icrası ilə əlaqədar dövlət səviyyəsində\nyaradılmış işçi komissiyası Aşağı Nüvədi ərazi vahidi üzrə torpaq mülkiyyətçilərinin faktiki\nyerləşmə vəziyyəti elektron kadastr uçotu qaydasında dürüst dəqiqləşmə işi aparmış və bu\nəsasda elektron baza xəritəsi hazırlanmışdır. Hazırlanmış xəritədə cavabdehin mülkiyyət\nvə istifadəsində olan pay torpaq sahəsi Aşağı Nüvədi ərazisində, iddiaçının mülkiyyətində\nolan torpaq sahəsi isə Küvənil kəndində yerləşməsi faktı öz əksini tapmışdır. Məhkəmə\nprosessual qanunvericiliyin tələblərinə zidd olaraq qeyri-mötəbər sübutlar əsasında\nnəticəyə gəlmişdir.\n14. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-797/2022\nnömrəli mülki iş üzrə 28 yanvar 2022-ci il tarixli qərarı ilə (hakimlər S.Hacıyev (sədrlik edən\nvə məruzəçi) A.Abbasov və E.Şamayev) ilə cavabdehin kassasiya şikayəti qismən təmin\nedilmiş, işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi\nqərara alınmışdır.\n\n15. Kassasiya instansiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi\nqətnamə qəbul edərkən işə əlavə edilmiş Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-\n755/2017 nömrəli, 25 sentyabr 2017-ci il tarixli qanuni qüvvəsini almış qətnaməsi ilə\nmüəyyən edilmiş halları nəzərə almamışdır. Məhkəmə tərəfindən işdə olan sübutlara\nistinad edilməklə, cavabdeh tərəfin iddiaçının mülkiyyətində olan torpaq sahəsinin zəbt\nedilməsi qənaətinə gəlinmiş, lakin işdə olan sübutlara MPM-in 88-ci və 103.1-ci\nmaddələrinin tələbləri baxımından qiymət verməmiş və sübutlar arasında olan\nziddiyyətlərə aydınlıq gətirməmişdir.\nd) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat\n16. Yeni apellyasiya baxışı zamanı əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin\nedilmişdir.\n17. Həmin ekspertiza üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında\nƏmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik\nhüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, Qiyas Quliyev\ntərəfindən tərtib olunmuş mütəxəssis rəyində aşağıdakılar qeyd olunmuşdur:\n18. “Araşdırma zamanı məlum oldu ki, mülki işin mübahisə predmeti JN-176 nömrəli\n“T orpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında verilmiş pay torpaq sahəsidir.\nMüəyyən olundu ki, torpaq islahatı zamanı Lənkəran rayon AİK-nın xx.xx.1998-ci il tarixli,\n03 nömrəli qərarı əsasında JN-176 nömrəli “T orpağamülkiyyət hüququna dair Dövlət Aktı”\nilə 0,22 ha pay torpaq sahəsi (2 yerdə olmaqla 0,1545 ha və 0,0685 ha) X17 və ailə\nüzvlərinin mülkiyyətlərinə verilmiş və həmin torpaq sahəsi 2006-cı ildə daşınmaz əmlakın\nalğı-satqı müqaviləsi əsasında digər şəxsə Aşağı Nüvədi qəsəbəsində yaşayan X1. Son\nolaraq sözügedən 0,22 ha torpaq sahəsini X5 2015-ci ildə daşınmaz əmlakın alğı-satqı\nmüqaviləsi əsasında hazırkı mülki işdə iddiaçı qismində olan İddiaçı satın almışdır. Qeyd\nolunan 0,22 ha torpaq sahəsinin mübahisəli ərazidə yerləşən 0,1545 ha hissəsinə dair\nəvvəl yaranmış hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə\nbağlı İddiaçı ərizəsi Ərazi İdarəsində icraata qəbul edilərək sözügedən torpaq sahəsinə\ndaşınmaz əmlakın dövlət reyestrindən 15 oktyabr 2015-ci il tarixli, ********** qeydiyyat\nnömrəli müvafiq Çıxarış və **********53 reyestr nömrəli “T orpaqsahəsinin planı və ölçüsü”\nsənədi tərtib olunmuşdur. Sözügedən torpaq sahəsinin yerləşmə yerinin koordinatları əks\nolunan “T orpaqsahəsinin planı və ölçüsü” sənədi torpaq islahatı zamanı texniki, qüsurlu\nhazırlanmış, naturaya uyğun gəlməyən DWG faylına əsasən tərtib olunmuşdur.\n“Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə\ntədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818\nnömrəli Fərmanına əsasən Azərbaycan Respublikasında torpaqların elektron kadastr\nuçotu işləri aparılmış və həmin məlumatlar T orpaqlarınelektron kadastr uçotu informasiya\nsisteminə (TEKUİS-ə) və AZCAD-a miqrasiya edilmişdir. Hüquqların Dövlət qeydiyyatı\nhaqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********53 reyestr nömrəli Çıxarışa (ilkin\nhüquqmüəyyənedici sənəd JN-176 nömrəli “T orpağamülkiyyət hüququna dair Dövlət Aktı”\nəsasında) əsasən İddiaçı mülkiyyətində olan Lənkəran rayonunun Küvənil kəndində\nyerləşən 0,1545 ha torpaq sahəsinin sərhədləri və koordinatları T orpaqların elektron\nkadastr uçotu informasiya sisteminə əsasən müəyyən edildi. Araşdırma zamanı məlum\noldu ki, İddiaçı mülkiyyətində olan həmin 0,1545 ha torpaq sahəsi elektron kadastr uçotu\ninformasiya sistemində Küvənil kəndi ərazisində yerləşməklə iddiaçının iddia etdiyi yerdə\ndeyil, iddia olunan yerdən 185-190 metr aralı faktiki istifadə vəziyyətinə uyğun öz əksini\ntapmışdır. Yəni elektron uçot işləri nəticəsində tərtib edilmiş rəqəmsal kadastr xəritəsində\ntorpaq sahələri faktiki istifadə vəziyyətlərinə uyğun işlənilərək sözügedən 0,1545 ha torpaq\nsahəsinin yerləşdiyi yer isə digər torpaq mülkiyyətçisinin uzunmüddətli faktiki istifadə\nvəziyyətinə uyğun öz əksini tapmışdır. Eyni zamanda araşdırma zamanı iddiaçı tərəfindən\nhəmin torpaq sahəsi satın alındığı tarixdən bəri istifadə edilməməsi müəyyən olundu.\nHüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********15\nreyestr nömrəli Çıxarışa əsasən Cavabdeh, X18, X19, X4 və X6 ümumi birgə\nmülkiyyətlərində olan Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsində yerləşən 0,0299 ha\n\ntorpaq sahəsinin sərhədləri və koordinatları müəyyən edildi. Mövcud baza məlumatlarına\nəsasən araşdırma zamanı həmin 0,0299 ha torpaq sahəsinin Lənkəran rayonunun Küvənil\nkəndi ərazisindəki mübahisəli yerdə deyil, qonşu Aşağı Nüvədi qəsəbəsində yerləşməsi\nmüəyyən edildi. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət\nreyestrindən **********87 reyestr nömrəli Çıxarışa əsasən Cavabdeh, X18, X19, X4 və X6\nümumi birgə mülkiyyətlərində olan Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsində\nyerləşən 0,221 ha torpaq sahəsinin sərhədləri və koordinatları müəyyən edildi. Mövcud\nbaza məlumatlarına əsasən araşdırma zamanı həmin 0,221 ha torpaq sahəsinin Lənkəran\nrayonunun Küvənil kəndi ərazisindəki mübahisəli yerdə deyil, qonşu Aşağı Nüvədi\nqəsəbəsində yerləşməsi müəyyən edildi. Hazırkı iş üzrə mübahisə predmeti olan İddiaçı\niddia etdiyi torpaq sahəsi Lənkəran rayonunun Küvənil kəndində yerləşir. Hüquqların\nDövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********53 reyestr\nnömrəli Çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN-176 nömrəli “T orpağa mülkiyyət\nhüququna dair Dövlət Aktı” əsasında) əsasən İddiaçı mülkiyyətində olan Lənkəran\nrayonunun Küvənil kəndində yerləşən 0,1545 ha torpaq sahəsi elektron kadastr uçotu\ninformasiya sistemində Küvənil kəndi ərazisində yerləşməklə iddiaçının iddia etdiyi yerdə\ndeyil, iddia olunan yerdən 185-190 metr aralı yerləşir. Tədqiqat zamanı mülki işdə\ncavabdeh qismində olan Cavabdeh mübahisəli ərazidən istifadə etmədiyini bildirdi. Həmin\nmübahisəli torpaq sahəsinin digər şəxs X7 tərəfindən istifadə olunduğu müşahidə olundu.\n“Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə\ntədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818\nnömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron\nkadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib\nolunması Qaydaları”na əsasən ərazidə aparılmış elektron uçot işləri nəticəsində tərtib\nedilmiş rəqəmsal kadastr xəritəsində İddiaçı iddia etdiyi sözügedən 0,1545 ha torpaq\nsahəsi hazırki iş materiallarında adıçəkilməyən şəxs-X8 və ailə üzvlərinin (JN-162 nömrəli\n“T orpağamülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) faktiki istifadələrində olan torpaq\nsahəsi öz əksini tapmış və həmin məlumatlar T orpaqların elektron kadastr uçotu\ninformasiya sisteminə (TEKUİS-ə) və AZCAD-a miqrasiya edilmişdir.\n19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin\n10/7660 saylı, 24 yanvar 2023-cü il tarixli, Təhmasib Kərimov tərəfindən verilmiş ekspert\nrəyi yuxarıda göstərilən mütəxəssis rəyi müəyyən ixtisarla köçürülməklə tərtib edilmiş və\nqeyd edilmişdir ki, iddiaçının mülkiyyətində olan, mübahisəli torpaq sahəsinin kim\ntərəfindən zəbt edilməsinin, istifadə olunmasının müəyyən olunması hüquqi xarakterli\nməsələ olmaqla, ekspertizanın predmetinə aid deyil və məhkəmə tərəfindən həll edilə\nbilər.\n20. Apellyasiya instansiyası məhkəməsinin 03 may 2023-cü il tarixli iclasında iştirak\nedən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin\neksperti X10 izahatında bildirmişdir ki, o, 24 yanvar 2023-cü il tarixli ekspert rəyini Əmlak\nMəsələləri Dövlət Xidmətinin “kadastr.az” sistemi ilə, həmçinin iş materialları əsasında\naraşdırma apararaq vermişdir. Rəyin nəticə hissəsində 1-ci və 5-ci sualların cavabları üzrə\n1-ci abzası təqdim edilmiş mütəxəssis rəyində olduğu kimi göstərmişdir. Mütəxəssis\nrəyində iddiaçının mülkiyyətində olan torpaq sahəsinin iddia edilən yerdə deyil, əmin\nyerdən təxminən 185-190 metr aralıda yerləşdiyi qeyd olunmuşdur. Lakin onun özü\ntərəfindən aparılan araşdırma nəticəsində müəyyən olunmuşdur ki, iddiaçının\nmülkiyyətində olan torpaq sahəsi yolun kənarında birinci sırada yerləşən torpaq sahəsidir\nvə həmin torpaq sahəsinin yaxınlığında bir idarənin inzibati binası yerləşir. Ərazinin\ntərpənməz oriyentirlərinə istinadən onun tərəfindən aşkarlanmışdır ki, iddiaçının\nmülkiyyətində olan torpaq sahəsi ilə onun iddia etdiyi torpaq sahəsi üst-üstə düşür. Lakin\nmütəxəssis rəyində iddiaçının mülkiyyətində olan torpaq sahəsinin iddia olunan yerdən\n185-190 metr aralıda, yoldan içərilərə doğru yerləşməsinin qeyd olunma səbəbini bilmir.\nEkspert qərardadın 6-cı sualı üzrə ekspert rəyində göstərilmiş nəticə, yəni iddiaçının\ntorpaq sahəsinin digər şəxs X7 tərəfindən istifadə olunmasının müşahidə edilməsi ilə bağlı\n\nverilmiş suala cavab olaraq bildirmişdir ki, həmin hissəni yalnız mütəxəssisin verdiyi rəy\nəsasında yazmışdır.\n21. Həmin məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının İqtisadiyyat\nNazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı\nvə Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin mütəxəssisi X14\nizahatında bildirmişdir ki, Ərazi İdarəsinin 10 noyabr 2022-ci il tarixli məktubu ilə təqdim\nedilmiş mütəxəssis rəyinin verilməsi zamanı tədqiqatı Azərbaycan Respublikası\nPrezidentinin 7 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı əsasında aparılmış elektron\nuçot xəritələrinə uyğun olaraq həyata keçirmişdir. İddiaçının mülkiyyətində olan torpaq\nsahəsi Aqrar İslahat Komissiyasının vətəndaşlara verdiyi pay torpaq sahələrindəndir. İlkin\nsənədlərdəki koordinatlardan görünür ki, həqiqətən də, ekspertin bildirdiyi kimi, iddiaçının\nmülkiyyətində olan torpaq sahəsi yolun kənarında yerləşməli olsa da, hazırkı faktiki istifadə\nilə bağlı hazırlanmış elektron xəritələrə görə yolun kənarında yerləşmir. O da mütəxəssis\nrəyini məhz həmin xəritələrə uyğun vermişdir. İddiaçının ilkin sənədləri ilə işlənmiş\nsonuncu xəritələr arasındakı ziddiyyətin səbəbi ona məlum deyil. Mübahisəli torpaq\nsahəsinə baxış keçirilməsi üçün gedərkən onu ilk öncə özünü Ağazadə Abdullayev kimi\ntəqdim edən şəxs qarşılamış, mübahisəli ərazinin girişində qıfıllı qapı olmuş, torpaq\nsahəsinə baxış keçirilməli olduğu bildirilərkən, özünü Ağazadə Abdullayev kimi təqdim\netmiş şəxs açarın onda olmadığını bildirmiş, kənarda maşında əyləşmiş Cavabdeh açarı\ngötürərək qıfılı açmışdır. Lakin torpaq sahəsinin kimin istifadəsində olması soruşulduqda\nAğazadə Abdullayev onun öz istifadəsində olduğunu bildirmişdir. Bu səbəbdən də\nmütəxəssis rəyində mübahisəli torpaq sahəsinin Cavabdeh tərəfindən deyil, X7 tərəfindən\nistifadə olunduğunun müşahidə edildiyini qeyd etmişdir.\n22. Apellyasiya instansiyası məhkəməsinin 2(106)-49/2023 nömrəli, 10 may 2023-cü\nil tarixli qətnaməsi ilə (hakimlər S.Mayılov (sədrlik edən və məruzəçi) İ.Əsədov və\nT .Heydərov) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya\nməhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.\n23. Apellyasiya instansiyası məhkəməsi mütəxəssis Qiyas Quliyevin rəydəki\nnəticəyə gəlmək üçün əsas götürdüyü faktiki halları (onu Ağazadə Abdullayev kimi təqdim\netmiş şəxsin qarşılaması, sonucunun onları qarşılamış olsa da, mübahisəli ərazinin\ngirişində qıfıllı qapı olması, Ağazadə Abdullayevin açarın onda olmadığını bildirməsi,\nkənarda maşında əyləşmiş Cavabdeh açarı götürərək qıfılı açması) nəzərə alaraq belə\nqənaətə gəlmişdir ki, Ağazadə Abdullayev mübahisəli torpaq sahəsinin öz istifadəsində\nolduğunu bildirsə də, açarın onda olmaması onun torpaq sahəsinə faktiki sahiblik\netmədiyini, sonuncu dəfə mütəxəssis tərəfindən mübahisəli torpaq sahəsinə baxış\nkeçirilənədək Cavabdeh özünü torpağın sahibi kimi təqdim etməsi torpaq sahəsinin\nəslində Cavabdeh sahibliyində və istifadəsində olduğunu göstərir. Bu zaman həm də\nnəzərə alınmalıdır ki, İddiaçı əvvəllər X3 qarşı torpaq sahəsindən çıxarılma barədə iddiası\nolmuş, lakin Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 sentyabr 2017-ci il\ntarixli, 2(106)-755/2017 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, müəyyən\nolunmuşdur ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi X7 tərəfindən tutulmamışdır.\nHəmin iş üzrə 11127 nömrəli, 28 iyul 2017-ci il tarixli ekspert rəyində mübahisəli torpaq\nsahəsinin kəndin digər vətəndaşları tərəfindən istifadə edildiyi qeyd olunmuşdur. İddiaçının\nnümayəndəsi (vəkil) X12 da məhkəmənin iclasında X11 Əliyevanın qohum olduğunu,\nonlardan birinə qarşı iddia qaldırdıqda torpaq sahəsinin digəri tərəfindən idarə edildiyini\nbildirdiklərini, bununla da məhkəmənin yanlış yönləndirilməsinə cəhd etdiklərini qeyd\netmişdir. Əslində torpaq sahəsi hazırda həqiqətən də Cavabdeh tərəfindən istifadə edilir.\nKassasiya şikayətinin və ona etirazın dəlilləri\na) Kassasiya şikayətinin dəlilləri\n24. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin\nqətnaməsinin tam ləğv edilməsi və iddianın rədd edilməsinə dair yeni qərar qəbul\nolunmasını xahiş etmişdir.\n\n25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, əgər müvafiq ekspertiza təyin\nedilmişdirsə, həmin torpağa ekspertiza mərkəzindən gələn ekspert baxış keçirməklə, bu\nmübahisəyə aydınlıq gətirməli idi. Belə ki, hər hansı bir torpaq sahəsinin zəbt olunması\nfaktını müəyyən etmək üçün müvafiq məlumat bazasına, texniki və digər vasitələrə malik\ntəşkilatın rəyi əsaslı ola bilər. Lakin həmin təşkilatın işdə heç bir rəyi yoxdur. Məhkəmənin\nhansı səbəbdən qeyd olunan təşkilatın rəyini və ya zərurət yaranarsa, müvafiq\nekspertizaların rəylərinin alınmasından ötrü tədbir görməməsi qeyri-müəyyən qalmışdır.\nBununla bağlı, cavabdehin verdiyi vəsatətlər də baxılmamış qalmışdır. Bundan başqa,\niddiaçının mülkiyyət sənədində qeyd olunan torpaqla cavabdehin istifadə etdiyi torpaq\nsahəsi eyni deyil. Cavabdeh heç kimin torpağını zəbt etməmiş, özünə məxsus torpaqdan\nistifadə etmişdir.\nb) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri\n26. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.\nTətbiq edilən hüquq\nMülki Məcəllə\n27. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri\ntələb edə bilər.\nTorpaq Məcəlləsi\n28. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt\nedilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri\nqanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri\nqaytarılmalıdır. T orpaqlarınəvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və\nqurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər\ntərəfindən və ya onların hesabına həyata keçirilir.\nMülki Prosessual Məcəllə\n29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və\nonlardan istifadə etməlidir.\n30. Maddə 60. Qanunla nəzərdə tutulmuş hallarda məhkəmə qətnamə çıxaranadək\nonlara tapşırılmış vəzifələrin həyata keçirilməsi, fiziki şəxslərin hüquqlarının, azadlıqlarının\nvə qanunla qorunan mənafelərinin, habelə dövlət və ictimai mənafelərin müdafiəsi\nməqsədi ilə iş üzrə rəy vermək üçün dövlət orqanlarını və yerli özünüidarə orqanlarını\nprosesdə iştirak etməyə cəlb edə bilər.\n31. Maddə 64.1. İşə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər\nbilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər.\n32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi\nhalları sübut etməlidir.\n33. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə\nmüəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə\nprosesində mübahisələndirilmir və yenidən sübut edilmir\n34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan\nsonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç\nbir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.\n35. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün\nməhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə\nbilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış\nqərardad qəbul etməlidir.\n36. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla\nyanaşı qiymətləndirilir.\n\n37. Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə\nəlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra\nbilər.\n38. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda,\nhabelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını\nbaşqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.\n39. Maddə 102.3. Məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar\nekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu\nbarədə əsaslandırılmış qərardad qəbul etməlidir.\n40. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin\n88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.\n41. Maddə 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə\nvə ya qərardadda əsaslandırılmalıdır.\n42. Maddə 175.1. Məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə,\ntərəflərin və üçüncü şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspertlərin rəylərini\ndinləməyə, yazılı sübutlarla tanış olmağa, maddi sübutları müayinə etməyə, səs yazılarına\nqulaq asmağa, video yazılara baxmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri\netməyə borcludur.\n43. Maddə 175.2. Zəruri hallarda iş üzrə sübutların tədqiqi zamanı məhkəmə\nmütəxəssisin məsləhəti və şərhini dinləyir.\n44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına,\nməhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların\naydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin\nfaktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya\ninstansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət\nvermir.\n45. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və\nkassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi\ntərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.\n46. Maddə 417.1.3. Apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya\nqərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya\ninstansiyası məhkəməsinə göndərə bilər\n47. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün\ntətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə\ntəcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və\nqərardadının ləğv edilməsi üçün əsasdır.\n48. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh\nedilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.\n“Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu\n49. Maddə 1. Bu Qanunda aşağıdakı anlayışlardan istifadə olunur:\nməhkəmə ekspertizası - təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin\n(hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər,\nhadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır;\n50. Maddə 12. Ekspert məhkəmə ekspertizasının aparılmasından aşağıdakı hallarda\nimtina edir:\n...verilən suallar ekspertin zəruri biliyindən kənara çıxdıqda.\n51. Maddə 26. Məhkəmə ekspertinin (ekspertlərinin) rəyində aşağıdakılar göstərilir:\n...istifadə edilən metodlar göstərilməklə tədqiqatın məzmunu və nəticələri;\ntədqiqatın nəticələrinin qiymətləndirilməsi, qoyulmuş suallar üzrə yekun nəticələrinin\nəsaslandırılması və dürüst ifadə olunması.\nKassasiya baxışının hədləri\n\n52. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını\naraşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual\nhüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli\ngələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək\nişə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara\nistinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi\nqiymətləndirilməməlidir.\n53. Hazırkı icraat üzrə apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin\nkassasiya şikayəti əsasında tam yoxlanılır.\nKassasiya instansiyası məhkəməsinin mövqeyi\n54. Hazırkı iş üzrə kassasiya instansiyası məhkəməsinin əvvəlki qərarında verilmiş\ngöstərişlərdən biri ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi qətnamə\nqəbul edərkən işə əlavə edilmiş Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-755/2017\nnömrəli, 25 sentyabr 2017-ci il tarixli qanuni qüvvəsini almış qətnaməsi ilə müəyyən\nedilmiş halları nəzərə almamışdır.\n55. İş materiallarına əlavə edilmiş Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının\nqanuni qüvvəyə minmiş 2(106)-755/2017 nömrəli, 25 sentyabr 2017-ci il tarixli qətnaməsi\nilə hazırkı iş üzrə iddiaçının X3 qarşı cavabdehin Lənkəran rayonu Küvənil kəndində\nyerləşən və ona məxsus 0,1545 ha torpaq sahəsindən çıxarılması, həmin torpaq\nsahəsində olan su quyuları üçün hazırlanmış günlərin götürülməsi, eləcə də torpaq\nsahəsinə hasarın çəkilməsinə olan maneələrin aradan qaldırılması barədə iddiası təmin\nedilməmişdir. Məhkəmə tərəfindən işdə olan sübutlar, o cümlədən ekspert rəyi əsasında\nmüəyyən edilmişdir ki, iddiaçının cavabdehin çıxarılmasını tələb etdiyi mübahisəli torpaq\nsahəsi dövlət aktına əsasən X2 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsi\nnəinki zəbt olunmamış, həmin torpaq sahəsi cavabdehə daha öncə ayrılmaqla onun\nmülkiyyətindədir.\n56. Beləliklə, iddiaçının tərəf olduğu digər iş üzrə mübahisə predmeti olan torpaq\nsahəsinin həmin iş üzrə cavabdehin mülkiyyətində olduğu və zəbt edilmədiyi müəyyən\nedilmişdir. Eyni zamanda hazırkı iş üzrə mübahisə predmeti olan torpaqla həmin torpaq\nsahələrinin eyni olduğu da işin mübahisəsiz halıdır. Hətta apellyasiya instansiyası\nməhkəməsi baxılan qətnamədə iddiaçının nümayəndəsinin izahatına istinad edərək,\nmövqeyini onunla əsaslandırmışdır ki, Ağazadə Abdullayevlə hazırkı iş üzrə cavabdeh\nqohumdur, onlardan birinə qarşı iddia qaldırdıqda torpaq sahəsinin digəri tərəfindən idarə\nedildiyini bildirir, bununla da məhkəmənin yanlış yönləndirilməsinə cəhd edirlər.\n57. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə iddiaçının\ntərəf olduğu başqa iş üzrə müəyyən edilmiş halların MPM-in 82.3-cü maddəsinə əsasən\nhazırkı iş üzrə preyudisial əhəmiyyətə malik olub-olmadığı barədə heç bir hüquqi\ndəyərləndirmə aparmamışdır. Həmin maddənin tələblərinə əsasən bir mülki iş üzrə qanuni\nqüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən\nşəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut\nedilmir.\n58. Bununla yanaşı, nəzərə alınmalıdır ki, torpaq münasibətlərinin tənzimlənməsi\nmexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki\ntərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya\navadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları\ntəsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq,\ntorpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə “Azərbaycan\nRespublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər\nhaqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli\nFərmanı imzalanmışdır.\n\n59. Həmin Fərmanla “Azərbaycan Respublikasında torpaqların elektron kadastr\nuçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması\nQaydaları” təsdiq edilmişdir.\n60. Göründüyü kimi Fərmanla yaradılan torpaqların elektron kadastr uçotu\ninformasiya sisteminin və rəqəmsal kadastr xəritəsinin əsas məqsədlərindən biri məhz\ntorpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan\nuyğunsuzluqların aradan qaldırılması olmuşdur. Fərmanın 2.3-cü bəndinə əsasən digər\nməsələlər yanaşı, həmin sistem və xəritə hazırlanarkən torpaq islahatı zamanı verilmiş\npay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan\nfaktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların\n(sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası T orpaq\nMəcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması\nAzərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılmışdır. Fərmanın\nicrası qaydasında Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu işləri\naparılmış və həmin məlumatlar T orpaqların elektron kadastr uçotu informasiya sisteminə\n(TEKUİS) və AZCAD-a inteqrasiya edilmişdir.\n61. Yeni apellyasiya baxışı zamanı təyin edilmiş əlavə ekspertiza üzrə Azərbaycan\nRespublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz\nƏmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi\nİdarəsinin mütəxəssisi tərəfindən verilmiş rəydə və həmin rəyi təkrarlayan Məhkəmə\nEkspertizası Mərkəzinin rəyində qeyd edilmişdir ki, hüquqların dövlət qeydiyyatı haqqında\ndaşınmaz əmlakın dövlət reyestrindən **********53 reyestr nömrəli çıxarışa (ilkin hüquq\nmüəyyənedici sənəd JN-176 nömrəli “T orpağa mülkiyyət hüququna dair Dövlət Aktı”\nəsasında) əsasən İddiaçı mülkiyyətində olan 0,1545 ha mübahisəli torpaq sahəsi elektron\nkadastr uçotu informasiya sistemində Küvənil kəndi ərazisində yerləşməklə iddiaçının\niddia etdiyi yerdə deyil, iddia olunan yerdən 185-190 metr aralı faktiki istifadə vəziyyətinə\nuyğun öz əksini tapmışdır. Yəni elektron uçot işləri nəticəsində tərtib edilmiş rəqəmsal\nkadastr xəritəsində torpaq sahələri faktiki istifadə vəziyyətlərinə uyğun işlənərək\nsözügedən 0,1545 ha torpaq sahəsinin yerləşdiyi yer isə digər torpaq mülkiyyətçisinin\nuzunmüddətli faktiki istifadə vəziyyətinə uyğun öz əksini tapmışdır.\n62. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin\n10/7660 saylı, 24 yanvar 2023-cü il tarixli, Təhmasib Kərimov tərəfindən verilmiş ekspert\nrəyi yuxarıda göstərilən mütəxəssis rəyi müəyyən ixtisarla köçürülməklə tərtib edilmiş və\nqeyd edilmişdir ki, iddiaçının mülkiyyətində olan, mübahisəli torpaq sahəsinin kim\ntərəfindən zəbt edilməsinin, istifadə olunmasının müəyyən olunması hüquqi xarakterli\nməsələ olmaqla, ekspertizanın predmetinə aid deyil və məhkəmə tərəfindən həll edilə\nbilər.\n63. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsinin 03 may 2023-cü il tarixli\niclasında rəy vermiş ekspert və mütəxəssis dindirilmişdir.\n64. Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X10 izahatında bildirmişdir ki, o, 24\nyanvar 2023-cü il tarixli ekspert rəyini Əmlak Məsələləri Dövlət Xidmətinin “kadastr.az”\nsistemi ilə, həmçinin iş materialları əsasında araşdırma apararaq vermişdir. Rəyin nəticə\nhissəsində 1-ci və 5-ci sualların cavabları üzrə 1-ci abzası təqdim edilmiş mütəxəssis\nrəyində olduğu kimi göstərmişdir. Mütəxəssis rəyində iddiaçının mülkiyyətində olan torpaq\nsahəsinin iddia edilən yerdə deyil, həmin yerdən təxminən 185-190 metr aralıda yerləşdiyi\nqeyd olunmuşdur. Lakin onun özü tərəfindən aparılan araşdırma nəticəsində müəyyən\nolunmuşdur ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi yolun kənarında birinci sırada\nyerləşən torpaq sahəsidir və həmin torpaq sahəsinin yaxınlığında bir idarənin inzibati\nbinası yerləşir. Ərazinin tərpənməz oriyentirlərinə istinadən onun tərəfindən aşkarlanmışdır\nki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə onun iddia etdiyi torpaq sahəsi üst-üstə\ndüşür. Lakin mütəxəssis rəyində iddiaçının mülkiyyətində olan torpaq sahəsinin iddia\nolunan yerdən 185-190 metr aralıda, yoldan içərilərə doğru yerləşməsinin qeyd olunma\nsəbəbini bilmir. Ekspert qərardadın 6-cı sualı üzrə ekspert rəyində göstərilmiş nəticə, yəni\niddiaçının torpaq sahəsinin digər şəxs X7 tərəfindən istifadə olunmasının müşahidə\n\nedilməsi ilə bağlı verilmiş suala cavab olaraq bildirmişdir ki, həmin hissəni yalnız\nmütəxəssisin verdiyi rəy əsasında yazmışdır.\n65. Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi\nşəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin mütəxəssisi X14 izahatında bildirmişdir ki, ilkin\nsənədlərdəki koordinatlara görə, həqiqətən də, ekspertin bildirdiyi kimi, iddiaçının\nmülkiyyətində olan torpaq sahəsi yolun kənarında yerləşməli olsa da, hazırkı faktiki istifadə\nilə bağlı hazırlanmış elektron xəritələrə görə yolun kənarında yerləşmir. O da mütəxəssis\nrəyini məhz həmin xəritələrə uyğun vermişdir. İddiaçının ilkin sənədləri ilə işlənmiş\nsonuncu xəritələr arasındakı ziddiyyətin səbəbi ona məlum deyil. Mübahisəli torpaq\nsahəsinə baxış keçirilməsi üçün gedərkən onu ilk öncə özünü Ağazadə Abdullayev kimi\ntəqdim edən şəxs qarşılamış, mübahisəli ərazinin girişində qıfıllı qapı olmuş, torpaq\nsahəsinə baxış keçirilməli olduğu bildirilərkən, özünü Ağazadə Abdullayev kimi təqdim\netmiş şəxs açarın onda olmadığını bildirmiş, kənarda maşında əyləşmiş Cavabdeh açarı\ngötürərək qıfılı açmışdır. Lakin torpaq sahəsinin kimin istifadəsində olması soruşulduqda\nAğazadə Abdullayev onun öz istifadəsində olduğunu bildirmişdir. Bu səbəbdən də\nmütəxəssis rəyində mübahisəli torpaq sahəsinin Cavabdeh tərəfindən deyil, X7 tərəfindən\nistifadə olunduğunun müşahidə edildiyini qeyd etmişdir.\n66. Nəzərə alınmalıdır ki, iş üzrə ekspert rəyləri mülki iş üzrə əldə edilən sübutlar\nsırasında olmaqla, MPM-in 88-ci maddəsinə əsasən onların da məhkəmə üçün\nqabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşin hallarından asılı olaraq, yaxud qanunun\nbirbaşa göstərişinə əsasən məhkəmə işə baxılması zamanı ekspertiza təyin etmişsə və ya\nmüvafiq dövlət orqanlarından rəylər almışsa, hər bir halda alınmış rəyi məhkəmə prosesi\nzamanı tədqiq etməli, tərəflərlə müzakirə etməli və digər sübutlarla yanaşı\nqiymətləndirməlidir. Məhkəmənin sübutlardan biri kimi ekspert rəyi və ya onun müəyyən\nhissələri ilə razılaşmamaq hüququ olduğu kimi, MPM-in 103.2-ci maddəsinə əsasən, bu\nhalı qəbul etdiyi qətnamədə və ya qərardadda əsaslandırmaq vəzifəsi də vardır.\n67. MPM-in 97.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xüsusi bilik tələb olunan\nsualları izah etmək üçün təyin edə bilər. MPM-in 101.6-cı maddəsinə əsasən ekspert\nrəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və\nməhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir.\n68. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının\nQanuna əsasən məhkəmə ekspertizası - təhqiqat, ibtidai istintaq orqanının və ya\nməhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi\nobyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan\ntədqiqatdır (maddə 1). Ekspert qarşısında qoyulan suallar ekspertin zəruri biliyindən\nkənara çıxdıqda ekspert məhkəmə ekspertizasının aparılmasından imtina etmək hüququ\nvardır (maddə 12).\n69. Eyni zamanda MPM-in 60-cı maddəsinə əsasən qanunla nəzərdə tutulmuş\nhallarda məhkəmə qətnamə çıxaranadək onlara tapşırılmış vəzifələrin həyata keçirilməsi,\nfiziki şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin, habelə\ndövlət və ictimai mənafelərin müdafiəsi məqsədi ilə iş üzrə rəy vermək üçün dövlət\norqanlarını və yerli özünüidarə orqanlarını prosesdə iştirak etməyə cəlb edə bilər.\n70. Göründüyü kimi ekspert qarşısında yalnız xüsusi bilik tələb edən suallar qoyula\nvə bu suallar ətrafında rəy verilə bilər. Rəy vermiş ekspertin bundan kənar, tədqiqat\nzamanı müşahidə etdiyi faktlar və hallar əsasında gəldiyi subyektiv qənaət, habelə\nməhkəmənin səlahiyyətlərinə aid olan hüquqi dəyərləndirməsi ekspertizanın predmetinə\naid olmadığı üçün sübut əhəmiyyətinə malik deyildir. Bu mövqe eyni qaydada MPM-in 60-\ncı maddəsində müəyyən edilmiş dövlət orqanlarının rəylərinə da aiddir.\n71. Həmçinin ekspert və ya dövlət orqanları tərəfindən verilmiş rəylərdə\nanlaşılmazlıqlar, ziddiyyətlər və qeyri-müəyyənliklər varsa, MPM-in 175-ci maddəsində\nifadə edilmiş məhkəmə baxışının bilavasitəliyi və şifahiliyi prinsipinə görə hakim bu\nməsələni aydınlaşdırmaq üçün təqdim olunmuş rəyi tədqiq etməli, zərurət yaranarsa,\nekspertin izahatını və mütəxəssisin məsləhət və şərhini dinləməklə həmin məsələlərə\n\naydınlıq gətirməlidr. MPM-in 206-cı maddəsinə müvafiq olaraq zərurət olarsa məhkəmə\nəlavə və ya təkrar ekspertiza təyin edə bilər.\n72. Lakin nəzərə almaq lazımdır ki, ekspertin və ya dövlət orqanının nümayəndəsinin\nməhkəmə iclasında dindirilməsi məhz verilmiş rəydə mövcud olan anlaşılmazlıqların\n(sualların) aradan qaldırmasına yönəldiyi üçün həmin rəyin məzmunun dəqiqləşdirilməsinə\nyönəlməli, faktiki olaraq rəydə qeyd olunanlardan tam fərqli nəticələr əsasında, yaxud\nrəydə əhatə olunmamış suallar üzrə yeni (əlavə) rəy verilməsinə səbəb olmamalıdır. Çünki\nMPM-in 102.1 və 102.2-ci maddələrinə əsasən ekspertin rəyinin kifayət qədər aydın və ya\ntam olmaması əlavə ekspertiza təyin edilməsi, məhkəmənin fikrinə görə əsassız olması isə\ntəkrar ekspertiza keçirilməsi üçün əsasdır.\n73. Lakin baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi yuxarıda sadalanan\nprosessual hüquq normalarının tələblərinə zidd olaraq işin hallarını ekspert rəyində xüsusi\nbiliklər tələb edən məsələ üzrə verilmiş nəticələr əsasında deyil, belə rəylərin predmetinə\naid olmayan və rəyin məzmunu ilə tam ziddiyyət təşkil edən, rəy vermiş şəxslərin tədqiqat\nzamanı müşahidə etdiyi faktlar və hallar əsasında gəldiyi subyektiv qənaət əsasında\nmüəyyən etmişdir.\n74. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçının\nkassasiya şikayəti qismən təmin olunmalı, yuxarıda göstərilən prosessual hüquq\npozuntuları ilə əlaqədar apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş\nyeni apellyasiya baxışına göndərilməli, işə yenidən baxılarkən kassasiya instansiyası\nməhkəməsinin əvvəlki qərarında verilmiş və MPM-in 420-ci maddəsinə əsasən məcburi\nolan göstərişləri, habelə bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan prosessual\nhüquq normalarının tələbləri nəzərə alınmaqla yeni məhkəmə aktı qəbul edilməlidir.\n75. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini\nrəhbər tutaraq, Məhkəmə kollegiyası\nQərara aldı:\nCavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin.\nŞirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-49/2023 nömrəli mülki iş\nüzrə 10 may 2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına\nqaytarılsın.\nQərar qəbul edildiyi andan qüvvəyə minir.",
      "url": "file:///C:/Users/TechEvo%20Computers/Downloads/3ulduz/2_3616%2B18.09.2023.pdf",
      "local_file": "009_097816b8c9.pdf",
      "local_text_file": "009_2(102)-3616_2023.txt",
      "content_type": "application/pdf"
    },
    {
      "menbe": "Ali Məhkəmənin üç ulduzlu qərarları",
      "akt_novu": "Üç ulduzlu qərar",
      "tarix": "2023-03-06",
      "basliq": "2(102)-388/2023",
      "is_nomresi": "2(102)-388/2023",
      "movzu": "",
      "metn": "Azərbaycan Respublikası adından\nQƏRAR\nBakı şəhəri İş № 2(102)-388/2023 06.03.2023\nALİ MƏHKƏMƏ\nAzərbaycan Respublikası adından\nAzərbaycan Respublikası Ali Məhkəməsi\nMülki Kollegiyasının\nİddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə\nQ Ə R A R İ\nAçar sözlər: mənəvi zərərin əvəzinin ödənilməsi\nAzərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X9\n(məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə\nİddiaçı Cavabdeh MMC-yə qarşı mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair\niddia ərizəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1345/2022\nnömrəli iş üzrə 31 mart 2022-ci il tarixli qətnaməsindən cavabdehin kassasiya şikayətinə\nAli Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi.\n\nİŞİN HALLARİ\n1. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-XXX/2011 nömrəli iş üzrə xx.xx.2011-ci\nil tarixli hökmünə əsasən, X3 xx.xx.2010-cu il tarixdə saat 12 radələrində idarə etdiyi XXX\nmarkalı **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə\nolarkən Ələt-Astara-İran sərhədi avtomobil yolunun Biləsuvar rayonu ərazisindən keçən\n94-cü kilometrliyində “Yol hərəkəti haqqında” AR Qanununun 50-ci maddəsinin 1-ci\nhissəsinin və 2-ci hissəsinin 4-cü bəndinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün\ntəhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər\nazaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, bu tələblərə riayət\netməyərək, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda almamış, yaşayış\nməntəqəsindən kənarda avtomobili 90 km/saat sürətdən yüksək sürətlə idarə edən zaman\n100 metr irəlidə sağ yol çiynindən naməlum “Qazel” markalı avtomobil çıxaraq Bakı\nistiqamətində hərəkət etdiyini görüb tormoz etmiş, avtomobil tormozda düzünə, daha\nsonra sola hərəkət edib yolun əks hərəkət zolağına çıxaraq qabaq sol hissəsi qarşıdan\nəks istiqamətdə Astara rayonu istiqamətində hərəkətdə olan X5 idarə etdiyi “XXX markalı\n** BF *** dövlət qeydiyyat nişanlı avtomobildə olmuş sərnişinlər X6 qarın boşluğundan\nqapalı küt travması nəticəsində qara ciyərin yumşaq toxumasını əzib-dağılmasından baş\nverən kəskin daxili qanitirmə, sol tərəfli bazu və körpücük sümüyünün qapalı sınığı, sol aş\nnahiyyəsindən və çiyin qurşağında cərrahi tikişə ehtiyacı olan yaralar, üzün sol yarısının\nvə sol əlin arxasında olan sıyrıqlarından ibarət, 2002-ci il təvəllüdlü X12 açıq kəllə beyin\ntravması, sol tərəfli kəllə qapağı kəllə əsası sümüyünün açıq qəlpəli sınığından ibarət,\n2001-ci il təvəllüdlü X7 açıq kəllə beyin travması, sol tərəfli kəllə qapağı və əsası\nsümüklərinin açıq mürəkkəb sınığı, sol beyin yarımkürəsinin əzilib dağılması, sol tərəfli\nçənə və əng sümüyünün açıq qəlpəli sınığından ibarət həyat üçün təhlükəli olan\ndərəcəsinə görə sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirildiyindən hadisə\nyerində ölmüşlər.\n2. Hökmdən görünür ki, X1 ölümü ilə əlaqədar zərərçəkmiş şəxsin hüquqi varisi\nqismində X10 tanınmış və o, məhkəmə iclasında təqsirləndirilən şəxs X2 qarşı heç bir\nşikayət və tələbinin olmadığını bildirmişdir.\n3. Hadisə zamanı X3 Cavabdeh MMC-yə məxsus XXX markalı **-AD-*** dövlət\nqeydiyyat nişanlı avtomobili idarə etmiş və orada sürücü işləmişdir.\n4. Qəza nəticəsində həlak olan X6 iddiaçının anasıdır.\nİŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ\na) Birinci instansiya məhkəməsində icraat\n5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,\ncavabdehdən mənəvi zərərə görə 500.000 manat məbləğdə pul vəsaitinin tutularaq ona\nödənilməsini xahiş etmişdir.\n6. İddianın əsaslarına görə, cavabdehin əməkdaşının qanunsuz və hüquqazidd\ncinayət xarakterli hərəkəti ilə baş vermiş hadisə nəticəsində ona övlad kimi mənəvi zərər\ndəymişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində anasının faciəli şəkildə ölməsindən\nsonra mərhum anasının xəsarətli cəsədi gözünün önündə canlanır. Bu isə ona mənəvi\niztirab və sarsıntı keçirməsinə səbəb olur. Məhkəmə mənəvi zərərin miqdarını müəyyən\nedərkən onun keçirdiyi mənəvi iztirabların ağırlığını, zərərin baş verməsinə səbəb olan\nhadisənin ağırlığını, yəni ölümlə nəticələnməsini, cavabdehin hüquqi şəxs olmasını,\nhüquqi şəxsin maddi durumunun kifayət qədər olmasını və bu mənəvi iztirabı ömür boyu\nçəkəcəyini nəzərə almalıdır.\n7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-648/2021 nömrəli iş üzrə\nxx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 3.000 manat\nməbləğdə pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.\n\n8. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, “... cavabdeh\ntəşkilatın işçisinin ehtiyatsızlıqdan törətdiyi cinayət əməli nəticəsində iddiaçı anasını\nitirməklə məlum hadisədən mənəvi sarsıntı keçirmişdir. Cavabdeh MMC cavabdeh şəxs\nkimi öz işçisinin əmək vəzifələrinin icrası zamanı vurduğu zərərin əvəzini ödəməlidir. Belə\nki, mülki qanunvericiliyə əsasən Cavabdeh MMC öz işçisinin törətdiyi mülki hüquq\npozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası\nzamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.\n...\n... iddiaçının mənəvi zərərin əvəzi kimi tələb etdiyi 500000 (beş yüz min) manat pul\nağlabatan və ədalətli olmadığına görə həmin məbləğ 3000 (üç min) manat miqdarında\nmüəyyən edilməlidir.”\n9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki\nMəcəlləsinin 23, 1099.1-ci maddələrinə istinadla əsaslandırmışdır.\nb) Apellyasiya instansiyası məhkəməsində icraat\n10. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan\napellyasiya şikayəti verərək, qətnamənin iddia rədd olunan hissədə ləğv edilib, iddianın\ntam təmin olunmasını xahiş etmişdir.\n11. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1345/2022 nömrəli iş\nüzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Şirinov (sədrlik edən və məruzəçi),\nİ.Kərimli və A.T anrıverdiyev) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri\nSabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi mənəvi zərərin əvəzinin\ntutulması hissədə dəyişdirilmiş, cavabdehdən mənəvi zərərin əvəzi olaraq 15.000 manat\nməbləğdə pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, qətnamə iddiaçının\napellyasiya şikayətinə əsasən mübahisələndirilən qalan hissədə dəyişdirilmədən\nsaxlanılmışdır.\n12. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Kollegiya\nqeyd edir ki, iddiaçı Bakı Apellyasiya Məhkəməsinə ünvaladığı xx.xx.2022-ci il tarixli\nmüraciətinə qeyd etdiyi yuxarıda göstərilmiş məhkəmə aktalarından da göründüyü kimi\nailədə bir nəfərin vəfat etməsinə görə kompensasiya məbləği 10.000-20.000 manat\nolmaqla dəyişir.\nMəhkəmə kollegiyası belə qənaətə gəlir ki, rayon məhkəməsi tərəfindən mənəvi\nzərərə görə müəyyən olunmuş məbləğ mütənasib olmamaqla, həm də oxşar işlər üzrə\nməhkəmə təcrübəsinə də uyğun olmamışdır.\nBu səbəbdən, işin xüsusi halları baxımından mənəvi zərərin əvəzi olaraq - 15000 (on\nbeş min) manat pulun tutulması ədalətli və ağlabatandır.”\n13. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 23, 1099.1-\nci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü, Azərbaycan\nRespublikası Cinayət Prosessual Məcəlləsinin 12.2-ci maddələrinə, “Azərbaycan\nRespublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair”\nAzərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı və\n“Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi\ntəcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2008-ci il tarixli\nQərarındakı hüquqi mövqelərə istinadla əsaslandırmışdır.\nKASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ\na) Kassasiya şikayətinin dəlilləri\n14. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh\nondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, işin yenidən baxılması üçün\napellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.\n\n15. Kassasiya şikayətinin dəlillərinə görə, işə baxan məhkəmə kollegiyası maddi və\nprosessual hüquq normalarının pozulması ilə çıxardığı qətnaməsində göstərdiyi hüquqi\nmövqeyini əsaslandırmamış, ağlabatan məbləği necə müəyyən etdiyini göstərməmişdir.\nSözügedən yol nəqliyyat hadisəsi zamanı bütün zərərçəkmiş şəxslərə maddi yardımlar\ngöstərilmiş, ilkin tibbi yardım xərcləri də daxil olmaqla bütün xəstəxana xərcləri, dəfn, yas\nmərasimlərinin keçirilməsi ilə əlaqədar xərclər və eyni zamanda digər bütün növ\ntəzminatlar ödənilmişdir. O cümlədən iş üzrə iddiaçı anasının həlak olması ilə əlaqədar\nzərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınmış, onun qardaşı X4 bütün növ təzminatlar\nödənilmişdir.\nBundan başqa, Cavabdeh MMC-nin rəhbərliyi başda olmaqla kollektiv yas\nmərasimində iştirak etmiş və bu səpkidə olan bütün xərclər də cəmiyyət tərəfindən\nödənilmişdir.\nDaha sonra, həmin hadisə ilə əlaqədar cinayət işinin istintaqı və məhkəmə baxışı\nzamanı X10 zərərçəkmiş şəxsin hüquqi varisi kimi həmin iş üzrə təqsirləndirilən şəxs X2\nqarşı heç bir iddia və tələbinin olmadığını yazılı olaraq bildirmişdir.\nİddiaçı yol nəqliyyat hadisəsinin baş verməsindən 10 ildən çox müddət keçdikdən\nsonra Cavabdeh MMC-yə qarşı mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə\nməhkəməyə müraciət etmişdir.\nİddiaçının sözügedən iddia ərizəsində qeyd olunan məbləği mənəvi ziyan adı altında\ntələb etməsi üçün heç bir əsası yoxdur. Belə ki, mərhum X1 ölümü ilə əlaqədar bütün növ\ntəzminatlar X4 ödənilmişdir.\nGöründüyü kimi, iddiaçının mənəvi zərər adı altında tələb etdiyi böyük məbləğdə\nvəsait iddiaçının güya pozulmuş hüquqlarının bərpasına yox, onun maddi cəhətdən\nzənginləşməsinə xidmət edən tələbdir. Yəni, iddiaçının məqsədi Cavabdeh MMC-nin\nadından və mövqeyindən istifadə edərək əsassız varlanmaqdır.\nAzərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan\nRespublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh\nedilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarında göstərilir ki, Mülki Məcəllənin 1099-cu\nmaddəsinin tətbiqi üçün işçi tərəfindən vurulmuş zərərin bilavasitə işəgötürənin fəaliyyət\ndairəsinə aid olub-olmaması məsələsinin aydınlaşdırılması da mühüm əhəmiyyət kəsb\nedir. Əgər işçinin zərər vuran hərəkətləri işəgötürənin fəaliyyət dairəsinə aid deyildirsə,\nhüquq pozuntusu işçinin əmək və ya xidməti vəzifələrinin icrası ilə əlaqədar baş\nverməmişdirsə, o zaman zərərin əvəzinin ödənilməsi vəzifəsi bilavasitə zərərvuranın\n(işçinin) üzərinə düşür.\nLakin nə birinci instansiya, nə də apellyasiya instansiya məhkəməsi Konstitusiya\nMəhkəməsi Plenumunun bu mövqeyi baxımından məsələyə düzgün qiymət verməmişlər.\nÇünki, hadisə zamanı işçinin əmək funskiyalarından irəli gələn öhdəliyini icra etməsi\nzamanı hadisənin baş verməsi halı müəyyən edilməmişdir.\nb) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri\n16. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.\nTƏTBİQ EDİLƏN HÜQUQ\n17. Azərbaycan Respublikasının Konstitusiyası:\nİİ. Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin\nhüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata\nkeçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ\nvardır.\n18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:\nMaddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən\nbaşqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli,\n\nhüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya\nhərəkətsizlikdir);\nMaddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır;\nMaddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə\nvə ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna\nvurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin\nəvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər;\nMaddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu\n(delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı\nişçisinin vurduğu zərərin əvəzini ödəməlidir;\nMaddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları\nZərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün\nməsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada\nödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və\nya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.\n19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM):\nMaddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və\nonlardan istifadə etməlidir;\nMaddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut\netməlidir;\nMaddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə\nqüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə\nüçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir;\nMaddə 88. Sübutların qiymətləndirilməsi\nMəhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin\nsübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun\nməhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur;\nMaddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum\nolan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və\nqiymətləndirilməlidir;\nMaddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;\nMaddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı\nmünasibətinə uyğun əsaslandırılmalıdır;\nMaddə 392.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində aşağıdakılar\ngöstərilməlidir:\n392.1.6. apellyasiya şikayətinə baxılması üzrə məhkəmənin nəticələri;\nMaddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi\ndəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin\nedilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur;\nMaddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına,\nməhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların\naydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin\nfaktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir;\nMaddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və\nkassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi\ntərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır;\nMaddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü\nmaddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol\nverilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır;\nMaddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən:\n417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən\nləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya\ninstansiyası məhkəməsinə göndərə bilər;\n\nMaddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün\ntətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə\ntəcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və\nqərardadının ləğv edilməsi üçün əsasdır;\nMaddə 418.2. Bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq\nnormaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir;\nMaddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq\nolunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu\npozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin;\nMaddə 418.6. Hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması\nqətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, qətnamə və ya\nqərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya\nprosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə\nizahlarına, habelə bu Məcəllənin 418-1.3-cü maddəsində nəzərdə tutulan Ali Məhkəmənin\nmülki və kommersiya kollegiyalarının mübahisəli hüquqi məsələyə dair hüquqi mövqeyinə\nzidd olsun və həmin izahlarda təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi\nzərurəti kifayət qədər əsaslandırılmasın.\n20. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi:\nMaddə 12.2. Cinayətin əlamətləri olan əməldən zərər çəkmiş şəxsin bu Məcəllədə\nnəzərdə tutulmuş qaydada cinayət təqibinin başlanılmasını tələb etməyə, onun həyata\nkeçirilməsində zərər çəkmiş şəxs və ya xüsusi ittihamçı qismində iştirak etməyə, habelə\nvurulmuş mənəvi, fiziki və maddi ziyana görə kompensasiya almağa hüququ vardır.\n21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları\n“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh\nedilməsinə dair” xx.xx.2002-ci il tarixli Qərar:\n“Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması\nnəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və\ndəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya\nqanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar\nnüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik\nhüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla\nfiziki şəxsə mənəvi sarsıntı, iztirab verir.\nMənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin\nşüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər\nvətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak\nzərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.\nMənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də\ncavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir\nkonkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə\nmüəyyən olunmalıdır.”\n“A.Səlimzadənin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki\nişlər üzrə məhkəmə kollegiyasının 2 mart 2005-ci il tarixli qərarının Azərbaycan\nRespublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”\nxx.xx.2006-cı il tarixli Qərar:  \n“... məhkəmə qətnaməsinin qanunvericiliyin tələblərinə əməl olunmadan çıxarılması\nhəmin qətnaməni ədalət mühakiməsinin qanuna uyğun aktı kimi qəbul etməyə imkan\nvermir.”\n“K.Bunyatovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə\nməhkəmə kollegiyasının 12 yanvar 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının\n\nKonstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli\nQərar:\n“... kassasiya qaydasında işə baxılması yalnız formal xarakter daşımamalı və məhz\nşikayətçi tərəfindən qanunvericiliyin tələblərinə müvafiq olaraq irəli sürülən dəlillərin\nyoxlanılmasına xidmət etməlidir.” \n“N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə\nməhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası\nAli Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan\nRespublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”\nxx.xx.2008-ci il tarixli Qərar:\n“... konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan\nRespublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun alilliyinin əsas\nelementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən\nümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur.\nBu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün\nzəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır.\nAzərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini\nşübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya\nməhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.”\n“R.Zülfüqarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər\nüzrə məhkəmə kollegiyasının 02 avqust 2007-ci il tarixli qərarının Azərbaycan\nRespublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”\nxx.xx.2008-ci il tarixli Qərar:\n“Azərbaycan Respublikası Konstitusiyasının və beynəlxalq hüquq normalarının\ntələblərinə görə ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və\nhüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. Qanunvericiliyin tələblərinin\npozulması ilə baxılmış iş üzrə çıxarılan məhkəmə aktı ədalət mühakiməsinin qanuna\nuyğun aktı kimi qəbul edilə bilməz.”\n“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə\ndair” xx.xx.2020-ci il tarixli Qərar:\n“Konstitusiyanın 68-ci maddəsinin İİ hissəsi cinayət, habelə hakimiyyətdən sui-\nistifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqlarının qanunla qorunmasını bəyan edir və\nzərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona\nvurulmuş zərərin ödənilməsini tələb etmək hüququnu müəyyən edir.\nKonstitusiyanın bu norması insan hüquq və azadlıqlarının pozulduğu təqdirdə\nzərərçəkmiş şəxsə dəymiş ziyana görə kompensasiyanın ödənilməsini ədalətli sayaraq bu\nöhdəliyin yerinə yetirilməsində dövlətin də məsuliyyətini müəyyən edir.\nMənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi\nqeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması\nnəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal\nictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə\nvə şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması,\nmüəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa\nzərər vurulması və s. nəticəsində yarana bilər.\nMənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki\nbütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi\nsarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi\ntarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir.\nMənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən\nfərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi\nzərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və\n\nməhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik\nmeyarları baxımından qiymətləndirilməlidir.\n...\nŞəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər\nvurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və\niztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə\nyönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə\nyaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama\nsevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona\nmənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur.\nNəzərə alınmalıdır ki, mənəvi təzminat tələbi vərəsəliklə əlaqəli deyil. Belə ki, mənəvi\ntəzminat tələbi ilə çıxış edən iddiaçı ölən şəxsin vərəsəsi olsa da, onların ölümdən əvvəl\nemosional yaxınlığı olmadığı, iddiaçı şəxsin ölməsi ilə əlaqədar ağrı və kədər hissi və ya\nmənəvi sarsıntı keçirmədiyi təqdirdə onun mənəvi təzminat almaq tələbi də istisna edilir.\nMənəvi təzminatı tələb etmək hüququ olan şəxslərin dairəsinə gəlincə isə qeyd\nedilməlidir ki, bu hüquqa ölən və ya sağlamlığına zərər vurulan şəxsin yaxınları malik ola\nbilər. Şəxsin “yaxını” dedikdə onun məhz ailə hüququ çərçivəsində qohumu deyil, ölmüş\nvə ya sağlamlığına zərər vurulmuş şəxslə xüsusi bağlılığı ilə səciyyələnən, səmimi\nmünasibətinin və mənəvi yaxınlığının olduğu, həyatında mühüm yer tutan, uzun müddət\nbirgə yaşadığı və birgə təsərüfat apardığı, ölümündən və ya sağlamlığına vurulan zərər\nnəticəsində həyat şəraiti dəyişmiş, həqiqətən mənəvi sarsıntı, əzab və iztirab keçirmiş\ninsan  nəzərdə tutulur.\nMəhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə\nsosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında\naparmalıdırlar.\nMənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən\ninsanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi\nbağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya\nayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s.\namillər nəzərə alınmalıdır.\n...\nBeləliklə, mənəvi zərərin vurulmasının sübut edilməsinin kifayət qədər mürəkkəb\nolması mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda\nbaş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə\nqarşısında sübut etməlidir.\nBu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmədə\nmənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi\nilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması,\nzərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər\nhallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın\nməbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə\nalmalıdır. Həmçinin məhkəmələr tərəfindən nəzərə alınmalıdır ki, şəxsin ölümü və ya\nsağlamlığına vurulmuş zərər təkcə qohumlarının deyil, həm də onun dostlarının,\ntanışlarının da mənəvi sarsıntı, məyusluq hisləri keçirməsinə səbəb ola bilər. Lakin\nməhkəmələr hüquq pozuntusu nəticəsində yaranan mənəvi zərərə görə şəxsin\nməsuliyyətini müəyyən edərkən güclü emosional hislərlə ağır mənəvi sarsıntı və iztirab\nhislərini fərqləndirməlidirlər.”\n“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli\nşəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarı:\n“Zərərçəkən Mülki Məcəllənin 1099-cu maddəsi üzrə iddia irəli sürərkən məruz\nqalmış olduğu zərərə, onun məbləğinə, şəxsin hüquqa zidd davranışına, sonuncunun\nişəgötürənin (cavabdehin) işçisi olduğuna, hüquqa zidd davranışla zərər arasında səbəbli-\nnəticə əlaqəsinin olmasına dair sübutları təqdim etməlidir.\n\nMülki Məcəllənin 1099-cu maddəsinin tətbiqi üçün işçi tərəfindən vurulmuş zərərin\nbilavasitə işəgötürənin fəaliyyət dairəsinə aid olub-olmaması məsələsinin aydınlaşdırılması\nda mühüm əhəmiyyət kəsb edir. Əgər işçinin zərər vuran hərəkətləri işəgötürənin fəaliyyət\ndairəsinə aid deyildirsə, hüquq pozuntusu işçinin əmək və ya xidməti vəzifələrinin icrası ilə\nəlaqədar baş verməmişdirsə, o zaman zərərin əvəzinin ödənilməsi vəzifəsi bilavasitə\nzərərvuranın (işçinin) üzərinə düşür.”\n22. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarları\n“Məhkəmə qətnaməsi haqqında” xx.xx.2005-ci il tarixli 4 nömrəli Qərar:\n- 2.2. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl\nedilməklə qəbul edildikdə qanuni hesab edilir;\n- 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan,\nqanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan\nfaktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn\nqəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun\nolsun;\n- 7. Apellyasiya instansiyası məhkəməsi şikayəti təmin etmədikdə və ya birinci\ninstansiya məhkəməsinin qətnaməsini dəyişdirdikdə hansı dəlillərə əsasən şikayətin təmin\nedilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur;\n- 17. Kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya\nməhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən\nşikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.\n“Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi\ntəcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 nömrəli Qərar:\n- 2. Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan\nHüquqlarının və X8 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları\nMəhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və\nya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının,\nhabelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini\nifadə edir.\nZərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən\nqanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb\nolması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab\nçəkməsi anlaşılır.\nMənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla\nşəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai\nhəyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf , ləyaqət\nvə işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq\nməhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət\nyetirilməsi və s. hallarda özünü büruzə verə bilər.\nMənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd\nedilməsi üçün əsas deyildir;\n- 4. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan\nistənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s.\nhüquq pozmalarda) ifadə oluna bilər.\nZərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə\ncəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək\nhüququnu istisna etmir;\n- 8. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki\nməsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı\nvə iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı\nhərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən\n\nşəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı\nməbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur;\n- 10. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq\nməhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb\nolmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin\nkeçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd\nvə yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı\nvə yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə\nvə sənəti, cəmiyyətdə nüfuzu və s.),habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır.\nZərərin məbləği ağlabatan və ədalətli olmalıdır. \n23. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarları\nHadjianastasiu Yunanıstana qarşı iş üzrə xx.xx.1992-ci il tarixli və X11rşı iş üzrə\nxx.xx.1999-cu il tarixli qərarlar:\n“Avropa Məhkəməsinin mövqeyinə görə, yuxarı məhkəmə instansiyası tərəfindən\naşağı məhkəmə instansiyasının qərarı ləğv edilərkən məhkəmələr öz qərarlarında istinad\netdiyi dəlilləri çox aydın şəkildə əsaslandırmalı və bu qərarın qəbul olunmasına əsas\nolmuş halları dəqiq göstərməlidirlər. Əks halda, bu, Konvensiyanın 6-cı maddəsində\nnəzərdə tutulmuş ədalətli məhkəmə araşdırılması hüququnun pozuntusu kimi\nqiymətləndirilir.\nHirvisaari Finlandiyaya qarşı iş üzrə xx.xx.2001-ci il tarixli Qərarı:\n“Məhkəmələr tərəfindən istinad olunan halların aydın şəkildə əsaslandırılması işdə\niştirak edən şəxslərin izahatlarının dinlənilib hüquqi qiymət verilməsinin göstəricisidir.”\nKuznetsov və digərlərinin işi üzrə xx.xx.2007-ci il tarixli və Hiro Bilani işi üzrə\nxx.xx.1994-cü il tarixli qərarlar:\n“Milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması\nədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi\ngözlənilməklə dinlənilməsi sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlilləri\napellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə\nalınmadığı aydın olmadığından, məhkəmə belə dəlillərin rədd edilməsinə dair nəticəsinin\nəsaslandırmamasına dəlalət edir.”\n                 \n24. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “İnsan hüquqlarının və X8\nhaqqında” Konvensiyanın 41-ci maddəsinə və digər normalarına əsaslanaraq mənəvi\nzərərin müəyyən edilməsi təcrübəsinə dair qərarları\nLuluyev və digərləri Rusiyaya qarşı iş üzrə xx.xx.2006-cı il tarixli, Pelipenko Rusiyaya\nqarşı iş üzrə xx.xx.2014-cü il tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə xx.xx.2014-\ncü il tarixli qərarlarnda Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və\niztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-\nmüəyyənlik” kimi səciyyələndirmişdir.\nVarnava və digərləri Türkiyəyə qarşı iş üzrə xx.xx.2009-cu il tarixli Qərarında Avropa\nMəhkəməsi mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq,\nməyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyri-müəyyənlik,\nhəyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş\nvə qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı\nobyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi\nünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə\nalınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi\nzərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqazidd əməlin növü, dərəcəsi,\n\nşiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqazidd hərəkətin hansı\nşəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir.\nLuluyev və digərləri Rusiyaya qarşı iş üzrə Qərarında, həmçinin, göstərilmişdir ki,\nşəxslərin mənəvi iztirablarının dərəcəsinin müəyyən edilməsi üçün qohumluq əlaqələrinin\nyaxınlıq dərəcəsi, qohumluq münasibətlərinin spesifikası, qohumun hadisənin şahidi olub-\nolmaması və s. faktorların müəyyən edilməsi əhəmiyyət kəsb edir.\nMaksimov Rusiyaya qarşı iş üzrə xx.xx.2010-cu il tarixli Qərarında Avropa\nMəhkəməsi qeyd etmişdir ki, kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki\nvə ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab,\nfiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir.\nMəhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini\nqərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə\nqeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv\nşəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər.\n“Apicella İtaliyaya qarşı” iş üzrə xx.xx.2006-cı il tarixli qərar:\n“Ərizəçinin daha zəngin və ya kasıb bir ölkədə yaşamasından asılı olmayaraq eyni\npozuntu üçün oxşar məbləğlər verməsi mənasızdır. Çünki pulun dəyəri fərqlidir və\nhəqiqətən yerli iqtisadi inkişafdan və alıcılıq qabiliyyətindən asılıdır”.\nKASSASİYA BAXİŞİNİN HƏDLƏRİ\n25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin\napellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının\ndüzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında\nolan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış\nvə (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya\ninstansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.\n26. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya\ninstansiyasının yekun məhkəmə aktı şikayətdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır.\n27. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin\nvahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə\nyazılı icraat qaydasında baxmışdır.\nKASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ\n28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi\ntərəfindən prosessual hüquq normaları pozulmuş, bu da iş üzrə düzgün olmayan\nqətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.\n29. Birinci və apellyasiya instansiyası məhkəmələrinin qətnamələrindən məlum olur\nki, iddiaçının anasının baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində vəfat etməsini, habelə\nölümün cavabdehin işçisinin qanunsuz hərəkətləri nəticəsində baş verməsini və həmin\nhərəkətlərlə mənəvi zərər arasında səbəbli əlaqənin olmasını məhkəmələr işin\nmübahisəsiz halı kimi qəbul etmişlər. Belə olan halda, işə mahiyyəti üzrə baxan\nməhkəmələrin qənaətinə görə, anasının hadisə nəticəsində vəfat etməsi iddiaçı üçün\nmənəvi məhrumiyyətlərlə nəticələnmişdir, işdə belə zərərin vurulmasını istisna edən hallar\nməhkəmələr tərəfindən müəyyən edilməmişdir.\n30. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, vurulmuş mənəvi zərərin\nməbləği ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə kassasiya\nşikayətinin dəlilləri müstəvisində dəyərləndirilməlidir.\n31. İlk olaraq, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya\nsağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin\n\nkeçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi\ntarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən\nmiqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və\niztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan\nqaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur.\n32. Mənəvi zərərin məbləğinin müəyən edilməsi üçün konkret meyarlar\nqanunvericiliklə müəyyən edilməmişdir. Mənəvi zərərin məbləği təqsirli şəxsin təqsiri və ya\nzərərçəkənin subyektiv vəziyyəti nəzərə alınmadan obyektiv əsaslara görə müəyyən edilir.\nMənəvi təzminatın əsas məqsədi zərərin kompensasiyası olduğundan, gələcəkdə baş\nverəcək zərərin qarşısının alınması üçün yüksək məbləğdə zərər tələb edilə bilməz. İztirab\nvə sarsıntının nəticəsi olan zərər, zərərçəkənin hiss etdiyi fiziki və ya psixoloji ağrı şəklində\nortaya çıxdığına görə təzminat bu ağrının dərəcəsinə mütənasib olmalıdır. Ağrının şiddəti\nobyektiv faktorlara görə dəyərləndirilir. Belə obyektiv faktorlara, törədilən hüquqazidd\nəməlin növü, ölçüsü, şiddəti, davam etdiyi müddət, zərərçəkən şəxsdə mənfi fiziki və\npsixoloji təsirləri aiddir. Zərərin ağırlığının çox olması təzminat miqdarının yüksək, az\nolması isə aşağı olmasını şərtləndirir. Belə ki, bir şəxsin avtomobil qəzasında vəfat etməsi\nilə şəxsin qəsdən həyatdan məhrum edilməsinin məruz qoyduğu mənəvi zərərin məbləği\nfərqləndirilməlidir. Təzminatın miqdarı ilə bağlı nəzərə alınmalıdır ki, zərərçəkənə\nşişirdilmiş bir məbləğin verilməsi əsassız varlanmaya gətirib çıxara bilər.\n33. İztirab və sarsıntının ağırlıq dərəcəsinə təsir göstərən faktorlardan biri də ölən və\nya cismani zərərə məruz qalanın yaxınlarının mənəvi təzminat tələb etmələri halında\nonların zərərçəkmiş şəxslə qohumluq dərəcəsi və şəxsi münasibətlərinin xarakteridir.\nYaxınlara ödəniləcək mənəvi təzminatın miqdarında qohumluq dərəcəsindən asılı\nolmayaraq mövcud olan şəxsi münasibətlərin xarakteri də əhəmiyyət kəsb edir. Bu zaman\nsağ ikən şəxslərarası münasibətlərin məzmununa xüsusi diqqət edilməlidir. Odur ki, ölən\nşəxslə yaxşı münasibəti olan və daim onun yanında qalan bir kəsə ödəniləcək təzminat\nməbləği, münasibətləri pis olan və uzun zaman ərzində onunla görüşməyən şəxsə\nödəniləcək məbləğdən çox olmalıdır.\n34. Mənəvi təzminatın məbləğinə təsir edən elementlərdən biri də zərərçəkənin\niqtisadi vəziyyətidir. Çünki qane olma səviyyəsi hamıda eyni deyil. Təqsirli tərəfin maddi\nvəziyyəti də mənəvi zərərin müəyyən edilməsində əhəmiyyətli faktorlardan biridir. İnsan\nHüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində də mənəvi zərərin məbləği məsələsi\nhəll edilərkən ölkələrin sosial-iqtisadi durumu, insanların yaşayış səviyyəsi nəzərə alınır\n(bu Qərarın 21-ci bəndi).\n35. Zərərvuranın təqsirinin dərəcəsi də təzminatın miqdarının müəyyən edilməsində\nəhəmiyyət kəsb edir. Bu anlamda, ehtiyatsızlıqla cinayət törətmiş şəxsdən tutulan zərərin\nməbləği, qəsdən cinayət törətmiş şəxsdən tutulan zərənin məbləği ilə eyni olmamalıdır.\n36. Həmçinin, mənəvi zərər bilavasitə zərərvuran şəxsin hərəkətlərindən sonra\nzərərçəkmişin şüuruna təsir göstərməklə, mənfi psixoloji reaksiyaya səbəb olduğu üçün,\nhadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin təsirinin azalması da labüddür.\n37. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən görünür ki, zərərin\nhəcminin müəyyənləşdirilməsinə təsir edən, bu Qərarın 26-33-cü bəndlərində şərh edilən\nhallar həmin məhkəmə tərəfindən işin faktiki halları ilə birlikdə dəyərləndirilməmişdir.\n38. Bundan əlavə, iddiaçı mənəvi zərərə görə 500.000 manat pul tələb etsə də,\nhəmin məbləği şərtləndirən halları ərizəsində əsaslandırmamışdır.\n39. Digər tərəfdən, məhkəmələr müəyən etmişlər ki, zərərçəkənin ölümünə\nehtiyatsızlıqla törədilmiş cinayət səbəb olmuşdur. Analoji cinayət hadisələrinə tez-tez rast\ngəlinməsi isə həmin işlər üzrə zərərçəkənlərə ortalama 15.000 manat mənəvi zərərin\nödənilməsi təcrübəsinin ağlabatanlığını sual altında qoyur. Çünki, belə bir nəticə mənəvi\nzərərin məbləğini şərtləndirən hallara, eyni zamanda ölkə üzrə ümumi statistik yaşam\nsəviyyəsinə uyğun gəlməlidir.\n40. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə düzgün olmayan\nqətnamənin qəbul edilməsinə səbəb olan prosessual hüquq normalarının bir sıra digər\npozuntularına da yol verilmişdir.\n\n41. Qətnamədən görünür ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə səthi\naraşdırma aparmışdır. Məhkəmənin qətnamədə istinad etdiyi kimi, “iddiaçının Bakı\nApellyasiya Məhkəməsinə ünvaladığı xx.xx.2022-ci il tarixli müraciətində qeyd etdiyi\nməhkəmə aktları” isə çap variantında işə əlavə olunmamış, EMİS-ə də yüklənməmişdir.\nMəhkəmənin öz aktının faktiki əsası kimi qeyd etdiyi, işin 95-96-cı vərəqlərində olan həmin\nmüraciət iki vərəqdən ibarət olmaqla, sadəcə məhkəmə aktlarına dair məlumatların\nsadalanmasından ibarətdir. Bu kontekstdə, apellyasiya instansiyası məhkəməsinin həmin\nməhkəmə aktlarının hər birini ayrılıqda mənəvi zərərin məbləğini şərtləndirən hallar\nbaxımından təhlil və hazırkı işlə müqayisə etməsi baş vermədiyi kimi, iş materialları və\nqətnamənin mətni məhkəmə kollegiyasında apellyasiya instansiyası məhkəməsinin\nsözügedən məhkəmə aktları ilə tanış olması barədə əminlik təlqin etmir.\n42. Apellyasiya instansiyası məhkəməsinin hər bir cəhətdən fərdilik ifadə edən iddia\ntələbini ortalama məbləğ çıxarma yolu ilə ümumiləşdirici formada həll etməyə çalışması da\ndoğru olmamışdır.\n43. Apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətində irəli\nsürdüyü dəlillərə də konkret münasibət bildirməmiş, hansı dəlillərlə razılaşdığına,\nhansılarla razılaşmadığına dair öz aktında hüquqi qiymət verməmiş və\nəsaslandırmamışdır.\n44. Lakin bu Qərarın yuxarıda müvafiq bəndlərində mətnləri verilən MPM-in\nnormaları, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin, Konstitusiya Məhkəməsi\nPlenumunun və Ali Məhkəmə Plenumunun qərarları ilə tələb (şərh, izah) olunmuşdur ki,\nyuxarı instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən\nşikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə mütləq qaydada\nhüquqi qiymət verməlidirlər.\n45. Məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş\nqərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə\nhakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, məhkəmə aktı\nelə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi\nifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq\nnormalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.\n46. MPM-in 417.1.3 və 418.1-ci maddələrinin tələbinə görə, maddi və prosessual\nhüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və\nprosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya\ninstansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi və işin yenidən\nbaxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi üçün əsasdır.\n47. Bu mənada, işə apellyasiya instansiyası məhkəməsində yenidən baxılarkən\nhazırkı Qərarın 34-40-cı bəndlərində şərh edilən hallar işin faktiki halları ilə birlikdə\ndəyərləndirilməklə, qeyd edilən hallara aydınlıq gətirilməli, Azərbaycan Respublikası\nKonstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü\nmaddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli və “Azərbaycan Respublikası Mülki\nMəcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair”\nxx.xx.2022-ci il tarixli qərarlarında ortaya qoyulan hüquqi mövqelər nəzərə alınmaqla,\nziddiyyətli məqamlar aradan qaldırılmalıdır.\n48. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda\nqeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti\ntəmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən\nbaxılmaq üçün həmin məhkəməyə göndərilməlidir.\n49. Göstərilənlərə əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq,\nməhkəmə kollegiyası\nQƏRARA ALDİ:\n\nBakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1345/2022 nömrəli iş üzrə\n31 mart 2022-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılmaq üçün həmin\nməhkəməyə göndərilsin.\nCavabdeh MMC-nin kassasiya şikayəti təmin edilsin.\nQərar qəbul edildiyi andan qüvvəyə minir.",
      "url": "file:///C:/Users/TechEvo%20Computers/Downloads/3ulduz/2_388%2B06.03.2023.pdf",
      "local_file": "010_a857b3f538.pdf",
      "local_text_file": "010_2(102)-388_2023.txt",
      "content_type": "application/pdf"
    },
    {
      "menbe": "Ali Məhkəmənin üç ulduzlu qərarları",
      "akt_novu": "Üç ulduzlu qərar",
      "tarix": "2022-01-31",
      "basliq": "2(102)-761/2022",
      "is_nomresi": "2(102)-761/2022",
      "movzu": "",
      "metn": "AzərbaycanRespublikasıadından\nQƏRAR\nBakışəhəri İş№2(102)-761/2022 31.01.2022\nALİ MƏHKƏMƏ\nAzərbaycan Respublikası adından\nAzərbaycan Respublikası Ali Məhkəməsi\nMülki kollegiyasının\nİddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı\niddia tələbinə dair iş üzrə\nQ Ə R A R İ\nAçar sözlər: əşyanın tərkib hissəsi, vicdanlı sahib,\nəşyanı yaxşılaşdırmaq üçün çəkilmiş məsrəflər,\nişin mübahisəsiz halları, sübutların mümkünlüyü, çəkişmə prinsipi\nAzərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov\nAbiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli\noğlundan ibarəttərkibdə,\n\nİddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı pul\ntələbinə dair Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1441/2021 nömrəli\niş üzrə 16 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş\nkassasiya şikayətinə dair işə 31 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı\nicraatqaydasında baxaraq,aşağıdakı qərarıqəbuletdi.\nİşin halları\nCavabdeh2, Cavabdeh3, Cavabdeh4, X6 və X7 tərəfindən 23 aprel 2006-cı il\ntarixdə tərtib olunaraq imzalanmış aktda qeyd olunmuşdur ki, onlar özlərinə məxsus pay\ntorpaqsahəsiniƏliabadqəsəbəsakiniX1etirazetmirlər.\nİddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh1 tərəfindən imzalanmış 08 dekabr\n2014-cü il tarixli aktda qeyd olunmuşdur ki, sonuncu, Zaqatala rayonu Əliabad qəsəbəsi 7\nsaylıbölgənin “Çaliaxo”adlanan sahəsində özünə vəailəüzvlərinə məxsus1,70 hatorpaq\nsahəsiniiddiaçıya1500ABŞdollarınasatmışdır.\nŞəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-2887/2019 nömrəli iş üzrə\nqanuni qüvvəyə minmiş 28 noyabr 2009-cu il tarixli qətnaməsi ilə hazırkı iş üzrə iddiaçının\nCavabdeh1 qarşı torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi\nvə torpaq sahəsinin onu mülkiyyətinə verilməsi barədə iddiası rədd edilmişdir. Qətnamə\nonunla əsaslandırılmışdır ki, mübahisəli - 08 dekabr 2014-cü il tarixli aktda göstərilən 1,70\nha torpaq sahəsinin Cavabdeh1 istifadəsinə verilməsi barədə dövlət aktı, torpağın\nmülkiyyətə verilməsinə dair şəhadətnamə və mülkiyyət hüququna dair çıxarış olmadığı\nüçüniddiatəminolunabilməz.\nİş üzrə qəbul edilmiş məhkəmə aktları\na) Birinci instansiya məhkəməsində icraat\nİddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (bundan sonra -\ncavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən bağ\nsalınması üçün çəkilmiş 68.130 manat xərcin, torpağın alınması üçün verilmiş 1500 ABŞ\ndolları pulun, ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona verilməsinə dair\nqətnaməçıxarılmasınıxahişetmişdir.\nİddiaçı tələbini onunla əsaslandırmışdır ki, alqı-satqı cavabdehlərlə aralarında\n2005-ci ilin yay aylarında baş tutmuş və 23 aprel 2006-cı il tarixdə bu barədə akt\nyazmışlar.Həmin vaxt sənədləri qaydasında olmadığına görə torpaq sahəsini qohumu X2\nadına sənədləşdirməklə, sonuncunun həmin torpağı almasına dair akt tərtib etmişlər.\nFaktiki olaraq isə həmin torpağı özü almışdır. Sonradan, 08 dekabr 2014-cü il tarixdə\ntorpaq sahəsini adına sənədləşdirmək üçün yenidən torpağın mülkiyyətçisi Cavabdeh1\niştirakı ilə başqa akt tərtib edilmişdir. Torpaq sahəsi 2006-cı ildən onun istifadəsindədir.\nTorpağın vergisini özü ödəyir. Alqı-satqını torpağın mülkiyyət hüququnu müəyyən edən\nsənədlər verilmədiyinə görə notariatda sənədləşdirə bilməmişlər. Torpağın alqı-satqısını\nrəsmiləşdirmək üçün məhkəməyə müraciət etmiş və məhkəmənin qətnaməsi ilə onun\niddiası təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya instansiyası\nməhkəməsi tərəfindən qətnamə ləğv edilmişdir. Belə olduğu halda, həmin torpaq\nsahəsində çəkdiyi xərclər və torpaq sahəsinin alqı-satqısı zamanı verdiyi pul ona geri\nqaytarılmalıdır.Belə ki, həmin torpaq sahəsində 2000-ci ildən bəri 500 ədəd iri-xırda fındıq\nağacı əkmişdir. Hazırda iri fındıq ağacının qiyməti 100 manat, xırdasının qiyməti isə 50\nmanatdır. Həmin bağda 200 ədəd iri, 300 ədəd xırda fındıq ağacları vardır. Fındıq\nağaclarının dəyəri cəmi 35.000 manat təşkil edir. Bundan başqa, ağacların əkilməsinə\ngörə X10 2000 manat, 500 manat kanal qazmaq üçün, 2000-ci ildən hal-hazıradək bağın\nqorunması üçün 1500 manat pul vermişdir.19 ildə isə bu məbləğ 28.500 manat təşkil edir.\nBundan başqa, həmin torpağın alqı-satqısı zamanı cavabdehlərə 1500 ABŞ dolları pul\nvermişdir.\nMəhkəmənin qərardadına əsasən əldə olunmuş Azərbaycan Respublikası Kənd\nTəsərrüfatı Nazirliyinin Zaqatala X17 Mərkəzinin 11mart 2020-ci il tarixli arayışında qeyd\nolunmuşdur ki, Zaqatala rayonu Əliabad qəsəbəsi ərazisində yerləşən fındıq bağının\n\nölçüləri 62 m x 274 m = 17000 kv.m və ya 1,70 ha olmaqla 10x1 əkin sxemində 420\ntopadan ibarətdir.Onlardan 250 topa fındıq ağacı təqribən 10 il əvvəl əkilmiş, bir neçə ildir\nki məhsul verməyə başlamışdır. 50 ədəd fındıq topası sonradan əkilmiş, məhsul verməyə\nbaşlamışdır. 120 ədəd fındıq topası isə yararsız fındıq topa olduğu üçün çıxarılaraq\nyenidən əkilmişdir. 250 fındıq topası (1 topaya 160 manat olmaqla) 40.000 manat\nqiymətləndirilmişdir.50 topa fındıq (orta qiymət olaraq 1 topaya 50 manat olmaqla) təqribi\n2500 manat olmuşdur.Yenisalınan 120 topa fındıq (hər topa 30 manat qiymətləndirilərək)\ntəqribi 3600 manat olmuşdur. Əkilmiş 17 ədəd qoz ağacları məhsul verməyə başlamış və\nhər bir qoz ağacı üçün 70 manat hesablanaraq təqribi 1190 manat qiymətləndirilmişdir.\nBundan başqa, sözügedən sahənin hazırlanması, aqrotexniki tədbirlərin görülməsi və\nsərhədlərin bağlanmasına 2500 manat sərf edilmişdir. Ümumi məbləğ təqribi 49.790\nmanatmüəyyənediləbilər.\nZaqatala Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi)\n2(033)-261/2020 nömrəli iş üzrə 08 may 2020-ci il tarixli qətnaməsi ilə (hakim\nE.Məmmədov) iddiaqisməntəminedilmiş,cavabdehlərdən 49.790 manatpulvəödənilmiş\n30manatdövlətrüsumunun alınaraqiddiaçıyaverilməsiqətedilmişdir.\nMəhkəmə müəyyən etmişdir ki, cavabdehlər əvvəllər razılaşma əsasında\nsözügedən torpaq sahəsini iddiaçıya satmışlar və hal-hazıradək sözügedən torpaq sahəsi\niddiaçının istifadəsindədir. İddiaçının torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin\nbağlanmışhesabedilməsinədairiddiasıməhkəməqətnaməsiilətəminolunmamışdır.\nBirinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının sözügedən torpaq\nsahəsində çəkilmiş xərclərin (verdiyi pul məbləği də daxil olmaqla) cavabdehlərdən\nalınmasına dair iddia tələbi qismən əsaslıdır və çəkilmiş xərclərlə bağlı mütəxəssis rəyi ilə\nrazılaşaraq belə nəticəyə gəlmişdir ki, rəydə qeyd olunan məbləğin cavabdehlərdən\ntutulmasıməqsədəuyğundur.\nMəhkəmə, həmçinin qeyd etmişdir ki, iddiaçı tərəfindən alqı-satqı zamanı verilmiş\n1500 ABŞ dollarının hazırkı məzənnəsi cüzi olduğundan, iddiaçı çəkdiyi xərc məbləğinin\nmütəxəssis rəyində göstərilən məbləğlə əhatə olunduğu bildirərək həmin hissəni\nmübahisələndirməmişdir.\nMəhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin\n(bundan sonra–MPM)14.2,77.1,217.3-cümaddələrinə istinadlaəsaslandırmışdır.\nSonradan birinci instansiya məhkəməsi qətnamədəki yanlışlığın düzəldilməsi\nbarədə qərardad qəbul edərək, qətnamənin əsaslandırıcı hissəsinə Azərbaycan\nRespublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21.2, 1091.1, 1091.2-ci\nmaddələrininəlavəolunmasınıqəraraalmışdır.\nQətnamədən Cavabdeh1 apellyasiyaşikayətivermişdir.\nb) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat\nCavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya\nməhkəməsinin qətnaməsi qanunsuz, əsassız və ədalətsizdir. Məhkəmə maddi və\nprosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün\nmühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır, qətnamədə göstərilən\nnəticələr işin hallarına uyğun gəlmir. Belə ki, iddiaçı mülkiyyətlərində olan 1,70 ha torpaq\nsahəsi ilə əlaqədar ilk dəfə 2006-cı ildə söhbətləri olmuş və həmin torpaq sahəsinə\nbaxmaq ona çətin olduğu üçün onun qohumu X3 1500 ABŞ dollarına icarəyə vermişdir ki,\nonlar bu torpaqdan istifadə etsinlər. Həmin vaxt uşaqları Rusiya Federasiyasında olmuş,\nqızı isə Bakı şəhərində yaşamışdır. Digər tərəfdən həmin torpaq sahəsi ondan başqa bir\nneçə şəxsin mülkiyyətində olmuş, onun həmin torpaq sahəsinə sərəncam vermək hüququ\nolmamışdır. İddiaçı mülkiyyətlərində olan torpaq sahəsində onların razılığı olmadan\nözbaşına ağaclar əkmiş və hazırda həmin ağaclara görə onlardan külli miqdarda vəsait\ntələb edir, halbuki onun iddiasında məbləğ çox şişirdilmişdir. İlkin komissiya tərəfindən\nhəmin torpağa baxış keçirilərkən iddiaçının xərcləri 4800 manat məbləğində\nqiymətləndirilmiş, lakin iddiaçı bununla razılaşmayaraq yenidən şikayət edib iddiasında\ngöstərdiyiməbləğitələbetmişdir.\n\nApellyasiya icraatı zamanı \"xxxx\" MMC tərəfindən verilmiş 16 sentyabr 2020-ci il\ntarixli 337 nömrəli rəydə qeyd olunmuşdur ki, Zaqatala rayonu, Əliabad qəsəbəsində\nyerləşən 1,70 ha torpaq sahəsindəki 226 ədəd fındıq topalarının inkişaf səviyyəsinə\nəsasən fındıq topalarının yaşının 12 il olması və həmin ağaclara 12 ilədək, sualın tədqiqat\nhissəsində sadalanan aqrotexniki qulluq göstərilməsi müəyyən edilir. Yerdə qalan, 238\nədəd məhsuldarlığa düşməyən 2-4 illik sonradan əkilmiş fındıq topalarına (yarısı 2 illik,\nyarısı təxminən 4 illik), 17 ədəd məhsuldar, təxminən 14 illik qoz ağaclarına aid olması\nmüəyyən edilir. Ekspert baxışına təqdim edilmiş, Zaqatala rayonu, Əliabad qəsəbəsində\nyerləşən 1,7 ha torpaq sahəsində salınmış 12 yaşı olan, 226 ədəd məhsuldar fındıq\ntopasından, 119ədəd 4 illik, 119ədəd 2 illik fındıq topasından və 17 ədəd məhsuldar qoz\nağacı olan bağın, aparılmış abadlaşdırma işləri nəzərə alınmaqla, hazırkı bazar dəyəri\ntəxminən 42.653,00 manat müəyyən edilir. O cümlədən: - 12 yaşlı 226 ədəd məhsuldar\nfındıq topasının dəyəri (226 ədəd x 120 manat) – 27.120,00 manat; -119ədəd 4 illik fındıq\nağacının dəyəri (119ədəd x 40 manat) - 4760,00 manat; -119ədəd 2 illik fındıq ağacının\ndəyəri (119ədəd x 20 manat) - 2380,00 manat; -4-5 şitildən ibarət fındıq topasının əkilmə\nxərci (464 topa x 2 manat) - 928,00 manat; -17 ədəd məhsuldar qoz ağacının dəyəri (17\nədəd x 80 manat) -1360,00 manat; -14 ildə bağa qulluq edilmə və bağın mühafizəsi (30\nmanat x 14 il x 12 ay) - 5040,00 manat; -355 metr kanalın qazılması xərci (355 metr x 3\nmanat) - 1065,00 manat. Rəydə qeyd olunmuşdur ki, 12 illik fındıq ağacları bazarlarda\nsatılmadığına (belə ağacı bir yerdən başqa yerə köçürmək mümkün deyil) görə, 1 illik 1\nağaca tələb edilən aqrotexniki qulluq təxminən 10 manat qiymətləndirilməklə, 12 yaşı olan\nfındıq topasının orta bazar qiyməti təxminən 120,00 manat qiymətləndirilmişdir.\nRespublikada daşınmaz əmlak (o cümlədən torpaq sahəsi) bazarında mövcud olan\nqiymətlərdən və tələbatdan, eləcə də əmlakın yerləşdiyi məkandan, nəqliyyat xəttinə\nyaxınlığından, qulluq səviyyəsindən, torpağın münbitliyindən, suvarma sisteminə\nyaxınlığından və sairdən asılı olaraq, torpağın və torpaq üstündə olan fındıq kollarının\nqiymətindəqisməndəyişiklikolmasıistisnaedilmir.\nMəhkəmə iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək\nbildirmişdir ki, nə X12 Mərkəzi, nə də ki, ekspertiza rəyi ilə razı deyil. İddiaçı həmin\ntorpaqdan yetərincə istifadə etmiş və gəlir götürmüşdür. Bundan əlavə iddiaçı mübahisəli\ntorpaqsahəsinəqanunsuz yiyələnmişdir.\nOnun vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci\ninstansiya məhkəməsi hazırkı iş üzrə qərar qəbul edərkən maddi və prosessual hüquq\nnormalarını düzgün tətbiq etməmiş, tərəflər arasındakı qarşılıqlı münasibəti düzgün\nqiymətləndirməmişdir. Çünki bu illər ərzində mübahisəli torpaq sahəsi cavabdehlərə\nməxsusolmuş,bütünsubsidiyalarıcavabdehlər almışlar.\nMəhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X8 apellyasiya şikayətinə\netirazedərək bildirmişdirki,cavabdeh tərəfbuillərərzindəhəmintorpaq sahəsində heçbir\nəkin-biçinişləriaparmamışdır.Verilmişarayışlardayalnızyanacaqlabağlısubsidiyalardır.\nŞəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya\ninstansiyası məhkəməsi) 2(107)-1459/2020 nömrəli iş üzrə 17 noyabr 2020-ci il tarixli\nqətnaməsi ilə (hakimlər A.Mahmudov – (sədrlik edən və məruzəçi), Ə.Məcidov və\nM.Əsədli) apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin\nqətnaməsi tam ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunaraq, iddia tələbi qismən\ntəmin edilmiş, cavabdehlərdən 42.653 manat və ödənilmiş 30 manat dövlət rüsumunun\nalınaraq iddiaçıya verilməsi, ekspertiza tədqiqatının dəyəri olan 300 manatın\ncavabdehlərdən alınaraq \"xxxx\" MMC-nin hesаbınа ödənilməsi qət olunmuş, iddia tələbi\nqalanhissədətəminedilməmişdir.\nİşə apellyasiya qaydasında baxan məhkəmə hesab etmişdir ki, birinci instansiya\nməhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırsa, mübahisə predmeti ilə\nbağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlsə də, tətbiq\nedilməli olan maddi hüquq normasının tətbiqində səhvə yol vermiş, bununla bağlı\nqətnamədə yanlışlığın düzəldilməsi barədə qərardad qəbul etmişdir. Halbuki, MPM-in\n\n228.2-ci maddəsində, qətnamədə maddi hüquq normasının göstərilməməsi ilə bağlı\nsonradan yanlışlığındüzəldilməsinəzərdətutulmamışdır.\nApellyasiya məhkəməsi qeyd etmişdir ki,apellyasiya şikayətinin dəlilləri qətnamənin\nləğviüçünəsasolsada,iddianınrəddedilməsiüçünəsasdeyildir.\nBelə ki, işin faktiki halları ilə müəyyən olunmuşdur ki, təxminən 14-15 il bundan\nəvvəl tərəflər mübahisəli torpaq sahəsinin alqı-satqısı barədə qarşılıqlı razılığa gəlmişlər\nvə həmin vaxtdan da iddiaçı cavabdeh tərəfin torpağından istifadə etməklə faktiki sahibliyi\nhəyata keçirmişdir. Lakin həmin torpaq sahəsinin alqı-satqısı baş tutmamışdır. Sonradan\ntərəflər arasında mübahisə yarandığından cavabdehlərin tələbi ilə iddiaçı həmin torpaq\nsahəsindən istifadə etməmiş və cavabdehlərə geri qaytarmışdır. Mübahisəli ərazidə olan\nbəhər verən ağaclar (qoz, fındıq və sair) da məhz iddiaçı tərəfindən əkilmiş, becərilmiş,\nzəhmət və xərc tələb edən aqrotexniki qulluq göstərilməklə həmin ağaclar bu illər ərzində\nməhsul (bar) verən bir vəziyyətə gətirib çıxarılmışdır. Həmin fındıq, qoz ağacları bəhər,\nqazanc verən bir ərəfədə cavabdeh tərəf torpağı iddiaçının adına rəsmiləşdirməkdən\nimtina etməklə yanaşı, geri tələb etmişdir. Beləliklə, iddiaçının həmin torpaq sahəsinə\nsаhiblik etməsi heç də özbаşınа bаş verməmiş, cavabdeh tərəfin irаdəsinə uyğun\nоlmuşdur. İddiaçı da öz aralarındakı danışığı, etimadlı münasibəti alqı-satqı kimi\nqiymətləndirərək, torpağı artıq özününkü zənn etmiş və orada zəhmət və xərc tələb edən\nişlərgörmüş,həminərazinimövcudvəziyyətəgətiribçıxarabilmişdir.\nMəhkəmə qeyd etmişdir ki, eyni coğrafi zonadan olan hər iki tərəfin fındıq və qoz\nağaclarının (topalarının) əkilib-becərilməsi, məhsuldar bir vəziyyətə gəlib çıxması üçün nə\nqədər zəhmət, xərc tələb edildiyini, illər lazım olduğunu, fındıq ağacının tam məhsuldar bir\nvəziyyətə çatması üçün 10-12 il lazım olduğunu bildiyi bir halda, cavabdehin apellyasiya\nşikayətinin dəlilləri inandırıcı görünmür. İşdən görünür ki, həmin ərazi iddiaçının\nistifadəsinəheçdəqısamüddətədeyil,uzunmüddətüçünverilmişdir.\nCavabdeh tərəf torpaq sahəsinin əvvəlki vəziyyəti ilə bağlı mülkiyyət hüququna malik\nolsa da, onun üzərində iddiaçı tərəfindən öz xərci, gəliri və zəhməti hesabına əkilib-\nbecərilmiş fındıq və sair ağaclara dair heç bir subyektiv hüquqa malik deyildir. Ona görə\ndə, iddiaçı tərəf öz xərci hesabına əkib-becərdiyi ağaclardan bəhər,gəlir götürməyəcəksə,\nhəmin ağacların onun iradəsindən asılı olmayan bir səbəbdən cavabdeh tərəfin ixtiyarına\nverilməsiqarşıtərəfinəsassızvarlanmasıkimiqiymətləndiriləbilər.\nMəhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlmişdir ki, ekspertiza rəyində qeyd\nolunmuşməbləğəsasgötürülməklə, iddiaqisməntəminolunmalıdır.\nMəhkəmə öz mövqeyini Mülki Məcəllənin 18, 21.1, 21.2, 152.1-152.4, 157.2, 157.4,\n560.1, 1091.1, 1091.2, 1092, 1096.1,1097.1-ci, Azərbaycan Respublikası Torpaq\nMəcəlləsinin (Torpaq Məcəlləsi) 84-cü, MPM-in 228.2-ci maddələrinə istinadla\nəsaslandırmışdır.\nQətnamədən Cavabdeh1 kassasiyaşikayətivermişdir.\nc) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat\nAzərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra –\nkassasiya instansiyası məhkəməsi) 2(102)-2252/2021 nömrəli iş üzrə 06 may 2021-ci il\ntarixli qərarı ilə (hakimlər – V.Həsənov (sədrlik edən və məruzəçi), İ.Dəmirov və\nƏ.Əhmədov) kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 17\nnoyabr 2020-ci il tarixli qətnaməsi ləğv olunmuş və iş yeni apellyasiya baxışına\ngöndərilmişdir.\nKassasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki,işə baxan\nməhkəmələr dəymiş zərərin məbləğini müəyyən etməzdən və bunlarla bağlı sübutların\ntoplanmasını həyata keçirməzdən əvvəl tərəflər arasında hansı münasibətlərin olması, bu\nmünasibətlərin nə vaxtdan yaranması (iddiaçının göstərdiyi kimi 2000-ci ildən və ya\ncavabdehin göstərdiyi kimi 2006-cı ildən, yaxud işdə olan yazılı sənədə əsasən 2014-cü\nildən), torpaq sahəsində ağacların əkilməsinin kimin tərəfindən həyata keçirilməsini\nmüəyyənetməmişlər.\n\nİşmaterialları iləmüəyyən olunur ki,23 aprel 2006-cıiltarixdə akttərtib olunmuş və\nhəmin aktın məzmunundan aydın olur ki, Cavabdeh2, Cavabdeh3, xxx, Cavabdeh4,\nQ.XXXa onlara məxsus pay torpaq sahəsini Əliabad qəsəbə sakini X1 etiraz etməmişlər.\nİşdə olan digər 08 dekabr 2014-cü il tarixli yazılı sənəddən görünür ki, XXX X9 qəsəbəsi 7\nsaylı bölgənin “Çaliaxo” adlanan sahəsində ona və ailə üzvlərinə məxsus 1,70 ha torpaq\nsahəsiniƏliabadqəsəbəsakiniİddiaçı1500ABŞdollarınasatmışdır.\nİddiaçının iddia ərizəsində göstərdiklərindən, istinad etdiyi yuxarıda göstərilən\nsənədlərdən və cavabdeh tərəfin mövqeyindən aydın olmur ki, mübahisəli torpaq sahəsi\nnə vaxtdan iddiaçının istifadəsinə verilmiş, istinad olunan sənədlərin tərtib olunmasının\nsəbəblərinədir.\nEynizamanda, məhkəmələr faktikiolaraqrəsmisənədlər əsasında torpaq sahəsinin\nkimin mülkiyyətində olmasını və həmin torpaq sahəsinin iddiaçıya keçməsi və ondan geri\nalınması zamanı bütün mülkiyyətçilərin razılıqlarının olub-olmamasını, hazırda torpaq\nsahəsindən kimlərin istifadə etdiyini müəyyən etməmişlər. Göstərilən halların\naydınlaşdırılması iş üzrə irəli sürülmüş iddia tələbinə cavab verməli olan şəxslərin\ndairəsininmüəyyənedilməsiüçündəəhəmiyyətlidir.\nCavabdeh tərəf etirazında faktiki olaraq torpaq sahəsini 2000-ci ildə XXXya icarəyə\nverməsini, hazırkı iş üzrə iddiaçı ilə heç bir münasibətinin olmamasını qeyd etmişdir.\nApellyasiya instansiya məhkəməsi ağacların 14-15 il əvvəl əkilməsi nəticəsinə gələrkən iş\nüzrə iddiaçı ilə 2014-cü ildə rəsmiləşdirilmiş sənədin əslini tələb edərək işdə olan digər\nsübutlarla birlikdə qiymətləndirilməsini təmin etməmişdir. Eyni zamanda, iddia ərizəsindən\nvə iddiaçının verdiyi izahatlardan aydın olmur ki, o, torpaq sahəsini nə vaxt əldə etmişdir,\n2006-cı ildə torpaq sahəsinin işə cəlb olunmayan XXXya satılmasına digər cavabdehlər\nrazılıq vermişlərsə, hansı səbəbdən 2014-cü ildə torpaq sahəsi iş üzrə iddiaçıya\nverilmişdir.Torpaqsahəsininiddiaçıya08dekabr 2014-cüiltarixdəverilməsiyazılısənədlə\nmüəyyən olunduğu təqdirdə iddiaçının 14-15 il əvvəl həmin torpaq sahəsində ağaclar\nəkməsivəonlardanbəhərgötürməsiişdəolansübutlarbaxımından anlaşılmazdır.\nApellyasiya instansiyası məhkəməsi işin düzgün həll edilməsi və mövcud sübutların\nqarşılıqlı qiymətləndirilməsi üçün işdə olan yazılı sübutların əsillərinin təqdim olunması və\nX2 işə cəlb olunması istiqamətində tədbir görməmiş, yalnız zərərin məbləğini müəyyən\nedərəkişiyekunlaşmışhesabetmişdir.\nd) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat\nİşə apellyasiya qaydasında təkrar baxan məhkəmə 23 aprel 2006-cı il tarixli aktın\nəslinitədqiqetmişvəişmateriallarınaəlavəetmişdir.\nBundan əlavə, iş materiallarına 08 dekabr 2014-cü il tarixli aktın əsli əlavə\nolunmuşdur.\nMəhkəmə X5 öz təşəbbüsü ilə iş üzrə şahid qismində dindirmişdir. Sonuncu verilən\nsuallara cavab olaraq bildirmişdir ki, iddiaçı onun eltisidir. 2006-cı ildə tərtib edilmiş aktda\ntorpağın ona satılması göstərilsə də, əslində həmin torpağı iddiaçı satın almışdır. Sadəcə\nolaraq iddiaçının sənədləri qaydasında olmadığına görə aktda bir qohum kimi formal\nolaraq onun adı yazılmışdır.Amma həqiqi alıcı eltisi XXX olmuş, torpağın alınmasına görə\npulu o ödəmişdir.XXX həmin torpaq sahəsindən 2006-cı ildən etibarən istifadə edir.2006-\ncı ildə orada fındıq və qoz ağaclarını qaynı, yəni İddiaçı əri X14 Abbasova ilə birlikdə\nəkmişdir. Ağaclar əkilərkən o da bir qohum kimi onlara kömək etmişdir. Cavabdehlər isə\ntorpaq sahəsində heç nə əkməmişlər.2006-cı ildə tərtib edilmiş akta Cavabdeh2 və bütün\nailə üzvləri imza etmişlər. Həmin akt o vaxtkı kənd sovetinin binasında imzalanmışdır.\nSözügedən torpaq sahəsindən hazırda da XXX istifadə edir. Torpağın alqı-satqısına dair\n2014-cü ildə akt tərtib olunarkən o da iştirak etmiş, həmin vaxt sözügedən torpaq sahəsini\nCavabdeh1 İddiaçı1500ABŞdollarınasatmışdır.\nApellyasiya instansiyası məhkəməsinin 2(107)-1441/2021 nömrəli iş üzrə 16\nsentyabr 2021-ciiltarixliqətnaməsi ilə(hakimlər – G.Abbasov (sədrlik edən və məruzəçi),\nA.Eyvazov və İ.Şükürov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya\nməhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılaraq, iddia qismən\n\ntəmin olunmuş, cavabdehlərdən 42.653 manat pul və ödənilmiş 30 manat dövlət\nrüsumunun alınaraq iddiaçıya verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi,\nekspertizasının dəyəri olan 300 manat məbləğində məhkəmə xərcinin cavabdehlərdən\nmüştərəkqaydada alınaraq\"xxxx\"MMC-ninhesаbınа ödənilməsiqətolunmuşdur.\nMəhkəmə müəyyən etmişdir ki, iddiaçı cavabdeh tərəflə 2006-cı ildə sözügedən\ntorpaq sahəsinin alqı-satqısı barədə qarşılıqlı razılığa gəlmiş, 23 aprel 2006-cı il tarixdə\ncavabdeh tərəfin ailə üzvləri torpaq paylarının iddiaçıya satılmasına etiraz etmədiklərini\ntərtib edilən akta imza etməklə təsdiq etmişlər, lakin iddiaçının sənədləri qaydasında\nolmadığına görə aktda formal olaraq iddiaçının qohumu X2 adı qeyd edilmişdir. Həmin\nvaxtdan etibarən torpaq sahəsi iddiaçının faktiki istifadəsinə verilmiş, iddiaçı sözügedən\ntorpaq sahəsindən istifadə etməklə faktiki sahibliyi həyata keçirmişdir.Lakin həmin torpaq\nsahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından torpaq sahəsinin rəsmi\nqaydada alqı-satqısı baş tutmamışdır.Tərəflər torpaq sahəsinin alqı-satqısı ilə bağlı 2006-\ncı ildə gəldikləri razılaşmalarına sadiq olmaları haqqında iradə ifadələrini 08 dekabr 2014-\ncü il tarixli aktla bir daha təsdiq etmişlər. Həmin aktda iddiaçının Cavabdeh1 torpağın alış\nqiyməti olan 1500 ABŞ dollarını ödəməsi və sonuncunun torpaq sahəsini iddiaçıya\nsatması müqabilində ondan həmin pulu nağd olaraq alması qeyd edilmiş, sözügedən\nsənəd tərəflərin imzaları və Zaqatala Rayon İcra hakimiyyəti başçısının Əliabad qəsəbəsi\nüzrə nümayəndəsinin möhürü ilə təsdiq edilmişdir. Torpaq sahəsi hazırkı dövrə kimi\niddiaçınınistifadəsindəolmuşdur.\nMəhkəmə qeyd etmişdir ki, torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində\nqeydə alınmasa da, həmin torpağın Respublikada aparılan aqrar islahatın nəticəsində\ncavabdehlərin ailəsinə verilməsi və onlara məxsus olması işin mübahisələndirilməyən\nhalıdır.\nBeləliklə, iddiaçının 2006-cı ildə cavabdehlərin ailə üzvləri ilə qarşılıqlı razılığa\ngələrək 1,70 ha torpaq sahəsini onlardan satın alması və həmin vaxtdan etibarən orada\nqozağaclarıvəfındıqtopalarını əkibbecərərəkbağsalmasımüəyyənolunmuşdur.\nCavabdehlər iddiaçının onların torpağını zəbtedərək istifadəetməsini bildirsələrdə,\nbu işin halları ilə təkzib olunur. Çünki, uzun illər, onların bildirdikləri kimi 15 ilə yaxın\nmüddət ərzində torpaq sahəsi qanunsuz olaraq zəbt edilmişdirsə, onlar bununla bağlı hər\nhansı inzibati orqana müraciət edə və ya məhkəmədə müvafiq iddia qaldıra bilərdilər.\nLakin onların belə bir müraciəti olmamış, əksinə iddiaçı cavabdehlər tərəfindən\nhüquqlarının pozulduğunu bildirərək məhkəmədə onlara qarşı iddialar qaldırmışdır.\nBundan başqa, Cavabdeh1 şikayətində komissiya tərəfindən həmin torpağa baxış\nkeçirilərkən iddiaçının xərclərinin 4800 manat məbləğində qiymətləndirildiyini, lakin\niddiaçının bununla razılaşmayaraq yenidən şikayət edib iddiasında göstərdiyi məbləği\ntələb etdiyini göstərmişdir. Göründüyü kimi, cavabdeh bununla iddiaçının onlara məxsus\ntorpaq sahəsinə xərc qoyduğunu etiraf etmişdir,sadəcə olaraq tələb olunan məbləğlə razı\ndeyildir.\nMəhkəmə apellyasiya instansiyası məhkəməsinin əvvəlki hüquqi mövqeyinə uyğun\nolaraq \"xxxx\" MMC tərəfindən verilmiş 16 sentyabr 2020-ci il tarixli 337 nömrəli rəyi\nmötəbər sübut kimi qəbul etmiş və birinci instansiya məhkəməsinin mübahisə üzrə hüquqi\nmövqeyi ilə qismən razılaşaraq hesab etmişdir ki, əgər iddiaçı tərəf öz xərci hesabına\nəkib-becərdiyi ağaclardan bəhər,gəlir götürməyəkdirsə, həmin ağacların onun iradəsindən\nasılı olmayan səbəbdən cavabdeh tərəfin ixtiyarına verilməsi qarşı tərəfin əsassız\nvarlanması kimi qiymətləndirilməlidir. Cavabdeh tərəf isə mübahisəli torpaq sahəsində\nəkilib-becərilmiş ağaclara münasibətdə hər hansı bir hüququnun olmasını təsdiq edəcək\nsübutu nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya məhkəməsinə təqdim\netməmişdir.\nQətnamədən Cavabdeh1 kassasiyaşikayətivermişdir.\nKassasiya şikayətinin və ona etirazın dəlilləri\na) Kassasiya şikayətinin dəlilləri\n\nCavabdeh (Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin\nqətnaməsinin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını\nxahişetmişdir.\nKassasiya şikayətində qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsinin\ngəldiyinəticəMülkiMəcəllənin21.1-cimaddəsinintələbinəziddir.\nİddiaçı ilə Cavabdeh1 arasında akt 2014-cü ildə tərtib olunsa da, iddiaçı 2016-cı\nildən həmin bağdan istifadə etmişdir. Həmin tarixə qədər torpaq sahəsindən istifadə\netməsinə dair iddiaçı məhkəmələrə hər hansı sübut təqdim etməmişdir. Cavabdehlərin\nbağıiddiaçıyasatmasıişmateriallarında olansübutlarlatəsdiqolunmur.\nİşdə olan qəbzlər sübut edir ki, torpaq sahəsinə dair vergilər cavabdehlər tərəfindən\nödənilmişdir. İddiaçı torpaq sahəsində 2000-ci ildən fındıq ağaclarının əkildiyini iddia etsə\ndə, fındıq bağına faktiki sahibliyi 2016-cı ildən həyata keçirmişdir. Bu hal iş materialları ilə\ntəsdiq olunur. Eyni zamanda, iddiaçının bağa sahiblənməsi cavabdehlərin mülkiyyət\nhüquqlarının pozulmasına gətiribçıxarır.\nİddiaçının cavabdehlərin mülkiyyətində olan torpaq sahəsindən istifadə etməsi və\nona sahiblik etməsi qanunsuzdur. Belə ki, iddiaçı həmin torpaq sahəsinin ona məxsus\nolmamasını, cavabdehlərin mülkiyyətində olmasını bilmiş, torpaq sahəsinə vicdansız\nsahibliketmiş,vicdansızistifadəhəyatakeçirmişdir.\nHəm də qanuna görə, istər vicdanlı, istərsə də vicdansız sahib əmlakdan gəlirin\nmülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin\nödənilməsini mülkiyyətçidən tələb edə bilər. Torpaq sahəsi hal-hazırda da iddiaçının\nistifadəsindədir.\nBundan başqa, iddiaçı tərəfindən həmin torpaq sahəsinə hər hansı xərc\nçəkilmişdirsə belə, iddiaçı ilə cavabdeh arasında çəkilmiş xərclərin əvəzinin gələcəkdə\nödənilməsiiləbağlıhərhansıbirrazılaşmayoxdur.\nFındıq ağaclarının əkilməsi ilə bağlı xərclərin, habelə bağa çəkilmiş digər xərclərin\niddiaçı tərəfindən həyata keçirilməsi mülki iş materialları ilə sübut olunmadığı halda,\napellyasiya instansiyası məhkəməsinin Mülki Məcəllənin 1091.1, 1091.2, 1092, 1096.1 və\n1097.1-cimaddələrinə istinadetməsimaddihüquqnormalarının pozulmasına işarəedir.\nHəmçinin, apellyasiya məhkəməsi kassasiya məhkəməsinin göstərdiyi ziddiyyətləri\naradan qaldırmamış, şahidin ifadəsini həqiqət kimi qəbul etmiş, halbuki şahid 2014-cü ildə\nakt tərtib olunarkən orada iştirak etdiyini bildirmiş, lakin aktda bu hal öz əksini\ntapmamışdır.\nİddiaçı iddia ərizəsində torpaq sahəsindən 2000-ci ildən istifadə etdiyini qeyd etmiş,\nşahid ifadəsində iddiaçının torpaqdan 2006-cı ildən istifadə etdiyini göstərmiş, Cavabdeh2\nisə iddiaçının 2016-cı ildən torpaqdan istifadə etdiyini bildirmişdir. Göründüyü kimi,\nizahatlararasındayenəziddiyyətlərvardırvəonlararadanqaldırılmamışdır.\nBundan başqa, mütəxəssis rəyində qeyd olunmuşdur ki, torpaq sahəsində əkilmiş\nağacların yaşı 12-14 ildir. İddiaçı isə 2000-ci ildən torpaqda ağac əkdiyini qeyd etmişdir.\nƏgəriddiaçınındediklərihəqiqətdirsə, ozamanağaclarınyaşı20ilolmalıdır.\nŞahid ifadəsində, həmçinin qeyd etmişdir ki, ağacları 2006-cı ildə qayını –\niddiaçının əri iddiaçı ilə birlikdə əkmişlər. Lakin iddiaçı iddia ərizəsində bununla bağlı hər\nhansı məlumat qeyd etməmişdir. Bu ona dəlalət edir ki, şahidin ifadəsi həqiqətə uyğun\ndeyildir,o,iddiaçıtərəfindən öyrədilmişdir.\nBundan başqa, məhkəmə torpaq vergisinin ödənilməsi barədə arayışları\naraşdırmamış, işdəki sübutları düzgün qiymətləndirməmiş, bununla da MPM-in 88-ci\nmaddəsinintələbinipozmuşdur.\nİddiaçı tələbində qeyd etmişdir ki, sənədləri qaydasında olmadığına görə alqı-satqı\nmüqaviləsi bağlanmamışdır, lakin məhkəmə MPM-in 218.1-ci maddəsinə zidd olaraq öz\nmülahizəsinə əsasən qətnaməsində qeyd etmişdir ki, torpaq sahəsinin sənədləri\nqaydasında olmadığıüçünalqı-satqıhəyatakeçirilməmişdir.\nMəhkəmə, həmçinin MPM-in 9-cu maddəsinə zidd olaraq işə Cavabdeh1 iştirakı\nolmadan baxmış, məhkəmə iclasının təxirə salınması barədə onun vəsatətini əsassız\nolaraqtəminetməmişdir.\n\nb) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri\nKassasiyaşikayətinəqarşıyazılıetirazverilməmişdir.\nKassasiya baxışının hədləri\nQanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını\naraşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual\nhüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli\ngələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək\nişə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara\nistinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi\nqiymətləndirilməməlidir.\nHazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin kassasiya\nşikayəti əsasında, habelə şikayətin dəlilərinə əsasən iddianın təmin edilmiş hissəsində\ntələbinbölünməzolduğunəzərəalınmaqlaiddianıntəminolunmuşhissəsindəyoxlanılır.\nTətbiq edilən hüquq\nMülkiMəcəllə\nMaddə 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan,\nzədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib\nhissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun\nbütüntərkibhissələrininmülkiyyətçisidir.\nMaddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz\nyaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün\nolmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq\nüçünçəkdiyiməsrəflərinəvəzininödənilməsinitələbedəbilər.\nMaddə 1094. Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi\nəşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə\nmüəyyənedilmişqaydada həyatakeçirilir.\n \nTorpaqMəcəlləsi\nMaddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları\nqanunla qorunur. Onların pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada\nbərpaedilirvəhüquqların pozulmasınəticəsindəonlaradəyənzərərtamhəcmdəödənilir.\nMPM\nHakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını\nyalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi\nizahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən\nözünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (maddə\n9.3).\nBu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və\n437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni\nməhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır.\nBu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda\nməhkəməninqərardadına əsasənişəməhkəməiclasındabaxılabilər(maddə10.8-1).\nMəhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə\netməlidir(maddə14.2).\nHər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə\n77.1).\nİşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə\nsübutlartəqdimetməyitərəflərətəklifedəbilər(maddə77.3).\nİşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya\norqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin\n\nsübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu\nsübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri\nvəolduğuyergöstərilməlidir(maddə78.2).\nQanunavəyadigərnormativhüquqi aktlaraəsasənmüəyyənsübutetmə vasitələriilə\ntəsdiqedilməliolanişinhallarıbaşqasübutlarlatəsdiqolunabilməz(maddə81).\nMəhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin\nsübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun\nməhkəməüçünqabaqcadan müəyyənedilmişqüvvəsiyoxdur(maddə88).\nMəhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş\nsübutlarlaəsaslandırır (maddə217.4).\nKassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi\nnəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud\nqətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına\nistinadetməyəyolverilmir(maddə407.2).\nKassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya\nşikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən\nmaddivəprosessualhüquqnormalarının düzgüntətbiqedilməsiniyoxlayır(maddə416.1).\nProsessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması\nqətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu\ndüzgünqətnaməqəbuledilməməsiilənəticələnsinvəyanəticələnəbilsin(maddə418.3).\nAzərbaycanRespublikasıKonstitusiyaMəhkəməsinin18.03.2019-cuiltarixliqərarı\n...çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual\nqanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini\nnəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar\nəsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi\ntərəflərə təklif edə bilər (MPM-in 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə\niştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları\nmüstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə\nməhkəməyə müraciət edə bilər (MPM-in 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş\nüzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil\nqaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada\nəldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma\nməhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər\nhansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər.\nHalbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır.\n...hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə\ntərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi\nisəməhkəmətərəfindən sübutlarındüzgünqiymətləndirilməsindən asılıdır.\nKassasiya instansiyası məhkəməsinin mövqeyi\nBaxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.7-ci maddəsi\ntəşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə əsasən başqasının mülkiyyətində olan\nəmlaka vicdanlı sahiblik etmiş şəxsdən həmin əmlak geri alınarkən sahibin əmlaka zərər\nyetirmədən ondan ayrıla bilən yaxşılaşdırmalarını özündə saxlamaq hüququ vardır.\nYaxşılaşdırmalarıayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakı yaxşılaşdırmaq üçün\nçəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər, lakin bu məsrəflər əmlakın\ndəyərindən artıqolmamalıdır.\nBeləliklə iddia tələbinin qanuni əsaslarından göründüyü kimi əmlaka vicdanlı sahiblik\netdiyini iddia edən şəxs öz yaxşılaşdırmalarını məhz əmlakın mülkiyyətçisindən tələb edə\nbilərvəbutələbhüququ əmlakınsahibdənalındığıandanyaranır.\nİşə kassasiya icraatı qaydasında baxmış əvvəlki məhkəmə tərkibinin də əsas\nmövqeyi ondan ibarət olmuşdur ki, məhkəmələr faktiki olaraq rəsmi sənədlər əsasında\ntorpaq sahəsinin kimin mülkiyyətində olmasını və hazırda torpaq sahəsindən kimlərin\n\nistifadə etdiyini müəyyən etməmişlər. Göstərilən halların aydınlaşdırılması iş üzrə irəli\nsürülmüş iddia tələbinə cavab verməli olan şəxslərin dairəsinin müəyyən edilməsi üçün də\nəhəmiyyətlidir.\nYeniapellyasiya baxışı zamanı məhkəmə qeyd etmişdir ki, torpaq sahəsi daşınmaz\nəmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin torpağın Respublikada aparılan\naqrar islahatın nəticəsində cavabdehlərin ailəsinə verilməsi və onlara məxsus olması işin\nmübahisələndirilməyən halıdır.\nQeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin\nvəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini\nmüəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz\nhallarını müəyyən etməkdən ibarətdir. Lakin bu zaman sübutların mümkünlüyü ilə bağlı\nMPM-in 81-ci maddəsinin tələbləri də nəzərə alınmalıdır.Həmin maddəyə əsasən qanuna\nvə ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq\nedilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bu baxımdan\nqanunvericiliyə əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan halların\ntərəflərin izahatları əsasında işin mübahisəsiz halı kimi müəyyən edilməsi MPM-in 81-ci\nmaddəsinintələblərinəziddir.\nBaxılan iş üzrə mübahisəli torpaq sahəsi daşınmaz əmlak olduğu üçün həmin\nəmlakın mülkiyyətçisi məhz bunu təsdiq edən hüquq müəyyənedici sübutlarla təsdiq oluna\nbilər. Torpaqsahələrinin aqrar islahatlar nəticəsində fiziki şəxslərin mülkiyyətinə verilməsi\ndəbuna dairhüquq müəyyənedici sənədlərlə təsdiq olunduğu üçün torpaq sahəsinin aqrar\nislahatlar nəticəsində hər hansı fiziki şəxsə (şəxslərə) verilməsi tərəflərin izahatları\nəsasındaişinmübahisəsizhalıkimimüəyyənolunabilməz.\nEyni zamanda nəzərə alınmalıdır ki, hazırkı iş üzrə iddiaçının Cavabdeh1 qarşı iddia\ntələbinə dair başqa iş üzrə müqavilənin bağlanmış hesab edilməsi barədə iddiası məhz 08\ndekabr 2014-cü il tarixli aktda göstərilən 1,70 ha torpaq sahəsinin Cavabdeh1 istifadəsinə\nverilməsi barədə dövlət aktı, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və\nmülkiyyəthüququna dairçıxarışolmadığıüçüntəminedilməmişdir.\nBununla yanaşı, apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki,\nmübahisəli torpaq sahəsi hal-hazırda da iddiaçının istifadəsindədir. Torpaq sahəsinin\niddiaçının istifadəsində olduğu iddiaçı tərəfindən iddia ərizəsində, habelə Cavabdeh1\ntərəfindən verilmişkassasiyaşikayətindədəmübahisələndirilməmişdir.\nBeləliklə apellyasiya instansiyası məhkəməsi qanunvericiliyə əsasən müəyyən\nsübutetmə vasitələri ilə təsdiq edilməli olan işin hallarını tərəflərin izahatları əsasında\nmübahisəsiz hal kimi müəyyən etmiş, mübahisəli torpaq sahəsinin hal-hazırda iddiaçının\nistifadəsində olduğunu müəyyən etsə də sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam\nbaxdıqdan sonra həmin sübutlara tətbiq edilməlihüquq normalarına müvafiq olaraq qiymət\nverməkləbağlıMPM-in88-cimaddəsinintələbinipozmuşdur.\nİşə kassasiya icraatı qaydasında baxmış əvvəlki məhkəmə tərkibinin\ngöstərişlərindən biri də apellyasiya instansiyası məhkəməsinin X2 işə cəlb olunması\nmümkünlüyünün tərəflərlə müzakirə edilmədiyi və bunun üçün təşəbbüs göstərilmədiyi ilə\nbağlıolmuşdur.\nYeni apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsi həmin\ngöstərişin icrası qaydasında X2 cavabdehlərin tərəfində müstəqil tələb irəli sürməyən\nüçüncü şəxs kimi işə cəlb olunması barədə məsələni tərəflərlə müzakirə etməli olduğu\nhaldaöztəşəbbüsü iləqeydolunanşəxsişahidqismindədindirmişdir.\nHalbuki MPM-in 9.3-cü maddəsinə müvafiq olaraq hakim çəkişmə prinsipini təmin\netmək üçün öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi\ndəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Çəkişmə və dispozitivlik\nprinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç\nbir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu\nməhkəməyə qadağan edir.MPM-in 77.3 və 78.2-ci maddələrinə əsasən məhkəmə iş üzrə\nsübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada\nəldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə\n\nbilmədiyinisübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür.Əks yanaşma məhkəmənin\ntərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin\ntərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər.Halbuki məhkəmə\n(hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Hüquqi həqiqət\nprinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə\ndüşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə\ntərəfindən sübutlarındüzgünqiymətləndirilməsindən asılıdır.\nMülkiprosesdəəsassübutnövlərindən biridəşahidifadələridir.Bubaxımdan şahidin\ndindirilməsi yalnız tərəflərin vəsatəti əsasında mümkündür. Məhkəmənin öz təşəbbüsü ilə\nşahid dindirməsi isə sübut etmə yükünü öz üzərinə götürməsi deməkdir və bu, çəkişmə və\ndispozitivlikprinsipləriiləbirarayasığmır.\nLakinbaxılan işüzrəbirinciinstansiyaməhkəməsiöztəşəbbüsü iləşahiddindirməklə\nmülkiprosessualqanunvericilinyuxarıdasadalanan prinsipvəmüddəalarını pozmuşdur.\nHazırkı işin düzgün həlli ilə bağlı Məhkəmə kollegiyası, həmçinin qeyd etməyi zəruri\nhesab edir ki, Mülki Məcəllənin 135.10 və 157.7-ci maddələrinin birgə təhlilindən\ngöründüyü kimi əşyanın yaxşılaşdırılması üçün edilmiş əlavələri ondan ayırmaq mümkün\ndeyilsə, vicdanlı sahib əşyanın dəyərindən artıq olmamaq şərti ilə onu yaxşılaşdırmaq\nüçün çəkdiyi xərcin ödənilməsini tələb edə bilər. Çünki, əşyadan ayrıla bilməyən əlavələr\nsıx fiziki bağlılıq və ya qarışma nəticəsində əsas əşyanın tərkib hissəsi kimi onun\nmülkiyyətçisinə məxsus olur. Mülki qanunvericiliyə əsasən əşyanın tərkibinə daxil olan və\ndağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey\nəşyanın tərkib hissəsidir. Əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin\nmülkiyyətçisidir.\nƏşyaya əlavə edilmiş yaxşılaşdırmalar onun ümumi dəyərini artırdığı üçün\nmülkiyyətçi dəyərin artdığı həcmdə varlanmış olur. Başqa sözlə, artmış dəyər\nmüvafiq yaxşılaşdırmaları ona çəkilmiş xərclərlə birlikdə özündə ehtiva edir. Ona görə də\nyaxşılaşdırmaları götürə bilməyən sahib həm yaxşılaşdırmanın dəyərini, həm də bu\ndəyərinəmələgəlməsiüçünçəkilmişxərcimülkiyyətçidəntələbedəbilməz. \nBu baxımdan torpaq sahəsində çoxillik bitkilərin əkilməsi nəticəsində həmin bitkilərin\ndağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən torpaqdan ayrılması mümkün deyilsə\nbeləbitkilərartıqəşyanın(torpaqsahəsinin)tərkibhissəsinəçevrilir.\nTorpağa bağlı olan çoxillik bitkilər (ağaclar) bazarda satılmadığından onların ayrıca\ndəyərini müəyyən etmək mümkün olmadığı halda həmin bitkilərin uzun illər ərzində ərsəyə\ngəlməsi üçün çəkilmiş xərclərin yaxşılaşdırmanın dəyəri kimi qiymətləndirilməsi Mülki\nMəcəllənin 157.7-ci maddəsinin məqsədlərinə cavab vermir. Oxşar vəziyyətlərdə vicdanlı\nsahib mülkiyyətçidən yaxşılaşdırmalarını tələb etdikdə həmin yaxşılaşdırmaların dəyəri\ntorpaq sahəsinin bu cür yaxşılaşdırmalarla birlikdə dəyəri ilə belə yaxşılaşdırılmalardan\nəvvəlki(onlarolmadan)dəyəriarasındakı fərqəsasındamüəyyənedilməlidir.\nQeyd edilənləri nəzərə almaqla Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya\ninstansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə maddi və prosessual\nqanunvericiliyin tələblərinə əməl olunmadan qəbul edildiyi üçün ləğv edilməli, iş həmin\nhissədə yeni apellyasiya baxışına göndərilməli, təkrar apellyasiya baxışı zamanı mübahisə\nilə bağlı həm işin faktiki vəziyyəti əlaqəli və mötəbər sübutlar əsasında\nmüəyyənləşdirilməklə, həm də müəyyən olunmuş işin hallarına tətbiq edilməli olan hüquq\nnormalarıəsasındaqiymətverilməkləəsaslandırılmış məhkəməaktıqəbulolunmalıdır.\nYuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər\ntutaraq, Məhkəməkollegiyası\nQərara aldı:\nCavabdeh1 tərəfindən verilmişkassasiyaşikayətiqisməntəminolunsun.\nŞəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1441/2021 nömrəli iş üzrə\n16 sentyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin\nolunmuşhissəsindələğvedilsinvəişhəminhissədəyeniapellyasiyabaxışınaqaytarılsın.\nQərarqəbuledildiyiandanqüvvəyəminir.",
      "url": "file:///C:/Users/TechEvo%20Computers/Downloads/3ulduz/2_761%2B31.01.2022.pdf",
      "local_file": "011_f7fdd2b76a.pdf",
      "local_text_file": "011_2(102)-761_2022.txt",
      "content_type": "application/pdf"
    },
    {
      "menbe": "Ali Məhkəmənin üç ulduzlu qərarları",
      "akt_novu": "Üç ulduzlu qərar",
      "tarix": "2024-06-13",
      "basliq": "2-1(102)-1108/2024",
      "is_nomresi": "2-1(102)-1108/2024",
      "movzu": "",
      "metn": "Azərbaycan Respublikası adından\nQƏRARDAD\nBakı şəhəri İş № 2-1(102)-1108/2024 13.06.2024\nALİ MƏHKƏMƏ\nAzərbaycan Respublikası adından\nAzərbaycan Respublikası\nAli Məhkəməsinin İnzibati Kollegiyasının\nİddiaçı Əliyev Səid (İxtiyar) Firidun oğlu\ncavabdeh Müdafiə Nazirliyinə\nqarşı iş üzrə\nQ Ə R A R D A D İ\n(Açar sözlər: tələblərin təmin olunmaması; şikayət vermək hüququnun\nyaranması üçün icraat iştirakçısının məhkəmə aktından məzmunca “ziyan çəkməsi”;\nkassasiyanın mümkünlüyü).\n\nAzərbaycan Respublikası\nAli Məhkəməsinin İnzibati Kollegiyası\nHakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran\nqızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə,\nİddiaçı Əliyev Səid (İxtiyar) Firidun oğlunun cavabdeh Müdafiə Nazirliyinə qarşı\n“müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”\ntələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04\ndekabr 2023-cü il tarixli, 2-1(106)-286/2023 nömrəli qərarından cavabdeh tərəfindən\nverilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq\naşağıdakı qərardadı qəbul etdi.\nİŞİN HALLARİ\n1. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət\nBaş İdarəsinə və Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim\nKomissiyasına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, əlilliyin\nmüəyyən edilməsi, müharibə veteranı adının və vəsiqəsinin verilməsi barədə qərar qəbul\nolunması xahiş etmişdir.\n2. Bakı İnzibati Məhkəməsinin (hakim F .İ.Mədətli)xx.xx.2021-ci il tarixli 2-1(112)-\n6880/2021 nömrəli qərardadı ilə iş ərazi aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati\nMəhkəməsinə göndərilmişdir.\n3. Şirvan İnzibati Məhkəməsinin (hakim: S.F .Həsənov) xx.xx.2022-ci il tarixli 2-\n1(120)-1458/2022 nömrəli qərardadı ilə iddiaçı olduğu kimi saxlanılmış, cavabdeh\nqismində Müdafiə Nazirliyi tanınmış, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi\nHeyət Baş İdarəsinə və Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim\nKomissiyası cavabdehlər sırasından çıxarılmış, iddia tələbinə “müharibə veteranı adı və\nvəsiqəsinin verilməsi” kimi baxılması davam etdirilmişdir.\n4. Şirvan İnzibati Məhkəməsinin (hakim: H.N.Nəcəfov) xx.xx.2023-cü il tarixli 2-\n1(120)-444/2023 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, məhkəmənin hüquqi\nmövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat\nüzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında\nöhdəlik qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.\n5. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və\niddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.\n6. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər:\nM.K.Həsənov /sədrlik edən və məruzəçi/, S.F .Həsənov və T .S.Kərimov) xx.xx.2023-cü il\ntarixli 2-1(106)-286/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci\ninstansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.\n7. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi, işin\nmahiyyəti üzrə araşdırılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi\nbarədə qərar qəbul olunmasını xahiş etmişdir.\nTƏTBİQ EDİLƏN HÜQUQ\n8. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:\nMaddə 90. Kassasiya şikayəti vermək hüququ\n90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu\nMəcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına\nşikayət verilə bilər.\n\n90.2. Apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati\nməhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda\nşikayət vermək hüququna malikdirlər.\nMaddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız\napellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının\ndüzgün tətbiq edilməsini yoxlayır.\n...\nMaddə 96. Ali Məhkəmədə icraat\n...\n96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır.\n96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən\nimtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün\nsayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə\nicraatı iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina\nedildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni\nqüvvəyə minir. \n...\nKASSASİYANİN MÜMKÜNLÜYÜ\n9. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin şikayəti üzrə kassasiya\nmümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.\n10. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinin İ\nhissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat\nverilir. Sözügedən hüququn pozulması bütövlükdə məhkəmə müdafiəsi hüququnun\nhəyata keçirilməsini əhəmiyyətsiz edir. Bu hüquq həm də iş üzrə tərəflərin açıq və aydın\nməhkəmə müdafiə vasitələrinə çıxışını təmin etməklə, onların öz hüquqlarının müdafiəsi\nüçün effektiv və real imkanlarının olmasını nəzərdə tutur. Qeyd olunan hüququn\nvacibliyinə baxmayaraq, bu hüquq mütləq deyildir.\n11. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də,\nməhkəməyə müraciət etmək hüququ mütləq deyil və ona dair nəzərdə tutulan, xüsusilə\ndə qəbuledilənlik şərtlərinə aid olan məhdudiyyətlər qoyula bilər. Lakin qoyulan\nməhdudiyyətlər şəxsin məhkəməyə müraciət etmək hüququnu, bu hüququn mahiyyətinə\nxələl gətirəcək dərəcədə məhdudlaşdırmamalıdır. Onlar legitim məqsəd güdməli və\nistifadə olunan vasitələr və güdülən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi\nolmalıdır. \n12. İPM-in apellyasiya və kassasiya şikayəti vermək hüququna dair mərkəzi\nnormaları qismində çıxış edən 81.2 və 90.2-ci maddələrinin müddəaları aşağıdakı\nkimidir:\n- 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb\nolunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət\nvermək hüququna malikdirlər;\n- 90.2. Apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati\nməhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda\nşikayət vermək hüququna malikdirlər.\n13. Qeyd edilən normaların əlaqəli təfsiri baxımından, icraatın bütün iştirakçıları\nkimi cavabdehə münasibətdə də şikayət verə bilmək hüququnun yaranması üçün\nhəlledici şərt mövcud olmalıdır – qəbul edilmiş məhkəmə qərarı ilə cavabdehin\ntələblərinin təmin olunmaması halı baş verməlidir. Bu zaman, dəqiqləşdirilməli olan\nməqam ondan ibarət olmalıdır ki, məhz, hansı hallarda qəbul edilmiş məhkəmə qərarları\ncavabdehlərə münasibətdə onların “tələblərinin təmin olunmaması” vəziyyətini yaratmış\nolur. \n14. “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi\nmüdafiə vasitələrindən istifadə hüquqlarına dair” İnzibati Kollegiyanın xx.xx.2022-ci il\n\ntarixli qərardadında qeyd edilmişdir ki, “...İPM-in 81.2-ci maddəsinin təfsiri zamanı, həmin\nnormada nəzərdə tutulmuş hallarda şikayət vermək hüququnun yaranması üçün icraat\niştirakçısının məhkəmə aktından məzmunca “ziyan çəkməsi” prinsipi qəbul edilməlidir.\nBuraya, bir qayda olaraq, iddiaçının tələbinin tam və ya qismən rədd edilməsi, məhkəmə\naktı ilə cavabdehin inzibati aktının ləğvi və ya etibarsızlığının (qanunsuzluğunun)\ntanınması, üzərinə hər hansı öhdəliyin qoyulması və s., üçüncü şəxslərin hüquqlarına\ndair məsələnin onların zərərinə həll olunması, habelə, məhkəmə aktının icraat\niştirakçılarının məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran prosessual pozuntularla\nqəbul edilməsi aid edilməlidir.”\n15. Hazırkı işdə apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, inzibati\norqan kimi cavabdeh ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının\nmüraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun\ntələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri\nhesab edərsə, digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində\nehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların\nmüəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait\nyaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq\nəsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab etmişdir ki, cavabdehin\nimtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu\nbaxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyildir.\nBu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü\nmaddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdehin üzərinə\niddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və\nmüvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır.\n16. Göründüyü kimi, hazırkı mübahisə apellyasiya instansiyası məhkəməsi\ntərəfindən mahiyyəti üzrə həll edilməmiş, inzibati məhkəmə icraatı iştirakçılarının, o\ncümlədən cavabdeh inzibati orqanın əleyhinə və ya ziyanına hər hansı məhkəmə qərarı\nqəbul olunmamışdır. Apellyasiya məhkəməsi tərəfindən qeyd edilən məzmunda qərar\nqəbul edilməsi inzibati məhkəmə icraatı iştirakçılarının, hazırkı mübahisəyə münasibətdə\ncavabdehin ziyanına da şərh oluna bilməz.\n17. Bu baxımdan, barəsində şikayət verilən məhkəmə aktından cavabdehin\n“məzmunca ziyan çəkməsi” halı müəyyən olunmadığından, apelyasiya instansiyası\nməhkəməsinin qərardadından kassasiya şikayəti vermək üçün İPM-in 90.2-ci\nmaddəsində nəzərdə tutulmuş dispozisiya şərti (mübahisə ilə bağlı iş üzrə inzibati\nməhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda\nşikayət vermək hüququna malikdirlər) ödənilmir. Odur ki, cavabdehin apelyasiya\ninstansiyası məhkəməsinin hazırkı qərardadından kassasiya şikayəti vermək hüququ da\nistisna edilir.\n18. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası\nQƏRARA ALDİ:\nŞirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-\n1(106)-286/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya\nmümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.\nQərardad qətidir.",
      "url": "file:///C:/Users/TechEvo%20Computers/Downloads/3ulduz/9_1108%2B13.06.2024.pdf",
      "local_file": "012_912422eced.pdf",
      "local_text_file": "012_2-1(102)-1108_2024.txt",
      "content_type": "application/pdf"
    },
    {
      "menbe": "Ali Məhkəmənin üç ulduzlu qərarları",
      "akt_novu": "Üç ulduzlu qərar",
      "tarix": "2023-05-18",
      "basliq": "2-1(102)-1139/2023",
      "is_nomresi": "2-1(102)-1139/2023",
      "movzu": "",
      "metn": "Azərbaycan Respublikası adından\nQƏRAR\nBakı şəhəri İş № 2-1(102)-1139/2023 18.05.2023\nALİ MƏHKƏMƏ\nAzərbaycan Respublikası adından\nAzərbaycan Respublikası\nAli Məhkəməsinin İnzibati Kollegiyasının\nİddiaçı\ncavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə\nqarşı işi üzrə\nQ Ə R A R İ\n(Açar sözlər: ünvanlı sosial yardımın təyin edilməsi, uyğunsuzluq halı,\nvahid icraat, müraciət üzrə ayrı-ayrı vaxtlarda, ayrı-ayrı imtina səbəblərinə\nistinad edilməklə imtina qərarının çıxarılmasının yolverilməzliyi)\nAzərbaycan Respublikası\nAli Məhkəməsinin İnzibati Kollegiyası\n\nHakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və\nKərimov Səyyad Əli oğlundan ibarət tərkibdə,\nİddiaçı (xx.xx.1986 -ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan\nRespublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ünvanlı sosial\nyardımın ayrılmasından imtina haqqında cavabdehin qərarının ləğv edilməsini və\ncavabdehin üzərinə iddiaçıya və ailə üzvlərinə ünvanlı sosial yardım təyin edilməsi”\ntələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1\nfevral 2023 -cü il tarixli, 2-1(107) -107/2023 nömrəli qərarından cavabdeh tərəfindən\nverilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı\nqərarı qəbul etdi.\nİŞİN HALLARİ\n1. İddiaçı 04 may 2022 -ci il tarixli ərizə ilə cavabdehə müraciət edərək ünvanlı\nsosial yardımın təyin edilməsini xahiş etmişdir.\n2. Cavabdeh həmin müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh\nimtinasını onunla əsaslandırmışdır ki, iddiaçının müraciətinin araşdırılması zamanı\nmüəyyən edilmişdir ki, o, kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxs kimi\nqeydiyyatda olmamışdır, eləcə də Azərbaycan Respublikasının Əmək və Əhalinin\nSosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun informasiya\nsistemi tərəfindən təqdim edilən məlumata əsasən ailə üzvü X1 torpaq mülkiyyətçisi\nolması barədə məlumat öz təsdiqini tapmamışdır.\nİŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ\na. birinci instansiya məhkəməsində icraat\n3. İddiaçı 20 may 2022 -ci il tarixdə Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi və\ndaha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək iddiaçıya\nvə ailə üzvlərinə ünvanlı sosial yardımın ayrılmasından imtina haqqında cavabdehin\nqərarının ləğv edilməsini və cavabdehin üzərinə iddiaçıya və ailə üzvlərinə ünvanlı\nsosial yardım təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş\netmişdir.\n4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 3 azyaşlı övladı var. Ailəsi ilə\nbirlikdə Göyçay rayonu 2-ci Ərəbcəbirli kəndində yaşayır. Dost iş Mərkəzi MMC -də\n(Göyçay rayonunda) ictimai işlərdə işləyir. Aylıq əmək haqqı 300 manat təşkil edir.\nƏmək haqqının az olması səbəbindən ailənin maddi ehtiyaclarını ödəyə bilmir. Maddi\nvəziyyəti çox pisdir. Bu səbəbdən 2022 -ci ilin müxtəlif aylarında ünvanlı sosial\nyardımla bağlı X12 və X19 vasitəsi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin\nSosial Müdafiəsi Nazirliyinə müraciətlər etmişdir, lakin 2022 -ci ilin əvvəllərindən\ndəfələrlə müraciətlər etsə də heç bir nəticəsi olmamışdır. Hər dəfə cavabdeh müxtəlif\nbəhanələrlə ona və ailəsinə ÜSY ayrılmasına mane olmuşdur. Sonuncu dəfə\nxx.xx.2022 -ci il tarixli müraciəti X12 və X19 tərəfindən **********7302 nömrə ilə\nqeydiyyata alınaraq, elektron qaydada müvafiq dövlət qurumlarına sorğular\ngöndərilmiş və uyğunsuzluq aşkarlanmadığına görə maddi -məişət şəraitinin\nmüayinəsinin aparılması barədə göstəriş verilmişdir. Bundan sonra cavabdeh\ntərəfindən xx.xx.2022 -ci il tarixli **********701 nömrəli müraciətinə sosial yardım təyin\nolunmasından imtina edilmiş və imtinaya səbəb kimi həyat yoldaşı X1 adına JN\n40814058 -0016 torpağın olması qeyd edilmişdir. “T orpağa mülkiyyət hüququna dair”\nJN-0016 №-li dövlət aktına əsasən X1 Göyçay rayonu ərazisində yerləşən 0,75 hektar\ntorpağın aktda göstərilən şəxslərlə birlikdə paylı mülkiyyətçisidir.\n5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir\nki, iddiaçının ailə tərkibi kimi iddiaçının arvadı xx.xx.1992 -ci il təvəllüdlü X3, azyaşlı\növladları xx.xx.2011 -ci il təvəllüdlü X7, xx.xx.2013 -cü il təvəllüdlü X5 və 04.01.201 -cu il\n\ntəvəllüdlü X4 göstərilmişdir. VEMTAS -da qeyd edilən məlumatlara əsasən, iddiaçının\nailəsi aztəminatlı ailədir. VEMTAS tərəfindən iddiaçının xx.xx.2022 tarixli,\n**********57304 nömrəli müraciətinə 1. Azərbaycan Respublikasının Əmək və Əhalinin\nSosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun informasiya\nsistemində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxs kimi qeydiyyatda\nolmaması, 2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi\nyanında Dövlət Sosial Müdafiə Fondunun informasiya sistemi tərəfindən təqdim edilən\nməlumata əsasən ailə üzvü X1 torpaq mülkiyyətçisi olması barədə məlumatın öz\ntəsdiqini tapmaması əsas göstərilərək ünvanlı dövlət sosial yardımının təyin\nolunmasından imtina edilmişdir.\n6. Şəki İnzibati Məhkəməsinin 26 oktyabr 2022 -ci il tarixli, 2-1(116)-1387/2022\nnömrəli qərarı ilə (hakim: X8) iddia təmin edilmiş, cavabdehin xx.xx.2022 -ci il tarixli\nmüraciətə imtinası ləğv edilərək iddiaçıya ailə üzvləri ilə birlikdə ünvanlı dövlət sosial\nyardımının təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.\n7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 300 manat əmək\nhaqqı alması, arvadının paylı mülkiyyət hüququ ilə torpaq sahəsinə malik olması\nünvanlı sosial yardımın təyin edilməsindən imtina üçün əsas deyildir. Belə ki, şəxsin\ntorpaq sahəsinə malik olması hələ onun torpaq sahəsindən ailənin maddi rifahının\nlazımi səviyyədə təmin edilməsi qədər gəlir əldə etməsi anlamına gəlmir. Cavabdeh\niddiaçının ailəsinin həmin torpaq sahələri ilə bağlı nə qədər gəlir əldə etməsini\nməhkəmədə sübuta yetirməmişdir.\n8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini\nvə iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.\nb. apellyasiya instansiyası məhkəməsində icraat\n9. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 fevral 2023 -cü il\ntarixli, 2-1(107) -107/2023 nömrəli qərarı (hakimlər: X10 (sədrlik edən və məruzəçi), X2\nvə X6) ilə Şəki İnzibati Məhkəməsinin 26 oktyabr 2022 -ci il tarixli qərarı\ndəyişdirilmədən saxlanılmışdır.\n10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi\nmövqeyi ilə razılaşmışdır.\n11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini\nvə iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.\nKASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ\na. kassasiya şikayətinin dəlilləri\n12. Kassasiya şikayətində qeyd edilmişdir ki, İddiaçı ünvanlı dövlət sosial\nyardımın təyin edilməsi ilə bağlı xx.xx.2022 tarixli, **********57304 nömrəli ərizə ilə\nmüraciət etmişdir. Ailə tərkibi kimi İddiaçı arvadı 20.03,1992 -ci il təvəllüdlü X3, azyaşlı\növladları xx.xx.2011 -ci il təvəllüdlü X7, xx.xx.2013 -cü il təvəllüdlü X5 və xx.xx.2019 -cu\nil təvəllüdlü X4 göstərilmişdir. VEMTAS -da qeyd edilən məlumatlara əsasən, iddiaçının\nailəsi aztəminatlı ailədir. VEMTAS tərəfindən İddiaçı xx.xx.2022 tarixli, **********57304\nnömrəli müraciətinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi\nNazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İnformasiya sistemində kənd\ntəsərrüfatına yararlı torpaq sahəsi olan şəxs kimi qeydiyyatda olmaması və\nAzərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında\nDövlət Sosial Müdafiə Fondunun informasiya sistemi tərəfindən təqdim edilən\nməlumata əsasən ailə üzvü X1 torpaq mülkiyyətçisi olması barədə məlumatın öz\ntəsdiqini tapmaması əsas göstərilərək ünvanlı dövlət sosial yardımının təyin\nolunmasından imtina edilmişdir.\n13. Cavabdeh müraciət etmiş vətəndaşa ünvanlı dövlət sosial yardımın təyin\nedilməsi üçün onun müraciəti iki mərhələ olaraq yoxlanır. Birinci mərhələdə ünvanlı\nsosial yardımın təyin edilib -edilməməsi barədə qərar elektron qaydada (insan\n\nmüdaxiləsi olmadan) və müvafiq dövlət orqanlarının və təşkilatlarının informasiya\nehtiyatlarından və sistemlərindən istifadə olunmaqla verilir. İkinci mərhələdə isə\nmüraciət etmiş ailənin maddi -məişət şəraitinin müayinəsi əyani formada cavabdeh\norqanın əməkdaşları tərəfindən video qeydiyyat aparılma və müavinə aktı tərtib\nedilməklə aparılır. İddiaçının xx.xx.2022 tarixli, **********57304 nömrəli müraciətinə\nyoxlamanın birinci mərhələsində, yeni elektron qaydada müvafiq dövlət orqanlarının\nvə təşkilatlarının informasiya ehtiyatlarından və sistemlərindən əldə olunmuş\nməlumatlara əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsindən imtina\nedilmişdir. Məhkəmə isə yuxarıda göstərilənləri nəzərə almadan iddiaçının xx.xx.2022 -\nci il tarixli müraciətinə imtinanı ləğv edilərək, iddiaçıya ailə üzvləri ilə birlikdə ünvanlı\ndövlət sosial yardımının təyin edilməsi öhdəliyini qoymuşdur. Vətəndaşın xx.xx.2022 -ci\nil tarixli müraciətinə cavab olaraq verilmiş imtina məhkəmə tərəfindən ləğv edilsə belə,\nvətəndaşa ünvanlı dövlət sosial yardımın təmin edilməsi mümkün deyildir. Belə ki,\nvətəndaşın müraciətinə yoxlamanın birinci mərhələsində imtina verilmiş və ailənin\nmaddi -məişət şəraitinin müayinəsi aparılmamışdır (yoxlamanın ikinci mərhələsi\naparılmamışdır). İddiaçının müraciətinə VEMTAS tərəfindən yoxlamanın birinci\nmərhələsində edilmiş imtinanın ləğv edilməsi ona ünvanlı dövlət sosial yardımının\ntəyin edilməsini ehtiva etmir. Belə ki, ailənin maddi - məişət şəraitinin əyani müayinəsi\nzamanı cavabdeh orqanın əməkdaşları iddiaçıya sosial yardımın təyin edilməsindən\nimtina edilməsinə əsas ola biləcək hallar aşkar edilə bilər.\n14. Yuxarı abzasda qeyd edilənlər iddiaçının məhkəmə mübahisəsi davam\nedərkən xx.xx.2022 -ci il tarixli ünvanlı dövlət sosial yardımının təyin edilməsi barədə\nmüraciəti əsasında aparılmış yoxlama ilə öz təsdiqini tapmışdır. Belə ki, sözügedən\nmüraciət VEMTAS tərəfindən yoxlamanın birinci mərhələsindən uğurla keçmişdir.\nBununla belə, ailənin maddi -məişət şəraitinin müayinəsi zamanı cavabdeh orqanın\nəməkdaşları tərəfindən iddiaçının yaşadığı evdə qaz xəttinin olduğu və xətdən istifadə\nedildiyi, lakin ərizə -bəyannamədə qaz sayğacı barədə məlumatların qeyd edilmədiyi\naşkar edilmişdir. Qanunvericilik normalarından da göründüyü kimi, vətəndaşın qeyd\netdiyi məlumatlarda uyğunsuzluq aşkar olunduğu\nhallarda sosial yardımın təyin olunmasından imtina edilməsi barədə qarar çıxarılır.\n15. Ünvanlı dövlət sosial yardımın təyin edilməsi barədə vətəndaşın müraciəti\nVEMTAS tərəfindən aparılan yoxlamanın hər iki mərhələsindən uğurla keçdiyi təqdirdə\nona ünvanlı sosial yardımın təyin edilməsi barədə qərar qəbul edilir. Hazırkı işdə isə\nvətəndaşa ünvanlı sosial yardımın təyin edilməsindən yoxlamanın birinci\nmərhələsində imtina edilmiş və həmin imtinanın ləğv edilməsi onun yoxlamanın ikinci\nmərhələsindən də uğurla keçdiyini ehtiva etmir. Göründüyü kimi birinci instansiya\nməhkəməsi cavabdeh orqanın üzərinə iddiaçıya ailəsi ilə birlikdə ünvanlı sosial\nyardımın təyin edilməsi öhdəliyini qovmaqda haqlı olmamışdır.\nb. kassasiya şikayətinə etirazın dəlilləri\n16. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin\ntəmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qərarını dəyişdirmədən\nsaxlanılmasını xahiş etmişdir.\nTƏTBİQ EDİLƏN HÜQUQ\n17. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanun:\nMaddə 3. Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan\nsəbəblər dən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli\nüzvünün  birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq\nimkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil\nalması,  müvafiq icra hakimiyyəti orqanında  dövlət orqanının və ya hüquqi şəxsin ləğv\nedilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar  işsiz kimi qeydə\nalınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab\n\nedilməsi,  azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması )\nhər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəmi natlı ailələr\nmalikdirlər.\nMaddə 6.2.  Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin\nolunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “İnzibati icraat\nhaqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən  müvafiq\nicra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.\n18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016 -cı il 05 fevral tarixli\n37 saylı qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün\nmüraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina\nedilməsi Qaydaları”:\n3.1. Sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş\ngünü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin\nolunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır.\n3.2. VEMTAS tərəfindən “Ərizə -bəyannamə”də qeyd edilmiş məlumatların\n“Elektron hökumət” portalı üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən\nqurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə\nuzlaşdırılaraq yoxlanılması həyata keçirilir.\n3.3. Bununla yanaşı, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən\nseçilmiş Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrinin\n(bundan sonra - Bölmə) və ya “DOST” mərkəzlərinin (bundan sonra - Mərkəz) ünvanlı\nsosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna\nolmaqla, ailənin maddi -məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq\ngöndərilir.\n3.4. Bölmənin və ya Mərkəzin sosial yardım üzrə işçisi “Ailənin maddi -məişət\nşəraitinin müayinəsi”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş\nxüsusi texniki avadanlıqlar vasitəsilə Təmsilçinin iştirakı olmaqla video, foto çəkilişi və\nsəs yazısı əsasında həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə\ntəsdiqləyərək real vaxt rejimində VEMTAS -a ötürür. “İnzibati icraat haqqında”\nAzərbaycan Respublikası Qanununun 42.1 -ci maddə -sində nəzərdə tutulmuş əsaslar\nolduqda, sosial yardım üzrə işçi öz-özünə etiraz etməyə borcludur.\n3.4.1. VEMTAS tərəfindən xüsusi proqram təminatı vasitəsilə həmin məlumatların\n“Ərizə -bəyannamə”də əks olunan məlumatlarla uzlaşdırılaraq yoxlanılması həyata\nkeçirilir.\n3.4.2. Məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən\nailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar\nolunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6\nnömrəli əlavə) qərar çıxarılır.\nBənd 3.7. Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir:\n3.7.1. “Ərizə -bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı\nməlumatlarda uyğunsuzluq aşkar olunduqda;\n3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində\nailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər\nvə ya ondan yuxarı olduqda;\n3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində\nrespublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqı-\nsatqı etdikdə;\n3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət\ntərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla);\n3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X4 struktur\nbölməsi tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin\nsosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır);\n\n3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta\naylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə\nbərabər və ya ondan yuxarı olduqda;\n3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı\ndaşınmaz əmlak olduqda.\n19. “İnzibati icraat haqqında” Qanun\nMaddə 24. İşin hallarının obyektiv araşdırılması\n 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb\nedən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.\n24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və\nnəzərə alınmasından imtina edə bilməz.\n24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın\nxidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən\nmüəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi\nsübutlarla bağlı deyildir.\n24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə\nəlavə sübutlar toplamağa borcludur.\n24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim\nolunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya\nvəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina\nedə bilməz.\nMaddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar\n 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır:\n28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi;\n...\n28.2. Bu Qanunun 28.1.1 -ci və 28.1.3 -cü maddələrində nəzərdə tutulmuş\nhallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı\nandan başlanır.\n...\n28.4. Bu Qanunun 28.1.1 -ci və 28.1.2 -ci maddələrində nəzərdə tutulmuş əsaslar\nüzrə inzibati icraat bu fəsildə müəyyən olunmuş qaydalara uyğun olaraq aparılır.\n20. İnzibati Prosessual Məcəllə:\nMaddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının\nhədləri\nAli Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya\ninstansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün\ntətbiq edilməsini yoxlayır.\nMaddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər\n94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu\ngündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu\nMəcəllənin 131.3 -cü və 132.3 -cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün\nmüddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.\n94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə\nməlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.\n...\n94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi\ngöstərilməlidir.\nMaddə 96. Ali Məhkəmədə icraat\n...\n96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə\nqərar qəbul edir.\n\n96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını)\ndəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni\nqərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara\nqarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.\n96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur.\nMaddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı\n98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.\nKASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN\nHƏDLƏRİ\n21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada\nəsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət\nmümkün hesab edilmişdir.\n22. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün\nhazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq\nyoxlanılacaqdır.\nKASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ\n23. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini\naraşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası\nməhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl\nedilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları\ndüzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması\nvə ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin\nedilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.\n24. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən\nmahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab\nedərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq mümkündür. Belə ki,\napellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə\ndə şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin\nedilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin\naraşdırmaları yetərli hesab olunur.\n25. Bununla yanaşı, məhkəmə kollegiyası iddia tələbi və kassasiya şikayətinin\ndəlilləri ilə əlaqədar əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.\n26. Mübahisənin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçının ünvanlı\nsosial yardım təyin edilməsi ilə bağlı müraciətini təmin etməkdən imtina edərkən\ncavabdeh ilkin olaraq aşağıdakılara istinad etmişdir:\n“1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi\nyanında Dövlət Sosial Müdafiə Fondunun informasiya sistemində kənd təsərrüfatına\nyararlı torpaq sahəsi olan şəxs kimi qeydiyyatda olmaması;\n2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi\nyanında Dövlət Sosial Müdafiə Fondunun informasiya sistemi tərəfindən təqdim edilən\nməlumata əsasən ailə üzvü X1 torpaq mülkiyyətçisi olması barədə məlumatın öz\ntəsdiqini tapmaması.”\n27. Cavabdeh daha sonra məhkəmə mübahisəsi davam edərkən iddiaçının\nxx.xx.2022 -ci il tarixli ünvanlı dövlət sosial yardımın təyin edilməsi barədə müraciətini\ntəmin etməkdən imtina haqqında başqa bir qərar qəbul etmişdir. Cavabdeh həmin\nqərarını isə belə əsaslandırmışdır ki, sözügedən müraciət VEMTAS tərəfindən\nyoxlamanın birinci mərhələsindən uğurla keçmişdir. Bununla belə, ailənin maddi -\nməişət şəraitinin müayinəsi zamanı cavabdeh orqanın əməkdaşları tərəfindən\n\niddiaçının yaşadığı evdə qaz xəttinin olduğu və xətdən istifadə edildiyi, lakin ərizə -\nbəyannamədə qaz sayğacı barədə məlumatların qeyd edilmədiyi aşkar edilmişdir.\n28. Cavabdehin dəlilləri ondan ibarətdir ki, ünvanlı dövlət sosial yardımın təyin\nedilməsi üçün daxil olmuş müraciətlər iki mərhələli olaraq yoxlanır. Birinci mərhələdə\nünvanlı sosial yardımın təyin edilib -edilməməsi barədə qərar elektron qaydada (insan\nmüdaxiləsi olmadan) və müvafiq dövlət orqanlarının və təşkilatlarının informasiya\nehtiyatlarından və sistemlərindən istifadə olunmaqla verilir. İkinci mərhələdə isə\nmüraciət etmiş ailənin maddi -məişət şəraitinin müayinəsi əyani formada cavabdeh\norqanın əməkdaşları tərəfindən video qeydiyyat aparılma və müavinə aktı tərtib\nedilməklə aparılır. Ünvanlı dövlət sosial yardımın təyin edilməsi barədə vətəndaşın\nmüraciəti VEMTAS tərəfindən aparılan yoxlamanın hər iki mərhələsindən uğurla\nkeçdiyi təqdirdə ona ünvanlı sosial yardımın təyin edilməsi barədə qərar qəbul edilir.\nHazırkı işdə isə vətəndaşa ünvanlı sosial yardımın təyin edilməsindən yoxlamanın\nbirinci mərhələsində imtina edilmişdir və həmin imtinanın ləğv edilməsi onun\nyoxlamanın ikinci mərhələsindən də uğurla keçdiyini ehtiva etmir. Göründüyü kimi\nməhkəmə cavabdeh orqanın üzərinə iddiaçıya ailəsi ilə birlikdə ünvanlı sosial\nyardımın təyin edilməsi öhdəliyini qoymaqda haqlı olmamışdır.\n29. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən cavabdehin dəlillərini\nəsassız hesab edir.\n30. Nəzərə almaq lazımdır ki, ünvanlı sosial yardımın təyin edilməsi ilə bağlı\nedilmiş müraciət əsasında cavabdeh tərəfindən inzibati icraat başlanılır. Həmin icraat\nisə inzibati icraatla bağlı əsas qaydaları müəyyən edən “İnzibati icraat haqqında”\nQanunun və sahəvi tənzimləmələri əks etdirən “Ünvanlı dövlət sosial yardımın\nalınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən\nimtina edilməsi Qaydaları”nın tələbləri birgə nəzərə alınmaqla aparılmalıdır.\n31. “İnzibati icraat haqqında” Qanun inzibati orqan tərəfindən verilmiş müraciətə\nbaxılmasının nəticəsi kimi üç mümkün qərar qəbul edilməsi imkanını nəzərdə tutur -\nərizənin baxılmamış saxlanılması, müraciətin təmin edilməsi haqqında qərar verilməsi\nvə ya imtina edilməsi haqqında qərar çıxarılması.\n32. Sahəvi qanunvericilik aktı kimi çıxış edən “Ünvanlı dövlət sosial yardımın\nalınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən\nimtina edilməsi Qaydalar”ında isə inzibati orqanın iki qərar qəbul etmək imkanı təsbit\nedilmişdir - sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi\nbarədə.\n33. Beləliklə, cavabdeh iddiaçının ona edilmiş müraciəti əsasında yalnız\nsözügedən qərarlardan birini qəbul etmək imkanına malikdir. Belə qərarı o, icraat\ngedişində aparılmış araşdırmanın nəticəsi olaraq qəbul etməlidir. Həmin qərar isə\nyekun nəticəyə gəlmək imkanı verən iş üzrə əhəmiyyətli bütün halların\naraşdırılmasının sonunda çıxarılmalıdır. Bu zaman cavabdeh xidməti vəzifəsinə görə\niş üzrə əhəmiyyət kəsb edən bütün halları, o cümlədən iddiaçının xeyrinə olan halları\naraşdırmalı, zərurət olduqda iddiaçıya hüquqi yardım etməlidir.\n34. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası ünvanlı dövlət sosial\nyardımın təyin edilməsi üçün daxil olmuş müraciətlərin iki mərhələli yoxlamadan\nkeçirildiyini, yoxlamanın hər iki mərhələsindən uğurla keçdiyi təqdirdə şəxsə ünvanlı\nsosial yardımın təyin edilməsi barədə qərar qəbul edilməsinin mümkünlüyü ilə bağlı\ncavabdehin mövqeyinə dair aşağıdakıları qeyd edir.\n35. Qanunvericiliyin tələblərinə görə müraciətə baxılması nəticəsində onun təmin\nedilməsindən imtina olunması qənaətinə gələrkən, cavabdeh imtinaya əsas təşkil\nedən bütün halları eyni andan yoxlamalı, qəbul etdiyi qərarında bütün imtina\nsəbəblərini bir dəfə və aydın şəkildə göstərməlidir. Bu, hüquqi dövlət və dövlət\nidarəçiliyinə etimad prinsiplərindən irəli gəlir. Ona görə də, müraciət üzrə ayrı-ayrı\nvaxtlarda, ayrı-ayrı imtina səbəblərinə istinad etməklə ünvanlı sosial yardım təyin\nedilməsindən imtina edilməsi yolverilməz və qanunsuzdur. Cavabdeh imtinaya əsas\n\ntəşkil edən halları eyni anda aşkar etməli və bir dəfə qəbul etdiyi qərarla onlara dair\nmövqeyini bildirməli və əsaslandırmalıdır.\n36. Hazırkı işin hallarından isə görünür ki, cavabdeh iddiaçının müraciəti üzrə iki\ndəfə imtina qərarı qəbul etmiş və hər iki qərarda fərqli imtina səbəblərinə istinad\netmişdir. Cavabdehin iki mərhələli yoxlama qaydasına istinadı heç bir halda belə bir\nnəticəyə gətirib çıxarmamalıdır ki, müraciət üzrə müxtəlif səbəblərə əsaslanan bir\nneçə imtina qərarı qəbul edilməsi imkanı mümkün olsun. Bu qaydada yaradılmış\ninzibati praktika qanunçuluq və səmərəli dövlət idarəçiliyi prinsipləri ilə ziddiyyət\nyaradır.\n37. Cavabdehin istinad etdiyi iki mərhələli yoxlama qaydasına münasibətdə isə\nməhkəmə kollegiyası qeyd edir ki, “Ünvanlı dövlət sosial yardımın alınması üçün\nmüraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi\nQaydaları”ın 3.1-ci bəndində təsbit edilmişdir ki, sosial yardımın alınması üçün\nmüraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial\nyardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq\nqərar çıxarılır. Qaydalarda həmçinin müəyyən edilmişdir ki, sözügedən qərarlardan biri\nqəbul edilməmişdən əvvəl inzibati orqan başlanılmış inzibati icraat çərçivəsində\nmüvafiq araşdırmalar aparılmalıdır. Belə araşdırmalara həm VEMTAS tərəfindən\n“Ərizə -bəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən\nbu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və\nehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması, həm də\nailənin maddi -məişət şəraitinin müayinəsinin aparılması daxildir. Yekun qərar isə hər\niki araşdırmanın nəticələri əldə edildikdən və qiymətləndirildikdən sonra verilməlidir.\nBeləliklə, cavabdeh hər iki araşdırmanı birgə və eyni andan aparmaq öhdəliyi daşıyır.\nMüvafiq olaraq imtina qərarı da hər iki araşdırmanın nəticələrinə əsaslanmalıdır. Ona\ngörə ki, hər iki araşdırma vahid icraatın tərkib hissəsidir və cavabdeh müxtəlif\nvaxtlarda, müxtəlif imtina səbəblərinə əsaslanmaqla eyni müraciət üzrə müxtəlif imtina\nqərarları verməkdə haqlı deyildir.\n38. Kollegiya cavabdehin istinad etdiyi “ərizə -bəyannamə”də qeyd edilmiş\nməlumatların yoxlanılması zamanı uyğunsuzluq aşkar olunması ilə bağlı məsələyə\nmünasibətdə isə qeyd edir ki, bu halın mövcudluğu özü-özlüyündə hər zaman imtina\nqərarının verilməsinə gətirib çıxarmamalıdır. Belə ki, uyğunsuzluq halının mövcudluğu\nünvanlı sosial yardımın təyin edilməsi məqsədi və meyarları nəzərə alınmaqla\nqiymətləndirilməlidir. Bu mənada, uyğunsuzluq o halda ünvanlı sosial yardımın təyin\nedilməsindən imtina haqqında qərarın qəbul edilməsinə səbəb ola bilər ki, yoxlama\nzamanı şəxsin bəyan etdiyindən fərqli halın müəyyən edilməsi yekun olaraq onun\nqanunvericiliyin müəyyən etdiyi meyarlar baxımından aztəmi natlı kimi qəbul\nedilməməsi nəticəsinə gətirib çıxarsın. Ona görə də, istənilən uyğunsuzluq deyil,\nyalnız belə nəticələrə səbəb olan uyğunsuzluq imtinanın əsasını təşkil edə bilər.\nMüvafiq olaraq istinad edilən uyğunsuzluq sözügedən nəticələrə səbəb olmursa,\nünvanlı sosial yardımın təyin edilməsindən imtina oluna bilməz. Bu mövqeyinə uyğun\nolaraq kollegiya hesab edir ki, hazırkı iş üzrə cavabdeh bəyan edilən məlumatlarla\nyoxlama zamanı aşkar edilənlər arasındakı uyğunsuzluq hallarına formal yanaşmış,\nünvanlı sosial yardımın təyin edilməsi məqsədi və meyarları nəzərə alınmaqla\nqiymətləndirmə aparmaqla qərar qəbul etməli olduğu halda, bu qaydada\ndavranmamışdır. Həmçinin nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun\ntələblərinə görə müraciətin araşdırılması zamanı hər hansı uyğunsuzluğun aşkar\nedilməsi halı yaranarsa, cavabdeh ilk növbədə yardım etmə vəzifəsinə uyğun olaraq\nhəmin uyğunsuzluğun aradan qaldırmasına yönəlmiş fəaliyyəti həyata keçirməlidir.\nÇünki uyğunsuzluq halının aradan qaldırılması ehtimalı və ərizəçinin müraciətinin\ntəmin edilməsi imkanı qalır. Yalnız bu qaydada davrandıqdan sonra aşkar edilmiş\nuyğunsuzluğun ünvanlı sosial yardım təyin edilməsi meyarları baxımından imtina\nsəbəblərini aradan qaldırmadığı halı mövcud olmaqda davam etdikdə, ərizənin təmin\nedilməməsi haqqında qərar çıxarıla bilər.\n\n39. Hazırkı işin hallarından isə görünür ki, ilkin olaraq cavabdeh uyğunsuzluğun\naradan qaldırmasına yönəlmiş hər hansı fəaliyyət göstərmədən, eləcə də yuxarıda\nqeyd edilən qaydada qiymətləndirmə aparmadan imtina qərarı qəbul etmişdir.\nTəsadüfi deyildir ki, cavabdeh sonradan qəbul etdiyi ikinci imtina qərarında isə artıq\nuyğunsuzluğun aradan qalxdığını qəbul etmişdir. İkinci dəfə cavabdeh artıq başqa\nəsasla, yəni, ailənin maddi -məişət şəraitinin müayinəsi zamanı cavabdeh orqanın\nəməkdaşları tərəfindən iddiaçının yaşadığı evdə qaz xəttinin olduğu və xətdən istifadə\nedildiyi, lakin ərizə -bəyannamədə qaz sayğacı barədə məlumatların qeyd edilmədiyinə\nistinadla imtina qərarı vermişdir.\n40. Cavabdehin bu əsasla imtinası da qanuni sayıla bilməz. Belə ki, iddiaçının\nyaşadığı evdə qaz xəttinin olduğu və xətdən istifadə edildiyinin müəyyən olunmasına\nbaxmayaraq, ərizədə bu barədə məlumatın göstərilməməsi Qaydaların 3.7.6 -cı\nbəndində göstərilmiş vəziyyəti yaratdıqda imtinaya əsas təşkil edə bilərdi. Həmin\nbəndə görə ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta\naylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə\nbərabər və ya ondan yuxarı olduqda ünvanlı sosial yardımın təyin edilməsindən imtina\noluna bilər. Cavabdeh isə Qaydaların 3.7.6 -cı bəndində göstərilən səbəbin mövcud\nolduğunu sübut etmədən və əsaslandırmadan imtina qərarı vermişdir.\n41. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, ünvanlı sosial yardımın\ntəyin edilməsi ilə bağlı müraciətə baxılarkən cavabdeh inzibati icraatın gedişində\nmüxtəlif vaxtlarda müxtəlif imtina səbəblərinə istinad etməkdə haqlı deyildir. Bu,\nqanuna uyğun və səmərəli idarəçilik prinsipləri ilə ziddiyyət təşkil edir. Sözügedən\ninzibati praktika həmçinin şəxsin özünün səmərəli hüquqi müdafiəsinin qurulmasına\nda ciddi mane təşkil edir. Belə ki, qeyd edilən vəziyyətlərdə o, inzibati orqanın dəyişən\nvə qeyri -müəyyən mövqelərinə münasibətdə hüquqi müdafiə həyata keçirməli olur.\n42. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-in 68, 69, 96.8 -ci\nmaddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası\nQƏRARA ALDİ:\nCavabdehin kassasiya şikayəti təmin edilməsin.\nŞəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 fevral 2023 -cü il tarixli,\n2-1(107) -107/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.\nQərar qətidir.",
      "url": "file:///C:/Users/TechEvo%20Computers/Downloads/3ulduz/9_1139%2B18.05.2023.pdf",
      "local_file": "013_eb1fd73cae.pdf",
      "local_text_file": "013_2-1(102)-1139_2023.txt",
      "content_type": "application/pdf"
    },
    {
      "menbe": "Ali Məhkəmənin üç ulduzlu qərarları",
      "akt_novu": "Üç ulduzlu qərar",
      "tarix": "2023-08-24",
      "basliq": "2-1(102)-1233/2023",
      "is_nomresi": "2-1(102)-1233/2023",
      "movzu": "",
      "metn": "Azərbaycan Respublikası adından\nQƏRAR\nBakı şəhəri İş № 2-1(102)-1233/2023 24.08.2023\nALİ MƏHKƏMƏ\nAzərbaycan Respublikası adından\nAzərbaycan Respublikası Ali Məhkəməsinin\nİnzibati Kollegiyasının\nİddiaçı\ncavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və\nReyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə\nQ Ə R A R İ\n(Açar sözlər: mənzilə mülkiyyət hüququnun qeydə alınması)\n\nAzərbaycan Respublikası\nAli Məhkəməsinin İnzibati Kollegiyası\nHakimlər Kərimov Səyyad Əli (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Qəribov\nBəhman Fərhad oğlundan ibarət tərkibdə,\nİddiaçı (xx.xx.1950-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Daşınmaz Əmlakın Dövlət\nKadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə mülkiyyət hüququnun\ndaşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi” tələbinə dair iş\nüzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 yanvar 2023-cü il tarixli, 2-\n1(103)-979/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə\nəsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi.\nİŞİN HALLARİ\n1. İddiaçı xx.xx.1988-ci il tarixdə “Qum adası” Neft-qazçıxarma İdarəsi tərəfindən\n4 nəfər (özü, həyat yoldaşı, oğlu, qızı) ailə tərkibi ilə mənzil uçotuna götürülmüşdür.\n2. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyinin və Azərbaycan\nNeft Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin xx.xx.2012-ci il tarixli,\n09 nömrəli protokoluna əsasən, iddiaçının 4 nəfər (özü, həyat yoldaşı, oğlu, qızı) ailə\ntərkibi ilə qeydiyyatda olmaqla yaşadığı Bakı şəhəri, Səbail rayonu, Ö.F .Nemanzadə\nküçəsi, ev 50, 1 otaqdan ibarət 13 kv.m yaşayış sahəsi olan 14 saylı özəl mənzil nəzərə\nalınmaqla ona ünvan 1 ünvanında yerləşən 5 mərtəbəli evdən 2 otaqlı, yaşayış sahəsi\n37,2 kv.m olan 2a nömrəli mənzil təklif edilmişdir. İddiaçı təklif edilən mənzilə köçməyə\nrazılığını bildirərək bunu yazılı ərizəsi ilə təsdiqləmiş və iddiaçıya 4 nəfər (özü, həyat\nyoldaşı, oğlu, qızı) ailə tərkibi ilə ünvan 1 ünvanında yerləşən 2a nömrəli mənzilin\nverilməsi, iddiaçının mənzil uçotundan çıxarılması, həmin mənzilə hüquqtəsdiqedici sənəd\nverilməsi üçün mənzil uçot qovluğunun Səbail Rayon İcra Hakimiyyətinə göndərilməsi\nqərara alınmışdır.\n3. Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 64 nömrəli\nsərəncamı ilə yuxarıda qeyd edilən protokol qərarı təsdiq edilmişdir.\n4. Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-kommunal təsərrüfatı departamentinin\nxx.xx.2015-ci il tarixli, 83 nömrəli sərəncamına əsasən, 1 saylı Xüsusi Təyinatlı Mənzil-\nKommunal Təsərrüfatı Birliyinin balansında olan, Qaradağ rayonunun ərazisində yerləşən\nvə müvafiq olaraq 150, 152, 156 saylı mənzil-kommunal istismar sahələrinin istismarındakı\nyaşayış binaları (o cümlədən 1973-cü ildə tikilmiş C.Qəhrəmanov küçəsi, ev 10),\ninventarları daxil olmaqla bütün aktivləri ilə birlikdə həmin sərəncamın 1 saylı Əlavəsində\ngöstərilən siyahı üzrə Qaradağ rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansına və\nxidmət dairəsinə verilmişdir.\n5. İddiaçı cavabdehə müraciət edərək, ünvan 3, 2a saylı mənzil üzərində\nmülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını və bu\nbarədə çıxarışın verilməsini xahiş etmişdir.\n6. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından\nimtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, aparılan araşdırma zamanı iddiaçıya\nqeyd olunan mənzilə dair Səbail Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 64 nömrəli\nsərəncamın xx.xx.2013-cü il tarixdə verildiyi müəyyən edilmiş və bu səbəbdən ərizənin\nicrası mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan\nRespublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının\nMənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai\nmənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının\nsərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların\ndövlət qeydiyyatı üçün əsasdır. 2009-cu il oktyabrın 1-dən qüvvədə olan Azərbaycan\n\nRespublikasının Mənzil Məcəlləsinə uyğun olaraq dövlət və ya bələdiyyə mənzil\nfondundan ayrılmış yaşayış sahələri mülkiyyətə deyil, yalnız istifadəyə verilə bilər.\nİŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ\nbirinci instansiya məhkəməsində icraat\n7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət\nedərək, Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 64 nömrəli\nsərəncamına əsasən onun mülkiyyətinə verilmiş ünvan 3, 2a saylı mənzil üzərində\nhüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla müvafiq çıxarışın\nverilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş\netmişdir.\n8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 3, 2a saylı mənzil ona\nməxsusdur. Həmin mənzil ona Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il\ntarixli, 64 nömrəli sərəncamına əsasən verilmişdir. Belə ki, işlədiyi ARDNŞ-nin vahid\nmənzil uçotu siyahısı üzrə ümumi əsaslarla xx.xx.1988-ci ildə mənzil uçotuna\ngötürülmüşdür. Həmin mənzil artıq 8 ildir ki, onun istifadəsindədir və ailə üzvləri ilə orada\nyaşayır. Buna görə də həmin mənzilin üzərində hüquqlarının daşınmaz əmlakın dövlət\nreyestrində qeydiyyata alınması barədə cavabdehə müraciət etmiş, lakin ona imtina\ncavabı verilmişdir. Cavabdehin müvafiq qeydiyyatın aparılmasından imtinası əsassızdır.\nCavabdeh ona istinad edir ki, ona dövlət tərəfindən verilmiş mənzil mülkiyyətə deyil,\nistifadəsinə verilmişdir. Halbuki, sərəncamda həmin mənzilin istifadəsinə verilməsi ilə bağlı\nümumiyyətlə bir cümlə belə yoxdur. Sərəncamda mənzilin iddiaçıya verilməsi qeyd\nolunmuşdur. Cavabdeh qüvvədə olan Mənzil Məcəlləsinin hər hansı maddəsinə istinad\netmədən, ümumi sözlərlə Mənzil Məcəlləsinə istinad edərək həmin Məcəllədə dövlət və ya\nbələdiyyə fonduna aid olan mənzillərin mülkiyyətə deyil, istifadəyə verilməsinin\ngöstərildiyini qeyd etmişdir. Ona verilmiş mənzil mülkiyyət hüququ əsasında Azərbaycan\nRespublikasına məxsus olan yaşayış sahələrinə aid olan mənzildir. Ona dövlət tərəfindən\nverilmiş mənzilin istifadə məqsədilə verilməsi qeyri-mümkündür. Belə ki, istifadə\nməqsədlərinə görə dövlət mənzil fondu sosial təyinatlı mənzil fonduna və xüsusi təyinatlı\nmənzil fonduna bölünür. Ona verilən mənzilə dair hər hansı sosial kirayə müqaviləsi\nbağlanılmamışdır və sərəncamda bununla bağlı hər hansı qeyd yoxdur. Belə olan halda,\nona verilən mənzil sosial təyinatlı mənzil fonduna aid olan mənzil deyil. Digər tərəfdən ona\nverilən mənzil xüsusi təyinatlı mənzil fonduna da aid olan mənzil hesab edilə bilməz.\nQanunun tələbinə əsasən xüsusi təyinatlı mənzil fonduna aid olan mənzillər də xüsusi\ntəyinatlı yaşayış sahələri kimi kirayə müqaviləsi əsasında verilir. Səbail Rayon İcra\nHakimiyyəti başçısının sərəncamında göstərilmədiyi üçün həmin mənzil ona müvəqqəti\nistifadə üçün verilmiş mənzil kimi hesab edilə bilməz. Beləliklə, Səbail rayon İcra\nHakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 64 nömrəli sərəncamına əsasən ona\nverilmiş mənzil dövlət mənzil fonduna aid olan mənzildir və həmin mənzil əvəzsiz olaraq\nonun mülkiyyətinə verilmişdir. Qanunun tələblərinə əsasən Səbail Rayon İcra Hakimiyyəti\nbaşçısının xx.xx.2013-cü il tarixli, 64 nömrəli sərəncamı ona verilmiş mənzilin adına dövlət\nqeydiyyatına alınması üçün əsas hesab olunduğu üçün cavabdehin imtinası qanunsuz\nolmuşdur.\n9. Cavabdeh iddiaya qarşı etirazında qeyd etmişdir ki, sözügedən ünvanda\nyerləşən mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan\nRespublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim\nedilməmişdir. Belə ki, iddiaçıya qeyd olunan mənzilə dair Səbail Rayon İcra Hakimiyyətinin\nbaşçısı tərəfindən 64 nömrəli sərəncamın xx.xx.2013-cü il tarixində verildiyi müəyyən\nedilmişdir. Qeyd olunan səbəbdən ərizənin icrası tərəflərindən mümkün olmamış və bu\nbarədə iddiaçıya **********77 nömrəli, xx.xx.2021-ci il tarixli məktub ünvanlanmışdır.\nMəlumat üçün bildirilir ki, iddiaçının adına ünvan 2 ünvanında yerləşən 14 saylı mənzil\ndaşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. “Mənzil fondunun\nözəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən\n\ndövlət və yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız\nbir dəfə istifadə edilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan\nRespublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil\nMəcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil\nfondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının\nsərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların\ndövlət qeydiyyatı üçün əsasdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi\nxahiş edilmişdir.\n10. Bakı İnzibati Məhkəməsinin (hakim Aygün Əhədova) 14 oktyabr 2022-ci il tarixli,\n2-1(112)-10761/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.\n11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki,\nqanunvericiliyə əsasən, dövlət və yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz\nözəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilər. Nəzərə almaq lazımdır ki,\niddiaçının dövlət və yaxud ictimai mənzil fondu mənzilini əvəzsiz özəlləşdirmək\nhüququndan artıq bir dəfə yararlandığı iş üzrə materiallarla təsdiq olunur. Belə ki, işin\naraşdırılması zamanı müəyyən olunmuşdur ki, “Azərneft” İstehsalat Birliyinin\n“Bibiheybətneft” Neft Qazçıxarma İdarəsinin xx.xx.1986-cı il tarixli, 257245 nömrəli\norderinə əsasən Bakı şəhəri, Səbail rayonu, Ekspermentalnı küçəsi, ev 50, 14 nömrəli\nmənzil iddiaçının istifadəsinə verilmiş, mənzilə dair iddiaçının adına (3 nəfər ailə üzvü ilə\nbirlikdə) “Azərneft” İstehsalat Birliyinin “Bibiheybətneft” Neft Qazçıxarma İdarəsi Mənzil\nTəsərrüfat Kontoru tərəfindən 8379 nömrəli şəxsi hesab vərəqəsi açılmış, mənzil 1997-ci\nildə iddiaçının adına özəllləşmiş və hazırda Bakı şəhəri, Səbail rayonu, Ö.F .Nemanzadə\n(keçmiş Ekspermentalnı) küçəsi, ev 50, 14 nömrəli mənzil iddiaçının xüsusi\nmülkiyyətindədir. Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 64\nnömrəli sərəncamı ilə ünvan 1 ünvanında yerləşən 2a nömrəli mənzilin iddiaçının\nistifadəsinə verilməsi iddiaçının yenidən dövlət və yaxud ictimai mənzil fondu mənzilini\nəvəzsiz özəlləşdirmək hüququnun yaranması anlamında qəbul edilə və bu baxımdan\ndəyərləndirilə bilməz. Məhkəmə hesab edir ki, iddiaçı artıq bir dəfə Bakı şəhəri, Səbail\nrayonu, Ö.F .Nemanzadə küçəsi, ev 50, 14 nömrəli mənzili özəlləşdirdiyindən onun\nyenidən, ikinci dəfə ünvan 1 ünvanında yerləşən 2a nömrəli mənzili özəlləşdirmək hüququ\nistisna olunur. Beləliklə, hazırkı mübahisəyə münasibətdə “Azərbaycan Respublikasında\nmənzil fondunun özəlləşdirilməsi haqqında” 26 yanvar 1993-cü il tarixli Azərbaycan\nRespublikası Qanununun müddəaları baxımından iddiaçı dövlət mənzil fondunun\nmənzillərini özəlləşdirmək hüququna malik deyildir.\n12. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və\niddianın təmin olunmasını xahiş etmişdir.\napellyasiya instansiyası məhkəməsində icraat\n13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Şərafət\nMəmmədova /sədrlik edən və məruzəçi/, Cahangir Yusifov və Pərviz Hüseynov) 24 yanvar\n2023-cü il tarixli, 2-1(103)-979/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin\nedilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.\n14. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi\nmövqeyi ilə razılaşmışdır.\n15. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və\niddianın təmin olunmasını xahiş etmişdir.\nKASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ\nKassasiya şikayətinin dəlilləri\n16. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin və\napellyasiya şikayətinin dəlilləri təşkil edir.\n\nKassasiya şikayətinə qarşı etirazın dəlilləri\n17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.\nTƏTBİQ EDİLƏN HÜQUQ\n18. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi\nhaqqında” Azərbaycan Respublikasının Qanunu\nMaddə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə\nmüqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı\nolmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və\nqaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır.\nMaddə 2. Bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun\nözəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə\ndair əsas müddəaları müəyyən edir.\nMaddə 7. Dövlət və yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək\nhüququndan yalnız bir dəfə istifadə edilə bilər.\n19. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi\nMaddə 17.1. Mənzil fondu – Azərbaycan Respublikasının ərazisində yerləşən bütün\nyaşayış sahələrinin məcmusudur.\n17.2. Mülkiyyət formasına görə mənzil fondu aşağıdakılara bölünür:\n17.2.1. xüsusi mənzil fondu – fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış\nsahələrinin məcmusu;\n17.2.2. dövlət mənzil fondu – mülkiyyət hüququ əsasında Azərbaycan\nRespublikasına məxsus olan yaşayış sahələrinin məcmusu;\n17.2.3. bələdiyyə mənzil fondu – bələdiyyələrə mülkiyyət hüququ əsasında məxsus\nolan yaşayış sahələrinin məcmusu.\nMaddə 146.1. Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan\nRespublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının\n26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini\nözəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır.\n20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının\nQanunu\nMaddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət\nqeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının\nMülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin,\nməhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam\nverilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.\nMaddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına\nkeçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı\nüçün aşağıdakılar əsas hesab olunur:\n8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları\ntərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın\nözgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş\naktlar;\n8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları;\n8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu\nil oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə\ndair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;\nMaddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi\nvə başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər\nəsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən\nçıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir.\nÇıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə\n\n“Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt\nrejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış\nelektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir.\nMaddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda\nimtina edilə bilər:\n15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət\nqeydiyyatına alınmalı deyildirsə;\n15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb\nolunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə\nuyğun deyildirsə;\n15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs\nmüraciət etdikdə;\n15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya\nbələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab\nolunduqda;\n15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak\nüzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda;\n15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın\ndayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.\n21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi\nMaddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra\nqiymətləndirilir.\nMaddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız\napellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının\ndüzgün tətbiq edilməsini yoxlayır.\nMaddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu\ngündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin\n131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində\nmüvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.\nMaddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə\nməlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.\nMaddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi\ngöstərilməlidir.\nMaddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat\nqaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin\nvahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında\nbaxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.\nMaddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını\n(qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam\nvə ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı,\nhəmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.\nMaddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.\nKASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ\n22. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan\nlazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.\n23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi\nüçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq\nyoxlanılacaqdır.\nKASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ\n\n24. Məhkəmə kollegiyası mübahisəyə dair iş üzrə materialları və kassasiya\nşikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya\ninstansiyası məhkəməsi tərəfindən işin hallarının yekun qərar qəbul etməyə imkan verən\nhəcmdə müəyyən edilməsinə baxmayaraq, mübahisəli hüquq münasibətini tənzimləyən\nmaddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir.\n25. Eyni zamanda, sübutların qiymətləndirilməsi ilə bağlı apellyasiya instansiyası\nməhkəməsinin qənaəti də Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin\n58-ci maddəsinin tələblərinə uyğun olmamışdır. Bu səbəbdən apellyasiya instansiyası\nməhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq\nnormalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, kassasiya şikayəti təmin\nedilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin\nolunmalıdır.\n26. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini\nvə iddia tələbinin təmin olunmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını\nzəruri sayır.\n27. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ünvan 3 ünvanında\nyerləşən 2a saylı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət\nreyestrində qeydiyyata alınmasına nail olmaqdan ibarətdir.\n28. Mübahisəyə dair iş üzrə materiallardan görünür ki, sözügedən mənzil\nAzərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyinin və Azərbaycan Neft Qaz\nSənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin xx.xx.2012-ci il tarixli, 09\nnömrəli protokol qərarı ilə 4 nəfər (özü, həyat yoldaşı, oğlu, qızı) ailə üzvü olmaqla\niddiaçıya verilmiş və həmin protokol qərarı Səbail Rayon İcra Hakimiyyəti başçısının\nxx.xx.2013-cü il tarixli, 64 nömrəli sərəncamı ilə təsdiq edilmişdir.\n29. Mübahisəyə baxan məhkəmələr, iddiaçının 1997-ci ildə xx.xx.1986-cı il tarixli,\n257245 nömrəli orderə əsasən ona ayrılmiş başqa bir mənzili (Bakı şəhəri, Səbail rayonu,\nÖ.F .Nemanzadə(keçmiş Ekspermentalnı) küçəsi, ev 50, 14 saylı mənzil) özəlləşdirməklə\nbu hüququndan artıq bir dəfə istifadə etdiyinə əsaslanaraq ona münasibətdə “Azərbaycan\nRespublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası\nQanununun 7-ci maddəsinin müddəalarını tətbiq etmiş və həmin normaya istinadən iddianı\ntəmin etməmişdirlər.\n30. Bununla bağlı məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, işə baxan\nməhkəmələrin iddianın təmin olunmamasının hüquqi əsası kimi istinad etdiyi “Azərbaycan\nRespublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının\nQanunu dövlət və ya ictimai mənzil fondunun mənzillərinin özəlləşdirilməsi qaydalarını və\nşərtlərini müəyyən edir. Mübahisəli mənzil isə dövlət və ya ictimai mənzil fonduna aid\nmənzili deyil, hüquqi şəxsin – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin balansında\nolmaqla xüsusi mənzil fonduna aid mənzil olmuşdur. Məhz Dövlət Neft Şirkətinin\nxx.xx.2012-ci il tarixli, 09 nömrəli protokol qərarı ilə sözügedən mənzilin iddiaçıya verilməsi\nqərara alınmışdır.\n31. Bu qərarın 19-cu bəndində istinad olunan normaya görə, mülkiyyət formasından\nasılı olaraq mənzil fondu – fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələrinin\nməcmusundan ibarət xüsusi mənzil fondundan, mülkiyyət hüququ əsasında Azərbaycan\nRespublikasına məxsus olan yaşayış sahələrinin məcmusundan ibarət dövlət mənzil\nfondundan və mülkiyyət hüququ əsasında bələdiyyələrə məxsus olan yaşayış sahələrinin\nməcmusundan ibarət bələdiyyə mənzil fondundan ibarətdir.\n32. Bu mənada iddiaçıya ayrılmış mənzil istinad olunan norma baxımından hüquqi\nşəxsin – Dövlət Neft Şirkətinin xüsusi mənzil fondunun mənzili olaraq qəbul edilməlidir.\n33. Məhkəmənin bu qənaəti həmçinin sözügedən mənzilin yerləşdiyi binanın Bakı\nŞəhər İcra Hakimiyyətinin Mənzil-kommunal Təsərrüfatı Departamentinin xx.xx.2015-ci il\ntarixli, 83 nömrəli sərəncamı ilə də təsdiq olunur. Belə ki, həmin sərəncama əsasən, 1\nsaylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olan, Qaradağ\nrayonunun ərazisində yerləşən və müvafiq olaraq 150, 152, 156 saylı Mənzil-kommunal\nistismar sahələrinin istismarındakı yaşayış binaları, o cümlədən mübahisəli mənzilin də\n\nyerləşdiyi, 1973-cü ildə inşa edilmiş C. Qəhrəmanov küçəsi, ev 10 ünvanında yerləşən\nbina inventarları daxil olmaqla bütün aktivləri ilə birlikdə həmin sərəncamın 1 saylı\nƏlavəsində göstərilən siyahı üzrə Qaradağ rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin\nbalansına və xidmət dairəsinə verilmişdir. Yəni qeyd olunan sərəncamın məzmunundan da\nsözügedən mənzilin iddiaçıya ayrıldığı dövrdə Xüsusi Təyinatlı Mənzil-Kommunal\nTəsərrüfatı Birliyinin balansında olduğu və dövlət mənzil fonduna aid olmadığı görünür.\n34. Qeyd olunan səbəbdən “Azərbaycan Respublikasında mənzil fondunun\nözəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları, xüsusən\nhəmin Qanunun 7-ci maddəsi sözügedən mənzillə bağlı hazırkı mübahisəyə münasibətdə\ntətbiq edilə bilməz. Belə ki, istinad olunan həmin normaya görə, əvəzsiz özəlləşdirmək\nhüququndan istifadəyə qoyulmuş (yalnız bir dəfə istifadə ilə bağlı) məhdudiyyət yalnız\ndövlət və yaxud ictimai mənzil fondu mənzillərinə münasibətdə nəzərdə tutulmuşdur.\n35. Bundan əlavə, həmçinin nəzərə almaq lazımdır ki, mənzilin ayrıldığı zaman\niddiaçı ilə mənzilə dair sosial kirayə müqaviləsi və ya xüsusi təyinatlı yaşayış sahəsinin\nkirayə müqaviləsi bağlanılmamış, eləcə də mənzilin həmin məqsədlərlə ayrıldığı hər hansı\nşəkildə rəsmiləşdirilməmişdir və bunun üzərindən mənzilin qeyd-şərtsiz onun mülkiyyətinə\nverilməsinə dair iddiaçıda qanuni gözləntilər yaranmışdır. Belə hallarda iddiaçının etimad\nhüququ da nəzərə alınmalıdır. Bu yanaşma hüquqi müəyyənlik prinsipinin tələblərindən də\nirəli gəlir.\n36. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Dövlət Neft\nŞirkətinin və Azərbaycan Neft-Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika\nKomitəsinin xx.xx.2012-ci il tarixli, 09 nömrəli protokol qərarına əsasən, iddiaçıya ayrılmış\nmənzilə hüquqtəsdiqedici sənədin verilməsi üçün onun uçot qovluğunun Səbail Rayon\nİcra Hakimiyyətinə göndərilməsi qərara alınmışdır. Bu mənada həmin protokol qərarının\ntəsdiq edilməsi barədə Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 64\nnömrəli sərəncamı hazırkı qərarın 20-ci bəndində istinad olunan normada (Qanunun 8.0.1-\nci maddəsində) nəzərdə tutulmuş akt anlamında qəbul olunmalıdır.\n37. Nəzərə alınmalıdır ki, cavabdeh səlahiyyətli icra hakimiyyəti orqanı tərəfindən\nqəbul edilmiş həmin sərəncama bağlıdır və həmin sərəncamın məzmununa uyğun\ndavranmağa borcludur. Həmçinin nəzərə almaq lazımdır ki, cavabdeh tərəfindən həmin\nsərəncam məzmun baxımından təftiş edilə və qüvvədə olduğu müddətdə həmin\nsərəncamın icrasından imtina oluna bilməz.\n38. Hazırkı mübahisəyə münasibətdə qeyd edilən sərəncamın qüvvədə olduğu\nnəzərə alınmalı, iddiaçının sözügedən mənzilə mülkiyyət hüququnun dövlət qeydiyyatı\nüçün əsas qismində qiymətləndirilməli və yetərli sayılmalıdır.\n39. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən\nsəbəblərə görə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunsuz və\nəsassız hesab edilməli, kassasiya şikayətinin dəlilləri əsaslı olduğu üçün şikayət təmin\nedilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin\nolunmalıdır.\n40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası\nQƏRARA ALDİ:\nİddiaçının kassasiya şikayəti təmin edilir.\nBakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 yanvar 2023-cü il tarixli,\n2-1(103)-979/2023 nömrəli qərarı ləğv edilir.\nİddia təmin edilir.\nİddiaçı mülkiyyətinə verilmiş ünvan 3, 2a saylı ünvanda yerləşən mənzil üzərində\nonun hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq\nçıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1\nsaylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulur.\nQərar qətidir.",
      "url": "file:///C:/Users/TechEvo%20Computers/Downloads/3ulduz/9_1233%2B24.08.2023.pdf",
      "local_file": "014_06db2271c7.pdf",
      "local_text_file": "014_2-1(102)-1233_2023.txt",
      "content_type": "application/pdf"
    },
    {
      "menbe": "Ali Məhkəmənin üç ulduzlu qərarları",
      "akt_novu": "Üç ulduzlu qərar",
      "tarix": "2023-09-28",
      "basliq": "2-1(102)-1594/2023",
      "is_nomresi": "2-1(102)-1594/2023",
      "movzu": "",
      "metn": "Azərbaycan Respublikası adından\nQƏRAR\nBakı şəhəri İş № 2-1(102)-1594/2023 28.09.2023\nALİ MƏHKƏMƏ\nAzərbaycan Respublikası adından\nAzərbaycan Respublikası Ali Məhkəməsinin\nİnzibati Kollegiyasının\nİddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi\nNazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iş üzrə\nQ Ə R A R İ\nAçar sözlər: (şəhid ailəsi statusuna malik bir neçə şəxsin\nmənzillə təmin edilməsi)\nAzərbaycan Respublikası\nAli Məhkəməsinin İnzibati Kollegiyası\n\nHakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib\nSahib oğlundan ibarət tərkibdə,\nİddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi\nNazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “mənzillə təmin edilməsi” tələbinə dair\ninzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 10 aprel tarixli,\n2-1(103)-1832/2023 saylı qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə\nyazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi.\nİŞİN HALLARİ\n1. İş materiallarında olan AZ-İİ seriyalı, 348414 nömrəli nikah haqqında şəhadətnamənin\nsurətinə əsasən, X5 və İddiaçı arasında 2019-cu il 11 sentyabr tarixində nikah bağlanmışdır.\n2. 2020-ci il 6 noyabr tarixli, AZ-İİ seriyalı, 126402 nömrəli ölüm haqqında şəhadətnamənin\nsurətinə əsasən, X5 2020-ci il 11 oktyabr tarixində hərbi əməliyyat nəticəsində odlu silah və digər\nadi silah növləri ilə törədilmiş zədələmələr səbəbindən ölmüşdür.\n3. İddiaçı 2021-ci il 15 fevral tarixdə şəhid ailəsinin üzvü vəsiqəsi verilmişdir.\n4. 2021-ci il 24 iyul tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə\nəsasən, 2020-ci il 11 oktyabr tarixində vəfat etmiş X2 vərəsələri: anası X4, oğlu X6, arvadı\nİddiaçıdır və onların hər biri miras əmlakdan 1/3 irs almalıdırlar.\n5. Cavabdehin iddiaçıya ünvanlanmış 2021-ci il 7 dekabr tarixli, 21830225 nömrəli\nməktubunda bildirilmişdir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və\nkonstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid\nailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında”\nAzərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli, 2449 nömrəli Sərəncamı ilə\n2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış\nsahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi\nbütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyyi müəyyən\nedilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-\ndə qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə\nəlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə\nehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı\nAzərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun\nmüdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələrinin 2021-2025-ci illər\nərzində mərhələlərlə və növbəlilik qaydasında mənzil və ya fərdi evlərlə təmin edilməsi nəzərdə\ntutulmuşdur. Əlavə olaraq Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə\nəsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan\nyaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və\nvalideynləri aid edilir. Göstərilənlərə əsasən, şəhid Ruslan Cəfərovun övladı şəhid ailəsinin\nüzvlərinin Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alan X6 şəhid ailəsi üzvü kimi\nyaşayış sahəsinə ehtiyacı olan qismində Bakı şəhəri, Nəsimi rayon İcra Hakimiyyətində uçota\nalınmış və 2021-ci il 22 sentyabr tarixində Bakı şəhəri, Binəqədi rayonu, Xocasən yaşayış\nkompleksində birotaqlı mənzillə təmin edilmişdir. Qeyd olunanları nəzərə alaraq, müraciətinizin\nmüsbət həlli mümkün deyil.\nİş üzrə qəbul edilmiş məhkəmə aktları\nbirinci instansiya məhkəməsində icraat\n6. İddiaçı X3 (bundan sonra-iddiaçı) 2022-ci il 6 oktyabr tarixində cavabdeh Azərbaycan\nRespublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər\nAgentliyinə (bundan sonra-cavabdeh və ya Sosial Xidmətlər Agentliyi) qarşı iddia ərizəsi ilə Bakı\nİnzibati Məhkəməsinə müraciət edərək, mənzillə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə\nqoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.\n7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2020-ci il 11 oktyabr tarixində Azərbaycan\nSilahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün\n\nbaşlanan Vətən Müharibəsi zamanı Xocavənd rayonunun Hadrut qəsəbəsinin azadlığı uğrunda\ngedən döyüşlərdə şəhid olmuş X2 (bundan sonra-R.Cəfərov) həyat yoldaşıdır. “Şəhid adının\nəbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası\nQanunun 1-ci maddəsinə əsasən, şəhid olduqdan sonra mərhum yoldaşına “şəhid” statusu, onun\nailəsinə isə “şəhid ailəsi” statusu verilmişdir. Bu barədə onlara Sosial Xidmətlər Agentliyi\ntərəfindən 2021-ci il 15 fevral tarixli, 002510 nömrəli “şəhid ailə üzvü vəsiqəsi” də təqdim\nedilmişdir. Müvafiq vəsiqə iddiaçıya təqdim olunduqdan sonra o, 2021-ci il 18 fevral tarixli, Ə-48-\n068 saylı ərizə ilə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə müraciət edərək, şəhid ailəsi\nkimi yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsini xahiş etmiş, Bakı şəhəri Binəqədi rayon\nİcra Hakimiyyətinin 2021-ci il 3 iyun tarixli, 103 saylı sərəncamı ilə şəhid ailəsi kimi güzəştli\nəsaslarla yaşayış yeri üzrə mənzil növbəsinə götürülmüşdür. Şikayətlərin nəticəsində ona məlum\nolmuşdur ki, mərhum həyat yoldaşının birinci nikahdan olan oğlu, X6 ehtiyacı olan qismində Bakı\nşəhəri Nəsimi rayon İcra Hakimiyyətində uçota alınmış, 18 yaşına çatanadək sağlamlıq\nimkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs olduğu üçün\nona 2021-ci il 22 sentyabr tarixində Bakı şəhəri, Binəqədi rayonu, Xocasən yaşayış\nkompleksində birotaqlı mənzil verilmişdir. İddiaçı cavabdeh quruma müraciət edərək, mənzil və\nya fərdi evlə təmin olunmağını xahiş etmiş, lakin ona 2021-ci il 9 dekabr tarixli, **********5 nömrəli\ncavab məktubu ilə qeyd olunan əsasla imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası\nəsassızdır. Belə ki, Sosial Xidmətlər Agentliyi tərəfindən iddiaçıya 2021-ci il 15 fevral tarixli,\n002510 nömrəli “şəhid ailə üzvü vəsiqəsi” verilmişdir. Məhz bu vəsiqəyə əsasən, iddiaçının şəhid\nailəsi kimi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və\nimtiyazlardan istifadə etmək hüququ vardır. Habelə, Bakı şəhər Binəqədi rayon İcra\nHakimiyyətinin 2021-ci il 3 iyun tarixli, 103 saylı sərəncamı ilə şəhid ailəsi kimi güzəştli əsaslarla\nyaşayış yeri üzrə mənzil növbəsinə götürülmüşdür. Bu imtina şəhid ailəsi kimi onun güzəşt və\nimtiyazlardan istifadə edilməsi üçün maneə olmuşdur. Çünki yoldaşının birinci nikahdan olan\noğlunun şəhid ailəsi üzvünün vəsiqəsi olmadığına baxmayaraq, onun mənzil növbəsinə\ngötürülməsi və tezliklə mənzillə təmin olunması iddiaçının hüquqlarını pozmuşdur. Azərbaycan\nRespublikası Mənzil Məcəlləsinin tələblərinə müvafiq olaraq şəhid ailəsi üzvü kimi verilmiş mənzil\nşəhidin digər ailə üzvləri ilə birgə yaşayış üçün nəzərdə tutulmuşdur.\n8. Tələbin maddi hüquqi əsası kimi Mənzil Məcəlləsinin 51.2, 51.3, 51.4, 51.5, 51.6, 51.7, 52,\n53.1.1, 53.1.2, 53.1.3, 53.1, 53.2, 53.3-cü, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası\nQanununun 2.0.2, 58.1, 67.1, 67.2, 67.3-cü, Azərbaycan Respublikası İnzibati Prosessual\nMəcəlləsinin (bundan sonra-İPM) 2.2.3, 34.1, 58.7, 68.1, 68.2, 70.3-cü maddələrinə,\n“Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun\nmüdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət\nşəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası\nPrezidentinin 2021-ci il 25 yanvar tarixli, 2449 nöməli Sərəncamına, “Mənzil Məcəlləsinin təsdiq\nedilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında\nAzərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası\nPrezidentinin 2009-cu il 27 avqust tarixli Fərmanının 2.3-cü yarımbəndinə istinad edilmişdir.\n9. Cavabdeh iddia ərizəsinə qarşı 2022-ci il 23 dekabr tarixində Bakı İnzibati Məhkəməsinə\netiraz təqdim edərək bildirmişdir ki, şəhid R.Cəfərovun ailə üzvü qismində 1-ci nikahından olan\növladı X6 Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətində 2021-ci il 11 avqust tarixindən yaşayış\nsahəsinə ehtiyacı olan şəxs kimi uçota alınmışdır. Həmin vətəndaşa 2021-ci il 22 sentyabr\ntarixində cavabdeh tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Xocahəsən qəsəbəsində yerləşən\nYeni yaşayış kompleksindən mənzil verilmişdir.Ona görə də iddia ərizəsi rədd olunmalıdır.\n10. Bakı İnzibati Məhkəməsinin 2023-cü il 8 fevral tarixli, 2-1(112)-2908/2023 nömrəli qərarı\nilə iddia təmin edilməmişdir (hakim-M.Qarayeva).\n11. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, iddia\nmahiyyətcə iddiaçının şəhid ailəsinin üzvü kimi mənzillə təmin edilməsinin cavabdehə həvalə\nedilməsindən ibarətdir.\n12. İddiaçı şəhid ailəsinin üzvü statusuna malikdir, yerli icra hakimiyyəti orqanında yaşayış\nsahəsinə ehtiyacı olan qismində uçota alınmışdır.\n\n13. Qeyd edilən Sərəncamın mətninə uyğun olaraq müvafiq kateqoriyadan olan şəxslərin\n(yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və\n2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı şəhid olmuş şəxslərin ailələrinin mənzil və ya\nfərdi evlə təmin edilməsi tapşırılmışdır. Yəni Sərəncamda mənzil və ya fərdi evə münasibətdə\nismin kəmiyyət halı “tək” formada işləndiyindən, Sərəncamın məzmunu bir şəhid ailəsinə birdən\nartıq mənzilin verilməsi qənaətinə gəlməyə məhkəməyə əsas vermir. Hazırki işin halına uyğun\nolaraq müəyyən edilir ki, şəhid R.Cəfərovun övladı şəhid ailəsinin üzvlərinə Azərbaycan\nRespublikası Prezidentinin təqaüdünü alan X6 şəhid ailəsi üzvü kimi yaşayış sahəsinə ehtiyacı\nolan qismində Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətində uçota alınmış və qeyd edilən\nSərəncamın icrası qaydasında 2021-ci il 22 sentyabr tarixində Bakı şəhəri, Binəqədi rayonu,\nXocasən yaşayış kompleksində bir otaqlı mənzillə təmin edilmişdir.\n14. Hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki\nşərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı\ninzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə\nbilmişdir.\n15. Məhkəmə öz qərarını Azərbaycan Respublikası Konstitusiyasının 12.1, 16.1-ci, Mənzil\nMəcəlləsinin 91.1.4, 95, 98.1, 98.2, İPM-in 14.3, 58.7, 68.1, 68.2, 73.1-ci maddələrinə,\nAzərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli, 1077 nömrəli Fərmanı ilə təsdiq\nedilmiş Sosial Xidmətlər Agentliyinin Nizamnaməsinin 3.1.16-ci maddəsinə, “İnzibati və mülki\nhüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan\nRespublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 04 nömrəli Qərarına,\n“Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun\nmüdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət\nşəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası\nPrezidentinin 2014-cü il 20 iyun tarixli, 569 nömrəli Sərəncamına, “Azərbaycan Respublikasının\nərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi\nmüəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı\nbir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli,\n2449 nöməli Sərəncamına istinad etməklə əsaslandırmışdır.\n16. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin\nolunmasını xahiş etmişdir.\napellyasiya instansiyası məhkəməsində icraat\n17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 10 aprel tarixli, 2-1(103)-\n1832/2023 saylı qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya\nməhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır(hakimlər: K.Əkbərov/sədrlik edən,\nM.T ağızadəvə R.Səmədov).\n18. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə\nrazılaşmış, onun istinad etdiyi qanunvericilik normalarına istinad etmiş və apellyasiya şikayətinin\ndəlillərinin əsassız olduğunu qeyd etmişdir.\n19. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini\nvə iddia tələbinin təmin olunmasını xahiş etmişdir.\nKassasiya şikayətininvə ona qarşı etirazın dəlilləri\nKassasiya şikayətinin dəlilləri\n20. Şikayətdə qeyd olunmuşdur ki, apellyasiya instansiya məhkəməsi iz üzrə mühüm\nməqamları nəzərə almamış və düzgün araşdırma aparmamışdır.İddiaçının şəhid ailəsi üzvü kimi\nmənzillə təmin olunmaq hüququ məhdudlaşdırılmışdır.Dövlət proqramları əsasında ərazi\nbütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən\nedilmiş şəxslərin və şəhid ailələrinin mənzillə və ya fərdi evlərlə təmin olunması üçün tədbirlər\ngörmək cavabdehin nizamnaməsi ilə təsdiq edilmiş vəzifəsidir.Lakin agentlik mərhumun 1-ci\nnikahdan olan oğlu Cəfərli Raulun mənzillə təmin olunduğunu əsas gətirərək iddiaçını mənzillə\n\ntəmin etməkdən əsassız olaraq imtina etmişdir.Belə ki, qanunvericiliklə şəxsin mülkiyyətində\nəmlak olduğu halda mənzillə təmin edilməməsi birbaşa nəzərdə tutulmamışdır.Beləliklə\ncavabdeh tərəfindən müvafiq qanunvericiliyin tələblərinin pozulması ilə yanaşı nizamnamə üzrə\nvəzifəsi də icra edilməmişdir.\n21. Bakı Apellyasiya məhkəməsi iş üzrə qərarını heç bir şəkildə əsaslandırmamış, sadəcə\nhüquq normalarına formal olaraq istinad etmişdir.\nKassasiya şikayətinə qarşı etirazın dəlilləri\n22. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir.\nKASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ\n23. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi\nqaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.\n24. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat\nçərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.\nTƏTBİQ EDİLƏN HÜQUQ\nAzərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi\nMaddə 12. İşin hallarının araşdırılması prinsipi\n12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim\netdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün\nhəlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa\nborcludur.\n12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının\nvəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə\nməlumat və sübutlar tələb edə bilər.\n12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların\naraşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.\n12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi\nyaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi\nqadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün\nxüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə\nbilər.\nMaddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri\nAli Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya\ninstansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq\nedilməsini yoxlayır.\n“Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər\n94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1\nay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və\n132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya\ninstansiyası məhkəməsi vasitəsi ilə verilir.\n94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar\ngöstərilməli və şikayət əsaslandırılmalıdır.\n94.3. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarından\nverilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin verildiyi gündən 1 ay ərzində\nhəmin şikayətin əsaslandırma hissəsi birbaşa Ali Məhkəməyə təqdim edilməlidir.\n94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.\nMaddə 96. Ali Məhkəmədə icraat\n\n96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar\nqəbul edir.\n96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını)\ndəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən)\nyeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara\nqarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.\nMaddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı\n98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.\nKassasiya instansiyası məhkəməsinin mövqeyi\n25. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin\ndəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Belə ki, apellyasiya instansiyası\nməhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət\nedilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamışdır. Bu baxımdan\nkassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv\nedilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.\n26. Məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə apellyasiya instansiyası\nməhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab\nedir.\n27. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə\nproses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə\nolan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən\nbütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və\nhərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.\n28. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə iş üzrə araşdırmanın həcmi, konkret işin\nhallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən\nolunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün\nyetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid faktların\nvə digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş\nhallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin\netməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab\nverən və iş üzrə mövcud ziddiyyətli məqamların aradan qaldırılmasını təmin edən həcmdə\naraşdırılma aparılmamışdır.\n29. Mübahisəyə dair işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının həyat yoldaşı\nR.Cəfərov Xocavənd rayonunun Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlər zamanı 11\noktyabr 2020-ci il tarixində şəhid olmuşdur. R.Cəfərova “şəhid” statusu, onun ailəsinə isə “şəhid\nailəsi” statusu və bunu təsdiqləyən müvafiq vəsiqə verilmişdir. İddiaçı Bakı şəhəri Binəqədi rayon\nİcra Hakimiyyətinin 2021-ci il 3 iyun tarixli, 103 saylı sərəncamı ilə şəhid ailəsi kimi güzəştli\nəsaslarla yaşayış yeri üzrə mənzil növbəsinə götürülmüşdür. Eyni zamanda mərhumun birinci\nnikahdan olan oğlu, X6, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən\nolunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs kimi ehtiyacı olan qismində 2021-ci il 11 avqust\ntarixində Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətində uçota alınmış və ona 2021-ci il 22\nsentyabr tarixində Bakı şəhəri, Binəqədi rayonu, Xocasən yaşayış kompleksində birotaqlı mənzil\nverilmişdir.\n30. Hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı şəhid ailəsi statusuna və\nNəsimi rayon icra hakimiyyətində ehtiyacı olan qismində mənzil növbəsində olduğuna\nəsaslanaraq ona şəhid ailəsinin üzvü kimi mənzil verilməsinə nail olmaqdan ibarətdir. Cavabdeh\nşəhidin birinci nikahdan olan oğlunun evlə təmin olunduğuna və bu səbəbdən artıq şəhid ailsinin\nmənzillə təmin olunduğuna istinad edərək, onun həyat yoldaşı olan və şəhid ailəsi kimi tanınmış\niddiaçıya mənzil verilməsindən imtina etmişdir.\n31. Məhkəmə iddianı rədd edərkən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün,\n\nmüstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş\nşəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər\nhaqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli, 2449 nöməli\nSərəncamında bir şəhid ailəsinə birdən artıq mənzilin verilməsinin nəzərdə tutulmaması\nqənaətindən çıxış etmişdir.\n32. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, apelyasiya məhkəməsi iddiaçının da şəhid\nailəsi kimi həmin sərəncamda nəzərdə tutulmuş şərtlər daxilində mənzillə təmin olunma hüququna\nmalik olma imkanını nəzərə almamışdır.Belə ki, şəhidin birinci nikahdan olan oğlunun mənzillə təmin\nedilməsi onun şəhid ailəsi statusuna malik olan hazırkı həyat yoldaşı qismində iddiaçıya mənzil\nayrılmasınıistisna edə bilməz.\n33. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisənin məhkəmələr tərəfindən müəyyən\nolunmuş halları baxımından iddiaçıya yaşayış sahəsinin verilməsindən cavabdehin imtinasının bu\nqərarın 29-cu bəndində istinad olunan sərəncama və müvafiq qanunvericilik aktlarına uyğunluğuna\nqiymət verilərkən, həm şəhidin birinci nikahdan olan və ehtiyacı olan qismində mənzil növbəsində\nolan oğlunun, həm də şəhid ailəsi statusuna malik və bu qisimdə mənzil növbəsində olan iddiaçının\nmaraqları nəzərə alınmalı və bunun üzərindən qərar qəbul olunmalı idi. Bu zaman həm də\nkonstitusion dəyər olan ədalət prinsipi də nəzərə alınmalıdır. Başqa sözlə, apelyasiya məhkəməsi\nyaşayış sahəsinin ayrılması zamanı həm şəhidin birinci nikahdan olan və ehtiyacı olan qismində\nmənzil növbəsində olan oğlunun, həm də şəhid ailəsi statusuna malik və bu qisimdə mənzil\nnövbəsində olan iddiaçının maraqlarınınnəzərə alınıb-alınmadığınımüəyyən etməlidir.\n34. Yalnız cavabdehin istinad etdiyi hala, yəni şəhidin birinci nikahdan olan oğluna mənzilin\nveridiyinə və istinad olunan sərəncamda mənzilin şəhid ailəsinə yalnız bir dəfə verilməsinin nəzərdə\ntutulması barədə qənaətinə əsaslanaraq, məhkəmə iddianı rədd etməkdə haqlı sayıla bilməz.\nNəzərə almaq lazımdır ki, məhkəmələr tərəfindən istinad olunan normalarda yerli icra hakimiyyəti\norqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan\nhərbi əməliyyatlar zamanı şəhid olmuş şəxslərin ailələrinin mənzil və ya fərdi evlə təmin edilməsi\nnəzərdə tutulmuşdur.\n35. Mübahisənin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından iddiaçının da şəhid\nailəsi statusuna malik olduğu, Binəqədi rayon İcra Hakimiyyətinin 2021-ci il 3 iyun tarixli, 103\nsaylı sərəncamı ilə şəhid ailəsi kimi güzəştli əsaslarla yaşayış yeri üzrə mənzil növbəsinə\ngötürüldüyü görünür. Yəni məhkəmələr tərəfindən iş üzrə qərar qəbul edilərkən bu xüsusatlar da\nmütləq nəzərə alınmalı və qiymətləndirilməlidir.\n36. Təkrar apellyasiya baxışı zamanı məhkəmə nəzərə almalıdır ki, mənzillə təmin olunma\nhüququnun reallaşdırılması şəhid ailəsi statusuna malik olan bütün şəxslərin maraqları nəzərə\nalınmaqla təmin olunmalıdır. Bu mənada, işin hallarından müəyyən olunur ki, inzibati orqan şəhidin\nbirinci nikahdan olan oğlunun mənzillə təmin edilməsi ilə bağlı məsələni həll edərkən bununla bağlı\napardığı icraata şəhid ailəsi statusuna malik olan hazırkı həyat yoldaşı qismində iddiaçını cəlb\netməmiş, onun maraqlarını nəzərə almamışdır. Belə olan halda, əgər apellyasiya baxışı zamanı\nməhkəmə, iş üzrə araşdırmanınaparılmasınınzəruri olduğu və məhkəmə tərəfindən müstəqil şəkildə\nməhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsininmümkün olmadığı qənaətinə\ngələrsə, inzibati orqanın üzərinə məhkəmənin mövqeyi nəzərə alınmaqla məsələyə yenidən\nbaxılması barədə öhdəlik qoya bilər. Mübahisənin tərəflərin mövqelərini öyrənməklə və zəruri\naraşdırmanın aparılması ilə həlli mümkün olduğu təqdirdə isə, mübahisənin mahiyyəti üzrə həll\nedilməsinə dair qərar çıxarılmalıdır.\n37. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası\nməhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə\naraşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar\nmüəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar\nmüəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli\nşəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı\nkimi qiymətləndirilə bilməz.\n38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti\nüzrə” 2008-ci il 13 iyun tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr\ntərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli,\n\nziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan\nməhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə\niştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol\nverilməməlidir.\n39. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə, məhkəmə aktlarına\nmünasibətdə irəli sürülən əsaslılıq tələbinə məhkəmələr tərəfindən əməl olunmaması, ədalətli\nməhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edilməlidir (Avropa İnsan Hüquqları\nMəhkəməsinin “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə 2007-ci il 21 yanvar\ntarixli qərarı).\n40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli və\niş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə təkrar\nbaxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən bu qərarın əsaslandırma\nhissəsində qeyd olunan hallar (iddiaçının da marağı nəzərə alınmaqla mənzilin ayrılması),\nobyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir.\n41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası\nQƏRARA ALDİ:\nİddiaçının kassasiya şikayəti qismən təmin edilir.\nBakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 aprel 2023-cü il tarixli, 2-1(103)-\n1832/2023 nömrəli qərarı ləğv edilir.\nİş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir.\nQərar qətidir.",
      "url": "file:///C:/Users/TechEvo%20Computers/Downloads/3ulduz/9_1594%2B28.09.2023.pdf",
      "local_file": "015_c4bb8fa494.pdf",
      "local_text_file": "015_2-1(102)-1594_2023.txt",
      "content_type": "application/pdf"
    },
    {
      "menbe": "Ali Məhkəmənin üç ulduzlu qərarları",
      "akt_novu": "Üç ulduzlu qərar",
      "tarix": "2023-08-10",
      "basliq": "2-1(102)-1685/2023",
      "is_nomresi": "2-1(102)-1685/2023",
      "movzu": "",
      "metn": "AzərbaycanRespublikasıadından\nQƏRAR\nBakışəhəri İş№2-1(102)-1685/2023 10.08.2023\nALİ MƏHKƏMƏ\nAzərbaycan Respublikası adından\nAzərbaycan Respublikası\nAli Məhkəməsinin İnzibati Kollegiyasının\nİddiaçı\ncavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin\ntabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə\nqarşı iş üzrə\nQ Ə R A R İ\n(Açar sözlər: inzibati icraatın aparılması; inzibati aktın dəyişdirilməsi; əlillik\ndərəcəsinin bərpa edilməsi; işin hallarının araşdırılması)\nAzərbaycan Respublikası\nAli Məhkəməsinin İnzibati Kollegiyası\n\nHakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu\nvəBədəlovKəmaləddinNurəddinoğlundan ibarəttərkibdə,\nİddiaçı (xx.xx.1964-cü il təvəllüdlü, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası\nƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza\nvə Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin bərpa edilməsi” tələbinə dair iş üzrə\nBakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1513/2023 nömrəli, 28\nmart 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən\nişəyazılıicraatqaydasında baxaraqaşağıdakı qərarıqəbuletdi.\n \nİŞİN HALLARİ\n \n1. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət\nXidmətinin Füzuli rayon şöbəsinin 11 mart 2020-ci il tarixli, 505 saylı arayışında qeyd\nolunmuşdur ki, 1964-cü il təvəllüdlü İddiaçı 17 avqust 1983-cü ildə keçmiş SSRİ Silahlı\nQüvvələri sıralarında müddətli həqiqi hərbi xidməti vəzifəsini yerinə yetirərkən hərbi\ntravma almışdır (Əsas: 591 №li Hərbi Hospitalın xx.xx.1984-cü il tarixli, 80 №-li xəstəlik\nşəhadətnaməsi).\n2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi\nyanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən verilmiş 16\ndekabr 2015-ci il tarixli, 3QHM300002 nömrəli təkrar müayinənin nəticələrinə dair arayışa\nəsasən İddiaçı ikinci dərəcəli müddətsiz əlillik təyin edilmiş, əlilliyin səbəbi kimi \"Hərbi\nxidmət vəzifəsini yerinə yetirməklə əlaqədar”; müayinə tarixi xx.xx.2007; TSEK-in\ndiaqnozu: \"sağ bud sümüyünün ortaq və qasıq sümüyünün sınığı. Bud-çanaq oynağının\nkapsul-bağ aparatının gərilməsi və zədələnməsi, sağ aşağı ətrafın hərəkət məhdudluğu və\nfunksiyasının pozulması”. Əlilliyin müəyyən olunması meyarı: İkinci dərəcə əlillik=> Digər\nSağ bud sümüyünün və qasıq sümüyünün sınığı. Bud-çanaq oynağının kapsul-bağ\naparatının gərilməsivəzədələnməsi.\n3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi\nyanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində yaradılmış\nKomissiyanın 12 mart 2020-ci il tarixli təkrar qiymətləndirilmə protokoluna əsasən, İddiaçı\nəlillik vəziyyəti 13 mart 2007-ci il tarixli əyani müayinəyə əsasən qiymətləndirilmiş və ona\n“Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” əlillik, müddətsiz, İİ (ikinci) dərəcə\nəlillik təyin edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi\nNazirliyinin tapşırığı əsasında Dövlət Sosial Müdafiə Fonduna daxil olan audit yoxlaması\niləbağlı təkrar qiymətləndirilmə keçirilərək müəyyən edilmişdir ki,12 mart 2020-ci il tarixdə\naparılan əyani müayinə zamanı, İddiaçı tibbi sənədlərində qeyd edilmiş (Sağ bud\nsümüyünün ortaq vəqasıq sümüyünün sınığı. Bud-çanaq oynağının kapsul-bağ aparatının\ngərilməsi və zədələnməsi. Sağ aşağı ətrafın hərəkət məhdudluğu və funksiyasının\npozulması) mövcud sağlamlıq vəziyyəti ilə (Sağ bud sümüyünün ortaq və qasıq\nsümüyünün sınığı. Bud-çanaq oynağının kapsul-bağ aparatının gərilməsi və zədələnməsi.\nBud-çanaq oynağının koksartrozu, yaxınlaşdırıcı açıcı-bükücü kəskin kontrakturası) eynilik\ntəşkil etmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413\nnömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanların məhdudluğunun\nmüəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.5.7-ci bəndində uyğun olaraq İİİ\n(üçüncü) dərəcə əlilliyin təyini üçün əsasdır və məqsədə müvafiqdir. Komissiya təkrar\nqiymətləndirmə ilə bağlı müayinənin nəticələrinə əsasən İddiaçı 12 mart 2020-ci il tarixdən\nİİİ(üçüncü)dərəcəmüddətsizəlilliktəyinedilməsiniqəraraalmışdır.\n4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi\nyanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən verilmiş Tibbi-\nSosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında\narayışa əsasən İddiaçı 12 mart 2020-ci il tarixdə üçüncü dərəcəli müddətsiz əlillik təyin\nedilmiş, əlilliyin səbəbi kimi “Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar”;\nqiymətləndirmə tarixi xx.xx.2020; diaqnoz: sağ bud sümüyünün ortaq və qasıq sümüyünün\n\nsınığı. Bud-çanaq oynağının kapsul-bağ aparatının gərilməsi və zədələnməsi. Meyar:\nüçüncü dərəcə əlillik => bud-çanaq oynağının funksional yararsız vəziyyətdə ankliozu və\nyakəskinkontrakturası (M16.1,M.24,6).\n5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi\nyanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin iddiaçının ona ikinci\ndərəcəli əlilliyin təyin olunmasına dair müraciətinə cavab olaraq 18 may 2020-ci il tarixli,\n**********3 saylı məktubunda qeyd edilmişdir ki, İddiaçı 12 mart 2020-ci il tarixli hərbi\nxidmət vəzifəsini yerinə yetirməklə əlaqədar müddətsiz 3-cü dərəcə əlillik təyin edilmişdir.\nSəhiyyə müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirildiyi halda əlillik vəziyyəti Nazirlər\nKabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin\nqiymətləndirilməsi Qaydası”na müvafiq olaraq şəxsin iştirakı olmadan qiymətləndirilib\nqərarveriləcəkdir.\nİŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ\n \na) birinci instansiya məhkəməsində birinci icraat\n6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin\ndəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun 36 il bundan əvvəl,\nyəni 1982-1984-cü illərdə həqiqi hərbi xidmətdə aldığı travmaya görə ona Hərbi həkim və\ntibbi-sosial ekspert komissiyası tərəfindən təyin olunmuş 2-ci dərəcəli əlilliyinin müəyyən\nedilərək, həqiqi hərbi xidməti vəzifəsini yerinə yetirən zaman aldığı hərbi travmaya görə 2-\nci dərəcəli əlilliyinin bərpa olunması haqqında qərarın qəbul edilməsi öhdəliyinin cavabdeh\nAzərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində\nDövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə\nqərarqəbulolunmasınıxahişetmişdir.\n7. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1982-1984-cü illərdə Almaniya\nDemokratik Respublikasının Drezden şəhərində yerləşən Sovet İttifaqı silahlı qüvvələrinə\naid olan N saylı motoatıcı hərbi hissədə xidmət etmiş, xidmət etdiyi müddətdə hərbi\nnizamnaməyə uyğun döyüş tapşırığını yerinə yetirərkən ağır hərbi travma almış, həmin\nvaxtdan bu günə kimi 2-ci dərəcəli hərbi xidməti vəzifəsini yerinə yetirən əlildir. Onun\n1982-1984-cü ildə müddətli həqiqi hərbi xidmət keçən zaman aldığı hərbi travmaya görə\nAzərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə uyğun olaraq sosial təminat\nhüququ vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi\ntabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 12 mart 2020-ci il\ntarixdə qanunsuz olaraq onun 2-ci dərəcəli əlilliyini dəyişərək 3-cü dərəcə əlillik etmiş,\nbununsəbəbinisoruşduqda isəonaheçbircavabverilməmişdir.\n8. Cavabdeh iddiaya qarşı etirazında göstərmişdir ki, iddiaçıya xx.xx.2007-ci il\ntarixdə Tibbi-Sosial Ekspert Komissiyasında “Sağ bud sümüyünün ortaq və qasıq\nsümüyünün sınığı. Bud-çanaq oynağının kapsul-bağ aparatının gərilməsi və zədələnməsi.\nSağ aşağı ətrafın hərəkət məhdudluğu və funksiyasının pozulması” diaqnozu ilə “hərbi\nxidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” səbəbi ilə müddətsiz ikinci dərəcə əlilliyin\ntəyini barədə qərar verilmişdir. xx.xx.2020-ci il tarixdə nəzarət qaydasında Agentlikdə\nəyani müayinə olunmuş, Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmotologiya və Ortopediya\nİnstitutunun verdiyi “Sağ bud sümüyünün ortaq və qasıq sümüyünün sınığı. Bud-çanaq\noynağının kapsul-bağ aparatının gərilməsi və zədələnməsi. Bud-çanaq oynağının\nkoksartrozu, yaxınlaşdırıcı açıcı-bükücü kəskin kontrakturası” diaqnozunu və onda olan\npatofunksional dəyişikliklərin ağırlıq dərəcəsini nəzərə alaraq, Azərbaycan Respublikası\nNazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş\n“Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair\nƏsasnamə”nin 2.5.7-ci bəndinə müvafiq olaraq “hərbi xidməti vəzifələrini yerinə yetirməklə\nəlaqədar” səbəbi ilə müddətsiz üçüncü dərəcə əlilliyin təyini barədə qərar verilmişdir.\nİddiaçının hazırkı sağlıq durumu, onda olan patofunksional dəyişikliklərin ağırlıq dərəcəsi\nNazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş\n“Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair\n\nƏsasnamə”yə müvafiq olaraq ikinci dərəcə əlilliyin təyininə əsas vermir, üçüncü dərəcə\nəlilliyin təyini qanuna müvafiqdir. İddiaçıya üçüncü dərəcə əlilliyin təyini zamanı Əmək və\nƏhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hər hansı qanunazidd hərəkətə və ya\nhərəkətsizliyəyolverilməmişdir.\n9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5481/2020 nömrəli, 24 noyabr 2020-ci il\ntarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertin qarşısında\nxx.xx.1964-cü ildə Füzuli rayonu, Horadiz kəndində doğulmuş İddiaçı canlı müayinə\nolunmaqla, onda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli\n413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun\nmüəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2.1-2.1.15-ci bəndlərində nəzərdə\ntutulmuşhallardanhərhansıbirininmüəyyənolunmasına dairsualqoyulmuşdur.\n10. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və\nX1 Publik Hüquqi şəxsi tərəfindən verilmiş 30 dekabr 2020-ci il tarixli, T368/2020 saylı\nrəyin nəticə hissəsində göstərilmişdir ki, vətəndaş İddiaçı xx.xx.2020-ci il tarixdə\nməhkəmə-tibbi müayinədən keçərkən müayinə üçün Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat\nTravmatologiya və Ortopediya institutuna göndərilmiş və ona “sağ bud sümüyünün yuxarı\n1/3-nin qeyri-düzgün bitişmiş sınığı, varus və rekurvasiya deformasiyaları, sol oturaq və\nqasıq sümüklərinin bitişmiş sınığı, sol sirkə kasası ətrafı osteofitləri, bud-çanaq oynağının\nkoksartrozu, yaxınlaşdırıcı, açıcı, bükücü kəskin kontrakturası, (uzaqlaşma 25%, bükmə\n145%, açma 10%), sağ oturaq sinirinin zədələnməsi, əzələlərin atrofiyası, hissiyyat zəifliyi,\ndaimi ağrı sindromu və dayaq-hərəkət sisteminin əhəmiyyətli dərəcədə pozulması”\ndiaqnozu qoyulmuşdur, yəni əvvəllər müəyyən edilmiş diaqnoz bir daha təsdiq edilmişdir.\nQeyd edilən xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci\nil tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının\nməhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2.1-2.1.15-ci\nbəndlərində nəzərdə tutulmuş hallardan hər hansı birinə uyğun olub-olmaması\nAzərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət\nTibbi-SosialEkspertizavəReabilitasiyaXidmətininekspertlərininsəlahiyyətlərinəaiddir.\n11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1251/2021 nömrəli, 10 fevral 2021-ci il\ntarixli qərarı ilə (hakim N.İ.Abıyev) iddia qismən təmin edilərək, məhkəmənin hüquqi\nmövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin\nSosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya\nAgentliyinin üzərinə xx.xx.1964-cü ildə Füzuli rayonu, Horadiz kəndində doğulmuş İddiaçı\nhəqiqi hərbi xidməti vəzifəsini yerinə yetirən zaman aldığı hərbi travmaya görə 2-ci\ndərəcəli əlilliyinin bərpa olunmasına dair müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri\naraşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik\nqoyulması,iddianınqalanhissədətəminedilməməsiqəraraalınmışdır.\n12. Məhkəmə qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı iş\nmateriallarından, o cümlədən ekspert rəyi ilə müəyyən olunmuşdur ki, iddiaçıda digər\nxəstəliklərlə yanaşı “bud-çanaq oynağının koksartrozu, yaxınlaşdırıcı, açıcı, bükücü kəskin\nkontrakturası, (uzaqlaşma 25%, bükmə 145%, açma 10%), sağ oturaq sinirinin\nzədələnməsi, əzələlərin atrofiyası, hissiyyat zəifliyi, daimi ağrı sindromu və dayaq-hərəkət\nsisteminin əhəmiyyətli dərəcədə pozulması” diaqnozu da aşkar olunmuşdur ki, bu da\nAzərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə\ntəsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması\nmeyarlarına dair” Əsasnamənin ikinci dərəcə əlillik hallarına uyğun gəlir (2.2.8-ci bəndində\nnəzərdə tutulmuş etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq\norqanlarının funksiyalarının pozulması). Məhkəmənin qənaətinə görə yuxarıda qeyd\nolunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən\naraşdırılmalıdır.\n13. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və\niddianınmümkünsayılmamasınıxahişetmişdir.\n \nb) apellyasiya instansiyası məhkəməsində birinci icraat\n\n14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1405/2021\nnömrəli, 17 sentyabr 2021-ciiltarixli qərardadı ilə(hakimlər M.N.Tağızadə/sədrlik edən və\nməruzəçi/, A.Ə.Hüseyn və X.A.Cəmilova) cavabdehin apellyasiya şikayəti qismən təmin\nedilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1251/2021 nömrəli, 10 fevral 2021-ci il tarixli\nqərarı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati\nMəhkəməsinəgöndərilmişdir.\n15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya\nməhkəməsi isə öz qərarını əsaslandırarkən ekspert rəyinə əsaslanaraq iddiaçıda\nsözügedən Əsasnamənin 2.2.8-ci bəndində nəzərdə tutulan diaqnoz (aşağı ətrafların\nparezi, çanaq orqanlarının funksiyalarının pozulması) olduğuna görə iddiaçıya ikinci\ndərəcəli əlilliyin təyin edilməsinə əsas olduğunu qeyd etmişdir. Və bu ziddiyyətli halın\ncavabdeh orqan tərəfindən araşdırılmalı olmasına əsaslanaraq inzibati icraatın düzgün\naparılmadığı qənaətinə gəlmişdir. Lakin nə müvafiq ekspert rəyindən, nə də iş\nmateriallarından qeyd olunan diaqnoza uyğun xəstəliyin iddiaçıda aşkar olunduğu\nmüəyyənedilmir.\nGöründüyü kimi, birinci instansiya məhkəməsi araşdırma aparmaq məqsədilə\nekspertiza təyin etmiş olsa da, ekspert rəyinin nəticələrini və işin digər faktiki hallarını\ndüzgün qiymətləndirməmiş, ziddiyyətli mövqedən çıxış edərək hesab etmişdir ki,\ncavabdeh orqanın imtina cavabının faktiki və hüquqi halları tam müəyyən olmadığından\niddiaçının tələbini təmin etmək mümkün olmamışdır. Və cavabdeh orqanın üzərinə\niddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırma aparılması və müvafiq\naktınqəbuledilməsiöhdəliyiqoyulmuşdur.\nc) birinci instansiya məhkəməsində ikinci icraat\n16. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1251/2021 nömrəli, 23 dekabr 2021-ci il\ntarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial\nMüdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə\nqarşı onun 36 il bundan əvvəl, yəni 1982-1984-cü illərdə həqiqi hərbi xidmətdə aldığı\ntravmaya görə ona Hərbi həkim və tibbi sosial ekspert komissiyası tərəfindən təyin\nolunmuş 2-ci dərəcəli əlilliyinin müəyyən edilərək, həqiqi hərbi xidməti vəzifəsini yerinə\nyetirən zaman aldığı hərbi travmaya görə 2-ci dərəcəli əlilliyinin bərpa olunması haqqında\nqərarın qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi üzrə\niddiaçının əlilliyinin əyani müayinəyə əsasən qiymətləndirilməsi (əlillik dərəcəsi müəyyən\nolunurmu, müəyyən olunursa hansı meyar olması barədə) məqsədilə “İnzibati icraat\nhaqqında” Azərbaycan RespublikasıQanununun 52.1-cimaddəsinə vəİnzibatiProsessual\nMəcəllənin 67.1-ci maddəsinə uyğun olaraq mübahisə ilə bağlı məhkəmənin yekun qərarı\nqəbul edilənədək, qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi üçün\nAzərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət\nTibbi-SosialEkspertizavəReabilitasiyaAgentliyinə30(otuz)günmüddəttəyinedilmişdir.\n17. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1251/2021 nömrəli, 23 dekabr 2021-ci il\ntarixli qərardadının icrası ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial\nMüdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi\ntərəfindən təqdim olunmuş 27 aprel 2022-ci il tarixli, **********0 nömrəli məktubda qeyd\nedilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11\nnömrəli Qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq\nvətəndaşların əlillik vəziyyəti dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında\nqiymətləndirilir. İddiaçı xx.xx.2022-ci il tarixdə Agentlikdə mütəxəssislərin iştirakı ilə\nkomissiyada nəzarət qaydasında əyani müayinə olunmuşdur. Belə ki, İddiaçı hazırkı\nobyektiv vəziyyətinin müayinəsi zamanı tibbi sənədlərində əsas xəstəlik və ağırlaşması\nkimi qeyd edilmiş “Sağ bud sümüyünün ortaq və qasıq sümüyünün sınığı. Bud-çanaq\noynağının kapsul-bağ aparatının gərilməsi və zədələnməsi” diaqnozu - üçüncü dərəcə\nəlilliyin təyininə əsas vermişdir. Bundan irəli gələrək, Azərbaycan Respublikası Nazirlər\nKabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və\nsağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair\n\nƏsasnamə”yə müvafiq olaraq İddiaçı “Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar”\nsəbəbindən müddətsizüçüncüdərəcəəlilliyiqüvvədəsaxlanılmışdır.\n18. Cavabdeh tərəfindən yenidən təqdim olunmuş iddia tələbinə dair etiraz\nərizəsində göstərilmişdir ki, əlilliyin qiymətləndirilməsi zamanı qüvvədə olmuş Azərbaycan\nRespublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq\nolunmuş əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmasına dair\nmeyarlarına əsasən iddiaçının əlillikdərəcəsi İİİqrup kimiqiymətləndirilmişdir və iddiaçının\nForma 88-də qeyd edilən diaqnozu İİ qrup əlillik dərəcəsi kimi qiymətləndirməyə əsas\nvermir.\n19. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-298/2022 nömrəli, 06 oktyabr 2022-ci il\ntarixliqərarıilə(hakimA.A.Abdullayeva)iddiatələbitəminedilməmişdir.\n20. Məhkəmə qeyd etmişdir ki, iddiaçı məhkəmənin hüquqi mövqeyi nəzərə\nalınmaqla xx.xx.2022-ci ildə Agentlikdə nəzarət qaydasında komissiyada əyani müayinə\nolunmuş, onun həmin an obyektiv vəziyyətinin müayinəsi zamanı tibbi sənədlərində əsas\nxəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Sağ bud sümüyünün ortaq və qasıq sümüyünün\nsınığı. Bud-çanaq oynağının kapsul-bağ aparatının gərilməsi və zədələnməsi” diaqnozu -\nüçüncü dərəcə əlilliyin təyininə əsas vermişdir. Azərbaycan Respublikası Nazirlər\nKabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və\nsağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair\nƏsasnamə”yə müvafiq olaraq iddiaçının “Hərbi xidmət vəzifəsini yerinə yetirməklə\nəlaqədar”səbəbindən müddətsizüçüncüdərəcəəlilliyiqüvvədəsaxlanılmışdır.\nGöründüyü kimi, iddiaçının mövcud sağlamlıq vəziyyətinin əlillik əlaməti 3-cü\ndərəcəyə əsas verməsi məhkəmə araşdırması zamanı da, əyani müayinə keçirilməklə,\nyenidən qiymətləndirilmiş və diaqnozun 3-cü dərəcə əlillik dərəcəsi təyin etməsi bir daha\nöztəsdiqinitapmışdır.\nCavabdeh tərəfindən əvvəllər təyin edilmiş müddətsiz əlilliyin yenidən\nqiymətləndirilməsinin qanunsuz və əsassız olduğuna dair iddiaçının dəlilinə münasibətdə\nisə məhkəmə eyd etmişdir ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının\nƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və\nReabilitasiya Xidmətində yaradılmış Komissiyanın 12 mart 2020-ci il tarixli təkrar\nqiymətləndirmə protokolundan müəyyən edilmişdir ki, iddiaçının əlilliyinin təkrar\nqiymətləndirilməsinə əsas Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi\nNazirliyinin tapşırığı əsasında Dövlət Sosial Müdafiəsi Fonduna daxil olan audit yoxlaması\nilə bağlı təkrar qiymətləndirilmə keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası\nNazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin\nqiymətləndirilməsi” Qaydasının 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə\nTSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda,\nAgentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə\nəsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi\nbarədəqərarqəbuledirvəhəmingünərzindəaltsistemədaxiledir.\nHəmçinin iddiaçıya 2-ci qrup müddətsiz təyin edilmiş əlillik dərəcəsinin təyin edildiyi\ndövrdə də, qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5\nfevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları\nhaqqında” Əsasnamənin 5.3.2-ci maddəsində də göstərilmişdir ki, vətəndaşların və ya\nvəzifəli şəxslərin müraciətləri və ya şəxsin işlədiyi işəgötürənin, səhiyyə müəssisəsinin\nsorğusu əsasında aparılmış araşdırmalar zamanı əlilliyin düzgün müəyyən olunmasını\nşübhə altına alan əsaslı faktlar aşkar edildikdə əlilliyi olan şəxslərin vaxtından əvvəl\nəlilliyinin təkrar qiymətləndirilməsi və ya müddətsiz əlilliyi olan şəxslərin təkrar müayinəyə\ncəlbedilməsihəyatakeçirilir.\n21. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın\ntəminolunmasınıxahişetmişdir.\nç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat\n\n22. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1513/2023\nnömrəli, 28 mart 2023-ci il tarixli qərarı ilə (hakimlər R.Ə.Səmədov /sədrlik edən və\nməruzəçi/, X.A.Cəmilova və A.P.Oruczadə) iddiaçının apellyasiya şikayəti təmin edilmiş,\nBakı İnzibati Məhkəməsinin 2-1(112)-298/2022 nömrəli, 06 oktyabr 2022-ci il tarixli qərarı\nləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia tələbi təmin edilmiş, İddiaçı təyin\nedilmiş 2-ci dərəcə əlilliyin bərpa edilməsi vəzifəsi cavabdeh Əmək və Əhalinin Sosial\nMüdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya\nAgentliyinəhəvaləedilmişdir.\n23. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qanunverici əlilliyin\ntəyinatının müvafiq sənədlər əsasında qiymətləndirilməsi və nəticəsinin inzibati akt olan\nqərarla rəsmiləşdirilməsini müəyyən etmiş, həmin qərarın düzgünlüyünə şübhə\nyarandıqda isə şəxsin əyani müayinəyə cəlb edilməsi və müayinənin nəticələrinin qərarla\nrəsmiləşdirilməsi, nəticə müsbət olmazsa, əlilliyin təyini barədə qərarın ləğv edilməsini\nnəzərdətutmuşdur.\nİnzibati işin araşdırılmış hallarından görünür ki, iddiaçının sağlamlıq vəziyyəti\nxx.xx.2007-ci ildə qiymətləndirilmiş, ikinci dərəcə əlilliyi müddətsiz təyin edilmiş,\nxx.xx.2020-ci il tarixdə isə ona üçüncü dərəcəli müddətsiz əlillik təyin edilmişdir. Lakin\nxx.xx.2007-ci ildə təyin edilmiş ikinci dərəcə müddətsiz əlilliyin təyininə dair qərarın ləğv\nedilməsinə dair hər hansısa sübut cavabdeh tərəfindən məhkəmə kollegiyasına təqdim\nedilməmişdir. Əksinə, cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclası zamanı\nverdiyi izahatında belə bir qərarın mövcud olmadığını bildirmişdir. Halbuki, Nazirlər\nKabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin\nqiymətləndirilməsi qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə\nTSEK-in qərarının qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi nəzərdə tutulmuşdur.\nCavabdeh inzibati orqan iddiaçının əlilliyinin əsaslarını mötəbər hesab etmədiyi halda,\nhəminqərarındəyişdirilməsivəyaləğvibarədəqərarqəbuletməliidi.\nBelə ki, inzibati orqan qüvvədə olan inzibati aktın qanunsuz olması ilə bağlı\nəsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin\ntələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə\nəvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın\nləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə\nborcludur.İnzibati orqan yalnızbuhalların müəyyən edilməsindən sonra inzibatiaktın ləğvi\nvə ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və dəyişdirilməsindən imtina barədə qərar\n(inzibatiakt)qəbuletməyəborcludur.\n24. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia\ntələbinintəminolunmamasını xahişetmişdir.\nKASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ\n \na) Kassasiya şikayətinin dəlilləri\n25. Cavabdeh kassasiya şikayətində bildirmişdir ki, məhkəmə nə ekspert rəyini,\nnə də digər müayinə nəticələrini nəzərə almadan əsası olmayan qərar qəbul etmişdir.\nMülki Prosessual Məcəllənin 103.2.-ci maddəsinə əsasən, ekspertin rəyi ilə məhkəmənin\nrazılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Məhkəmə\nqətnamə qəbul edən zaman iş üçün ən vacib məqamlardan biri olan ekspert rəyinə diqqət\nyetirməmiş və onun nəyə görə sübut kimi işə təsir göstərməməsi barəsində münasibət\nbelə bildirməmişdir. Ekspertizanın rəyindən də aydın olur ki, Agentlik tərəfindən hər hansı\nqeyri-qanuni hərəkət edilməmişvədiaqnoz 3-cüdərəcə əlilliktəyinetdiyiüçün haqlı olaraq\nAgentlikbuqərarıqəbuletmişdir.\nMəhkəmə inzibati icraatla bağlı maddi hüquq normalarının şərhində də ciddi\npozuntulara yol vermişdir. Məhkəmə cavabdeh orqan tərəfindən daha əvvəl qəbul etdiyi\ninzibati aktın ləğvi ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etmədiyini bildirir.\nHalbuki, cavabdeh orqan inzibati aktı dəyişərək şəxs barəsində təyin olunmuş 2-ci dərəcə\nəlilliyi 3-cü dərəcəyə dəyişmişdir. Bu zaman aydındır ki, şəxs barəsində yalnız bir əlillik\n\ndərəcəsi mövcud ola bilər. Bu səbəbdən şəxs barəsində yeni dərəcə əlillik dərəcəsinin\ntəyini əvvəlki əlillik dərəcəsini avtomatik olaraq dəyişmiş (ləğv etmiş) olur.Əlilliyin yenidən\nqiymətləndirilməsi üçün əsaslar qanunvericilikdə göstərilmiş və birinci instansiya\nməhkəməsi tərəfindən bu hallar ətraflı qaydada qərarda düzgün formada göstərilmişdir.\nBelə ki, əlilliyin mövcud olduğu dövrdə qüvvədə olan “Tibbi-sosial ekspert Komissiyaları”\nhaqqında Əsasnamənin 5.3.2.-ci maddəsində göstərilmişdir ki, ....aparılmış araşdırmalar\nzamanı əlilliyin düzgün müəyyən olunmasını şübhə altına alan əsaslı faktlar aşkar\nedildikdə əlilliyi olan şəxslərin vaxtından əvvəl əlilliyinin təkrar qiymətləndirilməsi və ya\nmüddətsiz əlilliyi olan şəxslərin təkrar müayinəyə cəlb edilməsi həyata keçirilir.Göründüyü\nkimi məhkəmə iddianı mahiyyəti üzrə təmin edilməsi istiqamətində əsaslandığı yeganə\nnormanıtamamiləsəhvşərhetmişdir.\nDövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi\nvə əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.\nAzərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş\nNizamnaməsinin 3.1.2-ci bəndinə əsasən müvafiq sahədə tibbi-sosial ekspertiza\nkeçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək və 3.2.5-ci\nbəndinə əsasən tibbi-sosial ekspert komissiyasının qərarının qüvvədə saxlanılması,\ndəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul etmək Agentliyin hüquq və vəzifələrinə\ndaxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli\nQərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın\n1.2-ci bəndində eyni xarakterli səlahiyyət Agentliyə həvalə olunmuşdur. Göründüyü kimi,\nAgentlikəlilliyinqiymətləndirilməsivətəyinibarədətamsəlahiyyətliqurumdur.\nHəmçinin əlilliyin qiymətləndirməsi zamanı qüvvədə olmuş Azərbaycan\nRespublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq\nolunmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması\nmeyarlarına dair Əsasnamə”nin 1.3-cü bəndinə əsasən qiymətləndirmə Tibbi-sosial\nekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata\nkeçirilmişdir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli\niştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq\nvəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və\nlaboratoriyamüayinələrininnəticələrianamnestikməlumatlarobyektivqiymətləndirilmişdir.\nƏlilliyin təyini və bərpası Agentliyin müstəsna səlahiyyəti olmaqla yalnız təqdim\nedilmiş müvafiq tibbi sənədlər əsasında və onların mötəbərliyinə şübhələr olmadıqda\nhəyata keçirilə bilər. Məhkəmə yuxarıda qeyd olunan maddi sübutları nəzərə almadan\nyalnız iddiaçının şifahi ifadələrinə əsaslanmaqla ona əlilliyin təyin olunması qənaətinə\ngəlmişdir. Məhkəmə faktiki olaraq dövlət orqanın əvəzinə və hər hansı hüquqi və tibbi\nəsaslandırma olmadan şəxsə əlilliyi bərpa etmişdir. Əgər məhkəmə inzibati orqanın\nqərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin\nmövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə\ninzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz.\nBaşqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata\nkeçirdiyini yoxlaya bilər.Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və\nhüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Əlilliyin təyini və ya bərpa olunması\nözündə hüquqi və tibbi əsasları ehtiva edən qanunvericiliklə tənzimlənmiş proseduralar\nəsasındaaparılabilər.Buprosedurların heçbiriməhkəmətərəfindən icraolunabilməz.\nMəhkəmə qərarında iddia tələbinin təminin əsası kimi cavabdeh orqanın inzibati\nicraatın düzgün aparılmamasını göstərmişdir. Lakin qeyd etmək lazımdır ki, bu mövqe\ntamamilə yanlışdır.Belə ki, məhkəmə heç bir əsas olmadan aparılan audit yoxlamasından\nda müəyyən olunduğu kimi 2-ci qrup əlilliyə əsas olmayan diaqnoz əsasında əlilliyi bərpa\netmişdir. Əgər hesab etsək ki, Agentlik prosessual hərəkətləri aparan zamanı səhvə yol\nveribsə, belə olan halda məhkəmə şəxsə əsassız əlilliyi bərpa deyil, onun yenidən\nprosessual hərəkətləri apararaq əlilliyi qiymətləndirilməsi prosesini həyata keçirməsini\ntələb edə bilərdi. Bu şəxsə əlilliyi bərpa etməyə əsas ola bilməz. Lakin məhkəmə bunun\nəvəzinə əsassız qərar qəbul etmişdir.Məhkəmə səlahiyyətləri daxilində olmayan və yalnız\n\nmüvafiq tibbi sənədlərdə nəzərdə tutulduğu halda, yəni buna əsas olduğu halda qərar\nqəbul etməli olmasına rəğmən əlilliyin bərpa edilməsini və bunun cavabdeh orqan olan\nDövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barəsində\nbirinciinstansiyaməhkəməsininqərarınıdəyişərəkciddiqanunpozuntusuna yolvermişdir.\nİddiaçıya əlillik dərəcəsinin 3-cü dərəcə təyin edilməsi olunması istiqamətində\nAgentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol\nverilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası\nQanununun tələblərinin pozulmamasına baxmayaraq məhkəmə qanunsuz olaraq iddiam\ntəminetməkləmaddivəprosessualhüquqnormalarını pozmuşdur.\nb) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri\n26. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin\ntəmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən\nqüvvədəsaxlanılmasınıxahişetmişdir.\nTƏTBİQ EDİLƏN HÜQUQ\n \n27. “İnzibati icraat haqqında” Qanun:\nMaddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan\ninzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə\nonuniştirakınıtəminetməlidir.\nMaddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul\netməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları\nvə həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların\nnümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə\nborcludur.\nMaddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət\nkəsbedənbütünfaktikihallarıhərtərəfli,tamvəobyektivaraşdırmağa borcludur.\n24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və\nnəzərəalınmasından imtinaedəbilməz.\nMaddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm\nicraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya\nicraatlabağlıməlumatalmaqhüququna malikdirlər.\nMaddə64.İnzibatiaktınhüquqiqüvvəsivəetibarlılığı\n64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu\nbarədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan\nhüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və\nhüquqicəhətdən etibarlısayılır.\n64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə,\ndəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən\ndüşmüşhesabedilənəqədərhüquqiqüvvəsinisaxlayırvəhüquqicəhətdən etibarlısayılır.\n64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və\nya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə\nborcludur.\n64.4.Etibarsızinzibatiaktınhüquqiqüvvəsiyoxdur.\nMaddə67.Qanunsuzinzibatiaktınləğvolunması\n67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya\nmaddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul\nedilmişinzibatiaktqanunsuz sayılır.\n67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya\nsubordinasiya baxımından yuxarıinzibatiorqantərəfindən vəyaxudməhkəmə qaydasında\nləğvolunabilər.\n\n28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11\nsaylı qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”\n3.1ƏlilliksəbəbiAgentliktərəfindən aşağıdakı hallardadəyişdirilir:\n3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə\ntutulmuşdigərsəbəbmüəyyənolunduqda;\n3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin\nmüəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin\nmövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər\nsəbəbəsasgötürülməkləmüəyyənedilmişolduqda.\n3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni\nnümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur.\nAgentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə\nrəsmiləşdirməkləqərarqəbuledir.\n3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən\nhəyata keçirildikdə, əlilliyinsəbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin\nhəqiqisəbəbinitəsdiqedənsənədinverildiyitarixdənmüəyyənedilmişhesabolunur.\n3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə\naltına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi\nəyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın\nqüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün\nərzindəaltsistemədaxiledir.\n3.8. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə\nNazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on\nbeş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir\nvəhəmingünərzindəaltsistemədaxiledilir.\n29. İnzibati Prosessual Məcəllə:\n12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim\netdiklərisübutlarla vəişdəolandigərmateriallarlakifayətlənməyərək, mübahisənin düzgün\nhəlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa\nborcludur.\n12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının\nvəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə\nməlumatvəsübutlartələbedəbilər.\nMaddə58.1.Sübutlarməhkəmətərəfindən şifahiməhkəməiclasındaaraşdırılır.\n58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses\niştirakçılarınıdindirə,zərurisənədləritələbedəbilər.\n58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra\nqiymətləndirilir.\nMaddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız\napellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının\ndüzgüntətbiqedilməsiniyoxlayır.\nMaddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu\ngündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin\n131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində\nmüvafiqapellyasiyainstansiyasıməhkəməsivasitəsiiləverilir.\nMaddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə\nməlumatlargöstərilməlivəşikayətəsaslandırılmalıdır.\nMaddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi\ngöstərilməlidir.\nMaddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını\n(qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya\nqismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin\nqəraraqarşıverilmişşikayətlətələbedilənhəddə(həcmdə)dəyişdiriləbilər.\n\nMaddə98.1.AliMəhkəmənininzibatimübahisələrə dairişüzrəqərarıqətidir.\nKASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ\n30. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada\nəsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət\nmümkünhesabedilmişdir.\n31. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün\nhazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq\nyoxlanılacaqdır.\nKASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ\n32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi\ntərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş,\nmübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq\nolunmamış, habelə işin halları tam və hərtərəfli olaraq araşdırılmamışdır. Odur ki,\napellyasiyainstansiyaməhkəməsinin qərarı ləğvedilməklə,iştəkrarbaxılmasıüçün həmin\nməhkəməyəgöndərilməlidir.\n33. Hazırki işin hallarından müəyyən olunur ki, iddiaçının əlillik vəziyyəti 13 mart\n2007-ci il tarixli əyani müayinəyə əsasən qiymətləndirilmiş və ona “Hərbi xidmət vəzifəsini\nyerinə yetirməklə əlaqədar” müddətsiz İİ (ikinci) dərəcə əlillik təyin edilmişdir.Daha sonra,\nDövlət Sosial Müdafiə Fonduna daxil olan daxili audit yoxlaması ilə bağlı olaraq təyin\nedilmiş əlillik dərəcəsinin əsaslılığının yoxlanılması üçün iddiaçı Azərbaycan\nRespublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial\nEkspertiza və Reabilitasiya Xidmətində yaradılmış Komissiya tərəfindən əyani müayinəyə\ncəlbedilmişdir.\n34. 12 mart 2020-ci il tarixdə aparılan əyani müayinə zamanı Komissiya\nmüəyyən etmişdir ki, İddiaçı tibbi sənədlərində qeyd edilənlər onun mövcud sağlamlıq\nvəziyyəti ilə eynilik təşkil etmir. Komissiya təkrar qiymətləndirmə ilə bağlı müayinənin\nnəticələrinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr\ntarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanların\nməhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.5.7-ci bəndini\nrəhbər tutmaqla İddiaçı 12 mart 2020-ci il tarixdən İİİ (üçüncü) dərəcə müddətsiz əlillik\ntəyinedilməsiniqəraraalmışdır.\n35. İddiaçının ona təyin olunmuş ikinci dərəcə müddətsiz əlilliyin bərpası barədə\nmüraciəti cavabdeh tərəfindən təmin olunmamış, eləcə də iddiaçının həmin tələbi birinci\ninstansiya məhkəməsi tərəfindən rədd olunsa da, apellyasiya instansiyası məhkəməsi iş\nüzrəyeniqərarqəbuletməkləiddiatələbinitəminetmişdir.\n36. Apellyasiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, cavabdeh\nxx.xx.2020-ci il tarixdə iddiaçıya üçüncü dərəcə müddətsiz əlillik təyin edərkən icraatla\nbağlı qanunvericiliyin tələblərinə riayət etməmiş, xüsusən də, xx.xx.2007-ci ildə təyin\nedilmiş ikinci dərəcə müddətsiz əlilliyin təyininə dair qərarın ləğv edilməsinə dair hər hansı\naktqəbuletməmişdir.\n37. Kollegiya hesab edir ki, apellyasiya məhkəməsi icraatla bağlı qanunvericiliyin\ntələblərinə riayət olunmadığına dair nəticəyə gələrkən işin hallarını tam araşdırmamış,\nbelə nəticəyə gəlməyə imkan verən həcmdə iş üçün əhəmiyyətli halları\naydınlaşdırmamışdır.\n38. Bununla əlaqədar olaraq, məhkəmə kollegiyası ilkin olaraq mövcud\nqanunvericilik çərçivəsində iddiaçıya təyin olunmuş müddətsiz ikinci dərəcə əlilliyin\nsonradan cavabdeh qurumtərəfindən dəyişdirilməsiiləbağlıAgentliyinsəlahiyyətinin olub-\nolmadığını, əgər varsa, onun hansı şərtlər çərçivəsində reallaşdırılması imkanının\nmövcudluğunun aydınlaşdırılmasını zərurihesabedir.\n\n39. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində göstərilmişdir ki,\nəlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan\nəsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani\nmüayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın\nqüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün\nərzindəaltsistemədaxiledir.\n40. Kollegiya hesab edir ki, qanunverici cavabdeh quruma müəyyən şərtlər\ndaxilində əvvəllər şəxsə təyin olunmuş əlillik dərəcəsinin dəyişdirilməsi imkanını\ntanımışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt\nödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan\nəsaslısübutlarmövcudolmalıdır,ikincisiisəşəxsəyanimüayinəyəcəlbolunmalıdır.\n41. İstinad olunan normaya əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının\nəyani müayinəyə cəlb edilməsi iş üzrə öz təsdiqini tapır. Belə ki, xx.xx.2020-ci il tarixdə\niddiaçıya üçüncü dərəcə müddətsiz əlillik təyin edərkən Agentlik onun əyani müayinəsini\nhəyatakeçirdikdənsonraqərarqəbuletmişdir.\n42. Bundan başqa, apellyasiya məhkəməsinin bildirdiyinin əksinə olaraq,\niddiaçıya üçüncü dərəcə müddətsiz əlilliyi cavabdeh inzibati akt qəbul etməklə həyata\nkeçirmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi\nNazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində yaradılmış\nKomissiyanın 12 mart 2020-ci il tarixli təkrar qiymətləndirilmə ilə bağlı protokol qərarından\ngörünür ki, müayinənin nəticələrinə əsasən İddiaçı 12 mart 2020-ci il tarixdən İİİ (üçüncü)\ndərəcə müddətsiz əlillik təyin edilməsini qərara almışdır. Beləliklə, cavabdeh 12 mart\n2020-ciiltarixliqərarıiləözününxx.xx.2007-ciiltarixliəvvəlkiqərarında dəyişikliketmişdir.\n43. Ona görə də, ikinci dərəcə müddətsiz əlilliyin təyininə dair qərarın ləğv\nedilməsinə dair cavabdeh tərəfindən aktın qəbul edilməli olduğu halda, bu barədə hər\nhansı akt qəbul edilmədiyinə dair apellyasiya məhkəməsinin qənaəti əsassız olmuşdur.\nNəzərə almaq lazımdır ki, hazırki işin halları baxımından cavabdeh xx.xx.2007-ci ildə təyin\nedilmiş ikinci dərəcə müddətsiz əlilliyin təyininə dair qərarı ümumiyyətlə ləğv etməli deyildi,\nonun niyyəti qərarın dəyişdirilməsinə yönəlib. Çünki cavabdeh hesab edir ki, iddiaçıya\nmüddətsiz əlillik təyin edilməlidir, lakin ikinci dərəcə yox, üçüncü dərəcə təyin olunmalıdır.\nBelə olan halda isə əvvəllər təyin edilmiş əlilliyin təyin edilməsinə dair qərar ləğv\nedilməməli, məhz dəyişdirilməlidir. Agentliyin 12 mart 2020-ci il tarixli təkrar\nqiymətləndirilmə ilə bağlı protokol qərarı da məhz bu məzmuna malik inzibati akt dəyəri\ndaşıyır.\n44. İcraatla bağlı tələblərə riayət edilməsinin qiymətləndirilməsi baxımından\nyoxlanılmalı olan növbəti məsələ “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində\ngöstərilmiş əlilliyin qiymətləndirilməsi barədə TSEK-in əvvəlki qərarının düzgünlüyünü\nşübhəaltınaalanəsaslısübutlarınmövcudolub-olmadığıiləbağlıdır.\n45. Bununla bağlı olaraq kollegiya qeyd edir ki, qanunvericiliyin tələblərinə görə\ncavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına\nalan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan\ntəftişetmək imkanına sahibdir.Ona görə də, “Əlilliyinqiymətləndirilməsi Qaydası”nın 3.7-ci\nbəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına\nalan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara\nəsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar\nverməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik\nprinsiplərinintəminedilməsinəyönəlmişdir.\n46. Kollegiya qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən həmin halın\naydınlaşdırılmasına yönəlmiş lazımi araşdırma aparılmamışdır, təkrar baxışda bununla\nbağlı halların aydınlaşdırılması təmin olunmalıdır. Belə ki, Əmək və Əhalinin Sosial\nMüdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində\nyaradılmış Komissiyanın 12 mart 2020-ci il tarixli təkrar qiymətləndirilmə protokolunda\nAzərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tapşırığı\n\nəsasında Dövlət Sosial Müdafiə Fonduna daxil olan daxili audit yoxlaması ilə bağlı təkrar\nqiymətləndirmənin keçirildiyitəsbitolunmuşdur.\n47. Kollegiya hesab edir ki, prinsipcə daxili audit yoxlaması ilə bağlı materiallar\n“əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar” kimi qəbul edilə bilər.\nLakinhəmindaxiliaudityoxlaması,həmdəiddiaçıiləbağlıhallaraaidolmalıdır.Yənidaxili\naudit yoxlaması iddiaçıya təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə\naltına alacaq əsasları ortaya çıxarmış olmalıdır. Başqa sözlə, cavabdeh ümumi qaydada\ndaxili audit yoxlamasına istinad edə bilməz, həmin yoxlama, həm də iddiaçıya aid hallarla\nbağlı olmalı, ona təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına\nalacaq əsaslar müəyyən edilmiş olmalıdır.Odur ki, təkrar baxışda apellyasiya məhkəməsi\nbu istiqamətdə araşdırma aparmalı, nəticəsində asılı olaraq cavabdeh tərəfindən iddiaçıya\ntəyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın dəyişdirilməsinə yönəlmiş 12 mart 2020-ci il\ntarixliqərarın qəbul edilməsi ilə nəticələnən yeni icraatın başlanılmasına əsasların mövcud\nolub-olmadığına qiymətverməlidir.\n48. Kollegiya həmçinin qeyd edir ki, araşdırmanın nəticəsindən asılı olaraq\ncavabdeh qurumun şəxsə təyin etdiyi əlillik dərəcəsinin dəyişdirilməsi ilə bağlı icraatın\nlazımi qaydada aparıldığı müəyyən olunduğu təqdirdə, mübahisə mahiyyəti üzrə həll\nolunmalıdır. Bunun üçün məhkəmə işdəki və zərurət olduqda əlavə toplanılacaq sübutları\ntədqiq etməklə cavabdehin 12 mart 2020-ci il tarixli iddiaçıya İİİ (üçüncü) dərəcə\nmüddətsiz əlillik təyin edilməsinə dair qərarının qanuniliyinə və əsaslılığına qiymət\nverməlidir.\n49. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh\ntərəfindən verilmiş kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası\nməhkəməsinin qərarı ləğv edilməli, iş yuxarıda qeyd olunan xüsusatların araşdırılması və\nqiymətləndirilməsi üçün təkrar apellyasiya məhkəməsinə qaytarılmalı, kassasiya şikayəti\nqalanhissədətəminolunmamalıdır.\n50. Yuxarıdagöstərilənlərə əsasənməhkəməkollegiyası\nQƏRARA ALDİ:\nCavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin\ntabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin kassasiya şikayəti\nqisməntəminedilsin.\nBakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1513/2023 nömrəli,\n28mart2023-ciiltarixliqərarıləğvedilsin.\nİştəkrarbaxılmasıüçünhəminməhkəməyəgöndərilsin.\nKassasiyaşikayətiqalanhissədətəminedilməsin.\nQərarqətidir.",
      "url": "file:///C:/Users/TechEvo%20Computers/Downloads/3ulduz/9_1685%2B10.08.2023.pdf",
      "local_file": "016_0062d0aa60.pdf",
      "local_text_file": "016_2-1(102)-1685_2023.txt",
      "content_type": "application/pdf"
    },
    {
      "menbe": "Ali Məhkəmənin üç ulduzlu qərarları",
      "akt_novu": "Üç ulduzlu qərar",
      "tarix": "2023-10-04",
      "basliq": "2-1(102)-2089/2023",
      "is_nomresi": "2-1(102)-2089/2023",
      "movzu": "",
      "metn": "Azərbaycan Respublikası adından\nQƏRAR\nBakı şəhəri İş № 2-1(102)-2089/2023 04.10.2023\nALİ MƏHKƏMƏ\nAzərbaycan Respublikası adından\nAzərbaycan Respublikası\nAli Məhkəməsinin İnzibati Kollegiyasının\nİddiaçı\ncavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi\ntabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi\nFilialına qarşı iş üzrə\nQ Ə R A R İ\n(Açar sözlər: metropolitendə yol montyoru, güzəştli peşə, peşənin sonradan\nSiyahıya daxil edilməsi)\nAzərbaycan Respublikası\nAli Məhkəməsinin İnzibati Kollegiyası\nHakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov\nSəyyad Əli oğlundan ibarət tərkibdə,\n\nİddiaçı (xx.xx.1956-cı il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası\nƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun\nXüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək\npensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati\nKollegiyasının 26 aprel 2023-cü il tarixli, 2-1(102)-847/2023 nömrəli qərarından cavabdeh\ntərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq\naşağıdakı qərarı qəbul etdi.\nİŞİN HALLARİ\n1. İddiaçı 2 sentyabr 1974-cü ildən 17 may 1975-ci ilədək Bakı şəhəri 22 saylı peşə\ntexniki məktəbində tornaçı ixtisası üzrə təhsil almış, 10 may 1976-cı il tarixdən 10 may\n1978-ci il tarixədək həqiqi hərbi xidmət keçmişdir.\n2. İddiaçının əmək kitabçasının məlumatlarına əsasən, o, xx.xx.1975-ci il tarixdən\nxx.xx.1976-cı il tarixədək B.Sərdarov adına Maşınqayırma Zavodunun mexanika sexində\ntornaçı və qazma nasoslarının kəmər sexində nəqliyyat ilə mal nəql edən, xx.xx.1978-ci il\ntarixdən xx.xx.1978-ci il tarixədək Ordubad kolxozlararası tikinti sahəsində betonçu,\nxx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək 80 №li X1 “QacaranTikinti” Trestində\nfəhlə, xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək Ordubad kolxozlararası tikinti\nsahəsində fəhlə, xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək TMİ-619 Azərbaycan\nHava Yollarının Yol Tikinti Trestində tornaçı, xx.xx.1980-cı il tarixdən xx.xx.1981-ci il\ntarixədək 3 saylı X3 “Baş Bakı Tikinti” Baş korpusda fəhlə və məhsullar anbarında\ntakelajçı, xx.xx.1981-ci il tarixdən xx.xx.1986-cı il tarixədək həmin müəssisədə tornaçı,\nxx.xx.1986-cı il tarixdən xx.xx.1989-cu il tarixədək həmin müəssisədə mühəndis,\nxx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixədək 3 №-li X2 tornaçı, xx.xx.1991-ci il\ntarixdən xx.xx.1993-cü il tarixədək İstehsalat Birliyi 8 saylı X2 tornaçı, xx.xx.1993-cü il\ntarixdən xx.xx.1993-cü il tarixədək “Çinarə” kiçik müəssisəsində sex rəisi, xx.xx.1993-cü il\ntarixdən xx.xx.1994-cü il tarixədək 203 saylı İMİ Nəqliyyat sahəsində tornaçı, xx.xx.2008-ci\nil tarixdən xx.xx.2009-cu il tarixədək Bakı Metropoliteni Yol xidməti 1 saylı hissədə yol\nfəhləsi vəzifəsində işləmişdir. xx.xx.2009-cu il tarixdən hal-hazıradək \"xxxx\" QSC Yol\nXidməti 1 saylı yol hissəsi 3-cü sahəsində yol montyoru vəzifəsində işləyir.\n3. \"xxxx\" QSC tərəfindən verilən A/09 nömrəli 14 yanvar 2021-ci il tarixli arayışa\nəsasən, iddiaçı xx.xx.2008-ci il tarixindən xx.xx.2014-cü il tarixinədək Bakı Metropoliteninin\nYol xidmətində yol montyoru (tuneldə yalnız gecə xüsusi zərərli iş şəraitində (24%), iş\nsaatı 23:30-dan 05:30-dək) peşəsində çalışmışdır. xx.xx.2014-cü il tarixindən \"xxxx\" QSC-\nnin Yol xidmətində yol montyoru (tuneldə yalnız gecə xüsusi zərərli iş şəraitində (24%), iş\nsaatı 23:30-dan 05:30-dək) peşəsində işləyir. Arayışın “qeyd” hissəsində göstərilmişdir Yol\nmontyoru yol fəhləsi hesab edilir və yol fəhləsi tuneldə hər gecə ağır, xüsusi zərərli iş\nşəraitində (xüsusi zərərli ış şəraitinə görə əmək haqqına 24%, gecə saatına görə 40%\nəlavə ilə) işləyir.\n4. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək\npensiyasının təyin edilməsini xahiş etmişdir.\n5. Cavabdehin 25 fevral 2021-ci il tarixli **********7 nömrəli imtina məktubunda\ngöstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli\n12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ\nverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat\nbölməsinin (21) metropolitenlər bəndində (21.5) yol montyoru vəzifəsi nəzərdə\ntutulmamışdır. Mərkəzi Filiala təqdim edilən \"xxxx\" QSC-nin 14 yanvar 2021-ci il tarixli\nA/09 nömrəli iddiaçıya dair arayışında xx.xx.2008-ci il tarixindən bu günədək \"xxxx\" QSC-\nnin Yol Xidmətində yol montyoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. İşlədiyi yol\nmontyoru vəzifəsi yuxarıda qeyd olunan Siyahı üzrə metropoliten sahəsində olmadığından\niddiaçının güzəştli iş stajı yoxdur.\n\nİŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ\na. birinci instansiya məhkəməsində icraat\n6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 2021-ci\nilin yanvarından güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehə\nhəvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.\n7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1956-cı ildə anadan olmuşdur və\n\"xxxx\" QSC-də işləyir. xx.xx.2008-ci il tarixdən hal-hazıradək yol montyoru vəzifəsini icra\nedir. İşlədiyi müəssisənin A/09, 14 yanvar 2021-ci il tarixli arayışı güzəştli pensiya almaq\nüçün cavabdehə təqdim olunmuşdur. Cavabdeh 25 fevral 2021-ci il tarixli, **********7 saylı\nməktubla güzəştli iş stajının olmaması səbəbi ilə müraciətin icrasından imtina etmişdir.\nİddiaçı qeyd etmişdir ki, iş yerindən təqdim olunmuş arayış və əmək kitabçasındakı\nqeydlər həmin stajın varlığını sübut edir. Nazirlər Kabinetinin xx.xx.2007 tarixli 12 saylı\nQərar 12,5 il güzəştli əmək stajı olanlara 59 yaşdan güzəştli pensiya hüququ verir.\nBildirmişdir ki, onun artıq 65 yaşı var, əmək stajı var və 30 il vergi ödəmişdir. 1975-ci ildən\nəmək fəaliyyətinə başlamış və həmişə ağır işlərdə işləmişdir. Qeyd etmişdir ki, 12 il 6 ay\ngüzəştli iş stajı artıq yanvar ayında bitmişdir. Odur ki, ona həmin vaxtdan pensiya\nverilməlidir.\n8. Cavabdeh iddiaya dair imtina məktubuna uyğun yazılı etiraz təqdim etmiş, əlavə\nolaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal\nməktubuna istinad edib iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş\netmişdir.\n9. Bakı İnzibati Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2-1(112)-7400/2021\nnömrəli qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilmiş, iddiaçıya yanvar 2021-ci ildən, yəni\n60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi\ncavabdehin üzərinə qoyulmuşdur.\n10. Məhkəmə qeyd etmişdir ki, iddiaçının işlədiyi vəzifə (yalnız gecə vaxtlarında\ntunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlə) Azərbaycan Respublikası Nazirlər\nKabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarları ilə təsdiqlənmiş siyahılarda\nkonkret göstərilmişdir. Belə olan halda məhkəmənin qənaətinə görə İddiaçı 25 ildən artıq\nümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya\nhüququ verən iş stajına malik olduğundan, “Əmək pensiyaları haqqında” Azərbaycan\nRespublikası Qanununun 9.1-ci, 9.8-ci maddələrinə müvafiq olaraq ona 60 yaşdan\ngüzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanmalıdır.\n11. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia\ntələbinin rədd edilməsini xahiş etmişdir.\nb. apellyasiya instansiyası məhkəməsində birinci icraat\n12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 aprel 2022-ci il tarixli\n2-1(103)-741/2022 nömrəli qərarı ilə (hakimlər: H.Həmidov -sədrlik edən və məruzəçi,\nE.Nağıyeva və C.Yusifov) Bakı İnzibati Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli qərarı\ndəyişdirilmədən saxlanılmışdır.\n13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi\nmövqeyi ilə razılaşmışdır.\n14. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin\nhəmin qərarının ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.\nc. kassasiya instansiyası məhkəməsində icraat\n15. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 13 sentyabr\n2022-ci il tarixli, 2-1(102)-1364/2022 nömrəli qərarı ilə (hakimlər: İ.Hüseynov – məruzəçi,\nN.Rəsulbəyova və K.Bədəlov) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13\naprel 2022-ci il tarixli 2-1(103)-741/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması\nüçün həmin məhkəməyə göndərilmişdir.\n\n16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi\nnəzərə almalı idi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar\ntarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası\nhüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.5\nbəndində “yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan\nfəhlələr:” nəzərdə tutulmaqla yanaşı, həmin “fəhlələr”ə məhz hansı peşə, iş və vəzifələrin\naid edildiyi dəqiq göstərilmişdir. Apellyasiya instansiyası məhkəməsi də iddiaçının icra\netdiyi işin, peşənin və ya vəzifənin həmin siyahıda göstərilən məhz hansı peşə, iş və ya\nvəzifəyə uyğun olduğunu müəyyən etməli idi.\nç. apellyasiya instansiyası məhkəməsində ikinci icraat\n17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 aprel 2023-cü il tarixli,\n2-1(102)-847/2023 nömrəli qərarı ilə (hakimlər: P .Hüseynov - sədrlik edən və məruzəçi,\nŞ.Məmmədova və K.Əkbərov) Bakı İnzibati Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli\nqərarı iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2021-ci\nil tarixdən hesablanaraq ödənilməsi göstərilməklə dəyişdirilmədən saxlanılmışdır.\n18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı xx.xx.2008-ci il\ntarixindən xx.xx.2021-ci il tarixinədək \"xxxx\" QSC-nin Yol xidmətində yol montyoru (tuneldə\nyalnız gecə xüsusi zərərli iş şəraitində (24%), iş saatı 23:30-dan 05:30- dək) peşəsində\nişləmişdir və onun işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar\n2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək\npensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda\nnəzərdə tutulmuşdur: Bölmə 21. Nəqliyyat, bənd 21.5. Metropolitenlər, yarımbənd\n21.5.1. yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr:\nyol montyoru. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12\nnömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ\nverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda dəyişiklik edilməsi\nbarədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2022-ci il tarixli 451\nnömrəli qərarı ilə qeyd olunan vəzifə əlavə edilmişdir (bənd 21.5, yarımbənd 21.5.1, yol\nmontyoru).\n19. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin\nhəmin qərarının ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.\nKASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ\na. Kassasiya şikayətinin dəlilləri\n20. Cavabdehin kassasiya şikayətində qeyd edir ki, apellyasiya məhkəməsinin\nqərarına əsasən iddiaçının müvafiq dövrlərdə işlədiyi yol fəhləsi və yol montyoru vəzifəsi\nAzərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı\nilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən\nistehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin (21)\nmetropolitenlər bəndində (21.5.1) uyğunlaşdırılmışdır. Azərbaycan Respublikası Nazirlər\nKabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli\nşərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və\ngöstəricilərin siyahısı”nda dəyişiklik edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər\nKabinetinin xx.xx.2022-ci il tarixli 451 nömrəli qərarı ilə qeyd olunan vəzifə - yol montyoru\nvəzifəsi əlavə edilmişdir. İddiaçıya isə xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə\nəmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması qərara\nalınmışdır.\n21. Məhkəmə tərəfindən iddiaçıya xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yasa\ngörə əmək pensiyası təyin edilməsi barədə qərar qəbul edilsə də, həmin tarixdə\n(xx.xx.2021-ci il tarixdə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar\ntarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası\nhüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəqliyyat\n\nbölməsinin (21) metropolitenlər bəndində (21.5) yol montyoru vəzifəsi nəzərdə\ntutulmamışdır.\nb. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri\n22. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir.\nTƏTBİQ EDİLƏN HÜQUQ\n23. “Əmək pensiyaları haqqında” Qanun\nMaddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər\n9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi\nsahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların,\npeşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq\nolunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il\nsığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar -\n 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini\nhəmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya\nkapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan\nverdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.\n24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12\nnömrəli Qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ\nverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”.\n21.5. Metropolitenlər\n21.5.1. yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan\nfəhlələr:\n...\nyol montyoru\n...\n25. İnzibati Prosessual Məcəllə\nMaddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız\napellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının\ndüzgün tətbiq edilməsini yoxlayır.\nMaddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu\ngündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin\n131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində\nmüvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.\nMaddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə\nməlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.\nMaddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi\ngöstərilməlidir.\nMaddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə\nqərar qəbul edir.\nMaddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını\n(qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya\nqismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin\nqərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.\nMaddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.\nKASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ\n26. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada\nəsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab\nedilmişdir.\n\n27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün\nhazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.\nKASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ\n28. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini\naraşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi\ntərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş,\nhabelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq\nolunmuşdur.\n29. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental\nvacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin,\nxüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya\ninstansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad\netməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin\n“Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).\n30. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual\nMəcəlləsinin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin\nhüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Apellyasiya\ninstansiyası məhkəməsi hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati\nKollegiyasının 13 sentyabr 2022-ci il tarixli, 2-1(102)-1364/2022 nömrəli qərarında\ngöstərilən hüquqi mövqeyə uyğun olaraq iş üzrə tam, obyektiv və hərtərəfli araşdırma\naparmış, Ali Məhkəmənin yuxarıda qeyd olunan göstərişlərinə əsasən mübahisənin\ndüzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə\naraşdırmış və qanunlara uyğun qərar qəbul etmişdir.\n31. Belə ki, işin təkrar apellyasiya baxışı zamanı apellyasiya məhkəməsi tərəfindən\nünvanlanmış sorğuya \"xxxx\" QSC-nin 1 mart 2023-cü il tarixli cavab məktubunda qeyd\nedilmişdir ki, İddiaçı xx.xx.2008-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək Bakı\nMetropoliteninin Yol xidmətində yol montyoru (yalnız gecə işi (iş saatı 23:30-dan 05:30-\ndək), 24% zərərli iş şəraiti) peşəsində çalışmışdır. İddiaçı xüsusi zərərli əmək şəraitində\nişlədiyi peşə üzrə iş stajı 13 il 05 ay (on üç il beş ay) təşkil edir və Azərbaycan\nRespublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq\nedilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin,\nvəzifələrin və göstəricilərin siyahısı”nda dəyişiklik edilməsi barədə xx.xx.2022-ci il tarixli\n451 saylı Qərarın 1.4 (21.5 Metropolitenlər bəndi üzrə) və 1.4.1-ci (21.5.1-ci yarımbənd)\nbəndlərinin (yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan\nfəhlələr) yarımbəndi altında yer alan yol montyoru sətrinə aiddir.\n32. Siyahıda 21.5-ci bənddə Metropolitenlər bölməsində əvvəllər yol montyoru\npeşəsi nəzərdə tutulmamışdır. Həmin peşə Siyahıya Nazirlər Kabinetinin 24 dekabr 2022-\nci il tarixli qərarı ilə əlavə edilmişdir. İddiaçı isə 60 yaşının tamam olduğu 2016-cı ilin\nnoyabr ayına qədər 12 il 6 aydan çox bu peşədə çalışmışdır.\n33. Araşdırılmalı məsələ hazırda Siyahıda qeyd edilən yol montyoru vəzifəsinin\nfunksiyalarının iddiaçının işləmiş olduğu peşə ilə uyğun olması, yəni iddiaçının işlədiyi\npeşənin güzəştli sayılması ilə bağlıdır.\n34. \"xxxx\" QSC-nin 1 mart 2023-cü il tarixli məktubuna görə iddiaçı 2008-ci il\ntarixindən 2021-ci il tarixinədək Bakı Metropoliteninin Yol xidmətində yol montyoru\npeşəsində yalnız gecələr (iş saatı 23:30-dan 05:30-dək, 24% zərərli iş şəraiti) çalışmışdır.\nBu peşə xüsusi zərərli əmək şəraitində olan peşə sayılır.\n35. İş yerinin məktubu bu qənaətə gəlməyə əsas verir ki, iddiaçının əvvəllər işlədiyi\nyol montyoru vəzifəsinin funksiyaları ilə Siyahıya sonradan daxil edilmiş yol montyoru\npeşəsinin funksiyaları eyni olmuşdur. İddiaçı Siyahıya əlavə edilən yol montyoru\npeşəsində olan vəzifələri 2008-2021-ci illərdə icra etmişdir.\n36. Odur ki, iddiaçı 24 dekabr 2022-ci il tarixdən Siyahıya əlavə edilmiş yalnız gecə\nvaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr:..yol montyoru\npeşəsində nəzərdə tutulan 12 il 6 aydan az olmayan güzəştli staja malik olmuşdur.\n\n37. Yuxarıda istinad olunanlara görə və qeyd edilən səbəblərdən iddiaçı ona güzəştli\nşərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə haqlı sayılmalıdır.\n38. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək\npensiyasının təyin olunmasından cavabdehin imtinası qanunazidd olmuş və onun\nAzərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial\ntəminat hüququnun pozulmasına səbəb olmuşdur.\n39. İddiaçıya hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək\npensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə apellyasiya\nməhkəməsinin qərarı əsaslı və düzgün sayılmalı, mübahisələndirilən məhkəmə qərarı\nkassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin\nedilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.\n40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası\nQƏRARA ALDİ:\nCavabdehin kassasiya şikayəti təmin edilməsin.\nBakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 aprel 2023-cü il tarixli, 2-\n1(102)-847/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.\nQərar qətidir.",
      "url": "file:///C:/Users/TechEvo%20Computers/Downloads/3ulduz/9_2089%2B04.10.2023.pdf",
      "local_file": "017_e551fa388f.pdf",
      "local_text_file": "017_2-1(102)-2089_2023.txt",
      "content_type": "application/pdf"
    },
    {
      "menbe": "Ali Məhkəmənin üç ulduzlu qərarları",
      "akt_novu": "Üç ulduzlu qərar",
      "tarix": "2023-10-04",
      "basliq": "2-1(102)-2478/2023",
      "is_nomresi": "2-1(102)-2478/2023",
      "movzu": "",
      "metn": "Azərbaycan Respublikası adından\nQƏRAR\nBakı şəhəri İş № 2-1(102)-2478/2023 04.10.2023\nALİ MƏHKƏMƏ\nAzərbaycan Respublikası adından\nAzərbaycan Respublikası Ali Məhkəməsinin\nİnzibati Kollegiyasının\nİddiaçı MMC-nin\ncavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında\nAqrar Kredit və İnkişaf Agentliyinə qarşı iş üzrə\nQ Ə R A R İ\n(Açar sözlər: məhsul subsidiyasının ödənilməsi)\n\nAzərbaycan Respublikası\nAli Məhkəməsinin İnzibati Kollegiyası\nhakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və\nKərimov Səyyad Əli oğlundan ibarət tərkibdə,\nİddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi\nyanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “məhsul subsidiyasının ödənilməsi”\ntələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 iyun\n2023-cü il tarixli, 2-1(103)-2109/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş\nkassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı\nqərarı qəbul etdi.\nİŞİN HALLARİ\n1. İddiaçı (VÖEN: **********) xx.xx.2016-cı il tarixdə vergi orqanında dövlət\nqeydiyyatına alınmışdır.\n2. Salyan rayonu, Qızılağac kəndində yerləşən 373,4 ha və 1930,13 ha kənd\ntəsərrüfatı təyinatlı torpaq sahələrinə iddiaçının icarə hüququ xx.xx.2017-ci il tarixdən\nxx.xx.2066-cı il tarixədək 49 il müddətinə müvafiq olaraq xx.xx.2020-ci il tarixdə **********\nqeydiyyat nömrəsi ilə və xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz\nəmlakın dövlət reyestrində qeydə alınmışdır.\n3. İddiaçı (“Satıcı”) ilə \"xxxx\" MMC (“Alıcı”) arasında bağlanmış xx.xx.2021-ci il\ntarixli, TO-03 nömrəli “Xam pambığın alqı-satqısına dair” müqaviləyə əsasən, “Satıcı”\nSalyan rayonu, Qızılağac kəndində yerləşən özünə məxsus (mülkiyyətində və ya\nistifdəsində olan) 400 hektar torpaq sahəsində pambığın becərilməsi ilə əlaqədar\naqrotexniki iş və xidmətləri özü icra etməklə yığılmış məhsulu bu müqavilə ilə müəyyən\nolunmuş şərtlər daxilində “Alıcıya” təhvil verməyi, “Alıcı” isə “Satıcının” təhvil verdiyi xam\npambığın nəmliyi, zibilliyi və növü nəzərə alınmaqla onun dəyərini ödəməyi üzərinə\ngötürmüşdür.\n4. İddiaçıdan pambıq qəbul edən \"xxxx\" MMC-nin 94 ədəd pambıq qəbulu\nqəbzlərinə əsasən, cəmi dəyəri 200000 manat məbləğində və cəmi kondisiya çəkisi 2000\nton xam pambıq iddiaçı tərəfindən \"xxxx\" MMC-yə təhvil verilmişdir.\n5. İddiaçı məhsul subsidiyasının ödənilməsi barədə cavabdehə müraciət etmişdir.\n6. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina\netmiş və imtinasını onunla əsaslandırmışdır ki, 2020-ci il 1 yanvar tarixindən etibarən\nsubsidiyaların verilməsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli,\n759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının\nsubsidiyalaşdırılması Qaydası”na uyğun olaraq Elektron Kənd Təsərrüfatı İnformasiya\nSistemi (EKTİS) vasitəsilə həyata keçirilir. Qaydanın tələblərinə əsasən məhsul\nsubsidiyası ilə bağlı fermerlər hər il 1 iyun tarixinədək proqnozlaşdırılan və aparılan əkin\nsahələri və çoxillik əkmələr barədə elektron bəyannaməni (müraciəti) 15 dekabr\ntarixinədək məhsulun tədarükçüyə təhvil verilməsi barədə sənədləri (məhsulun qəbul\nqəbzlərini), tədarükçülər isə təhvil aldıqları kənd təsərrüfatı məhsulunun növü və miqdarı\nbarədə məlumatları EKTİS-ə daxil etməlidirlər. İddiaçının pambıq əkini və təhvil verdiyi\nməhsulun qəbzləri barədə məlumatları EKTİS-ə daxil edilmədiyi üçün iddiaçıya məhsul\nsubsidiyasının ödənilməsi mümkün deyildir.\nİŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ\na) birinci instansiya məhkəməsində icraat\n\n7. İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə qarşı\nBakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçıya xx.xx.2021-ci il tarixdən xx.xx.2021-\nci il tarixədək tədarük edilmiş və \"xxxx\" MMC-yə satılmış 2000 ton kondisiya çəkisində\nxam pambığın təhvil verilməsinə dair 200000 manat məbləğində məhsul subsidiyasının\nödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin üzərinə\nqoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.\n8. İddiaçının ərizəsinə əsasən birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il\ntarixli qərardadı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirlyi yanında Aqrar\nKredit və İnkişaf Agentliyi əlavə cavabdeh qismində icraata cəlb edilmişdir.\n9. İddiaçı xx.xx.2023-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə\nverərək iddiaçıya xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək tədarük edilmiş və\n\"xxxx\" MMC-yə satılmış 2000 ton kondisiya çəkisində xam pambığın təhvil verilməsinə dair\n200000 manat məbləğində məhsul subsidiyasının ödənilməsi vəzifəsinin cavabdehlər\nAzərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Respublikası Kənd\nTəsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin üzərinə qoyulması barədə\nqərar qəbul edilməsini xahiş etmiş və birinci instansiya məhkəməsinin eyni tarixli qərardadı\nilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir.\n10. İddiaçı iddia tələbini işin hallarına istinad etməklə əsaslandırmış və cavabdehin\nimtinasını əsassız hesab edərək iddiaçıya xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il\ntarixədək tədarük edilmiş və \"xxxx\" MMC-yə satılmış 2000 ton kondisiya çəkisində xam\npambığın təhvil verilməsinə dair 200000 manat məbləğində məhsul subsidiyasının\nödənilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini\nxahiş etmişdir.\n11. Cavabdeh imtinasındakı dəlilləri göstərərək iddiaya qarşı etiraz təqdim etmiş və\niddianın rədd edilməsini xahiş etmişdir.\n12. Bakı İnzibati Məhkəməsinin (hakim Aygün Əhədova) 03 fevral 2023-cü il tarixli,\n2-1(112)-1134/2023 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı\nNazirliyinin subsidiyaların verilməsi ilə bağlı məsul orqan qismində çıxış etmədiyi əsas\ngətirilərək iddiaçının cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə\nqarşı məhsul subsidiyasının ödənilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır.\n13. Bakı İnzibati Məhkəməsinin (hakim Aygün Əhədova) 03 fevral 2023-cü il tarixli,\n2-1(112)-1134/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçıya xx.xx.2021-ci il\ntarixdən xx.xx.2021-ci il tarixədək tədarük edilmiş və “T aşobası\"MMC-yə satılmış 2000 ton\nkondisiya çəkisində xam pambığın təhvil verilməsinə dair 200000 manat məbləğində\nməhsul subsidiyasının ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Kənd Təsərrüfatı\nNazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin üzərinə qoyulmuşdur.\n14. Birinci instansiya məhkəməsi subsidiyanın verilməsinin kənd təsərrüfatının\ninkişafına yönəlmiş dövlət siyasətinin istiqaməti olduğunu, subsidiya informasiya sisteminin\nfermerlərin subsidiya əldə etməsinə əlçatanlığının təmin edilməsinə xidmət edən sistem\nolmaqla məhz 2020-ci ildən etibarən istifadəyə verildiyini, bu sahədə fermerlərin sistem\nüzərindən məlumatların SİS-ə daxil edilməsi ilə bağlı müvafiq maarifləndirmənin 2021-ci il\nüçün tam başa çatmasının qeyri-mümkün olmasını, iddiaçının SİS üzərindən məlumatları\nvaxtında təqdim etməsə də, 2021-ci il pambıq mövsümündə xam pambığın becərilərək\nsatıldığını, pambığın təqdim edilməsini təsdiq edən ciddi hesabat blankları – pambıq\nqəbzlərinin təqdim edildiyini, təhvil verilmiş pambıq məhsuluna görə məhsul subsidiyası\nistifadə edilmədiyindən dövlət büdcəsinə geri qaytarıldığını, təqdim edilmiş pambıq\nməhsuluna görə hazırkı halda məhsul subsidiyasının verilməsini istisna edəcək qanunla\nhər hansı imperativ norma olmadığını nəzərə alaraq bu nəticəyə gəlmişdir ki, iddiaçının\nməhsul subsidiyasının verilməsi ilə bağlı müraciəti cavabdeh orqan tərəfindən təmin\nedilməlidir.\n15. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini\nvə iddianın rədd edilməsini xahiş etmişdir.\nb) apellyasiya instansiyası məhkəməsində icraat\n\n16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Şərafət\nMəmmədova /sədrlik edən və məruzəçi/, Cahangir Yusifov və Pərvia) 20 iyun 2023-cü il\ntarixli, 2-1(103)-2109/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin\nedilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.\n17. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi\nmövqeyi ilə razılaşmışdır.\n18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və\niddianın rədd edilməsini xahiş etmişdir.\nKASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ\na) Kassasiya şikayətinin dəlilləri\n19. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, məhkəmənin yanaşması\nəsaslı olmamaqla qanunsuz qərarın qəbul edilməsinə səbəb olmuş, bununla da subsidiya\nverilməsinin mövcud mexanizminin və inzibati praktikasının pozulmasına, subsidiya\nverilməsi qaydasını tənzimləyən hüquq normalarının tətbiqinin mümkünsüzlüyünə şərait\nyaratmışdır. Hazırkı iş üzrə iddiaçı tərəfindən subsidiya alınması üçün Subsidiya\nİnformasiya Sisteminə müraciət daxil olunmamış, o cümlədən qanunvericiliklə təqdim\nedilməsi tələb olunan sənədlər sistemə əlavə edilməmişdir. Bu səbəbdən iddiaçıya\nsubsidiya ödənilməsi baş verməmişdir. Məhkəmə iddiaçı üçün bu halı üzrlü hesab etsə də,\nnəzərə almamışdır ki, hazırkı iddia tələbinin təmin olunması subsidiya alınması üçün\nmüraciət edən digər fermerləri sənədlərin vaxtında sistemə əlavə edilməsində lazımi\nməsuliyyət göstərməkdən yayınmağa sövq etməklə yanaşı, subsidiya verilməsinin\nmexanizmini tənzimləyən qanunvericilik normalarının faktiki işləkliyinin və əhəmiyyətinin\nitirilməsinə gətirib çıxarır.\nb) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:\n20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.\nTƏTBİQ EDİLƏN HÜQUQ\n21. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli, 759 nömrəli\nFərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının\nsubsidiyalaşdırılması Qaydası”\n1.1. Bu Qayda kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar fiziki və hüquqi\nşəxslərə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyaların verilməsinin mexanizmini və\nşərtlərini müəyyən edir.\n1.2. Bu Qaydanın məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı\nmənaları ifadə edir:\n1.2.1. subsidiya – dövlət büdcəsinin vəsaiti hesabına kənd təsərrüfatı məhsullarının\nistehsalçılarına əvəzsiz verilən maliyyə vəsaiti;\n1.2.2. “Subsidiya” informasiya sistemi (bundan sonra – SİS) – kənd təsərrüfatı\nməhsullarının istehsalçılarına subsidiyaların verilməsinə dair müraciətlərin elektron\nqaydada qəbulunu, emalını və cavablandırılmasını təmin edən “Elektron kənd təsərrüfatı”\ninformasiya sisteminin (bundan sonra – EKTİS) altsistemi;\n....\n1.2.4. baza məbləği – bitkiçilik sahəsində subsidiyaların hesablanmasında istifadə\nedilən sabit maliyyə vəsaiti;\n...\n1.2.6. fermer – kənd təsərrüfatı məhsullarının istehsalçısı olan və SİS-də\nqeydiyyata alınan (bitkiçilik və heyvandarlıq sahələri üzrə) fiziki və ya hüquqi şəxs;\n1.2.7. tədarükçü – kənd təsərrüfatı məhsullarının tədarükünü həyata keçirən və\nSİS-də qeydiyyata alınan fiziki və ya hüquqi şəxs;\n...\n\n1.2.10. məhsul subsidiyası – tədarükçülərə təhvil verilən bitkiçilik məhsulunun hər\ntonuna görə verilən subsidiya;\n…\n2.1. Fermerlərə subsidiyaların verilməsinin təşkili bu Qaydaya və xidmət\nreqlamentlərinə müvafiq həyata keçirilir.\n...\n2.6. Fermerlərə subsidiyaların verilməsini (benefisiarlara ödənişlərin həyata\nkeçirilməsi), habelə Nazirliyin dövlət aqrar inkişaf mərkəzlərinin (bundan sonra – DAİM) bu\nsahədə fəaliyyətinin təşkilini və əlaqələndirilməsini Azərbaycan Respublikasının Kənd\nTəsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra – Agentlik)\nhəyata keçirir.\n...\n2.9. Fermerlər, tədarükçülər və təchizatçılar SİS-də aşağıdakıları həyata keçirirlər:\n2.9.1. qeydiyyatdan keçməni;\n2.9.2. kənd təsərrüfatı təyinatlı, habelə digər kateqoriya torpaqlarda məqsədli\ntəyinatı əkin və çoxillik əkmələrin altında olan torpaq sahələrinin təyinatı üzrə istifadə\nvəziyyəti və istehsal etdikləri kənd təsərrüfatı məhsulları, kənd təsərrüfatı istehsal\nvasitələri ilə bağlı apardıqları əməliyyatlar barədə məlumatların verilməsini;\n2.9.3. subsidiyanın alınması üçün müraciətlərin edilməsi və ərizələrin elektron\nformada tərtibi, subsidiya ilə bağlı sənədlərin SİS-ə daxil edilməsini;\n2.9.4. subsidiyalarla bağlı məlumatların əldə edilməsini.\n2.10. SİS-də qeydiyyatdan keçməyən fermerə subsidiya verilmir. Subsidiya almaq\nhüququ başqa şəxsə ötürülmür.\n...\n3.8. Fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün bu Qayda ilə\nmüəyyənləşdirilən müddətlərdə aşağıdakı sənədləri və məlumatları SİS-ə daxil edirlər:\n3.8.1. proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr barədə\nelektron bəyannaməni (müraciəti);\n3.8.2. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci\nmaddəsinə əsasən EKTİS ilə inteqrasiya edilən Azərbaycan Respublikasının İqtisadiyyat\nNazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalı və\nAzərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi\nvasitəsilə əldə etmək mümkün olmadıqda, torpaq sahəsinin xüsusiyyətlərini (torpağın\nməqsədli təyinatı, bonitirovkası) və fermerin istifadə hüququnu təsdiq edən sənədi (2025-ci\nil yanvarın 1-dən etibarən torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə\nhüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı);\n3.8.2-1. kənd təsərrüfatı təyinatlı, habelə digər kateqoriya torpaqlarda məqsədli\ntəyinatı əkin və çoxillik əkmələrin altında olan torpaqların aqrokimyəvi analizinin\nnəticələrinə dair sənədləri;\n3.8.3. əkin subsidiyası üçün istifadə edilən kənd təsərrüfatı istehsal vasitələrinin\nhəcmi barədə məlumatı və satınalınmasına dair sənədləri, sığortalanmalı olan bitkilərə\nmünasibətdə isə həmçinin sığorta müqaviləsinin nömrəsini;\n3.8.4. məhsul subsidiyası üçün kənd təsərrüfatı məhsullarının tədarükçülərə təhvil\nverilməsini, toxum subsidiyası üçün toxum və tingin satışını təsdiq edən sənədləri;\n3.8.5. kənd təsərrüfatı kooperativlərinin fəaliyyətini tənzimləyən sənədləri.\n…\n3.14. Məhsul subsidiyası ilə bağlı hər il fermerlər Nazirliyin təsdiq etdiyi\nreqlamentlərlə müəyyən edilmiş müddətlərdə bu Qaydanın 3.8.1-ci yarımbəndində\nnəzərdə tutulan elektron bəyannaməni (müraciəti) və məhsulun tədarükçüyə təhvil\nverilməsi barədə sənədləri (məhsulun qəbul qəbzlərini və (və ya) Azərbaycan\nRespublikası Vergi Məcəlləsinin 71-1-ci və 71-2-ci maddələrinə uyğun olaraq tərtib edilmiş\nelektron qaimə-fakturaları və ya malların alış aktlarını), tədarükçülər isə təhvil aldıqları\nkənd təsərrüfatı məhsulunun növü və miqdarı barədə məlumatları SİS-ə daxil etməlidirlər.\n\nDekabrın 15-dən sonra təqdim edilən sənədlərlə bağlı ödənişlər növbəti ilin 2-ci rübündə\naparılır.\n22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi\nMaddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının\nhədləri\nAli Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya\ninstansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq\nedilməsini yoxlayır.\n...\nMaddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər\n94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən\n1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü\nvə 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq\napellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.\n94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə\nməlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.\n...\n94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.\n...\nMaddə 96. Ali Məhkəmədə icraat\n...\n96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında\nbaxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin\nedilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə\nqərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.\n...\n96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını)\ndəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən)\nyeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara\nqarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.\n...\nMaddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı\n98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.\nKASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ\n23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada\nəsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün\nhesab edilmişdir.\n24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi\nüçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq\nyoxlanılacaqdır.\nKASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ\n25. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini\naraşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır və təmin edilməlidir. Apellyasiya\ninstansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətlərinə\nmaddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.\n26. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona xx.xx.2021-ci il tarixdən\nxx.xx.2021-ci il tarixədək tədarük edilmiş və \"xxxx\" MMC-yə satılmış 2000 ton kondisiya\n\nçəkisində xam pambığın təhvil verilməsinə dair 200000 manat məbləğində məhsul\nsubsidiyasının ödənilməsinə yönəlmişdir.\n27. İddiaçı məhsul subsidiyasının alınması ilə bağlı cavabdehə müraciət etmiş,\nlakin cavabdeh Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli, 759\nnömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının\nsubsidiyalaşdırılması Qaydası”na istinad edərək qeyd etmişdir ki, məhsul subsidiyası ilə\nbağlı fermerlər hər il 1 iyun tarixinədək proqnozlaşdırılan və aparılan əkin sahələri və\nçoxillik əkmələr barədə elektron bəyannaməni (müraciəti), 15 dekabr tarixinədək məhsulun\ntədarükçüyə təhvil verilməsi barədə sənədləri (məhsulun qəbul qəbzlərini), tədarükçülər\nisə təhvil aldıqları kənd təsərrüfatı məhsulunun növü və miqdarı barədə məlumatları\nEKTİS-ə daxil etməlidirlər. İddiaçının pambıq əkini və təhvil verdiyi məhsulun qəbzləri\nbarədə məlumatları EKTİS-ə daxil edilmədiyi üçün cavabdeh tərəfindən iddiaçıya məhsul\nsubsidiyasının ödənilməsindən imtina edilmişdir.\n28. Məhkəmə kollegiyası qeyd edir ki, 2020-ci il 1 yanvar tarixindən etibarən kənd\ntəsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar fiziki və hüquqi şəxslərə dövlət büdcəsinin\nvəsaiti hesabına subsidiyaların verilməsinin mexanizmi və şərtləri Azərbaycan\nRespublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli, 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş\n“Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası” ilə müəyyən edilir.\n29. Həmin Qaydanın 1-ci bəndinə əsasən subsidiya dövlət büdcəsinin vəsaiti\nhesabına kənd təsərrüfatı məhsullarının istehsalçılarına əvəzsiz verilən maliyyə vəsaitidir.\nMəhsul subsidiyası isə tədarükçülərə təhvil verilən bitkiçilik məhsulunun hər tonuna görə\nverilən subsidiyadır.\n30. Həmçinin “Subsidiya” informasiya sistemi (SİS) kənd təsərrüfatı məhsullarının\nistehsalçılarına subsidiyaların verilməsinə dair müraciətlərin elektron qaydada qəbulunu,\nemalını və cavablandırılmasını təmin edən “Elektron kənd təsərrüfatı” informasiya\nsisteminin (EKTİS) altsistemidir.\n31. Sözügedən Qaydanın məqsədləri üçün fermer kənd təsərrüfatı məhsullarının\nistehsalçısı olan və SİS-də qeydiyyata alınan (bitkiçilik və heyvandarlıq sahələri üzrə) fiziki\nvə ya hüquqi şəxsdir. Tədarükçü isə kənd təsərrüfatı məhsullarının tədarükünü həyata\nkeçirən və SİS-də qeydiyyata alınan fiziki və ya hüquqi şəxsdir.\n32. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən, fermerlərə subsidiyaların verilməsinin\ntəşkili bu Qaydaya və xidmət reqlamentlərinə müvafiq həyata keçirilir.\n33. Həmin Qaydanın 2.9-cu bəndi müəyyən edir ki, fermerlər SİS-də qeydiyyatdan\nkeçməni; kənd təsərrüfatı təyinatlı, habelə digər kateqoriya torpaqlarda məqsədli təyinatı\nəkin və çoxillik əkmələrin altında olan torpaq sahələrinin təyinatı üzrə istifadə vəziyyəti və\nistehsal etdikləri kənd təsərrüfatı məhsulları, kənd təsərrüfatı istehsal vasitələri ilə bağlı\napardıqları əməliyyatlar barədə məlumatların verilməsini; subsidiyanın alınması üçün\nmüraciətlərin edilməsi və ərizələrin elektron formada tərtibi, subsidiya ilə bağlı sənədlərin\nSİS-ə daxil edilməsini; subsidiyalarla bağlı məlumatların əldə edilməsini həyata keçirirlər.\n34. Həmin Qaydanın 3.8-ci bəndinə əsasən, fermerlər bitkiçilik sahəsi üzrə\nsubsidiyaları almaq üçün bu Qayda ilə müəyyənləşdirilən müddətlərdə proqnozlaşdırılan\nvə aparılan əkin sahələri və çoxillik əkmələr barədə elektron bəyannaməni (müraciəti)\n(3.8.1-ci yarımbənd), habelə digər tələb edilən sənədləri və məlumatları SİS-ə daxil\netməlidirlər.\n35. Həmin Qaydanın 3.14-cü bəndi isə müəyyən edir ki, məhsul subsidiyası ilə\nbağlı hər il fermerlər Nazirliyin təsdiq etdiyi reqlamentlərlə müəyyən edilmiş müddətlərdə\nbu Qaydanın 3.8.1-ci yarımbəndində nəzərdə tutulan elektron bəyannaməni (müraciəti) və\nməhsulun tədarükçüyə təhvil verilməsi barədə sənədləri (məhsulun qəbul qəbzlərini və (və\nya) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci və 71-2-ci maddələrinə uyğun\nolaraq tərtib edilmiş elektron qaimə-fakturaları və ya malların alış aktlarını), tədarükçülər\nisə təhvil aldıqları kənd təsərrüfatı məhsulunun növü və miqdarı barədə məlumatları SİS-ə\ndaxil etməlidirlər. Dekabrın 15-dən sonra təqdim edilən sənədlərlə bağlı ödənişlər növbəti\nilin 2-ci rübündə aparılır.\n\n36. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən 2021-ci il ərzində 2000 ton\nkondisiya çəkisində xam pambığın tədarük edilməsi, həmin çəkidə pambıq məhsulunun\n\"xxxx\" MMC-yə təhvil verilməsi işin mübahisələndirilməyən halıdır.\n37. Lakin iddiaçı məhsul subsidiyasını almaq üçün sözügedən Qayda ilə\nmüəyyənləşdirilən müddətlərdə proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik\nəkmələr barədə elektron bəyannaməni (müraciəti), eləcə də məhsulun tədarükçüyə təhvil\nverilməsi barədə sənədləri (müvafiq qəbzləri) “Elektron kənd təsərrüfatı” informasiya\nsisteminin (EKTİS) altsistemi olan “Subsidiya” informasiya sisteminə (SİS) daxil\netməmişdir.\n38. Göründüyü kimi, iddiaçının pambıq əkini və təhvil verdiyi məhsulun qəbzləri\nbarədə məlumatları EKTİS-ə daxil edilmədiyi üçün cavabdehin iddiaçıya məhsul\nsubsidiyasının ödənilməsindən imtinası əsaslı olmuşdur.\n39. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddiaçı üçün qeyd\nedilən halların üzrlü hesab edilməsi ilə bağlı mövqeyi ilə razılaşmayaraq qeyd edir ki,\nhazırkı iddia tələbinin təmin olunması subsidiya alınması üçün müraciət edən digər\nfermerləri sənədlərin vaxtında sistemə əlavə edilməsində lazımi məsuliyyət göstərməkdən\nyayınmağa sövq etməklə yanaşı, subsidiya verilməsinin mexanizmini tənzimləyən\nqanunvericilik normalarının faktiki işləkliyinin və əhəmiyyətinin itirilməsinə gətirib çıxarır.\n40. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və\nqeyd edilən səbəblərdən iddiaçının hazırkı məzmunda tələb hüququ olmadığından\napellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı hesab edilə bilməz.\nBelə olan halda, cavabdehin kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası\nməhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi rədd edilməlidir.\n41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası\nQƏRARA ALDİ:\nCavabdehin kassasiya şikayəti təmin edilsin.\nBakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 iyun 2023-cü il tarixli, 2-\n1(103)-2109/2023 nömrəli qərarı ləğv edilsin.\nİddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi\nyanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı iddiası rədd edilsin.\nQərar qətidir.",
      "url": "file:///C:/Users/TechEvo%20Computers/Downloads/3ulduz/9_2478%2B04.10.2023.pdf",
      "local_file": "018_7954299af6.pdf",
      "local_text_file": "018_2-1(102)-2478_2023.txt",
      "content_type": "application/pdf"
    },
    {
      "menbe": "Ali Məhkəmənin üç ulduzlu qərarları",
      "akt_novu": "Üç ulduzlu qərar",
      "tarix": "2023-01-13",
      "basliq": "2-1(102)-3/2023",
      "is_nomresi": "2-1(102)-3/2023",
      "movzu": "",
      "metn": "Azərbaycan Respublikası adından\nQƏRAR\nBakı şəhəri İş № 2-1(102)-3/2023 13.01.2023\nALİ MƏHKƏMƏ\nAzərbaycan Respublikası adından\nAzərbaycan Respublikası\nAli Məhkəməsinin İnzibati Kollegiyasının\nİddiaçı\ncavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə\nMərkəzi Filialına qarşı iş üzrə\nQ Ə R A R İ\n(Açar sözlər: artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması və tutulmasının\nqadağan edilməsi, etimad hüququ, birgə məsuliyyət)\n\nAzərbaycan Respublikası\nAli Məhkəməsinin İnzibati Kollegiyası\nHakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və\nQuliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə,\nİddiaçı (xx.xx.1953-cü il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə\nFondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pul vəsaitinin geri\nqaytarılması və pulun tutulmasının qadağan edilməsi və s.” tələbinə dair iş üzrə Bakı\nApellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 aprel 2022-ci il tarixli, 2-1(103)-\n1553/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən\nişə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi.\nİŞİN HALLARİ\n1. İddiaçı 5 noyabr 2000-ci il tarixdən 2 dekabr 2005-ci il tarixədək ikinci çağırış\nAzərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.\n2. 23 yanvar 2007-ci il tarixdən iddiaçıya sabiq deputat kimi 3-cü qrup əlilliyə görə\nəmək pensiyası təyin edilmişdir.\n3. İddiaçıya Fondun Səbail rayon şöbəsi tərəfindən sabiq deputat kimi əlilliyə görə\nəmək pensiyası ödənildiyi dövrdə eyni zamanda Fondun Hərbi Qulluqçular və Xüsusi\nRütbəli Şəxslərlə İş İdarəsi (hazırkı cavabdeh) tərəfindən hərbi qulluqçu kimi yaşa görə\nəmək pensiyasının ödənildiyi aşkar edilmişdir.\n4. xx.xx.2007-xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində iddiaçıya 58120,82\nmanat artıq pensiyanın ödənildiyinə istinad edən cavabdeh tərəfindən həmin artıq\nödənilmiş 58120,82 manat pensiya məbləğinin 36112,38 manat hissəsi xx.xx.2017-\nxx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində hissə-hissə əmək pensiyasından tutulmuş,\n22008,44 manat hissəsi isə qalıq olaraq qalmışdır.\nİŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ\nbirinci instansiya məhkəməsində icraat\n5. İddiaçı cavabdehə qarşı 3 may 2021-ci il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati\nMəhkəməsinə müraciət edərək, iddiaçının pensiyasından tutmaların həyata keçirilməsi ilə\nbağlı cavabdehin hərəkətlərinin (əmrin, qərarın, sərəncamın) qanunsuz hesab edilməsi,\n58120,82 manat məbləğində tutulmuş pul vəsaitinin iddiaçıya geri qaytarılması və\nAzərbaycan Respublikası Milli Məclisin komitə sədrinin müavininə deputat səlahiyyətlərinin\nyerinə yetirilməsinə görə pul təminatının qanunamüvafıq qaydada hesablanması\nöhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.\n6. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, 2007-ci ildən Azərbaycan\nRespublikası Milli Məclisin sabiq deputat kimi Azərbaycan Respublikası Əmək və Əhalinin\nSosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan pensiya alır. Ötən\nmüddət ərzində pensiyası qanunamüvafiq şəkildə verilməmiş, müxtəlif vaxtlarda buna\netirazını bildirmişdir. Qeyd edir ki, cavabdehin “Azərbaycan Respublikası Milli Məclisi\ndeputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 21-ci maddəsinin\n5-ci hissəsində nəzərdə tutulmuş aylıq pul təminatının (1 sentyabr 2004-cü il tarixdən 1\navqust 2008-ci il tarixədək 25 faiz, 1 avqust 2008-ci il tarixdən 1 dekabr 2013-cü il\ntarixədək 50% həcmində əlavələr nəzərdə tutulub) ona verilməsindən imtina etməsini\nmübahisələndirmiş və Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-\n262/2020 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Qanuni qüvvəsini almış məhkəmə\naktının icrası zamanı cavabdeh tərəfindən 2007-ci ildən 2013-cü ilədək olan əlavələr\nqanunsuz şəkildə 28852,62 manat hesablanmış, bu azmış kimi vəsaitin xeyli hissəsi\nəvvəllər ona ödənilmiş pensiyanın əvəzi kimi çıxılmışdır. Cavabdehin onun müraciətlərinə\nverdiyi xx.xx.2021-ci il tarixli cavab məktubundan bəlli olur ki, ondan ümumilikdə, 58120,82\n\nmanat məbləğində pul tutulmuşdur. Hesab edir ki, cavabdeh tərəfindən 58120,82 manat\nməbləğində pulun tutulması qanunsuz və əsassız olmuşdur. Bundan başqa, qanuni\nqüvvəyə minmiş məhkəmə aktı natamam icra edilərək “Azərbaycan Respublikası Milli\nMəclisi deputatının statusu haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci\nmaddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş aylıq pul təminatı (2007-2013-cü illər üzrə\nəlavələr) düzgün hesablanmamış, 28852,62 manat vəsaitin müəyyənləşdirilməsi əsassız\nolmuşdur. Belə ki, Azərbaycan Respublikası Milli Məclisin komitə sədrinin müavininə\ndeputat səlahiyyətlərinin yerinə yetirilməsinə görə pul təminatı xx.xx.2007-ci ildən\nxx.xx.2008-ci ilədək - 365 manat (25%), xx.xx.2008-ci ildən xx.xx.2013-cü ilədək 731\nmanat (50%) nəzərdə tutulduğu halda, cavabdeh tərəfindən həyata keçirilmiş hesablama\nbuna uyğun olmamışdır.\n7. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək\ncavabdehin pensiya tutulmalarının həyata keçirilməsini nəzərdə tutan hərəkətlərinin, 23\nnoyabr 2017-ci il tarixli sərəncamının qanunsuz və əsassız hesab edilərək tutulmuş pul\nvəsaitinin ona geri qaytarılmasının Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə\nTəyinat üzrə Mərkəzi Filialına həvalə edilməsini xahiş etmişdir.\n8. İddiaçı dəqiqləşmə barədə ərizəsini onunla əsaslandırmışdır ki, onun razılığı\nolmadan cavabdeh tərəfindən külli miqdarda pulunun tutulması qanunsuz və əsassız\nolmuşdur. Məsələnin mahiyyəti ondan ibarətdir ki, cavabdeh heç bir əsaslı səbəb\ngətirmədən xx.xx.2017-ci ildən etibarən birtərəfli qaydada 56.388,32 manat pulun ondan\nalınması haqda sərəncam qəbul etmiş, 4 il ərzində pensiyasından aylıq 1225,83 manat\npulun tutulması qərara alınmışdır. Əldə etdiyi məlumata əsasən belə bir qərarın qəbul\nedilməsinə səbəb iki pensiya almağı olmuşdur. Lakin bu rəqəmin necə hesablanması,\nhabelə iki pensiyanın təyinində pensiyaçının təqsirinin mövcudluğu göstərilməmişdir.\nDəfələrlə cavabdehə etdiyi müraciətlərin nəticəsi olmamışdır. Ona 58.120 manat artıq\npensiyanın ödənildiyi bildirilsə də, cavabdehin xx.xx.2017-ci il tarixli sərəncamına əsasən\nbu məbləğ 56.388 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər\nNazirliyindən təqaüdə çıxarkən aylıq 192 manat pensiya təyin edildiyi nəzərə alınsa, 129\nay 8 gün ərzində 58.120 manatlıq pensiya ödənişinin hansı qaydada hesablanmasını\nbilmək vacibdir. 4 il ərzində pensiyasından aylıq 1.225 manat məbləğində pul tutulduğunu,\nəvvəllər verilən rəsmi məlumata əsasən xx.xx.2019-cu il tarixə qalan qalığın 30.645 manat\ntəşkil etdiyini, xx.xx.2017-dən xx.xx.2021-ci ilədək 31.850 manat pulun tutulduğunu nəzərə\naldıqda, hazırda da pensiyasından tutulmanın aparılması tamamilə qanun pozuntusudur.\nBundan başqa cavab məktubundan görünür ki, ona əvvəllər hərbi qulluqçu kimi pensiya\nverildiyi qeyd edilmişdir. Heç vaxt hərbi qulluqçu kimi fəaliyyət göstərmədiyini nəzərə alıb\nhərbçi kimi pensiya təyinin hansı əsaslarla həyata keçirildiyi barədə də cavabdeh ona heç\nbir məlumat vermir. Bütün bunlar isə cavabdehin qanunazidd hərəkətlərə yol verdiyini\ntəsdiq edir. Hələ Dövlət Sosial Müdafiə Fondu tərəfindən ona pensiya təyin edilərkən yol\nverilmiş pozuntu barədə aidiyyəti orqanlara, o cümlədən Azərbaycan Respublikası\nPrezident Administrasiyasına müraciətlər göndərmiş, lakin cavabdeh inzibati orqan\npensiya ödənişini dayandırmamışdır. Göründüyü kimi artıq pensiya ödənişinə görə\nməsuliyyəti iddiaçı deyil, cavabdeh daşımalıdır.\n9. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək pulun tələb edilməsinin\nqanunsuz hesab edilməklə 36112,38 manat məbləğində pul vəsaitinin geri qaytarılmasının\ncavabdehə həvalə edilməsini və qalıq 22008,44 manat pul vəsaitinin tutulmasının\ncavabdehə qadağan edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.\n10. Cavabdehin yazılı etirazının dəlillərinə əsasən, iddiaçı 11 fevral 2021-ci il və 18\nfevral 2021-ci il tarixlərində iddia tələbi ilə eyni məzmunlu ərizə ilə Mərkəzi Filiala müraciət\netmişdir. Həmin müraciətlə bağlı aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə\nbildirilmişdir ki, cavabdehdə mövcud olan pensiya işinə aid sənədlərdə iddiaçıya Dövlət\nSosial Müdafiə Fondunun Səbail rayon şöbəsi tərəfindən 23 yanvar 2007-ci il tarixindən\nsabiq deputat kimi əlilliyə (İİİ qrup) görə əmək pensiyası təyin edildiyi qeyd olunmuşdur.\nxx.xx.2019-cu il tarixindən onun əmək pensiyası cavabdeh tərəfindən ödənilir. İddiaçı\n2019-cu ildə Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsinə qarşı iddia ərizəsi ilə\n\nməhkəməyə müraciət edərək “01 sentyabr 2007-ci il tarixindən 01 dekabr 2013-cü il\ntarixinədək pensiyanın yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi\nöhdəliyinin cavabdehə həvalə edilməsini” xahiş etmiş və Bakı İnzibati Məhkəməsinin 19\nmart 2020-ci il tarixli 2-1(112)-262/2020 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Cavabdeh\nhəmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin\ntəmin olunmamasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının\n27 avqust 2020-ci il tarixli 2-1(103)-1346/2020 nömrəli qərarı ilə Bakı inzibati\nMəhkəməsinin 19 mart 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan\nRespublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 16 iyun 2021-ci il tarixli 2-1 (102)-\n1013/2021 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 27 avqust 2020-ci il tarixli\nqərarı ləğv edilərək iddia rədd edilmişdir. İddiaçıya Fondun Səbail rayon şöbəsi tərəfindən\nsabiq deputat kimi əlilliyə görə əmək pensiyası ödənildiyi dövrdə eyni zamanda Fondun\nHərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsi (hazırkı cavabdeh) tərəfindən\nhərbi qulluqçu kimi yaşa görə əmək pensiyası ödənildiyi aşkar edilmişdir. Bu səbəbdən də\nxx.xx.2007-xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində ona 58120,82 manat artıq\npensiya ödənilmişdir. Həmin artıq ödənilmiş 58120,82 manat pensiya məbləğinin 36112,38\nmanat hissəsi xx.xx.2017-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində hissə-hissə\nonun əmək pensiyasından tutulmuş, qalıq 22008,44 manat təşkil etmişdir.\n11. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin 25 avqust 2021-ci il tarixli,\n**********4 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçıya Dövlət Sosial Müdafiə\nFondunun Səbail rayon şöbəsi tərəfindən sabiq deputat kimi əlilliyə (İİİ qrup) görə əmək\npensiyası təyin edilməklə 23 yanvar 2007-ci il tarixindən ödənilir. Pensiya işinə dair\nsənədlərin cavabdehə köçürülməsi ilə əlaqədar xx.xx.2019-cu il tarixindən adıçəkilən\nşəxsə əmək pensiyasının ödənişi cavabdeh tərəfindən həyata keçirilir. Araşdırmalar\nzamanı iddiaçıya Səbail rayon şöbəsi tərəfindən əmək pensiyası ödənildiyi dövrdə eyni\nzamanda Fondun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsi (hazırkı\ncavabdeh) tərəfindən hərbi qulluqçu kimi (Daxili İşlər Nazirliyinin əməkdaşı kimi) yaşa görə\nəmək pensiyası ödənildiyi aşkar edilmişdir. Bu səbəbdən də xx.xx.2007-xx.xx.2017-ci il\ntarixləri arasındakı dövr ərzində adıçəkilən şəxsə 58120,82 manat artıq pul vəsaitinin\nödənilməsi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş pensiya məbləğinin 24516,60\nmanat hissəsi xx.xx.2017-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində hər ay 1225,83\nmanat olmaqla, 11595,78 manat hissəsi xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasındakı\ndövr ərzində hər ay 828,27 manat olmaqla iddiaçının əmək pensiyasından tutularaq\nümumilikdə 36112,38 manat hissəsi büdcəyə bərpa olunmuşdur. Qalıq 22008,44\n(58120,82-36112,38) manat təşkil etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 27 avqust\n2020-ci il tarixli, 2-1(103)-1346/2020 nömrəli qərarına əsasən iddiaçının əmək pensiyası\nsəlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün əlavə nəzərə alınmaqla\nxx.xx.2007-xx.xx.2013-cü il tarixləri arasındakı dövr üçün yenidən hesablanmış və\nümumilikdə 28852,62 manat fərq məbləği müəyyən edilmişdir. Qeyd olunan fərq\nməbləğindən ona artıq ödənilmiş qalıq 22008,44 manat məbləği çıxılmış, qalan 6844,18\nmanat pul vəsaiti 14 mart 2021-ci il tarixində adıçəkilən şəxsin əmək pensiyasının\n(4207,50 manat) üzərinə əlavə olunaraq müvafiq kart hesabına köçürülmüşdür.\nAzərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 16 iyun 2021-ci tarixli\n2-1(102)-1013/2021 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin yuxarıda qeyd\nolunan müvafiq qərarı ləğv edilmişdir. Buna görə də xx.xx.2017-xx.xx.2017-ci il tarixləri\narasındakı dövr ərzində iddiaçının əmək pensiyası üzrə artıq ödənilmiş qalıq məbləğ\n22008,44 manat təşkil edir, həmçinin onun kart hesabına 14 mart 2021-ci il tarixində\nköçürülmüş 6844,18 manat da artıq ödənilmiş vəsait hesab edilir. Qeyd olunanları nəzərə\nalaraq, iddiaçıya ümumilikdə 28852,62 (22008,44+6844,18) manat artıq pul vəsaiti\nödənildiyi müəyyən olunmuşdur. Həmin vəsaitin büdcəyə qaytarılması məqsədilə əmək\npensiyasından tutulmanın aparılması üçün adıçəkilən şəxsin yazılı razılığının qısa\nmüddətdə Mərkəzi Filiala təqdim edilməsi barədə tərəflərindən xx.xx.2021-ci il tarixli\n**********5 nömrəli məktubla xahiş olunmuş, əks halda qanunvericiliyin tələblərinə uyğun\nqaydada müvafiq tədbirlər görüləcəyi bildirilmişdir.\n\n12. Bakı İnzibati Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli, 2-1(112)-6280/2021\nnömrəli qərarı (hakim O.X.Həsənov) ilə iddia təmin edilmiş, cavabdeh tərəfindən əlavə\npensiya ödənişi əsası ilə ödənilmiş 58120,82 manat pul məbləğinin iddiaçıdan geri tələb\nedilməsi qanunsuz hesab edilmiş, cavabdeh tərəfindən iddiaçıdan tutulmuş 36112,38\nmanat məbləğində pul vəsaitinin iddiaçıya geri qaytarılması cavabdehə həvalə edilmiş,\ncavabdeh tərəfindən iddiaçıya əlavə əmək pensiya ödənişi əsası ilə ödənilmiş, lakin\ntutulmamış qalıq 22008,44 manat pul vəsaitinin tutulması cavabdehə qadağan edilmişdir.\n13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qanunverici artıq ödənilmiş əmək\npensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati\naktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Hazırkı halda isə iş materialları\nilə iddiaçının əmək pensiyasından tutulmaların aparılmasına dair hər hansı razılıq ərizəsi\nmüəyyən edilmir. 36112,38 manat pul məbləğinin tutulmasına münasibətdə iddiaçıya\nəmək pensiyasının məbləğinin düzgün hesablanıb-hesablanmaması, hesablanmamışdırsa\nhəmin artıq ödəmənin geri qaytarılıb-qaytarılmaması ilə bağlı əlavə hüquqi\ndəyərləndirmənin aparılmasına ümumiyyətlə zərurət müəyyən edilmir. Belə ki, cavabdeh\npul tutulmalarının aparılmalı olmasını əsaslı hesab edirsə də, bununla bağlı özü həmin\nməbləğin tutulması ilə bağlı publik səlahiyyətə o zaman malik olardı ki, buna iddiaçı razılıq\nvermiş olsun. Razılığın olmaması isə “Əmək pensiyaları haqqında” Azərbaycan\nRespublikası Qanunun 39.1-ci maddəsinin tələbindən də göründüyü kimi, məhkəməyə\ncavabdehin iddiaçı qismində müraciəti üçün əsas yaradır ki, cavabdeh bununla bağlı\nmüraciət etməmişdir.\n14. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikasının\nmüvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati\naktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan\nqaldırır. Qanunsuz əlverişli inzibati aktın ləğv edilməsində isə vəziyyət başqa formada\ntənzimlənmişdir. Yuxarıda adıçəkilən müddəaların tələbindən də görünür ki, qanunsuz\nəlverişli inzibati aktın ləğvindən sonra onun hüquqi nəticələrinin aradan qaldırılıb-\nqaldırılması maraqlı şəxsin etimadın qorunması hüququna istinad etmək imkanına malik\nolub-olmamasından asılıdır. Belə ki, maraqlı şəxsin etimadın qorunması hüququna istinad\netməsinin istisna edildiyi hallarda qərarın ləğvi onun hüquqi nəticələrinin aradan\nqaldırılmasına səbəb olur ki, hazırkı iş üzrə qeyd olunan hallardan hər hansı birinin\nmövcudluğu artıq ödənişin geri qaytarılmasına səbəb olacaqdır. Başqa sözlə, iddiaçı\nrüşvət, hədə-qorxu və ya aldatma yolu ilə, səhv və ya təhrif olunmuş məlumatları əks\netdirən sənədlər təqdim etməklə əmək pensiyası məbləğinin alınmasına nail olubsa və ya\npensiya məbləğinin hesablanmasının qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq\nnəticəsində bilmədiyi halda onun barəsində ödənilmiş əmək pensiya məbləğinin geri\nqaytarılmasına dair məhkəməyə müraciət oluna bilər. Lakin işin faktiki hallarından\ngöründüyü kimi, qeyd olunan halların heç biri mövcud olmamışdır. Məhkəmə hesab\netmişdir ki, bu hal iddiaçıdan ödənişin tutulmasına əsas yarada bilməz. Belə ki, əmək\npensiyasının artıq ödənilməsində iddiaçının təqsirli olması barədə heç bir qeyd\nedilməmişdir.\n15. Eləcə də, məhkəmə hesab etmişdir ki, inzibati orqan tərəfindən həm hərbi\nqulluqçu, həm də əlilliyə görə pensiya ödənilsə də, məsuliyyəti həmin inzibati orqanın\nsəhvə yol vermiş əməkdaşları daşıya bilər, həmin səhvlərin maraqlı şəxsin hesabına, indiki\nhalda isə iddiaçının hesabına düzəldilməsi yol verilməzdir. Əmək pensiyasının artıq\nhesablanması şəxsin ziyanına şərh olunacağı halda belə, həmin hərəkətin əlverişli hesab\nedilməsi xarakteri aradan qalxmır və hazırkı faktiki hallar nəzərə alınmaqla iddiaçının\netimad hüququna istinad etməsi istisna olunmadığından, hazırkı tələbin təmin edilməsi\nistisna olunmur.\n16. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia\ntələbinin rədd olunmasını xahiş etmişdir.\napellyasiya instansiyası məhkəməsində icraat\n\n17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 aprel 2022-ci il tarixli,\n2-1(103)-1553/2022 nömrəli qərarı (hakimlər S.İ.Bəktaşi /sədrlik edən və məruzəçi/,\nA.S.Hüseynov və A.Ə.Hüseyn) ilə Bakı İnzibati Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli,\n2-1(112)-6280/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.\n18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi\nmövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə əlverişli inzibati aktın\nləğvi və ya dəyişdirilməsi ilə bağlı mübahisənin mahiyyəti üzrə qərar qəbul edərkən, o\ncümlədən də artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin\ncavabdehdən geri tələb olunması ilə bağlı hallarda, “İnzibati icraat haqqında” Qanunun 67-\nci maddəsinin, xüsusən 67.5-67.13-cü maddələrinin tələblərinin, şəxsin həmin qanunda\ntəsbit edilmiş etimad hüququnun inzibati orqan tərəfindən nəzərə alınıb-alınmadığını\nmüəyyən etməli və ona qiymət verməlidir. Bu zaman nəzərə alınmalıdır ki, şəxsin özünün\nəlverişli hüquqi mövqeyinə olan etimadı qanunla qorunur. Xüsusən birdəfəlik və ya\nmütəmadi pul ödəmələri və ya əşyanın verilməsi ilə bağlı hallarda, şəxsin etimadının\nqanunla qorunub-qorunmadığı yuxarıda qeyd edilən maddələrin müddəaları baxımından\nyoxlanılmalıdır. Məhkəmələr həmin maddədə nəzərdə tutulmuş ilkin şərtlərin ödənililib-\nödənilmədiyini tam yoxlamaq səlahiyyətinə malikdir. Bu zaman həm də şəxsin etimad\nhüququna istinad etməsini istisna edən şərtlərin mövcudluğu da məhkəmələr tərəfindən\nxidməti vəzifəsinə görə yoxlanılmalıdır. Birdəfəlik və ya mütəmadi pul ödəmələrinin, o\ncümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli\ndavranışına bağlı olmadığı hallarda, inzibat icraat hüququnun müddəaları baxımından\nşəxsin əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman həmçinin şəxsin ona ödənilmiş pul\nvəsaitlərini xərclədiyi və buna görə də həmin vəsaiti qaytarmaq iqtidarında olmadığı və ya\nonu qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda həmin şəxsin etimad\nhüququnun qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin\nvicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində\nqanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin\nməsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin\nüzərinə qoyulması demək olardı.\n19. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia\ntələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.\nKASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ\nKassasiya şikayətinin dəlilləri\n20. Cavabdeh kassasiya şikayətində apellyasiya məhkəməsinin qərarını əsassız\nhesab edərək bununla bağlı iddia tələbinə yazılı etirazında və birinci instansiya\nməhkəməsinə ünvanladığı 25 avqust 2021-ci il tarixli, **********4 nömrəli məktubunda\ngöstərdiyi dəlilləri təkrarlamışdır.\nKassasiya şikayətinə qarşı etirazın dəlilləri\n21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.\nTƏTBİQ EDİLƏN HÜQUQ\n22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu\nMaddə 39. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin\nməbləğinin tutulması\n39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək\npensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı\nolmadıqda məhkəmə qaydasında tutulur.\n23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu\nMaddə 1. Qanunun müəyyən etdiyi qaydalar\n\n1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə\nbağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini\nvə prosedur qaydalarını müəyyən edir.\n1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə\nmünasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.\nMaddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar\n2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir:\n...\n2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan\nmüəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və\nünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan\nqərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir;\n...\n2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati\norqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və\nya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar\ntərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən\nfəaliyyət;\n...\nMaddə 13. Etimad hüququnun qorunması prinsipi\n13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı\nqanunla qorunur.\n13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur.\nYalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə\ndəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır.\n13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə\nbağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin\netimadı qanunla qorunur.\n13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri\nvə ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad\nhüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara\nşamil olunur.\n13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz.\nMaddə 67. Qanunsuz inzibati aktın ləğv olunması\n67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya\nmaddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul\nedilmiş inzibati akt qanunsuz sayılır.\n67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya\nbaxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna\nbilər.\n67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan\nRespublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz\nəlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi\nnəticələri aradan qaldırır.\n67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş\nməhdudiyyətlər daxilində ləğv oluna bilər.\n67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla\nqorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına,\ndövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə\nmünasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya\nbelə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv\nolunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya\nəmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya\n\nonları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs\netimadın qanunla qorunması hüququna malikdir.\n67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə\nbilməz:\n67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail\nolduqda;\n67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə\ninzibati aktın qəbul edilməsinə nail olduqda;\n67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində\nbilmədiyi halda.\n67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati\nakt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış\nhüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya\nistifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan\nRespublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq\nmüəyyən edilir.\n67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət\nmaraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv\nolunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi\nnəticələri aradan qaldırmır.\n67.9. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci\nmaddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi\nsəbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir.\nKompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir.\n67.10. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanunsuz inzibati aktı ləğv\netmiş orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə\nmütənasib olmalıdır.\n67.11. Maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər.\nMüddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu\nQanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır.\n67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum\nolduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci\nmaddəsində nəzərdə tutulmuş hallara şamil olunmur.\n67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun\n62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.\nMaddə 68. Qanuni inzibati aktın ləğv olunması\n68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa\nqadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya\nqismən ləğv oluna bilər.\n68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər:\n68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati\naktın özündə bu barədə müvafiq qeyd olduğu halda;\n68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan)\nistifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda;\n68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə\nhəmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi\nhalda;\n68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi\nnəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin\ninzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona\nmünasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın\nqüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda.\n68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış\nhüquqi nəticələri aradan qaldırmır.\n\n68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum\nolduğu gündən 1 il ərzində ləğv edilə bilər.\n...\n24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi\nMaddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız\napellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının\ndüzgün tətbiq edilməsini yoxlayır.\nMaddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu\ngündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin\n131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində\nmüvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.\nMaddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə\nməlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.\nMaddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi\ngöstərilməlidir.\nMaddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə\nqərar qəbul edir.\nMaddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını\n(qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya\nqismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin\nqərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.\nMaddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.\nKASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ\n25. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan\nlazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.\n26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi\nüçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq\nyoxlanılacaqdır.\nKASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ\n27. Məhkəmə kollegiyası işin materiallarının və kassasiya şikayətinin dəlillərini\naraşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası\nməhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət\nedilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamışdır. Bu baxımdan\nkassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv\nolunmalı və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.\n28. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının ləğvini şərtləndirən\naşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.\n29. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən,\nməhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri\nsübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli\nüçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı,\nsübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir.\nBu onun xidməti vəzifəsindən irəli gəlir.\n30. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi,\nkonkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə\ngörə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli\nvə bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə\niddiaçıya aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və\nişin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə\naraşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya məhkəməsi tərəfindən qeyd\n\nedilən məqsədlərə cavab verən və iş üzrə mövcud ziddiyyətli məqamların aradan\nqaldırılmasını təmin edən həcmdə araşdırma aparılmamışdır.\n31. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 5-ci maddəsi şəxsin\npensiya seçmək hüququ ilə bağlı münasibətləri tənzimləyir. Həmin maddənin tələbinə\ngörə Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ  olan şəxslərə\nöz arzuları ilə yalnız bir pensiya təyin edilir. Lakin hazırkı mübahisəyə münasibətdə\ncavabdeh tərəfindən pensiya təyini zamanı istinad olunan normaya uyğun olaraq\niddiaçıya pensiyanın, xüsusilə də ikinci pensiyanın təyin olunması zamanı belə seçim\nimkanın yaradıldığı, onun yalnız bir pensiya almaq hüququna malik olduğu və şəxsə eyni\nzamanda iki pensiyanın təyin edilməsinə istinad olunan normaya əsasən yol verilmədiyi\nbarədə xəbərdarlığın edildiyi apellyasiya məhkəməsi tərəfindən araşdırılmamışdır.\n32. Apelyasiya məhkəməsi tərəfindən həmçinin iddiaçının iddia ərizəsində ona\npensiya təyin olunarkən yol verilmiş qanun pozuntusu barədə qeyd etdikləri də\naraşdırılmamışdır. Belə ki, iddiaçı ona hələ Dövlət Sosial Müdafiə Fondu tərəfindən\npensiya təyin edilərkən yol verilmiş pozuntu barədə aidiyyəti orqanlara müraciətlər\ngöndərdiyini, lakin cavabdeh inzibati orqan tərəfindən pensiya ödənişinin\ndayandırılmadığını, ona görə də artıq pensiya ödənişi ilə bağlı məsuliyyəti iddiaçının deyil,\ncavabdehin daşımalı olduğunu qeyd etmişdir.\n33. Halbuki həmin halların araşdırılması “İnzibati icraat haqqında” Qanunun 67.6.3-\ncü maddəsində təsbit olunmuş normanın (maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu\nbildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi ilə bağlı) təfsiri, iddiaçının etimad\nhüququnun qorunmağa layiq olub-olmamasının müəyyən edilməsi və etimad hüququnun\nmüdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir.\n34. Qeyd edilən halların müəyyən olunması həm də ona görə vacibdir ki,\napellyasiya instansiya məhkəməsi iddianın təmin edilməsi barədə birinci instansiya\nməhkəməsinin qərarını qüvvədə saxlayarkən məhz etimad hüququnun qorunması\nprinsipinə və “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində təsbit olunmuş\niddiaçının etimadının qorunması hüququnu istisna edən halların mövcud olmadığına\nistinad etmişdir.\n35. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin bununla bağlı hüquqi mövqeyi\nilə razılaşmayaraq qeyd edir ki, etimad hüququnun qorunması prinsipi beynəlxalq hüquqda\nhamılıqla qəbul olunmuş «bona fides» prinsipinə əsaslanan, ondan irəli gələn bir\nprinsipdir. Qanunvericilikdə “vicdanlılıq” kimi qeyd olunan həmin prinsip, əslində latınca\n\"bona fides\", yəni yaxşı niyyəti ifadə edən anlayış qismində qəbul olunur. Hüquqi anlamda\nvicdanlılıq iki formada -“qanunsuzluğu bilməmə” və “dürüst davranma” formasında ifadə\nolunur. “Qanunsuzluğu bilməmə” maraqlı şəxsin normal diqqət göstərdiyi halda belə\nqanunsuzluğu bilməməsini ifadə edir. “Dürüst davranma” isə hüquqi münasibətlərdə\nAzərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsində təsbit edilmiş\nqaydada davranışın həyata keçirilməsini ehtiva edir. Belə ki, qeyd edilən normaya əsasən\nöz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri\nvicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə,\nöhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər\nolmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə\nhərəkət etməlidir.\n36. Şəxsin dürüst davranma öhdəliyi qanunun müvafiq normalarının təfsirində,\nşəxsin iradə ifadəsinin və açıqlamasının qiymətləndirilməsində, hüquqdan sui-istifadənin\nmüəyyən edilməsində böyük əhəmiyyətə malikdir. Həm dürüst davranma öhdəliyi, həm də\nhüquqdan sui-istifadənin yolverilməzliyi hüququn ümumi prinsipləri olduğuna görə,\napellyasiya instansiya məhkəməsi hazırkı iş üzrə “İnzibati icraat haqqında” Qanunun\n67.6.3-cü maddəsində təsbit olunmuş normanı təfsir edərkən, habelə etimadın qorunması\nprinsipinə və etimadın qorunması hüququnu istisna edən halların mövcud olmadığına\nistinad edərkən həm də qeyd edilənləri nəzərə almalı idi.\n37. Bu baxımdan etimad hüququnun qorunmağa layiq olub-olmadığı “İnzibati icraat\nhaqqında” Qanunun 67.6-cı maddəsinin, xüsusən də 67.6.3-cü maddəsinin maraqlı şəxsin\n\ninzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyinə\ndair tələbi və «bona fides» prinsipi ilə bağlı bu qərarın 33-cü bəndində qeyd olunanlar\nnəzərə alınmaqla qiymətləndirilməlidir.\n38. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 67.6-cı və 67.6.3-\ncü maddələrinin tələbi baxımından maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi\nvə ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda etimadın qorunması hüququna\nistinad edə bilməz. Məhkəmələr etimad hüququna istinadı aradan qaldıran şərtlərin\nmövcudluğunu tam şəkildə yoxlamaq səlahiyyətinə malikdir. Bu zaman həm də şəxsin\netimad hüququna istinadı istisna edən şərtlərin mövcudluğu da məhkəmələr tərəfindən\nxidməti vəzifəsinə görə yoxlanılmalıdır. Bu baxımdan qeyd olunan xüsusatları\naraşdırmadan iddiaçının ona eyni zamanda iki pensiyanın təyin olunmasının qanunsuz\nolduğunu bildiyini və ya ən azından bilməli olduğunu istisna etməkdə və bunun üzərindən\nonun etimad hüququnun qorunduğuna əsaslanmaqla qərar qəbul etməkdə məhkəmə haqlı\nsayıla bilməz.\n39. Nəzərə almaq lazımdır ki, hazırkı mübahisəyə münasibətdə iddiaçının artıq\nödəmənin qanunsuz olduğunu bilməsində və ya ən azından bilməli olmasında ifadə\nolunan davranışı inzibat icraat hüququnun müddəaları və şəxsin etimad hüququ\nbaxımından qiymətləndirilərkən, həmçinin iddiaçının vəzifəsi, statusu, peşəsi, təhsil və bilik\nsəviyyəsi, eləcə də bununla bağlı digər hallar da nəzərə alınmalıdır. Belə ki, mübahisəyə\ndair iş üzrə müəyyən edilmiş hallardan görünür ki, iddiaçı 5 noyabr 2000-ci il tarixdən 2\ndekabr 2005-ci il tarixədək ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı\nvə hüquq siyasəti komissiyasının sədr müavini olmuş, həmin müddət ərzində Azərbaycan\nRespublikasında qanunvericiliyin formalaşmasında, qanun layihələrinin müzakirəsində və\nqəbul olunmasında birbaşa iştirak etmişdir.\n40. Digər tərəfdən, mübahisəyə dair iş üzrə materiallardan görünür ki, iddiaçı\nmüəyyən dövr ərzində eyni vaxtda həm sabiq deputat kimi əlilliyə görə, həm də hərbi\nqulluqçu kimi əmək pensiyası almışdır. Cavabdeh həmin müddət ərzində iddiaçıya\nümumilikdə 58120,82 manat artıq ödəniş edildiyini, artıq ödənilmiş 58120,82 manat\npensiya məbləğinin 36112,38 manat hissəsinin xx.xx.2017-xx.xx.2021-ci il tarixləri\narasındakı dövr ərzində hissə-hissə iddiaçının əmək pensiyasından tutulduğunu, 22008,44\nmanat hissəsinin isə qalıq kimi qaldığını iddia edir.\n41. Bununla bağlı qeyd olunmalıdır ki, artıq ödənilmiş əmək pensiyasının və əmək\npensiyasına əlavənin məbləğinin tutulması ilə bağlı qayda “Əmək pensiyaları haqqında”\nQanunun 39-cu maddəsi ilə tənzimlənir. Həmin qaydaya görə, artıq ödənilmiş əmək\npensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək\npensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında\ntutulur.\n42. Buna baxmayaraq, cavabdeh tərəfindən yuxarıda istinad olunan normanın\ntələblərinə əməl olunmamış, artıq ödənilmiş pensiya məbləği əmək pensiyaçısının razılığı\nolmadan cavabdeh tərəfindən hissə-hissə iddiaçının pensiyasından tutulmuş, bununla da\n“Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsinin pozuntusuna və bunun\nüzərindən də iddiaçının mülkiyyət hüququna qanunsuz müdaxiləyə yol verilmişdir. Bu\nbaxımdan istinad olunan normanın tələblərini pozmaqla iddiaçının pensiyasından tutmanı\nhəyata keçirməkdə cavabdeh haqlı sayıla bilməz.\n43. Bundan əlavə, Ali Məhkəmənin hüquqi mövqeyinə görə, əlverişli inzibati aktın\nləğvi və ya dəyişdirilməsi ilə bağlı mübahisənin mahiyyəti üzrə qərar qəbul edərkən, o\ncümlədən də artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin\ngeri tələb olunması ilə bağlı hallarda məhkəmə, cavabdeh tərəfindən iddiaçıya (hazırkı\nmübahisəyə münasibətdə onun seçimindən asılı olaraq) pensiyanın təyin olunması\nbarədə əvvəlki icraat nəticəsində qəbul olunmuş ilkin qərarın ləğv edilərək həmin qərarın\nqəbulu üzrə icraatın “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə\ntutulmuş qaydaya uyğun olaraq təzələndiyini, təzələnmiş inzibati icraatda maraqlı şəxsin\nicraata cəlb edildiyini və onun dinlənilmə hüququnun təmin olunduğunu və qanunvericiliyin\ntələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərarın qəbul edildiyini də yoxlamalıdır.\n\nLakin cavabdeh tərəfindən qeyd edilən prosedur qaydalara əməl olunduğu iş üzrə\nmateriallardan görünmür. Halbuki “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu\nprosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və\nmüəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin\nolunması məqsədlərinə xidmət edir (bununla bağlı bax: Ali Məhkəmənin 2-1(102)-\n1507/2022 saylı, 19 oktyabr 2022-ci il tarixli qərarı).\n44. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi\ntərəfindən artıq ödəmənin məbləğinin hansı icraat çərçivəsində və hansı qaydada\nhesablandığı, 36112,38 manat məbləğində artıq ödəmə ilə bağlı pensiya məbləğinin\ntutulması zamanı cavabdehin yuxarıda istinad olunan normada nəzərdə tutulmuş və bu\nqərarın 43-cü bəndində qeyd olunmuş həmin qaydaya əməl edib-etmədiyi və bunlarla\nbağlı cavabdehin davranışının qanuni əsasları araşdırılmamışdır.\n45. Apellyasiya məhkəməsi iddiaçıya eyni zamanda iki əmək pensiyasının\nödənilməsinin sadəcə iddiaçının təqsirli davranışına bağlı olduğunu deyil, eləcə də, inzibati\norqanın təqsirli davranışına bağlı olduğunu, hər iki pensiyanın onun səhvi nəticəsində\ntəyin olunduğunu və hazırkı iş üzrə pensiya məbləğinin artıq ödənilməsində tərəflərin\nhəmməsuliyyətli (birgə məsuliyyət) olduqlarını nəzərə almamışdır.\n46. Bu mənada iş üzrə araşdırma zamanı həm də nəzərə almaq lazımdır ki, hər bir\ninzibati orqan (inzibati orqanın adından qərar qəbul edən vəzifəli şəxs) xidməti vəzifəsini\nyerinə yetirmək üçün zəruri səviyyədə hüquqi və administrativ biliklərə malik olmalıdır.\nZəruri hüquqi biliklərə vəzifəli şəxsin qanunlar və digər normativ hüquqi, eləcə də normativ\nxarakterli aktlar, habelə yuxarı instansiya məhkəmələrinin təcrübəsi (qərarları) barədə\nbilikləri daxildir. İnzibati biliklərə isə yalnız dar mənada idarəçilik bilikləri deyil, müasir\nidarəçilik sistemi üçün xarakterik olan müvafiq biliklər toplusu aiddir. Vəzifəli şəxs özü\nzəruri biliklərə sahib olmadığı və buna ehtiyacın yarandığı hallarda müvafiq\nmütəxəssislərdən rəy almağa borcludur. Bu mənada vəzifəli şəxs qəbul edəcəyi qərarla\nbağlı inzibati icraatı tam və hərtərəfli aparmalı, qərarın qəbuluna ciddi yanaşmalı və\nbilikləri yetərli olmadığı hallarda ən azından təmsil etdiyi qurumun müvafiq əməkdaşları və\nya digər inzibati orqanların mütəxəssisləri ilə məsləhətləşməlidir.\n47. Hazırkı mübahisəyə münasibətdə cavabdeh iddiaçıya iki pensiyanın təyin\nolunması ilə bağlı məsələni yoxlamaq məqsədi ilə yekun qərar qəbul etməzdən əvvəl\nmüvafiq informasiyanı səlahiyyətli orqandan əldə etmək üçün kifayət qədər əsasa malik\nolmasına rəğmən, bununla bağlı tam və hərtərəfli araşdırma tələbini obyektiv olaraq yerinə\nyetirməmişdir. Halbuki ciddi və ətraflı araşdırma hələ ikinci pensiyanın təyini ilə bağlı\nqərarın qəbulu üzrə icraat mərhələsində iddiaçıya artıq hərbi qulluqçu kimi pensiya təyin\nolunması barədə məlumatın aşkar olunmasına gətirib çıxara bilərdi. Bu zaman məlumatın\nəldə olunması üçün cavabdeh yalnız özündə olan sənədlərlə kifayətlənməli deyil, həm də\npensiya təyinatının cavabdehdə mərkəzləşdirilməsinə qədər pensiya təyin etmək\nsəlahiyyətinə malik olan müvafiq qurumlara da müraciət etməli idi.\n48. Məhkəmə kollegiyası qeyd edir ki, hətta iddiaçının təqsirli davranışı belə\ncavabdehi xidməti vəzifəsinə görə qanunun tələblərinə uyğun davranmaq və obyektiv\nhüquqa uyğun qərar qəbul etmək vəzifəsindən azad etmir. Belə ki, publik hakimiyyət\nfunksiyalarını həyata keçirən vəzifəli şəxslər qanunauyğun davranışla bağlı xidməti öhdəlik\ndaşıyırlar. Onlar vəzifələrini yerinə yetirdikləri və səlahiyyətlərindən istifadə etdikləri\nhakimiyyət orqanını obyektiv hüquqa uyğun təmsil etməyə borcludurlar. Cavabdehin\nvurulmuş ziyanın qarşısını almaq və ya onu məhdudlaşdırmaq imkanına malik olduğu belə\nhallarda məsuliyyətin müəyyən olunması zamanı həmin fakt nəzərə alınmalıdır. Hazırkı\nmübahisəyə münasibətdə də bu qayda tətbiq olunmalı, cavabdehin də məsuliyyət daşıdığı\nqəbul edilməli və bunun üzərindən həm iddiaçı, həm də cavabdeh həmməsuliyyətin\nsubyekti kimi qiymətləndirilməlidir. Digər tərəfdən, iddiaçının da vurduğu ziyana görə\nhəmməsuliyyətli oduğu nəzərə alınmalıdır.\n49. Lakin apellyasiya məhkəməsi iddiaçıya eyni vaxtda iki əmək pensiyasının təyin\nolunmasında tərəflərin (həm vətəndaşın, həm də inzibati orqanın) təqsirli davranışını\nnəzərə almadan, yalnız etimad hüququnun qorunması (vicdanlı və dürüst davranış)\n\nprinsipinə əsaslanaraq artıq ödəməyə görə bütün təqsiri tərəflərdən birinin (inzibati\norqanın) üzərinə qoymaqla ədalətli məhkəmə araşdırması prinsipini pozmuşdur.\n50. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən\niş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış,\niş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən\nolunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən\nolunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə\nqiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı\nkimi qiymətləndirilə bilməz.\n51. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə, məhkəmələr\ntərəfindən məhkəmə aktlarına münasibətdə əsaslılıq tələbinə riayət olunmaması ədalətli\nməhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edilməlidir (Avropa İnsan\nHüquqları Məhkəməsinin “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə 21\nyanvar 2007-ci il tarixli qərarı).\n52. Nəticə etibarı ilə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti\nqərarın ləğvinin tələb edildiyi hissədə təmin edilməli və iş təkrar baxılması üçün\nhəmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxılması zamanı apellyasiya\nməhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar,\nobyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən\nedilməlidir.\n53. İşə təkrar baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən həmçinin\n30 dekabr 2022-ci il tarixli Qanunla 39-cu maddəyə yeni məzmunda edilmiş əlavələr\ndə Konstitusiyanın 149-cu maddəsində təsbit olunmuş norma baxımından nəzərə\nalınmalıdır. Həmin Qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minmişdir.\n54. Yuxarıda şərh edilənlərə və İPM-in 96-cı və 98-ci maddələrinə əsasən\nməhkəmə kollegiyası\nQƏRARA ALDİ:\nCavabdehin kassasiya şikayəti qismən təmin edilir.\nBakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 aprel 2022-ci il tarixli, 2-\n1(103)-1553/2022 nömrəli qərarı ləğv edilir.\nİş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir.\nQərar qətidir.",
      "url": "file:///C:/Users/TechEvo%20Computers/Downloads/3ulduz/9_3%2B13.01.2023.pdf",
      "local_file": "019_5ee0133da2.pdf",
      "local_text_file": "019_2-1(102)-3_2023.txt",
      "content_type": "application/pdf"
    },
    {
      "menbe": "Ali Məhkəmənin üç ulduzlu qərarları",
      "akt_novu": "Üç ulduzlu qərar",
      "tarix": "2023-04-27",
      "basliq": "2-1(102)-420/2023",
      "is_nomresi": "2-1(102)-420/2023",
      "movzu": "",
      "metn": "Azərbaycan Respublikası adından\nQƏRAR\nBakı şəhəri İş № 2-1(102)-420/2023 27.04.2023\nALİ MƏHKƏMƏ\nAzərbaycan Respublikası adından\nAzərbaycan Respublikası\nAli Məhkəməsinin İnzibati Kollegiyasının\nİddiaçı X7 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında\nƏmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və\nReyestrinin 14 saylı Şamaxı Ərazi İdarəsinə\nqarşı iş üzrə\nQ Ə R A R İ\n(Açar sözlər: texniki pasportun və torpaq sahəsinə dair plan və ölçü sənədinin\nverilməsi; vahid sənəd prinsipi)\nAzərbaycan Respublikası\nAli Məhkəməsinin İnzibati Kollegiyası\nHakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və\nQuliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə,\n\nİddiaçı X7 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında\nƏmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və\nReyestrinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X30) “fərdi yaşayış\nevinə dair texniki pasportun və torpaq sahəsinə dair plan və ölçü sənədinin verilməsi”\ntələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati\nKollegiyasının 23 sentyabr 2022 -ci il tarixli, 2-1(105) -202/2022 nömrəli qərarından\ncavabdeh və üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı\nicraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi.\nİŞİN HALLARİ\n1. Şamaxı rayon XDS İK-nin xx.xx.1990 -cı il tarixli qərarı ilə 0,034 ha torpaq\nsahəsi R.Qasımovun mülkiyyətinə verilmiş və torpaq sahəsinə dair JN-012A kodlu,\n41001004 saylı torpağa mülkiyyət hüququna dair şəhadətnamə verilmiş, eyni\nzamanda Şamaxı rayon X4 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən\n1990 -cı ilin noyabr ayında 4106 saylı fərdi yaşayış fonduna daxil olan yaşayış evinin\n(Qədirli küçəsi 69) texniki pasportu tərtib edilmişdir.\n2. Digər tərəfdən, Şamaxı rayon XDS İK-nin 11 noyabr 1990 -cı il tarixli, 22 saylı\niclasının protokol qərarı ilə X12 yaşadığı Qədirli küçəsindəki 69 saylı kommunal evin 1\nnömrəli mənzili əvəzsiz olaraq ona verilmiş, eyni zamanda həmin qərarla kommunal\nmənzilin 0.0316 ha həyətyanı torpaq sahəsi G.Smirnova təhkim edilmişdir.\n3. Daha sonra X8 məxsus həmin mənzili Qobustan rayon DNK -da təsdiq\nolunmuş xx.xx.1996 -cı il tarixli, 4-e-23 nömrəli alqı-satqı müqaviləsinə əsasən\niddiaçıya satmışdır.\n4. Şamaxı rayonlararası X4 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi\ntərəfindən verilmiş qeydiyyat vəsiqəsinə əsasən, ünvan 1 ünvanında yerləşən, ümumi\nsahəsi 39.1 kv.m, yaşayış sahəsi 14.5 kv.metrdən ibarət olan 69 saylı yaşayış evi alqı-\nsatqı müqaviləsinə əsasən, xx.xx.1997 -ci il tarixdə iddiaçının adına qeydə alınmışdır.\n5. Şamaxı rayon X4 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən\n1991 -ci ilin oktyabr ayında tərtib edilmiş 4231 saylı fərdi yaşayış fonduna daxil olan\nyaşayış evinin texniki pasportunda G.Smirnovun adı əvəzinə, iddiaçının adı qeyd\nedilmişdir.\n6. X2 Rövşən Əli oğluna qarşı iddia qaldıraraq, Şamaxı rayon XDS İK-nin\nxx.xx.1990 -cı il tarixli qərarının, torpağa mülkiyyət hüququna dair şəhadətnamənin və\ndigər hüquqmüəyyənedici sənədlərin ləğv olunması, Şamaxı rayon XDS İK-nin 11\nnoyabr 1990 -cı il tarixli, 22 saylı protokol qərarı ilə X15 təhkim edilmiş 0.0316 ha\nhəyətyanı torpaq sahəsinə onun mülkiyyət hüququnun tanınmasına və cavabdehin\nhəmin torpaq sahəsindən çıxarılmasına dair qərar qəbul olunmasını xahiş etmişdir.\n7. Şamaxı rayon Məhkəməsinin xx.xx.2011 -ci il tarixli qətnaməsi ilə iddia tələbləri\nrədd edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105) -\n66/2012 saylı, 10 aprel 2012 -ci il tarixli qətnaməsi ilə Şamaxı rayon Məhkəməsinin\nxx.xx.2011 -ci il tarixli qətnaməsi “Şamaxı rayon XDS İK-nin xx.xx.1990 -cı il tarixli\nqərarının, torpağa mülkiyyət hüququna dair şəhadətnamənin və digər\nhüquqmüəyyənedici sənədlərin ləğv olunması, habelə R.Qasımovun torpaq\nsahəsindən çıxarılması” hissəsində ləğv olunmuş, həmin hissədə iddia təmin edilmiş,\nŞamaxı rayon XDS İK-nin xx.xx.1990 -cı il tarixli qərarı R.Qasımova torpaq sahəsi\nayrılmasına dair hissədə, torpağa mülkiyyət hüququna dair R.Qasımovun adına\nverilmiş JN-012A kodlu, 41001004 saylı şəhadətnamə, habelə cavabdehlə Şamaxı\nşəhər mənzil təsərrüfatı təmir istismar müəssisəsi arasında bağlanmış xx.xx.1990 -cı il\ntarixli müqavilə ləğv olunmuş, R.Qasımovun mübahisə predmeti olan torpaq\nsahəsindən çıxarılması qət edilmişdir.\n\n8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2012 -ci\nil tarixli qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105) -\n66/2012 saylı, 10 aprel 2012 -ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.\n9. Bundan sonra, RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı\nhaqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Şamaxı şəhəri,\nQədirli küçəsi 69 ünvanında yerləşən 0.0316 ha torpaq sahəsi üzərində X7 mülkiyyət\nhüququ daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə xx.xx.2017 -ci il\ntarixdə qeydə alınmışdır.\n10. X30 cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın\nDövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsinə qarşı məhkəmədə xx.xx.2017 -ci il\ntarixli çıxarışın ləğvinə dair iddia qaldırmış, Sumqayıt İnzibati -İqtisadi Məhkəməsinin\nxx.xx.2017 -ci il tarixli, 2-1(85) -3444/2017 saylı qərarı ilə iddia rədd edilmişdir.\n11. İddiaçı xx.xx.2018 -ci il tarixdə cavabdehə müraciət edərək həmin torpaq\nsahəsinə dair plan və ölçü sənədinin verilməsini xahiş etmişdir.\n12. Cavabdeh xx.xx.2018 -ci il tarixli məktubla müraciətin təmin olunmasından\nimtina etmişdir. Cavabdeh bildirmişdir ki, ünvan 2 ünvanda yerləşən torpaq sahəsi\nmübahisəlidir. Mübahisə üzrə Sumqayıt İnzibati -İqtisadi Məhkəməsinin 2017 -ci il 24\nnoyabr tarixli, 2-1(85) -3444/2017 saylı qərarı qüvvəyə minməmiş, X30 tərəfindən\napellyasiya şikayəti verilmişdir. Məhkəmə tərəfindən yekun qərar verildikdən sonra\nmüraciətə qanunamüvafiq qaydada baxılacaqdır.\nİŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ\nbirinci instansiya məhkəməsində icraat\n13. İddiaçı 16 fevral 2018 -ci il tarixdə Sumqayıt İnzibati -İqtisadi Məhkəməsinə\niddia ərizəsi, daha sonra iddia ərizəsinə əlavə ilə müraciət edərək, mülkiyyətində olan\nŞamaxı şəhəri, Qədirli küçəsi 69 ünvanda yerləşən fərdi yaşayış evinin texniki\npasportunun və həmin evə aid torpaq sahəsinin plan və ölçü sənədinin Şamaxı rayon\nX4 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 1991 -ci ilin oktyabr ayında\ntərtib edilmiş 4231 saylı inventar nömrəli (qeydiyyat nömrəsi 82.03/783 saylı) fərdi\nyaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun texniki göstəricilərinə\nuyğun hazırlanaraq iddiaçıya həyətyanı torpaq sahəsinə plan və ölçünün verilməsi\nvəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.\n14. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şamaxı şəhəri, Qədirli küçəsi 69\nünvanında yerləşən 0,316 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Belə ki, həmin\nünvanda yerləşən torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin\n14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən 2017 -ci il 16 fevral tarixdə RX seriyalı, *******\nnömrəli çıxarış verilmişdir. Buna baxmayaraq, cavabdeh inzibati orqan əsassız olaraq\niddiaçının mülkiyyətində olan torpaq sahəsinin plan və ölçüsünü verməkdən imtina\netmişdir.\n15. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda\ngöstərilmişdir ki, iddiaçıya verilmiş 2018 -ci il 15 yanvar tarixli, **********52 qeydiyyat\nnömrəli cavab məktubunda torpaq sahəsinin plan və ölçü sənədinin verilməsindən\nimtina olunması barədə heç bir qeyd olmamışdır. Cavab məktubunda göstərilmişdir ki,\ntorpaq sahəsi üzərində məhkəmə mübahisəsi vardır və onun müraciətinə məhkəmə\ntərəfindən iş üzrə yekun qərar verildikdən sonra qanunamüvafiq qaydada\nbaxılacaqdır.\n16. Məhkəmə icraatının gedişində Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-\nİqtisadi Kollegiyasının 2-1(105)143/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə\nSumqayıt İnzibati -İqtisadi Məhkəməsinin 2017 -ci il 24 noyabr tarixli, 2-1(85) -\n3444/2017 saylı qərarından R.Qasımov tərəfindən verilmiş şikayət təmin edilməmiş,\nqərar ləğv edilməklə iddia inzibati məhkəmə icraatında baxılmalı olmaması əsası ilə\nmümkün sayılmamışdır. Bundan sonra, R.Qasımov DƏDRX -nin 14 saylı Ərazi\nİdarəsinə və X9 qarşı ünvan 2 ünvanda yerləşən 0.0313 ha torpaq sahəsinə dair\n\ndaşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2017 -ci il tarixli, ********** qeydiyyat\nnömrəsi olan, RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsinə dair iddia tələbi ilə\nŞamaxı rayon Məhkəməsinə müraciət etmişdir.\n17. Sumqayıt İnzibati -İqtisadi Məhkəməsinin 05 oktyabr 2018 -ci il tarixli, 2-\n1(085) -1022/2018 nömrəli qərardadı ilə iş üzrə icraat Şamaxı rayon Məhkəməsinin\nicraatında olan iddiaçı X18 cavabdehlər DƏDRX -nin 14 saylı Ərazi İdarəsinə və X9\nqarşı ünvan 2 ünvanda yerləşən 0.0313 ha torpaq sahəsinə dair daşınmaz əmlakın\ndövlət reyestrindən xx.xx.2017 -ci il tarixli, ********** qeydiyyat nömrəsi olan, RX\nseriyalı ******* saylı çıxarışın ləğv edilməsinə dair iddia ərizəsi üzrə yekun məhkəmə\nqərarı qanuni qüvvəyə minənədək dayandırılmışdır.\n18. Məhkəmə icraatının dayandırıldığl müddətdə Şamaxı rayon Məhkəməsinin\nxx.xx.2018 -ci il tarixli qətnaməsi ilə iddia rədd edilmiş, qətnamə yuxarı instansiya\nməhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır.\n19. Sumqayıt İnzibati -İqtisadi Məhkəməsinin 07 oktyabr 2019 -cu il tarixli, 2-\n1(085) -57/2019 nömrəli qərardadı ilə iş üzrə icraat təzələnmişdir.\n20. Sumqayıt İnzibati -İqtisadi Məhkəməsinin 1 noyabr 2019 -cu il tarixli, 2-1(085) -\n57/2019 nömrəli qərarı ilə (hakim X22) iddia təmin edilmiş, iddiaçının mülkiyyətində\nolan ünvan 2 ünvanda yerləşən 0,0316 ha torpaq sahəsinin plan və ölçüsünün və fərdi\nyaşayış evinin texniki pasportunun Şamaxı rayon X4 və Mülkiyyət Hüquqlarının\nQeydiyyatı İdarəsi tərəfindən 1991 -ci ilin oktyabr ayında tərtib edilmiş 4231 inventar\nnömrəli qeydiyyat nömrəsi, səh.82, 03/783 saylı fərdi yaşayış fonduna daxil olan\nyaşayış evinin texniki pasportunun texniki göstəricilərinə uyğun hazırlanaraq verilməsi\nöhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.\n21. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qanuni qüvvəyə minmiş\nməhkəmə qətnamələri ilə üçüncü şəxs X18 mübahisəli torpaq sahəsinə hər hansı\nhüququnun olması təkzib edilmiş və onun həmin torpaq sahəsindən çıxarılması qət\nedilmişdir. Belə olan halda, cavabdeh inzibati orqanın məhkəmə mübahisələrinin\ndavam etməsi əsası ilə iddiaçıya imtina cavabı verməsi qanunsuz olmuşdur.\nCavabdeh iddiaçıya verdiyi cavabda “Daşınmaz əmlakın dövlət reyestri haqqında”\nQanunun 14.5 -ci maddəsinə istinad etmişdir. Halbuki, həmin maddə plan və ölçü\nsənədinin verilməsi ilə bağlı deyil, hüquqların dövlət qeydiyyatının dayandırılması\nhallarını nəzərdə tutmuşdur.\n22. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını xahiş\netmişdir.\n23. Üçüncü şəxs apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və\niddia tələbinin təmin olunmamasını xahiş etmişdir.\napellyasiya instansiyası məhkəməsində birinci icraat\n24. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 19 may\ntarixli, 2-1(105)-14/2021 nömrəli qərardadı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin\n2019-cu il 1 noyabr tarixli qərarı qismən – iddiaçının mülkiyyətində olan Şamaxı şəhəri,\nQədirli küçəsi 69 ünvanında yerləşən fərdi yaşayış evinin texniki pasportunun Şamaxı\nrayon X4 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 1991-ci ilin oktyabr\nayında tərtib edilmiş 4231 inventar nömrəli qeydiyyat nömrəsi, səh.82, 03/783 saylı fərdi\nyaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun texniki göstəricilərinə\nuyğun hazırlanaraq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv\nedilmiş, həmin hissədə iddia mümkün sayılmamışdır.\n25. Məhkəmə hesab etmişdir ki, iddiaçı müvafiq tələblə cavabdehə ilkin müraciət\netmədiyindən, iddia mümkün sayılmamalıdır.\n26. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021 -ci il 19 may\ntarixli, 2-1(105) -14/2021 nömrəli qərarı ilə (hakimlər: X14 (sədrlik edən və məruzəçi),\nX27 və X33) Sumqayıt İnzibati -İqtisadi Məhkəməsinin 2019 -cu il 1 noyabr tarixli qərarı\nqismən - Şamaxı şəhəri, Qədirli küçəsi 69 ünvanda yerləşən fərdi yaşayış evinin\ntexniki pasportunun Şamaxı rayon X4 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi\n\ntərəfindən 1991 -ci ilin oktyabr ayında tərtib edilmiş 4231 saylı inventar nömrəli\nqeydiyyat nömrəsi, səh 82, 03/783 saylı “fərdi yaşayış fonduna daxil olan yaşayış\nevinin texniki pasportunun” texniki göstəricilərinə uyğun hazırlanaraq verilməsi\nvəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilmiş, bu hissədə iş üzrə\nyeni qərar qəbul edilmiş, iddia qismən təmin edilmiş, iddiaçının mülkiyyətində olan\nünvan 2 ünvanda yerləşən 0,0316 ha torpaq sahəsinə dair “torpaq sahəsinin planı və\nölçüsü” sənədinin tərtib edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, torpaq\nsahəsinin planı və ölçüsü sənədinin Şamaxı rayon X4 və Mülkiyyət Hüquqlarının\nQeydiyyatı İdarəsi tərəfindən 1991 -ci ilin oktyabr ayında tərtib edilmiş 4231 saylı\ninventar nömrəli qeydiyyat nömrəsi, səh 82, 03/783 saylı “fərdi yaşayış fonduna daxil\nolan yaşayış evinin texniki pasportunun” texniki göstəricilərinə uyğun hazırlanması\nhissəsində iddia rədd edilmişdir.\n27. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən\nverilmiş RX seriyalı, ******* nömrəli reyestrdən çıxarışa əsasən, Şamaxı şəhəri, Qədirli\nküçəsi 69 ünvanında yerləşən 0.0316 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ\nəsasında daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alındığından,\nhəmçinin qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına əsasən aparılmış qeydiyyatın\nqanuniliyi müəyyən edildiyindən, həmin torpaq sahəsinə dair çıxarışda qeyd edilmiş\nölçü (316 kv. m.) nəzərə alınmaqla torpaq sahəsinin planının və ölçüsünün tərtib\nedilərək iddiaçıya təqdim edilməsi birbaşa cavabdeh inzibati orqanın xidməti\nvəzifəsinə aiddir. Bundan əlavə, cavabdeh tərəfindən məhkəmə kollegiyasına təqdim\nedilmiş həmin texniki pasportun arxivdə saxlanılan nüsxəsindən görünür ki, texniki\npasportda yalnız tikilinin planı təsvir edilmiş, torpaq sahəsinin şərhi qrafasında heç nə\nyazılmamış, torpaq sahəsinin planı bölməsində heç bir qeydiyyat aparılmamışdır.\nHəmçinin, iddiaçının tələbində istinad etdiyi və məhkəməyə təqdim etdiyi texniki\npasportun sadə kserosurət olduğu nəzərə alınaraq məhkəmə kollegiyası hesab edir\nki, torpaq sahəsinin plan və ölçü sənədinin Şamaxı rayon X4 və Mülkiyyət\nHüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 1991 -ci ilin oktyabr ayında tərtib edilmiş\n4231 saylı inventar nömrəli qeydiyyat nömrəsi, səh. 82.03/783 saylı “fərdi yaşayış\nfonduna daxil olan yaşayış evinin texniki pasportunun” texniki göstəricilərinə uyğun\nhazırlanaraq verilməsi hissəsində iddiaçının tələbi əsassızdır və təmin edilə bilməz.\n28. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia\ntələbinin təmin olunmasını xahiş etmişdir.\n29. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və işin\nyenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir.\n30. Üçüncü şəxs kassasiya şikayəti verərək həmin qərarın qismən -apellyasiya\nşikayətinin təmin edilməyən və iddianın təmin edilən hissəsində ləğv edilməsini və işin\nyenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir.\nkassasiya instansiyası məhkəməsində birinci icraat\n31. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 26\noktyabr 2022 -ci il tarixli, 2-1(102) -1652/2021 nömrəli qərarı (hakimlər: X23 (sədrlik\nedən və məruzəçi), X10 və X3) ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati\nKollegiyasının 2021 -ci il 19 may tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün\nhəmin məhkəməyə göndərilmişdir.\n32. Kassasiya instansiya məhkəməsi qeyd etmişdir ki,\n- fərdi yaşayış evinin texniki pasportunun iddia olunan məzmunda hazırlanaraq\nverilməsi tələbi qərardadla mümkünsüz hesab edildiyindən, həmin tələbin yenidən\nqərarla mahiyyəti üzrə həll olunması qanunsuz olmuşdur;\n- mübahisələndirilən qərarla təmin edilən (“torpaq sahəsinin planı və ölçüsü”\nsənədinin tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması) və rədd edilən\n(“torpaq sahəsinin planı və ölçüsü” sənədinin Şamaxı rayon X4 və Mülkiyyət\nHüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 1991 -ci ilin oktyabr ayında tərtib edilmiş\n4231 saylı inventar nömrəli qeydiyyat nömrəsi, səh 82, 03/783 saylı “fərdi yaşayış\n\nfonduna daxil olan yaşayış evinin texniki pasportunun” texniki göstəricilərinə uyğun\nhazırlanması) hissələr apellyasiya instansiyası məhkəməsinin ləğv etdiyi hissənin\n(“yaşayış evinin texniki pasportunun 1991 -ci ildə tərtib olunmuş texniki pasportun\ngöstəricilərinə uyğun hazırlanaraq verilməsi öhdəliyinin cavabdehin üzərinə\nqoyulması”) tərkibində deyillər. Başqa sözlə, birinci instansiya məhkəməsinin qərarı\n“torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanması və verilməsi” tələbinə aid\nhissədə ləğv edilməmişdir;\n- apellyasiya instansiyası məhkəməsi iddiaçının vahid (bölünməz) tələbini iki hissəyə\nbölərək bir hissədə təmin, digər hissədə rədd etməklə iddia tələbindən kənara çıxmışdır.\nBelə ki, iddiaçı, sadəcə “torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsini iddia\netməmişdir. O, həmin sənədin məhz 1991-ci ildə tərtib olunmuş texniki pasportun\ngöstəricilərinə uyğun hazırlanaraq verilməsini tələb etmişdir. Məhkəmə də həmin\nməzmunda tələbi vahid (bölünməz) tələb kimi həll etməli idi. İddiaçı da haqlı olaraq\nşikayətinin dəlili kimi işin həmin halına istinad etmişdir;\n- apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının vəsatəti əsasında\niddiaçının mülkiyyətində olan 0,0316 ha torpaq sahəsinin naturada sərhədlərinin,\ndöngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi barədə mütəxəssis rəyinin\nalınması məqsədilə Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilmiş,\nməhkəmənin həmin məktubu əsasında ünvana yerində baxış keçirilmiş və\nməhkəməyə 2021 -ci il 4 may tarixli mütəxəssis rəyi verilmişdir. Lakin həmin rəy\nməhkəməyə daxil olmadan yuxarıda qeyd olunan qərar qəbul olunaraq, iddiaçıya\nməxsus olan ünvan 2 ünvanda yerləşən 0.0316 ha torpaq sahəsinin plan və ölçü\nsənədinin işlənilib verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Həmçinin\napellyasiya instansiyası məhkəməsində icraat zamanı üçüncü şəxs ərizə ilə müraciət\nedərək mütəxəssis rəyi alınanadək məhkəmə iclasının təxirə salınmasını xahiş etsə\ndə, həmin vəsatət İPM-in 58.3 -cü maddəsinin tələbinə zidd olaraq, hər hansı əsas\ngöstərilmədən rədd edilmişdir.\napellyasiya instansiyası məhkəməsində ikinci icraat\n33. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 sentyabr\n2022 -ci il tarixli, 2-1(105) -202/2022 nömrəli qərarı (hakimlər: X24 (sədrlik edən və\nməruzəçi), X11 və X25) ilə Sumqayıt İnzibati -İqtisadi Məhkəməsinin 2019 -cu il 1\nnoyabr tarixli qərarı iddianın təmin edilən - iddiaçının mülkiyyətində olan ünvan 2\nünvanda yerləşən 0,0316 ha torpaq sahəsinin plan və ölçüsünün Şamaxı rayon X4 və\nMülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 1991 -ci ilin oktyabr ayında tərtib\nedilmiş 4231 inventar nömrəli qeydiyyat nömrəsi, səh.82, 03/783 saylı fərdi yaşayış\nfonduna daxil olan yaşayış evinin texniki pasportunun texniki göstəricilərinə uyğun\nhazırlanaraq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair hissəsində\ndəyişdirilmədən saxlanılmışdır.\n34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi\nmövqeyi ilə razılaşmışdır. Bundan əlavə məhkəmə kollegiyası qeyd etmişdir ki,\n- T orpaq Məcəlləsinin normalarına və “Azərbaycan Respublikasının T orpaq\nMəcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikasi Prezidentinin\nxx.xx.1999 -cu il tarixli, 176 saylı Fərmana əsasən iddiaçının adına daşınmaz əmlakın\ndövlət reyestrində mülkiyyət hüququ qeydə alınmış torpaq sahəsinə dair plan-ölçünün\nverilməsi cavabdehin vəzifəsidir. Hazırda qüvvədən düşmüş, lakin iddiaçının müraciəti\nzamanı qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015 -ci il tarixli\nFərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət\nKomitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında\nƏsasnamə”nin 3.0.11, 3.0.23, 3.0.24, 3.0.29 və 3.0.31 -ci bəndlərinə əsasən,\nhüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış\nvermək; daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin\nplanının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək; inventarlaşdırma\nişlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki\n\nsənədlərin tərtib edilməsini təmin etmək, daşınmaz əmlak üzərində hüquqların\nqeydiyyatı məqsədi ilə torpaq sahələrində mərzçəkmə işləri aparmaq, vətəndaşların\nqanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və\nkooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların\nyerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və\nnormativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud\nolan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifələrinə aid\nedilmişdir. Cavabdeh inzibati orqanın statusunu və vəzifələrini müəyyən edən hazırda\nqüvvədə olan normalarda da torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini\naparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü)\ntərtib etmək onun vəzifələrinə aid edilmişdir;\n- bundan əlavə, iş materiallarında olan Şamaxı rayon polis şöbəsinin təhqiqat\nqrupunun təhqiqatçısının xx.xx.2020 -ci il tarixli “cinayət işinin başlanmasının rədd\nedilməsi haqqında” qərarında iddiaçının təqdim etdiyi texniki pasportun X19 tərəfindən\n2018 -ci ildə saxta yolla tərtib edilməsi barədə üçüncü şəxsin dəlilləri, habelə həmin\ntexniki pasportun arxivdə saxlanılan nüsxəsində torpaq sahəsinin planının\ngöstərilməməsi cavabdeh tərəfindən plan-ölçünün həmin texniki pasport əsasında\ntərtib edilməsindən imtinaya əsas ola bilməz. Belə ki, İPM-nin 78-ci maddəsinə\nəsasən xx.xx.2020 -ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında”\nqərar hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb etməsə də, (həmin maddədə yalnız\nqanuni qüvvəyə minmiş məhkəmə qərarının məcburilyi nəzərdə tutulur), iddiaçı\ntərəfindən əsli təqdim edilmiş həmin sənədin mötəbərliyinin müəyyən edilməsi xüsusi\nbilik tələb etdiyindən iş üzrə məhkəmə sənədlərinin texniki və məhkəmə xətşünaslıq\nekspertizaları təyin edilərək ekspertiza qarşısında müvafiq suallar, o cümlədən həmin\nsənəddəki imzaların eynilyi, eyni şəxs tərəfindən, yoxsa müxtəlif şəxslər tərəfindən\nicra olunması ilə bağlı suallar qoyulmuşdur. xx.xx.2022 -ci il tarixli 4/641 -5/504 saylı\nekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 4231 saylı inventar nömrəsi\nolan fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportundakı 1-ci və 4-cü\nvərəqlərin kağızları xassələrinə görə eyni kağıza aiddirlər, həmin sənədin 2-ci və 3-cü\nvərəqlərinin kağızlarından fərqlənirlər. T exniki pasportdakı 2-ci və 3-cü vərəqlərin\nkağızları xassələrinə görə eyni növ kağıza aiddirlər. Rəydə daha sonra göstərilir ki,\nekspertizaya təqdim olunmuş 4231 saylı inventar nömrəsi olan fərdi yaşayış fonduna\ndaxil olan yaşayış evinin texniki pasportunun üz qabığında TİB-in rəisi qrafasında\n“İsmayılov S.M” yazılarından əvvəlki imza, üz qabığının arxa tərəfində əlyazmaların\nsonunda “S.M.İsmayılov” yazılarından əvvəlki imza, üçüncü səhifədə olan planın\naşağı sağ küncdəki cədvəldə “rəis” qrafasında “İsmayılov S” yazılarından əvvəlki\nimza, həmin sənədin son səhifəsində “TİB-in rəisi” qrafasında “İsmayılov S”\nyazılarından əvvəlki imza – eyni şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim\nolunmuş 4231 saylı inventar nömrəsi olan fərdi yaşayış fonduna daxil olan yaşayış\nevinin texniki pasportunun üz qabığında TİB-in rəisi qrafasında “İsmayılov S.M”\nyazılarından əvvəlki imza, üz qabığının arxa tərəfində əlyazmaların sonunda\n“S.M.İsmayılov” yazılarından əvvəlki imza, üçüncü səhifədə planın aşağı sağ küncdəki\ncədvəldə “rəis” qrafasında “İsmayılov S” yazılarından əvvəlki imza, həmin sənədin son\nsəhifəsində “TİB-in rəisi” qrafasında “İsmayılov S” yazılarından əvvəlki imza ilə texniki\npasportun ikinci səhifəsində olan planın aşağı sağ küncdəki cədvəldə “rəis” qrafasında\n“İsmayılov S” yazılarından əvvəlki imzanın eyni şəxs və ya müxtəlif şəxs tərəfindən\nicra olunub -olunmamasını müəyyən etmək mümkün olmadı. Rəydə həmçinin\ngöstərilmişdir ki, elmi cəhətdən işlənib hazırlanmış ekspert metodikası olmadığına\ngörə tədqiqata təqdim olunmuş texniki pasportun kağızlarının istehsal olunduğu və\nonun üzərində olan əlyazılarının icra vaxtının, o cümlədən həmin sənədin tərtib\nolunma vaxtının müəyyən edilməsi üzrə tədqiqat aparılmamışdır.\n- X6 iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2022 -\nci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsində S.M.İsmayılov aprel 1991 -ci il\ntarixindən 2006 -cı il tarixədək Şamaxı rayonlararası X5 və Mülkiyyət hüquqlarının\n\nQeydiyyatı İdarəsinin rəisi vəzifəsində işlədiyini, ünvan 5 ünvana aid, E.A.Qafarov\ntərəfindən tərtib olunmuş, 03/783 qeydiyyat nömrəli (səh.82) Mailova (Nuriyeva) Ella\nMaşalla qızına məxsus evə aid olan oktyabr 1991 -ci il tarixli “fərdi yaşayış fonduna\ndaxil olan yaşayış evinin texniki pasportu”nun titul vərəqindəki və texniki pasportun\ndigər səhifələrində olan “TİB-in rəisi” sözündən sonra İsmayılov S.M. soyadının\nəvvəlindəki imzaların hamısının şəxsən onun tərəfindən icra olunmaqla həmin\nimzaların da ona məxsus olduğunu göstərmişdir. Cavabdehin nümayəndəsi S.X1\nhəqiqətən əvvəllər Şamaxı Rayonlararası X5 və Mülkiyyət hüquqlarının Qeydiyyatı\nİdarəsinin rəisi vəzifəsində işlədiyini bildirmiş, iddiaçının vəsatəti əsasında S.İsmayılov\nşahid qismində dindirilməsi üçün növbəti məhkəmə iclasına dəvət olunmuş, lakin o\nxx.xx.2022 -ci il tarixli teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasında\niştirak edə bilməyəcəyini bildirərək notarial qaydada təsdiq edilmiş ərizəsində\ngöstərdiklərini bir daha təkrarlamışdır. Bundan əlavə, texniki pasportu tərtib etmiş X19\nhazırkı iş üzrə birinci instansiya məhkəməsində şahid qismində verdiyi ifadəsində\ntexniki pasportun onun tərəfindən tərtib edildiyini bildirmişdir. Beləliklə, təkrar\napellyasiya baxışı zamanı tədqiq edilmiş sübutlarla iddiaçının təqdim etdiyi texniki\npasportun mötəbərliliyi ilə bağlı üçüncü şəxsin dəlilləri öz təsdiqini tapmamışdır.\nCavabdehin müvafiq dəlili – yəni həmin texniki pasportun arxiv nüsxəsində torpaq\nsahəsinin planının göstərilməməsi də iddiaçının təqdim etdiyi həmi sənədin əslinin\nşübhə altına alınması üçün kifayət deyildir. Belə ki, həmin texniki pasportda göstərilən\nünvan 1 ünvanında yerləşən ümumi sahəsi 39.1 kv m, yaşayış sahəsi 14.5 kv m olan\n69 saylı yaşayış evi alqı-satqı müqaviləsinə əsasən xx.xx.1997 -ci il tarixdə Şamaxı\nrayonlararası X4 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş\nqeydiyyat vəsiqəsinə əsasən iddiaçının adına qeydə alınmışdır. Daha sonra isə məhz\ncavabdehin özü tərəfindən həmin texniki pasportda göstərilən ölçüdə torpaq sahəsinə\niddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış,\nmüvafiq çıxarış verilmişdir. Həmin qeydiyyat və çıxarış üçüncü şəxs tərəfindən\nməhkəmə qaydasında mübahisələndirilmiş, lakin ləğv edilməmişdir.\n35. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia\ntələbinin təmin olunmamasını xahiş etmişdir.\n36. Üçüncü şəxs kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia\ntələbinin təmin olunmamasını xahiş etmişdir.\nKASSASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ\nCavabdehin kassasiya şikayətinin dəlilləri\n37. Cavabdehin kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddiaya qarşı etirazı və\napellyasiya şikayətinin məzmununa və dəlillərinə əsaslanır.\nÜçüncü şəxsin kassasiya şikayətinin dəlilləri\n38. Üçüncü şəxsin kassasiya şikayəti mahiyyətcə apellyasiya şikayətinin\nməzmununa və dəlillərinə əsaslanır.\nKassasiya şikayətinə etirazın dəlilləri\n39. İddiaçı kassasiya şikayətlərinə qarşı yazılı etiraz təqdim etməmişdir.\nTƏTBİQ EDİLƏN HÜQUQ\n40. Azərbaycan Respublikası Torpaq Məcəlləsi\nMaddə 68. T orpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin\nyerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq\nsahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş\nqaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.\n\n41. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun\nMaddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı\n2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı\n(bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki\nMəcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin,\nməhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam\nverilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.\n42. Azərbaycan Respublikası Prezidentinin 2020 -ci il 12 may tarixli Fərmanı\nilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında\nƏmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi\n43. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021 -ci il\ntarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı\nvə Reyestri publik hüquqi şəxsin nizamnaməsi\n44. İnzibati Prosessual Məcəllə\nMaddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız\napellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq\nnormalarının düzgün tətbiq edilməsini yoxlayır.\nMaddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim\nolunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu\nMəcəllənin 131.3 -cü və 132.3 -cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün\nmüddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.\nMaddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı\nbarədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.\nMaddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi\ngöstərilməlidir.\nMaddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi\nbarədə qərar qəbul edir.\nMaddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını\n(qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya\nqismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı,\nhəmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.\nMaddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.\nKASSASİYA ŞİKAYƏTLƏRİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN\nHƏDLƏRİ\n45. Kassasiya şikayətləri mümkündür. Şikayətlər vaxtında verilmiş, formal\nbaxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir.\n46. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün\nhazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq\nyoxlanılacaqdır.\nKASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ\n47. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini\naraşdıraraq hesab edir ki, kassasiya şikayətləri əsassızdır. Apellyasiya instansiyası\nməhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə\nriayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq\nnormaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının\nləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən\nşikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən\nsaxlanılmalıdır.\n\n48. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə\nfundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya\nməhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin\ntəşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq\nqanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan\nhüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə) .\n49. Bununla bağlı, məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya\nşikayətlərinin dəlilləri mahiyyətcə iddiaya qarşı etirazın və apellyasiya şikayətinin\ndəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən\nhazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin\ndəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.\nOna görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları\nyetərli hesab olunur.\n50. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya\nmülkiyyətində olan torpaq sahəsi ilə bağlı plan və ölçü sənədinin verilməsinə dair\nməsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır.\nMəhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin\nmümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur\nki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri\ntəkrarlamağa lüzum qalmır.\n51. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına\nhüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası,\napellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də\nrazılaşır.\n52. Bununla belə, apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli\nhesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə\nkollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.\n53. Hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı və məqsədi RX\nseriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın\nDövlət reyestrindən çıxarışa əsasən qanuni mülkiyyətində olan torpaq sahəsinə dair\ncavabdeh tərəfindən müvafiq plan və ölçü sənədinin tərtib edilərək ona verilməsinə\nnail olmaqdan ibarətdir.\n54. Mübahisəyə dair işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş\nhallarından görünür ki, RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı\nhaqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Şamaxı şəhəri,\nQədirli küçəsi 69 ünvanında yerləşən 0.0316 ha torpaq sahəsi üzərində X7 mülkiyyət\nhüququ daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə xx.xx.2017 -ci il\ntarixdə qeydə alınmışdır.\n55. Cavabdeh iddiaçının müraciətinə imtinasında və iddia tələbinə etirazında\nqeyd etmişdir ki, X30 cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz\nƏmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsinə qarşı iddiaçının adına\nverilmiş xx.xx.2017 -ci il tarixli çıxarışın ləğvinə dair məhkəmədə iddia qaldırmış,\nSumqayıt İnzibati -İqtisadi Məhkəməsinin xx.xx.2017 -ci il tarixli, 2-1(85) -3444/2017\nsaylı qərarı ilə iddia rədd olunmuş lakin həmin qərardan R.Qasımov apellyasiya\nşikayəti vermiş və məhkəmə mübahisəsi davam etdiyindən müraciətin icrası mümkün\nolmamışdır. Bu hal imtina kimi qiymətləndirilməməlidir. Məhkəmə tərəfindən yekun\nqərar qəbul edildikdən sonra müraciətə qanuna müvafiq qaydada baxılacaqdır.\n56. Bununla bağlı qeyd edilməlidir ki, məhkəmə icraatının gedişində Sumqayıt\nApellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)143/2018 saylı,\nxx.xx.2018-ci il tarixli qərardadı ilə Sumqayıt İnzibati -İqtisadi Məhkəməsinin 2017 -ci il\n24 noyabr tarixli, 2-1(85) -3444/2017 saylı qərarından R.Qasımov tərəfindən verilmiş\nşikayət təmin edilməmiş, mübahisələndirilən məhkəmə qərarı ləğv edilmiş və iddia\nməhkəmə aidiyyəti ilə bağlı mümkünlük şərti ödənilmədiyi üçün mümkün\nsayılmamışdır. Bundan sonra, R.Qasımov DƏDRX -nin 14 saylı Ərazi İdarəsinə və X9\n\nqarşı ünvan 2 ünvanda yerləşən 0.0313 ha torpaq sahəsinə dair xx.xx.2017 -ci il tarixli,\n********** qeydiyyat nömrəli, RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsinə dair iddia\ntələbi ilə Şamaxı rayon Məhkəməsinə müraciət etmiş, Şamaxı rayon Məhkəməsinin\nxx.xx.2018 -ci il tarixli qətnaməsi ilə iddia rədd edilmiş, qətnamə yuxarı instansiya\nməhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır.\n57. Göründüyü kimi, xx.xx.2018 -ci il tarixindən etibarən məhkəmə mübahisəsinin\nmövcudluğu ilə bağlı cavabdehin istinad etdiyi hal aradan qalxmışdır. Lakin buna\nbaxmayaraq cavabdeh iddiaçının müraciətinin icrasını təmin etməmiş (məktubda\niddiaçıya verdiyi vədə əməl etməmiş), müxtəlif əsaslarla apellyasiya və kassasiya\nşikayəti verməklə iddiaçının tələbinin təmin olunmasına etiraz etmişdir.\n58. Halbuki, İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1 -\nci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi\nşəxslərin etimadı qanunla qorunur. Etimad hüququnun qorunması prinsipi baxımından\nmüəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı\nsəlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin\netimadı qanunla qorunur. İnzibati orqanların həmin vədləri və ya bəyanatları yalnız\nyazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını\ntəşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur.\nFiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Qanunun\n13.1 -ci maddəsində təsbit edilmiş etimad hüququnun qorunması prinsipi inzibati\norqanın faktiki xarakterli hərəkətlərinə də şamil olunur.\n59. Beləliklə, torpaq sahəsinin iddiaçının mülkiyyətində olduğu və digər şəxslərin\nhüquqları ilə yüklü edilmədiyi, eləcə də torpaq sahəsi ilə bağlı hər hansı məhkəmə\nmübahisəsinin də artıq mövcud olmadığı mübahisəyə dair iş üzrə materiallarla təsdiq\nolunur.\n60. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 2020 -ci il 12\nmay tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat\nNazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23 -cü\nbəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı\ninventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və\nölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu\nməqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aid edilmişdir.\nEyni zamanda, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021 -ci il\ntarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və\nReyestrinin (publik hüquqi şəxsin) Nizamnaməsi”n in 1.3.-cü bəndinə əsasən,\ndaşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib\netmək onun fəaliyyət istiqamətlərinə aiddir.\n61. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən\niddiaçının adına torpaq sahəsinin plan və ölçü sənədinin tərtib edilməsindən imtina\netməkdə cavabdeh haqlı sayıla bilməz.\n62. Məhkəmə kollegiyası Reyestr Xidmətinin tərəf olduğu mübahisələrə dair\nişlərin və həmin mübahisələrlə bağlı Xidmətin inzibati praktikasının təhlilinə əsasən\nxüsusilə qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı\nmüraciət etmiş şəxslərə Xidmət əksər hallarda hüququn qeydiyyatı haqqında müvafiq\nÇıxarış verməklə kifayətlənir. Nəticədə həmin şəxslər müəyyən müddətdən sonra\ndaşınmaz əmlaka dair texniki pasportun və ya plan-ölçü sənədinin verilməsi barədə\nyenidən Xidmətə müraciət etməli olur və hətta müəyyən hallarda Xidmət tərəfindən\nÇıxarış verilmiş şəxslərə belə müxtəlif səbəblərdən (koordinatların, döngə nöqtələrinin\nməlum olmaması, sərhədlərin və ölçülərin məlum olmaması və sair) həmin sənədlərin\nverilməsindən imtina olunur.\n63. Bu da növbəti məhkəmə çəkişmələrinin yaranmasına və məhkəmələrdə iş\nyükünün artmasına, şəxsin əmlak üzərində hüququnun reallaşdırılması ilə bağlı\nimkanlarının məhdudlaşdırılmasına səbəb olur. Ali Məhkəmə hesab edir ki, belə halların\nqarşısının alınması məqsədi ilə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı\n\nXidmət tərəfindən vahid sənəd prinsipi tətbiq olunmalı, hüquqların qeydiyyatı barədə\nÇıxarışla eyni zamanda həmin Çıxarışın ayrılmaz hissəsi olan, barəsində Çıxarışın\nverildiyi daşınmaz əmlakın identifikasiyası və fərdiləşdirməsi üzrə göstəriciləri (məkan,\nölçü, coğrafi və texniki göstəriciləri) nəzərdə tutan müvafiq texniki pasportun və plan-ölçü\nsənədinin verilməsi də təmin edilməlidir.\n64. Nəzərə almaq lazımdır ki, daşınmaz əmlaka münasibətdə vahid sənəd prinsipi\ndaşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasına dair həm bu barədə Çıxarışın,\nhəm də həmin Çıxarışın tərkib hissəsi kimi daşınmaz əmlakın qeyd olunan göstəricilərini\nəks etdirən müvafiq sənədlərin eyni zamanda tərtib olunmasını və maraqlı şəxsə\nverilməsini ehtiva edir.\n65. Məhkəmə kollegiyası qeyd edir ki, belə yanaşma həm də dövlət xidmətləri\nsahəsində səmərəli, xidmətyönümlü, düzgün və qənaətcil idarəçilik prinsiplərinin təmin\nolunması məqsədlərindən irəli gəlir.\n66. Beləliklə, apelyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün\nsayılmalı, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq\npozuntusuna əsaslanmadığından, şikayətlər təmin edilmədən, apellyasiya məhkəməsinin\nqərarı dəyişdirilmədən saxlanılmalıdır.\n67. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası\nQƏRARA ALDİ:\nCavabdeh və üçüncü şəxsin kassasiya şikayətləri təmin edilmir.\nSumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 sentyabr 2022 -ci\nil tarixli, 2-1(105) -202/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır.\nQərar qətidir.",
      "url": "file:///C:/Users/TechEvo%20Computers/Downloads/3ulduz/9_420%2B27.04.2023.pdf",
      "local_file": "020_2ed04f4507.pdf",
      "local_text_file": "020_2-1(102)-420_2023.txt",
      "content_type": "application/pdf"
    },
    {
      "menbe": "Ali Məhkəmənin üç ulduzlu qərarları",
      "akt_novu": "Üç ulduzlu qərar",
      "tarix": "2023-04-27",
      "basliq": "2-1(102)-472/2023",
      "is_nomresi": "2-1(102)-472/2023",
      "movzu": "",
      "metn": "Azərbaycan Respublikası adından\nQƏRAR\nBakı şəhəri İş № 2-1(102)-472/2023 27.04.2023\nALİ MƏHKƏMƏ\nAzərbaycan Respublikası adından\nAzərbaycan Respublikası Ali Məhkəməsinin\nİnzibati Kollegiyasının\nİddiaçı\ncavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin\n1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə\n \nQ Ə R A R İ\n\n(Açar sözlər: inzibati praktikada bərabər yanaşma və etimadın qorunması\nprinsipləri)\nAzərbaycan Respublikası\nAli Məhkəməsinin İnzibati Kollegiyası\nHakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və\nNəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə,\n\nİddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı\nƏrazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya\nMəhkəməsinin İnzibati Kollegiyasının 26 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2452/2022\nnömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı\nicraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi.\n İŞİN HALLARİ\n1. Bakı şəhər X8 İcraiyyə Komitəsinin X3 və İstismarı Birliyinin xx.xx.1989-cu il tarixli\nməktubunda qeyd edilmişdir ki, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 20 oktyabr 1989-cu\nil tarixli, 11/409 nömrəli qərarına əsasən X7, X9 və İddiaçı 60 nömrəli kooperativin\ntərkibinə keçirilmişdir.\n2. Ləhiş bağlar sahəsində yerləşən 60 nömrəli kooperativ tərəfindən verilmiş 47\nnömrəli orderə əsasən, iddiaçıya 56/57b nömrəli 0,12 ha bağ torpaq sahəsi ayrılmışdır.\n3. İddiaçı yuxarıda qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun\ndaşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə hüquqların dövlət\nqeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi barədə\ncavabdehə müraciət etmişdir.\n4. İş materiallarında cavabdehin imtinası aşkar olunmadı.\nİŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ\n \nbirinci instansiya məhkəməsində icraat\n5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi\nbarədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ\nmassivində yerləşən, ümumi sahəsi 0.12 ha olan 56/57b nömrəli bağ sahəsinə onun\nmülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə\nhüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən çıxarışın verilməsi\nöhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.\n6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, bağa ehtiyacı nəzərə alınaraq Bakı şəhəri\nX8 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 11/409 saylı qərarı və X3 və İstismarı\nBirliyinin 60 saylı Bağ Tikinti Koorperativinin 47 saylı orderi əsasında sahəsi 0,12 ha olan\n56/57b saylı bağ sahəsi ona verilmişdir. Bundan əlavə, o, ərizə ilə kooperativin sədrinə\nmüraciət edərək, kooperativin tərkibinə keçirilməsini xahiş etmiş, xx.xx.1989-cu il tarixli\nqərarla kooperativin tərkibinə qəbul edilmişdir. Qeyd olunan vaxtdan ailə üzvləri ilə birlikdə\ngöstərilən bağ sahəsindən təyinatı üzrə istifadə edərək şəxsi maliyyə vəsaiti ilə ona\nayrılmış torpaq sahəsini uzun illər abadlaşdırmış və aqrotexniki qulluq göstərmişdir.\nSözügedən bağ sahəsi üzərində hüquqlarının qeydə alınması üçün cavabdehə müraciət\netsə də, cavabdeh tərəfindən müraciət cavablandırılmamışdır. Eyni zamanda,\nqonşuluqdaki bağ sahələri qeydə alınaraq müvafiq çıxarışlar verilmişdir.\n7. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək bildirmişdir ki, Ləhiş bağlar\nmassivinin bölgü sxemində (sxematik xəritədə) 56/57b saylı bağ sahəsi öz əksini\ntapmamışdır. Həmçinin vətəndaş tərfindən göstərilən ərazi başqa şəxsin istifadəsinə\nverilmiş ərazi ilə üst-üstə düşür. Qeyd edilən səbəblərdən də ərizənin icrası mümkün\nolmamışdır.\n8. Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, **********66 nömrəli\nməktubunda qeyd etmişdir ki, idarənin elektron kadastr baza məlumatlarına əsasən İddiaçı\niddia etdiyi Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivindəkı 56/57b nömrəli bağ\nsahəsi və naturada göstərdiyi torpaq sahəsi \"xxxx\" Məhdud Məsuliyyətli Cəmiyyətinin\nistifadəsinə verilmiş 101,0 ha ərazi ilə üst-üstə düşür.\n9. Bakı İnzibati Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2-1(112)-1353/2021 nömrəli\nqərardadı ilə \"xxxx\" MMC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb\nedilmişdir.\n\n10. İddiaçının vəkilinin müraciəti əsasında Azərbaycan Respublikası «X6» MMC\ntərəfindən aparılmış ekspertiza nəticəsində verilmiş 456 saylı 28 iyul 2021-ci il tarixli rəyə\nəsasən, Bakı şəhər X8 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 11/409 nömrəli qərarı\nvə X3 və İstismarı Birliyinin 60 nömrəli kooperativinin 47 saylı orderi əsasında X1 verilmiş\n0.12 ha bağ sahəsi \"xxxx\" MMC-yə (\"xxxx\" MMC) məxsus ərazinin hüdudları daxilinə\ndüşmür.\n11. İddiaçının vəkilinin müraciəti əsasında Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı\nBələdiyyəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli məktuba əsasən bağ sahələri \"xxxx\"\nMMC tərəfindən özəlləşdirilən 77 ha torpaq sahəsi ilə üst-üstə düşmür.\n12. Bakı İnzibati Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2-1(112)-1353/2021\nnömrəli (sədrlik edən hakim Pərviz Hüseynov) qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri,\nSabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, ümumi sahəsi 0.12 ha olan 56/57b\nnömrəli bağ sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində\nqeydiyyata alınaraq, bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın\nreyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.\n13. Məhkəmə qeyd etmişdir ki, cavabdeh sözügedən bağ sahəsinin digər şəxsin\nistifadəsinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşməsinə istinad etsə də, bu dəlillə\nəlaqədar mötəbər sübutlar məhkəməyə təqdim etməmiş, əksinə iş materialları ilə bu dəlil\ntəkzib olunmuşdur. Bundan başqa, bağ sahəsinin bağların bölgüsünə dair sxematik\nxəritədə öz əksini tapmamasına, eləcə də X3 və İstismari Birliyinin qeydiyyat kitabının\nİdarənin arxivində olmamasına iddiaçı məsuliyyət daşımır, bu onun vəzifələrinə daxil deyil\nvə iradəsindən asılı olan hal deyil. Eyni zamanda, cavabdeh tərəfindən orderin həqiqətə\nuyğun olmadığı sübuta yetirilməmişdir. Qeyd olunan order ləğv edilməmiş və ya etibarsız\nhesab edilməmişdir, hazırda qüvvədədir. Həmin order isə «Daşınmaz əmlakın dövlət\nreyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən,\ndaşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə\ntutulmuşdur.\n14. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının\nləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir.\napellyasiya instansiyası məhkəməsində birinci icraat\n15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-631/2022 saylı,\n28 yanvar 2022-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı\nİnzibati Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2-1(112)-1353/2021 nömrəli qərarı\ndəyişdirilmədən saxlanılmışdır.\n16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi\nmövqeyi ilə razılaşmışdır.\n17. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarının ləğv\nedilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir.\nkassasiya instansiyası məhkəməsində birinci icraat\n18. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-\n914/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı\nApellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-631/2022 saylı, 28 yanvar\n2022-ci il tarixli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə\ngöndərilmişdir.\n19. Məhkəmə qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən işin\nhalları hərtərəfli araşdırılmamışdır. Belə ki, iddiaçının istinad etdiyi orderin Bakı şəhəri X8\nİcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 11/409 nömrəli qərarı əsasında verildiyi qeyd\nolunub. Həmin qərarla bir sıra BTK-ın şəxsi tərkibi təsdiq olunmuş və Maştağa, Pirşağı,\nBilgəh, Zirə, Buzovna, Şüvəlan, Nardaran, Ləhiş qəsəbələrində yerləşən bağ sahələrinin\nayrılması qərara alınmışdır. Bakı Şəhəri X8 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli,\n11/409 nömrəli qərarı ilə təsdiq olunmuş siyahıda iddiaçının adı müəyyən olunmur. Eyni\nzamanda, işə əlavə olunmuş bağların bölgüsünə dair sxematik xəritədə iddianın əsasını\n\ntəşkil edən orderdə qeyd olunan 56/57b nömrəli bağ sahəsi öz əksini tapmamış və iddiaçı\ntərəfindən təqdim edilən orderin nüsxəsi arxivdə aşkar olunmamışdır. Belə ki, Daşınmaz\nƏmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə\nünvanlanmış və işə əlavə olunmuş xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Sabunçu\nrayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 56/57b saylı torpaq sahəsinə dair sənəd və\nX3 və İstismari Birliyinin 60 saylı Bağ Tikinti Kooperativinin 1988-1990-cı illər üzrə\nqeydiyyat kitabı idarənin arxivində aşkar olunmamışdır. Həmçinin, qeyd olunan və\niddiaçının tələb etdiyi torpaq (bağ) sahəsi 60 nömrəli BTK-yə aid olmayan “Bakıtuneltikinti”\nbağçılıq-yoldaşlığına ayrılmış ərazidə yerləşir. İddiaçının tələb etdiyi bağ sahəsi bağların\nbölgüsünə dair sxematik xəritədə öz əksini tapmadığından, iddiaçının tələb etdiyi torpaq\nsahəsinin sərhədləri qanunda müəyyən edilmiş qaydada yerdə müəyyən edilmədiyindən,\nonların planı və ölçüsü tərtib edilmədiyindən və torpağın icarəsi barədə müqavilə\nbağlanılmadığından, torpağın koordinatlarının müəyyən edilməsi mümkünsüzdür və torpaq\nüzərində hüququ yaranmır.\napellyasiya instansiyası məhkəməsində ikinci icraat\n20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 oktyabr 2022-ci il\ntarixli, 2-1(103)-2452/2022 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin\nedilməmiş, Bakı İnzibati Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2-1(112)-1353/2021\nnömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.\n21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi\nmövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, cavabdeh inzibati orqan iddiaçının tələbinin təmin\nolunmasından imtinasında göstərilənlərlə bağlı (bağ sahəsinin digər şəxsə məxsus torpaq\nsahəsi ilə üst-üstə düşməsi halı) hər hansı sənədi istər əvvəlki məhkəmə icraatlarında,\nistərsə də hazırki icraatda məhkəməyə təqdim etməmişdir. Əksinə, iş materialları ilə\nmüəyyən edilmişdir ki, sözügedən ərazidə yerləşən bağ sahəsinə qonşu bağ sahələri\ndigər şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Əgər\nhəmin ərazidə yerləşən bağ sahələri qeyd olunan MMC-nin istifadəsinə verilmiş torpaq\nsahəsi ilə üst-üstə düşürsə, həmin bağ sahələri daşınmaz əmlakın dövlət reyesrtində\nqeydiyyata alına bilməzdi. Bununla yanaşı, işdə olan Azərbaycan Respublikası «X6»\nMMC-nin 456 saylı, 28 iyul 2021-ci il tarixli rəyinə əsasən, Bakı şəhər X8 İcraiyyə\nKomitəsinin xx.xx.1989-cu il tarixli 11/409 nömrəli qərarı və X3 və İstismarı Birliyinin 60\nnömrəli kooperativinin 47 saylı orderi əsasında X1 verilmiş 0.12 ha bağ sahəsi \"xxxx\"\nMMC-yə (\"xxxx\" MMC) məxsus ərazinin hüdudları daxilinə düşmür. Bundan başqa, bağ\nsahəsinin bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmaması, eləcə də X3 və\nİstismari Birliyinin qeydiyyat kitabının İdarənin arxivində olmamasına görə iddiaçı\nməsuliyyət daşımır, bu onun vəzifələrinə daxil deyil və iradəsindən asılı olan hal deyil. Eyni\nzamanda, cavabdeh tərəfindən orderin həqiqətə uyğun olmadığı da sübuta yetirilməmişdir.\nQeyd olunan order ləğv edilməmiş və ya etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir.\nHəmin order isə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası\nQanununun 8.0.7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ\ngəlməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Başqa sözlə,\nQanunda 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ\ntəsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə\nmüqavilələri, sərəncamlar və orderlərlə yanaşı, həm də kollektiv bağçılıq-yoldaşlıq\ntəsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin\niclasının protokolundan çıxarışın təqdim olunması mütləq şərt kimi göstərilməmişdir. Yəni,\niddiaçının təqdim etdiyi order bağ sahəsinin onun adına rəsmiləşdirilməsinin aparılması\nüçün yetərli sənəddir, həmin sənədin təqdim edilməsi ilə yanaşı iddiaçı həm də adının\ngöstərildiyi BTK üzvlərinin siyahısını da təqdim etmək kimi bir vəzifə daşımır. Bundan\nəlavə, cavabdeh apellyasiya şikayətində göstərilən ərazinin digər hüquqi şəxsin torpaq\nsahəsi ilə üst-üstə düşməsini bildirsə də, bu hal iş materialları ilə təsdiqini tapmamışdır.\nHəmçinin cavabdeh həmin bağ sahəsi ilə bağlı digər şəxsin müraciət etməsini, iddiaçı ilə\nhəmin şəxs arasında bağ sahəsinə dair mübahisənin olmasını təsdiq edən hər hansı\n\nsübutu təqdim edə bilməmişdir. Halbuki, iş üzrə keçirilmiş ekspertizanın nəticəsinə dair\nekspert rəyindən görünür ki, X1 verilmiş 0.12 ha bağ sahəsi \"xxxx\" MMC-yə (\"xxxx\" MMC)\nməxsus ərazinin hüdudları daxilinə düşmür. Məhkəmə kollegiyası cavabdehin “bağların\nbölgüsünə dair sxematik xəritədə 56/57b bağ nömrəsi öz əksini tapmadığı və iddiaçının\ntəqdim etdiyi orderin nüsxəsinin idarənin arxivində aşkar olunmadığı” barədə dəlilinə\nmünasibətdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki,\nbağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmamasına, eləcə də\nX3 və İstismari Birliyinin qeydiyyat kitabının İdarənin arxivində olmamasına iddiaçı\nməsuliyyət daşımır və bu onun vəzifələrinə daxil deyil.\n22. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərarının ləğv\nedilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir.\n \nKASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ\n \nKassasiya şikayətinin dəlilləri\n23. Cavabdehin kassasiya şikayətinin dəlillərinə əsasən, aparılmış araşdırmalar\nnəticəsində məlum olmuşdur ki, bağların bölgüsünə dair sxematik xəritədə 56/57b bağ\nnömrəsi öz əksini tapmamış və iddiaçı tərəfindən təqdim edilən orderin nüsxəsi İdarənin\narxivində aşkar olunmamışdır. Həmçinin, qeyd olunan torpaq (bağ) sahəsi “Bakıtuneltikinti”\nbağçılıq-yoldaşlığına ayrılmış ərazidə yerləşir. Qeyd olunan səbəblərdən iddiaçının\nərizəsinin icrası mümkün olmamışdır.\nKassasiya şikayətinə qarşı etirazın dəlilləri\n24. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.\n \nTƏTBİQ EDİLƏN HÜQUQ\n25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası\nQanunu:\nMaddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı\nAzərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların\nəmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu\nhüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi\naktdır.\nMaddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən\nedilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət\nreyestrində aparılır.\nMaddə 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində\nolan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən\nicarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının\nüzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının\nprotokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin başqasına\nkeçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı\nüçün əsaslardan biri hesab olunur.\n26. İnzibati Prosessual Məcəllə\nMaddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız\napellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının\ndüzgün tətbiq edilməsini yoxlayır.\nMaddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu\ngündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin\n131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində\nmüvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.\nMaddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə\nməlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.\n\nMaddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi\ngöstərilməlidir.\nMaddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə\nqərar qəbul edir.\nMaddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını\n(qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya\nqismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin\nqərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər\nMaddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.\n \nKASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ\n \n27. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan\nlazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.\n28. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün\nhazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq\nyoxlanılacaqdır.\n \nKASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ\n29. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya\ninstansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının\ntələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq\nnormaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv\nolunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət\ntəmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən\nsaxlanılmalıdır.\n30. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı\ninstansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi\nməsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid\nmüvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa\nİnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).\n31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri\nmahiyyətcə iddia tələbinə qarşı etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla\nonlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri\nolan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və\nhərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı\napellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.\n32. Apellyasiya məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan\nnormaları baxımından iddiaçının sözügedən bağ sahəsi üzərində mülkiyyət hüququnun\nqeydiyyata alınması (və bu barədə müvafiq çıxarışın verilməsi) ilə bağlı məsələlər lazımi\nqaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual\nqanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla\nqiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş\nhəmin məsələləri təkrarlamağa lüzum qalmır.\n33. Apellyasiya məhkəməsi iddianın əsaslılığı ilə bağlı müəyyən olunmuş hallara\nhüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası,\napellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də\nrazılaşır. Bununla yanaşı, kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə\nkollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.\n34. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə münasibətdə cavabdeh\nReyestr Xidməti tərəfindən bərabərlik (bərabər yanaşma) prinsipi pozulmuşdur.\n35. Belə ki, mübahisəyə dair işin apellyasiya instansiyası məhkəməsi tərəfindən\nmüəyyən olunmuş hallarından görünür ki, Bakı şəhər X8 İcraiyyə Komitəsinin 20 oktyabr\n\n1989-cu il tarixli, 11/409 nömrəli qərarına əsasən X7, X9 və İddiaçı 60 nömrəli kooperativin\ntərkibinə keçirilmişdir.\n36. İş materiallarında olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-\n1(82)2143/2019 saylı, 13 iyun 2019-cu il tarixli qərarı ilə X4 Bakı şəhəri, Sabunçu rayonu,\nLəhiş bağ massivində yerləşən, ümumi sahəsi 0.13 ha olan 69/70 nömrəli bağ sahəsinə\nmülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi\ncavabdehə həvalə edilmiş, həmin qərar icra edilərək ona bu barədə müvafiq çıxarış, o\ncümlədən torpaq sahəsinə dair plan və ölçü sənədi verilmişdir. Həmin qərarın qərarın\nməzmunundan müəyyən olunur ki, X4 iddiası üzrə işin faktiki halları ilə hazırkı mübahisə\nüzrə işin halları oxşarlıq təşkil edir. Həmin qərar cavabdeh tərəfindən\nmübahisələndirilməmiş və icra edilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, əslində\ncavabdeh inzibati orqan qeyd olunan məhkəmə qərarı əsasında özünün yeni inzibati\npraktikasını yaratmışdır.\n37. Həmçinin nəzərə almaq lazımdır ki, eyni qərar əsasında iddiaçı ilə bərabər eyni\nkooperativin tərkibinə keçirilmiş X5 eyni kooperativ tərəfindən verilmiş order əsasında\nonun hüquqları qeydə alındığı və ona bu barədə müvafiq çıxarışın verildiyi halda, onunla\neyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya\nmünasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdeh\ntərəfindən imtina olunmuşdur.\n38. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci\nhissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət\nhakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları\ntəmin edilir.\n39. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və\nonu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm\nfaktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır.\n40. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji\nxüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınması məqsədlərinə xidmət\nedir. Nəzərə alınmalıdır ki, bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi\nzamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma\ntələbi diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Belə\nki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında\nbərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır.\n41. Bundan başqa, inzibati orqan tərəfindən hazırkı mübahisəyə münasibətdə eyni\nzamanda istinad olunan Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması\nprinsipi də də pozulmuşdur. Həmin prinsipə əsasən, inzibati orqanların inzibati\npraktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin normaya görə,\ninzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur.\n42. Nəzərə almaq lazımdır ki, inzibati orqan bir tərəfdən eyni faktiki hallara və hüquqi\nəsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün (o cümlədən və xüsusilə də\nməhkəmə qərarı əsasında) formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi\npraktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə\nhəmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin\npraktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad\nhüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu\nhallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq\ntətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun\nmüraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll\nolunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə\nimkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır.\n43. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, publik hüquq sahəsində həyata\nkeçirilən idarəçilik fəaliyyəti zamanı inzibati orqanların konstitusion prinsipləri, o cümlədən\nbərabər yanaşma və hüquqi dövlət prinsipindən irəli gələn etimadın qorunması prinsiplərini\nbirbaşa tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır.\n\n44. Nəticə etibarı ilə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası\nməhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olduğundan kassasiya şikayəti təmin\nedilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.\n45. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası\n \nQƏRARA ALDİ:\n \nKassasiya şikayəti təmin edilmir.\nBakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 oktyabr 2022-ci il tarixli, 2-\n1(103)-2452/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır.\nQərar qətidir.",
      "url": "file:///C:/Users/TechEvo%20Computers/Downloads/3ulduz/9_472%2B27.04.2023.pdf",
      "local_file": "021_d87694fafd.pdf",
      "local_text_file": "021_2-1(102)-472_2023.txt",
      "content_type": "application/pdf"
    },
    {
      "menbe": "Ali Məhkəmənin üç ulduzlu qərarları",
      "akt_novu": "Üç ulduzlu qərar",
      "tarix": "2022-06-13",
      "basliq": "2-1(102)-578/2022",
      "is_nomresi": "2-1(102)-578/2022",
      "movzu": "",
      "metn": "Azərbaycan Respublikası adından\nQƏRAR\nBakı şəhəri İş № 2-1(102)-578/2022 13.06.2022\nALİ MƏHKƏMƏ\nAzərbaycan Respublikası adından\nAzərbaycan Respublikası\nAli Məhkəməsinin İnzibati Kollegiyasının\nİddiaçı\ncavabdeh Dövlət Sosial Müdafiə Fondunun\nXüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına\nqarşı iş üzrə\nQ Ə R A R İ\n(Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin\nedilməsi; teplovoz maşinistləri və maşinist köməkçiləri)\nAzərbaycan Respublikası\nAli Məhkəməsinin İnzibati Kollegiyası\n\nHakimlər Kərimov Səyyad Əli oğlu-məruzəçi, Nəbizadə Rahib Sahib oğlu və Quliyev\nZakir Müslüm oğlundan ibarət tərkibdə,\nİddiaçı (xx.xx.1961 -ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə\nFondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “güzəştli şərtlərlə yaşa\ngörə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya\nMəhkəməsinin İnzibati Kollegiyasının 29 oktyabr 2021 -ci il tarixli, 2-1(103) -2150/2021\nnömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə\nyazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi.\nİŞİN HALLARİ\n1. ИT-İ ******* nömrəli, 25 oktyabr 1983 -cü il tarixdə açılmış əmək kitabçası ilə\nmüəyyən olunmuşdur ki, iddiaçı 15 avqust 1982 -ci il tarixdən 25 oktyabr 1983 -ci il\ntarixinədək 1 may kolxozunda quraşdırıcı çılingər, Azərbaycan\n“Hidrosantexnikquraşdırma” İdarəsində quraşdırıcı çılingər, Azərbaycan Dövlət İstilik\nElektrik X1tar tərtibatçısı, 5 sentyabr 1985 -ci il tarixdən 21 mart 1989 -cu il tarixinədək\nteplovoz maşinisti köməkçisi peşəsində işləmişdir. 21 mart 1989 -cu ildən hal-\nhazıradək teplovoz maşinisti peşəsində işləyir.\n2. İddiaçıya məxsus НЗ4019661 nömrəli hərbi biletə əsasən, iddiaçı 4 may 1980 -\nci il tarixdən 25 iyun 1982 -ci il tarixinədək həqiqi hərbi xidmətdə olmuşdur.\n3. \"xxxx\" MMC -nin 22 dekabr 2020 -ci il tarixli, 07-179 nömrəli istehsalat fəaliyyəti\nhaqqında arayışı ilə müəyyən olunmuşdur ki, iddiaçı 17 avqust 1984 -cü ildən 5\nsentyabr 1985 -ci ilədək “Azərbaycan DRES” -in (\"xxxx\" MMC) X7 (YNS) “lokomotiv\nbriqada -sında” qatar tərtibatçısı, 5 sentyabr 1985 -ci ildən 21 mart 1989 -cu ilədək\nteplovoz maşinisti köməkçisi, 21 mart 1989 -cu il tarixdən hal-hazıradək X9 Lokomotiv\nheyətində teplovoz maşinisti vəzifəsində işləyir. X11 stansiyanın dəmiryol nəqliyyatı\ntəsərrüfatını istifadə edir və \"xxxx\" MMC -nin mülkiyyətində olan dəmir yollarının\n(respublika dəmir yolu şəbəkəsi ilə əlaqəlidir) istismarını, təmirini və xidmətini həyata\nkeçirir. Həmin dəmir yollarının istismarı və xidmətində çalışan sex işçilərinin, teplovoz\nmaşinistlərinin və köməkçilərinin, qatar tərtibçilərinin, dispetçerlərin, çilingərlərin və s.\nəmək funksiyaları respublika tabeçiliyində olan dəmir yollarında məşğul olan eyni\npeşələrdə çalışan işçilərin əmək funksiyaları və iş şəraiti ilə eynilik təşkil edir. Qatar\ntərtibatçısı \"xxxx\" MMC -nin ünvanına gələn yüklərin (mazut çən-vaqon və başqa yük\nvaqonları) daşınması zamanı manevr işində iştirak edən işçilərin hamısının, o\ncümlədən lokomotiv briqadasının tam tərkibdə iş yerlərində olmasını və vaqonların\nhərəkət sahəsində yad əşyaların olub-olmamasını yoxlamaq, saxlanc başmaqlarının\nqoyulmasını təmin etməklə vaqonların düzgün verilməsini, boşalmasını və\nbağlanmasını yoxlamaq, vaqonların bir-biri ilə bağlı şəkildə olmaqla qatarın hərəkətini\ntəmin etmək, qatarların manevr etdiyi zaman işçilərin şəxsi təhlükəsizliyini, həmçinin\nhərəkət qatarının bütövlüyünü təmin etmək, yük vaqonlarının çeşidlənməsini və\nboşalmış vaqonların geri qaytarılmasını təmin etmək vəzifələrini yerinə yetirir.\nT eplovoz maşinisti və teplovoz maşinisti köməkçisi \"xxxx\" MMC -nin ünvanına gələn\nbütün yüklərin (mazut çən-vaqon və başqa yük vaqonları) daşınması, çeşidlənməsi və\nboşalmış yük vaqonlarının geri qaytarılması işlərini yerinə yetirir. T eplovoz maşinisti və\nteplovoz maşinisti köməkçisi növbətçilik cədvəli üzrə 12 saatlıq normalaşdırılmış iş\ngününə malikdir. İddiaçı işlədiyi müddət ərzində 17 avqust 1984 -cü il tarixdən hal-\nhazıradək zəhərli sahədə 12 saatlıq iş günü ərzində kimyəvi maddələr mr/m3 –\ntəhlükəlilik sinfi 3-4, səs-küy, nəmlilik, havanın cərəyan sürətinin, iş yerində havanın\ntemperaturunun normadan yuxarı olması faktorları mövcud olmuşdur. “İş şəraitinin”\nağır və zərərli olduğuna görə ona 17 avqust 1984 -cü il tarixdən hal-hazıradək 12%\nmiqdarında əlavə əmək haqqı ödənilir. Əmək şəraiti zərərli olduğu üçün iddiaçının\nəmək məzuniyyətinə 17 avqust 1984 -cü il tarixdən hal-hazıradək 6 əlavə gün\nverilmişdir. İddiaçının işlədiyi vəzifə Nazirlər Kabinetinin 23 yanvar 2007 -ci il tarixli, 12\nsaylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ\n\nverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısın”da 21.4.\nDəmiryol nəqliyyatı, dəmir - yol lokomotiv briqadasının fəhlələri və ayrı-ayrı kateqoriyalı\nişçilər bəndində nəzərdə tutulmuş teplovoz maşinistləri, maşinist köməkçiləri və qatar\ntərtibatçıları kateqoriyasına uyğun olaraq güzəştli iş stajı sayılır.\n4. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona 57 yaşdan güzəştli şərtlərlə\nyaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.\n5. Cavabdeh 14 dekabr 2020 -ci il tarixli məktubla müraciətin təmin olunmasından\nimtina etmişdir. Cavabdeh bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər\nKabinetinin 23 yanvar 2007 -ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli\nşərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin\nvə göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol\nlokomotivi briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4)\nteplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri vəzifələri nəzərdə\ntutulmuşdur. Mərkəzi Filiala təqdim edilən 25 oktyabr 1983 -cü il tarixli əmək\nkitabçasında onun 5 sentyabr 1985 -ci il tarixindən bugünədək “Azərbaycan DRES” X7\nteplovoz maşinisti köməkçisi və teplovoz maşinisti vəzifələrində işlədiyi qeyd\nolunmuşdur. Göründüyü kimi, bu sahə dəmiryol nəqliyyatına aid deyildir. Bu səbəbdən\ndə onun 1 yanvar 2006 -ci il tarixinədək tələb olunan güzəştli iş stajının olmadığı\nnəzərə alınaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı\nqanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.\nİŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ\nbirinci instansiya məhkəməsində icraat\n6. İddiaçı 18 yanvar 2021 -ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə\nmüraciət edərək, 1 yanvar 2006 -cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların\npensiya təminatı haqqında” Qanunun tələbləri nəzərə alınmaqla, ona 15 may 2019 -cu\nil tarixdən 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi\nöhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.\n7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxx 1961 -ci ildə Kəlbəcər\nrayonunun Babaşlar kəndində doğulmuşdur. 4 may 1980 -29 iyun 1982 -ci il tarixləri\narasında həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən sonra 15 avqust 1982 - 25\noktyabr 1983 -cü il tarixində Babaşlar kəndində 1 may kolxozunda quraşdırıcı çilingər\nişləmişdir. 1 noyabr 1983 -13 avqust 1984 -cü il tarixdə “Hidrosantexnikiquraşdırma”\nAzərbaycan Quraşdırma İdarəsində quraşdırıcı çilingər, 17 avqust 1984 -cü ildən\netibarən isə Azərbaycan Dövlət İstilik Elektrik X1tar tərtibatçısı vəzifəsində qəbul\nedilmişdir. 5 sentyabr 1985 -ci il tarixində həmin müəssisədə teplovoz maşinisti\nköməkçisi vəzifəsinə keçirilmiş və 21 mart 1989 -cu il tarixinə kimi həmin vəzifədə\nçalışmışdır. 17 avqust 1984 -1 yanvar 2006 -cı illər arasındakı əmək stajı güzəştli əmək\nstajı sayılmalıdır. İşlədiyi müddət ərzində 17 avqust 1984 -cü il tarixdən hal-hazıradək\nzərərli sahədə 12 saatlıq iş günü ərzində təhlükəli kimyəvi maddələr, səs küy, nəmlilik,\nhavanın cərəyan sürətinin, iş yerində havanın temperaturunun normadan yuxarı\nolması faktorları mövcud olmuşdur. İş şəraitinin ağır və zərərli olduğuna görə ona 17\navqust 1984 -cü il tarixdən hal-hazıradək əmək haqqına 12 % miqdarında əlavə əmək\nhaqqı ödənilmişdir. Əmək şəraiti zərərli olduğu üçün əmək məzuniyyətinə 17 avqust\n1984 -cü il tarixdən hal-hazıradək 6 təqvim günü əlavə məzuniyyət günü verilmişdir.\nİşlədiyi vəzifələr Nazirlər Kabinetinin 23 yanvar 2007 -ci il tarixli, 12 saylı Qərarı ilə\ntəsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən\nistehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.4 -cü bölməsinin\ndəmiryol nəqliyyatı, dəmir yol lokomotivi briqadasının fəhlələri və ayrı-ayrı kateqoriyalı\nişçilər yarımbölməsində teplovoz maşinistləri, maşinisti köməkçiləri və qatar\ntərtibatçiları kateqoriyasına uyğundur və bütün bu qeyd etdikləri Azərbaycan İstilik\nElektrik Stansiyası MMC -nin arayışı ilə təsdiq olunmuşdur. İşlədiyi X11 Azərbaycan\nİstilik Elektrik Stansiyası MMC -nin mülkiyyətində olan dəmiryollarının istismarını\nhəyata keçirir və bu sexdə çalışan işçilərin əmək funksiyaları respublika tabeçiliyində\n\nolan dəmir yollarında çalışan eyni kateqoriyalı işçilərin əmək funksiyaları ilə eynilik\ntəşkil edir.\n8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda\ngöstərilmişdir ki, iddiaçıya görə 1 yanvar 2006 -ci ilədək 25 il ümumi, 12 il 6 ay güzəştli\niş stajını toplamışdır. Buna görə də hesab edir ki,57 yaşının tamam olduğu 15 may\n2018 -ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir.\nCavabdeh 14 dekabr 2020 -ci il tarixli, **********5 saylı məktubla iddiaçının müraciətinin\nicrasından imtina etmişdir. İmtinada qeyd edilmişdir ki, iddiaçının 5 sentyabr 1985 -ci\nildən “Azərbaycan DRES“ X7 çalışdığı teplovoz maşinisti köməkçisi və teplovoz\nmaşinisti peşələri dəmiryol nəqliyyatına aiddir. Lakin iddiaçının çalışdığı sahə dəmiryol\nnəqliyyatına aid deyildir. İddiaçı Nazirlər Kabinetinin 23 yanvar 2007 -ci il tarixli, 12\nsaylı qərarı ilə təsdiqlənmiş Siyahının 21.4 -cü bəndinə istinad edir. Lakin nəzərə\nalmaq lazımdır ki, Nazirlər Kabinetinin 1 iyun 1993 -cü il tarixli, 320 saylı qərarı ilə\ntəsdiqlənmiş 2 nömrəli Siyahıya istinad edə bilər. Belə ki, iddiaçı pensiya hüququnun 1\nyanvar 2006 -ci il tarixədək yarandığını iddia etmişdir. Nazirlər Kabinetinin 320 saylı\nQərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda “teplovoz, elektrovoz maşinistləri və\nmaşinist köməkçiləri(kod: 23001000 -142241) peşəsi nəzərdə tutulmuşdur. Həmin\npeşə 2 saylı Siyahının “XXVİİİ.Nəqliyyat” bölməsinin (kod:********) ”1.Dəmiryol\nnəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçiləri\nadlanan 1-ci alt-bəndində (kod ********) öz əksini tapmışdır. İddiaçının nəqliyyat\nsahəsinə aid olan müəssisədə çalışmadığı mübahisəsizdir. Belə ki, iddiaçı \"xxxx\"\nMMC -də çalışmışdır. Dolayısı ilə iddiaçı “Nəqliyyat” bölməsinə istinad etməkdə haqlı\ndeyildir. \"xxxx\" MMC -nin 22 dekabr 2020 -ci il tarixli İstehsalat fəaliyyəti haqqında\narayışı mötəbər sayıla bilməz. Çünki MMC onun fəaliyyət sahəsinə aid olmayan\npeşənin nəzərdə tutulduğu bölməyə istinad etmişdir.\n9. Bakı İnzibati Məhkəməsinin 5 may 2021 -ci il tarixli, 2-1(112)-3667/2021\nnömrəli qərarı (hakim X4) ilə iddia rədd edilmişdir.\n10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında”\nqanunun qüvvəyə mindiyi günə-1 yanvar 2006-cı il tarixinə qədər Azərbaycan\nRespublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq\nedilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların,\npeşələrin, vəzifələrin və göstəricilərinin” 2 nömrəli Siyahısında iddiaçının işlədiyi teplovoz\nmaşinisti peşəsi nəzərdə tutulsa da, iddiaçının işlədiyi istehsalata (istilik elektrik\nstansiyasına) aid bölmədə deyil, “XXVİİİ. Nəqliyyat. Dəmiryol nəqliyyatı” bölməsində\nnəzərdə tutulmuşdur. İddiaçının istinad etdiyi Azərbaycan Respublikası Nazirlər\nKabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə\nyaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və\ngöstəricilərin Siyahısı”nın 21.4. Dəmiryol nəqliyyatı. bölməsində göstərilmiş peşəyə də\niddiaçının “Azərbaycan DRES“-in X7 işlədiyi peşə uyğun gəlməmişdir. İddiaçının 1 yanvar\n2006-ci il tarixə ümumi iş stajının 25 ildən artıq olmasına baxmayaraq, əmək fəaliyyəti\ndövründə işlədiyi peşələrin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə\nolmadığı təsdiq edildiyindən, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin\nedilməsindən cavabdehin imtinası qanuni və əsaslı olmuşdur.\n11. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia\ntələbinin təmin olunmasını xahiş etmişdir.\napellyasiya instansiyasıməhkəməsindəicraat\n12. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı Apellyasiya\nMəhkəməsinə müraciət edərək ona 15 may 2018-ci il tarixdən 57 yaşından, 1 yanvar 2006-cı\nil tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun güzəştli\npensiya təyinatı üçün yaşa görə tələbləri nəzərə alınmaqla, güzəştli şərtlərlə yaşa görə əmək\npensiyasınıntəyin edilməsi öhdəliyinincavabdehin üzərinə qoyulmasınıxahiş etmişdir.\n\n13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 oktyabr 2021-ci il tarixli,\n2-1(103)-2150/2021 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə\nicraata qəbul edilmişdir.\n14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 oktyabr 2021-ci il\ntarixli, 2-1(103)-2150/2021 nömrəli qərarı (hakimlər X13-sədrlik edən və məruzəçi, X6 və\nX3) ilə Bakı İnzibati Məhkəməsinin 5 may 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni\nqərar qəbul edilmiş, iddia təmin edilmiş, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək\npensiyasının 57 yaşının tamam olduğu 15 may 2018-ci il tarixdən təyin olunması vəzifəsi\ncavabdehə həvalə edilmişdir.\n15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının hərbi xidmət\nmüddəti və 1 yanvar 2006-cı il tarixə qədər iş stajını nəzərə aldıqda, 1 yanvar 2006-cı il tarixə\nqədər iddiaçının 25 ildən yuxarı ümumi iş stajı mövcuddur. Bu hal cavabdeh tərəfindən də\nmübahisələndirilməmişdir. İddiaçının işlədiyi “teplovoz maşinisti” və “teplovoz maşinisti\nköməkçisi” vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli,\n320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa\ngörə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və\ngöstəricilərin 2 nömrəli Siyahısı”nda “23000000 XXVİİİ. Nəqliyyat 1. Dəmiryol nəqliyyatı.\nDəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər. Kod 23001000—\n14241-“teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri”, kod 23001000—16878-\n“teplovozlardamaşinist köməkçilər” peşələrinə uyğundur.İddiaçının gördüyü iş, tutduğu vəzifə\nvə malik olduğu peşə ilə Siyahıda bilavasitə nəzərdə tutulan və güzəştli şərtlərlə yaşa görə\nəmək pensiyası hüququ verən istehsalat sahəsi, iş, vəzifə, peşə arasındakı, habelə həmin iş,\nvəzifə və peşənin icra olunduğu əmək şəraitləri arasındakı eyniliyi təsdiq edən istehsalat\nfəaliyyəti haqqında arayış təqdim olunmuşdur. İddiaçının işlədiyi müəssisə tərəfindən verilmiş\narayış qeyd olunan vəzifələr və onları icra olunduğu əmək şəraiti arasındakı uyğunluğu\n(eyniliyi) təsdiq edir. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif istehsalat\nsahələrində (hazırkı halda, nəqliyyat və istehsal sahələrində) işlərin, vəzifələrin və peşələrin\nadlarının eyniliyindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra\netdiyi funksional vəzifənin və əmək şəraitinin eyniliyinin, deməli, həm də əmək şəraitinin\nxüsusilə ağırlığına və zərərliliyinə dair eyni və ya oxşar əsasların, faktiki halların\nmövcudluğunun təsdiq olunmasından gedir. Azərbaycan İstilik Elektrik Stansiyası MMC-nin\narayışında qeyd olunmuşdur ki, iddiaçının işlədiyi X11 Azərbaycan İstilik Elektrik Stansiyası\nMMC-nin mülkiyyətində olan dəmiryollarının istismarını həyata keçirir və bu sexdə çalışan\nişçilərin əmək funksiyaları respublika tabeçiliyində olan dəmir yollarında çalışan eyni\nkateqoriyalı işçilərin əmək funksiyaları ilə eynilik təşkil edir. T eplovozmaşınisti və teplovoz\nmaşınisti köməkçisi \"xxxx\" MMC-nin ünvanına gələn bütün yüklərin (mazut çən-vaqon və\nbaşqa yük vaqonları) daşınması, çeşidlənməsivə boşalmış yük vaqonlarınıngeri qaytarılması\nişlərini yerinə yetirir. Azərbaycan İstilik Elektrik Stansiyasınıniddiaçıya təqdim etdiyi güzəştli iş\nstajı barədə arayışda sağlamlığa zərərli iş şəraitini xarakterizə edən istehsalat faktorları\ngöstərilməklə, iddiaçının respublika tabeçiliyində olan dəmir yollarında eyni peşələrdə işləyən\nişçilərlə identik vəzifə öhdəliklərini yerinə yetirdiyi və iş şəraitində çalışdığı qeyd olunmuşdur.\nBeləliklə, iddiaçının 1 yanvar 2006-cı il tarixədək həm 25 il ümumi, həm də 12 il 6 ay güzəştli\nstajı tamam olduğundan ona 57 yaşının tamam olduğu 15 may 2018-ci il tarixdən yaşa görə\nəmək pensiyasınıntəyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.\n16. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin\ntəmin olunmamasınıxahiş etmişdir.\nKASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ\nkassasiya şikayətinin dəlilləri\n17. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə\nqarşı yazılı etirazda göstərilənlər təşkil edir.\nkassasiya şikayətinə qarşı etirazın dəlilləri\n18. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazın əsasını iddia\n\nərizəsində göstərilənlər təşkil edir. Etirazda əlavə olaraq göstərilmişdir ki, Azərbaycan\nRespublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq\nedilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli\nşərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və\ngöstəricilərin 2 nömrəli Siyahısı”nın (sonradan-Siyahı) XXVİİİ. Nəqliyyat bölməsinin\n23001000 Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı\nkateqoriyalı işçilər yarımbölməsində 23001000-14241 teplovoz, elektrovoz maşinistləri və\nmaşinist köməkçiləri, 23001000-16878 teplovozlarda maşinist köməkçiləri bəndlərinə\nuyğun olaraq işlədiyi vəzifələr güzəştli sayılmalıdır. Həm də qanunverici orqan\nyarımbölmənin adını müəyyən edərkən Dəmiryol nəqliyyatı, Dəmiryol lokomotiv\nbriqadalarının fəhlələri adı altında peşələri ümumi olaraq adlandırmış və istehsalat\nsahəsinə görə fərqləndirmə aparmamışdır. Qanunverici eyni Siyahıda bir çox dəfə eyni\nvəzifələrin bir istehsalat sahəsində güzəştli pensiya hüququ verdiyini, digər istehsalat\nsahəsində isə belə bir hüquq vermədiyini xüsusi olaraq göstərməmişdir. Belə hallarda\nqanunverici Siyahının tam adında qeyd edilən göstəricilərdən istifadə etmişdir. Misal\nolaraq, həmin yanmbölmədə (Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının\nfəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər yarımbölməsində) 23001000—19825 şifrəsi ilə\nqeyd edilmiş magistral dəmiryollarının əlaqə şəbəkəsinin elektrik montyorları, elektrik\nmexanikləri, yol montyorları qeyd edilmişdir. Belə ki, dəmiryollarında işləyən bütün elektrik\nmontyorlarına, elektrik mexaniklərinə, yol montyorlarına o halda güzəştli pensiya hüququ\nverilmişdir ki, həmin dəmiryolu magistral dəmiryolu sayılsın. Lakin qanunverici belə fərqli\nyanaşmanı teplovoz maşinisti və onun köməkçiləri üçün nümayiş etdirməmişdir. Əgər işçi\nteplovoz maşinisti və ya onun köməkçisi işləyirsə, artıq güzəştli pensiya hüququ verən\npeşə sayılmaqdadır və bu işçinin həmin vəzifələrdə öz əmək fəaliyyətini magistral olan və\nolmayan dəmir yollarında həyata keçirməsindən asılı deyil.\n19. Siyahıda uyğun bölmədə və yanmbölmədə konkret olaraq göstərilmiş peşənin\ngüzəştli pensiya hüququ verib-verməməsi cavabdeh tərəfindən mübahisələndirilmişdir.\nCavabdeh Azərbaycan İstilik Elektrik Stansiyasının dəmiryolu nəqliyyatı təsərrüfatının\nolmasını, həmin təsərrüfatın X11 vasitəsilə həyata keçirilməsi faktını qəbul etməmişdir.\nHəmin dəmir yolları respublika dəmir yolları şəbəkəsi ilə əlaqədar olaraq istilik elektrik\nstansiyasının yanacaq kimi istifadə etdiyi mazut və həmin istehsalatda istifadə edilən\nmüxtəlif təyinatlı yüklər daşınması üçün istifadə edilir. Bunun üçün teplovoz maşinisti və\nonun köməkçisindən ibarət lokomotiv heyəti idarə etdikləri teplovozla respublika dəmir\nyollarına çıxaraq oradakı stansiyalardan mazut və digər yükləri götürərək istilik elektrik\nstansiyasına daşıyırlar. Həmçinin həmin vəzifədə işləyənlər yüksəs səs-küy, zəhərli\nqazlar(teplovoz duru yanacaqla işləyir), yüksək gərginlikli elektrik xətlərinin yaratdığı\nyüksək intensivli maqnit sahəsinin təsirinə məruz qalırlar. Bu zərərli faktorlar işəgötürən\ntərəfindən verilmiş arayışda ətraflı izah edilmişdir.\n20. İddiaçı kassasiya şikayətinə etiraza \"xxxx\" MMC tərəfindən verilmiş 8 fevral 2022-ci il\ntarixli, 07-06 saylı arayışı əlavə etmişdir. Arayışda qeyd edilmişdir ki, İddiaçı \"xxxx\" MMC-nin\nX9 “lokomotiv heyətində TЭM 2yM-694 və TЭM 2yM-8408 saylı teplovozların idarə\nolunmasında 5 sentyabr 1985-ci ildən 21 mart 1989-cu ilədək teplovoz maşinisti köməkçisi və\n21 mart 1989-cu il tarixdən hal-hazıradək teplovoz maşinisti vəzifəsindəişləmişdir.\nTƏTBİQ EDİLƏN HÜQUQ\n21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu\nMaddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi\nsahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların,\npeşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq\nolunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il\nsığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar –\n55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini\nhəmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək\npensiyası hüququ vardır.\n\nMaddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində\ngöstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə\npensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən\nedilmiş tələblərə müvafiq surətdə təyin edilir.\n22. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu\nMaddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə\nyaşa görə pensiya hüququna aşağıdakılar malikdir: ...\nb)  əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər —\nistehsalatların,  peşələrin,  vəzifələrin və  göstəricilərin Azərbaycan Respublikası Nazirlər\nKabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və\nazı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa;\nVətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997-\nci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə\ntutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay\nartırılmışdır.\n23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli qərarı ilə\ntəsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan\nneftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin,\npeşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısı\nXXVİİİ. Nəqliyyat. - Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və\nayrı-ayrı kateqoriyalı işçilər bölməsi – (23001000—14241) - teplovoz, elektrovoz\nmaşinistləri və maşinist köməkçiləri\nXXVİİİ. Nəqliyyat. - Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və\nayrı-ayrı kateqoriyalı işçilər bölməsi – (23001000—16878) - teplovozlarda maşinist\nköməkçiləri\n24. ““Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası\nQanununun tətbiqinə dair bəzi məsələlər haqqında” izahat (16 iyul 2019-cu ilə qədər\nqüvvədə olmuşdur)\nBölmə 7. İ və İİ nömrəli Siyahıların tətbiqinə dair bəzi məsələlər haqqında.\nT eplovoz, elektrovoz maşinistləri və maşinist köməkçilərinə (23001000-14241)\nonların Azərbaycan Respublikası Dəmiryollar İdarəsinin dəmiryol xətti şəbəkəsinin,\nzavoddaxili dəmiryol nəqliyyatının, yaxud digər idarə və nazirliyin tabeliyində olan hər\nhansı bir müəssisənin dəmiryol nəqliyyatının işçisi olmasından asılı olmayaraq 2 nömrəli\nsiyahı üzrə imtiyazlı pensiya təyin oluna bilər.\n25. İnzibati Prosessual Məcəllə\nMaddə 14. Sübut etmə vəzifəsi\n14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar\nüzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut\netmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı\ninzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna\nistinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati\norqanın üzərinə düşür.\nMaddə 96. Ali Məhkəmədə icraat\n96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə\nqərar qəbul edir.\n96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını)\ndəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni\nqərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara\nqarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.\nMaddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı\n98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.\nKASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ\n\n26. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal\nbaxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.\n27. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün\nhazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq\nyoxlanılacaqdır.\nKASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ\n28. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini\naraşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası\nməhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə\nriayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq\nnormaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya\nməhkəməsi tərəfindən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi\nhüquq normalarının tətbiqini qanuni və əsaslı sayır. Apelyasiya instansiyası\nməhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən\nedilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı\ndəyişdirilmədən saxlanılmalıdır.\n29. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə\nfundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya\nməhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin\ntəşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq\nqanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan\nhüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).\n30. Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyindən çıxış edərək\nməhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətində irəli sürülən\nmahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab\nedərək, onun qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi\nilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı\nmübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin\nhallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki\nhalları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.\n31. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə əlavə\nolaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.\n32. Hazırkı mübahisəyə münasibətdə aydınlaşdırılmalı olan məqam müxtəlif\niqtisadi fəaliyyət istiqamətli ayrı-ayrı müəssisələrin dəmiryolu şəbəkələrində teplovoz\nmaşinisti və maşinist köməkçisi (eləcə də qatar tərtibatçısı) işləmiş şəxslərin\npeşələrinin iqtisadi fəaliyyət sahəsi baxımından güzəştli pensiya hüququ verən\nsiyahının dəmiryolu nəqliyyatı bölməsində nəzərdə tutulmuş müvafiq peşələrə\nuyğunluğunu müəyyənləşdirməkdən ibarətdir.\n33. Cavabdehin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçının\nçalışdığı müəssisə (\"xxxx\" MMC) dəmiryolu nəqliyyatı sahəsinə aid deyildir və bu\nbaxımdan iddiaçı həmin müəssisədə işlədiyi peşələrlə bağlı Nazirlər Kabinetinin 21\niyun 1993 -cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır\nolan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən\nistehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda\nnəzərdə tutulmuş müvafiq peşələrə istinad edə bilməz.\n34. Məhkəmə kollegiyası qeyd edir ki, dəmiryolları iqtisadi fəaliyyət sahəsi olaraq\ntəyinatına görə (yüklərin və sərnişinlərin) daşıma xidmətlərinin həyata keçirilməsi\nməqsədlərinə xidmət edir. Bu mənada, dəmiryolları fəaliyyət sahəsi kimi digər iqtisadi\nfəaliyyət sahələrindən özünün spesifik və müəyyən mənada universal xarakteri ilə\nfərqlənir. Daha dəqiq deyilsə, dəmiryolları konkret istehsalat sahəsinə və ya\nmüəssisəyə (idarəyə) bağlı fəaliyyət sahəsi kimi deyil, idarə və müəssisə\nmənsubiyyətindən və tabeçiliyindən asılı olmayaraq funksional təyinatına uyğun\nümumi anlamda qəbul edilməlidir.\n\n35. Dəmiryollarının və dəmiryolu nəqliyyat vasitələrinin yalnız \"xxxx\" QSC -nin\nistifadəsində olan magistral dəmiryol xətləri ilə məhdudlaşdırılması ölkənin vahid\ndəmiryolları sisteminin vahidliyi baxımından yolverilməzdir. Bu yanaşma ona əsaslanır\nki, Azərbaycan Respublikasının dəmiryolları sistemi yalnız \"xxxx\" QSC -nin\nidarəçiliyində olan magistral dəmiryolları şəbəkəsini deyil, həm də təşkilati -hüquqi və\nmülkiyyət formasından asılı olmayaraq ayrı-ayrı müəssisələrin həmin magistral yollara\nçıxışı olan və daşımaların həyata keçirildiyi dəmiryolları şəbəkələrini də ehtiva edir. Bu\nzaman nəzərə alınmalıdır ki, \"xxxx\" QSC -nin istifadəsində olan magistral dəmiryolları\nda Azərbaycan Respublikasının vahid dəmiryolları sisteminə tərkibinə daxildir və\nümumi istifadədə olmaqla sərnişinlərin və yüklərin daşınması funksiyasını yerinə\nyetirir.\n36. Həmçinin nəzərə almaq lazımdır ki, dəmiryolu şəbəkəsinin, eləcə də həmin\nşəbəkədə təyinatı üzrə istismar edilən və daşımaları həyata keçirən teplovozların\nfərqli iqtisadi fəaliyyət sahəsinə aid müəssisəyə mənsubiyyəti prinsip olaraq həmin\ndəmiryolu şəbəkəsinin və teplovozların funksional təyinatını və istismar xarakterini\ndəyişdirmir və dəyişdirmək imkanına da malik deyildir.\n37. Bu baxımdan güzəştli şərtlərlə pensiya təyin olunarkən nəzərə almaq\nlazımdır ki, Nazirlər Kabinetinin 21 iyun 1993 -cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq\nedilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli\nşərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və\ngöstəricilərin 2 nömrəli Siyahısı”nın müvafiq bəndi yalnız yalnız \"xxxx\" QSC -nin\nidarəçiliyində olan magistral dəmiryollarında çalışan teplovoz maşinistlərinə və\nmaşinist köməkçilərinə deyil, həm də təşkilati -hüquqi və mülkiyət formasından asılı\nolmayaraq istənilən müəssisəyə aid dəmiryollarında və dəmiryolu nəqliyyat\nvasitələrində, o cümlədən teplovozlarda çalışan və bilavasitə daşımalarla məşğul olan\nmaşinistlərə və maşinist köməkçilərinə də şamil olunmalıdır.\n38. Qeyd etmək lazımdır ki, bu kateqoriyadan olan işçilərin güzəştli şərtlərlə\npensiya hüququ çalışdıqları müəssisələrin iqtisadi profilinə və ya müəssisənin\ntabeçiliyinə deyil, həmin şəxslərin funksional fəaliyyət sahəsinə və peşə\nmənsubiyyətinə bağlıdır. Bu baxımdan ayrı-ayrı müəssisələrin dəmiryol nəqliyyatı\nstruktur vahidində işləyən və daşımalarla məşğul olan teplovoz maşinistləri və\nmaşinist köməkçiləri də magistral dəmiryollarının nəqliyyat vasitələrinin, o cümlədən\nteplovozların maşinistləri və maşinist köməkçiləri anlamında qəbul edilməlidir.\nHəmçinin nəzərə almaq lazımdır ki, həm magistral dəmir yollarında, həm də\nmüəssisələrin dəmiryol nəqliyyatı struktur vahidlərində işləyən və daşımalarla məşğul\nolan teplovoz maşinistləri və maşinist köməkçiləri eyni peşənin daşıyıcılarıdırlar və\nməzmun baxımından eyni funksiya və vəzifələri yerinə yetirirlər. Bu baxımdan, həmin\nşəxslər hansı müəssisəyə aid dəmiryolunda və dəmiryolu nəqliyyatında teplovoz\nmaşinisti və maşinist köməkçisi işləməsindən asılı olmayaraq, peşə ümumiliyinə görə\ngüzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Başqa sözlə, qeyd olunan şəxslərin\ngüzəştli şərtlərlə pensiya hüququ çalışdıqları müəssisənin iqtisadi fəaliyyət sahəsinə\nvə müəssisəyə deyil, həmin müəssisənin struktur vahidində onların həyata keçirdikləri\nfəaliyyətin funksional təyinatına və məzmununa bağlıdır. Burada həlledici məqam\nonların icra etdikləri funksiyaların güzəştli pensiya hüququ verən və siyahıda nəzərdə\ntutulan peşəyə bağlı olmasıdır.\n39. Yuxarıda ifadə olunan mövqeyə əsaslanaraq məhkəmə kollegiyası hesab\nedir ki, təşkilati -hüquqi və mülkiyət formasından asılı olmayaraq fərqli müəssisələrə\naid dəmiryollarında və bilavasitə daşımalarla məşğul olan dəmiryol nəqliyyatı\nvasitələrində, o cümlədən teplovozlarda çalışan maşinistlərin və maşinist\nköməkçilərinin qanunla nəzərdə tutulmuş digər şərtlər daxilində imtiyazlı pensiya\nhüququ tanınmalıdır.\n40. Hazırkı mübahisəyə münasibətdə işin apelyasiya məhkəməsi tərəfindən\nmüəyyən olunmuş hallarından görünür ki, \"xxxx\" MMC -nin dəmiryolları şəbəkəsi\n\nelektrik enerjisinin istehsalı üçün zəruri olan mazut yanacağının və digər yüklərin\ndaşınması məqsədləri üçün istifadə edilir və respublikanın magistral dəmir yolları\nsisteminə çıxışı vardır. İddiaçı \"xxxx\" MMC -nin X7 \"xxxx\" MMC -yə aid dəmiryolu\nşəbəkəsində lokomotiv heyətinin teplovoz maşinisti və maşinist köməkçisi işləmiş və\nyükdaşımalarla məşğul olmuşdur.\n41. İddiaçının çalışdığı X9 aid olduğu müəssisənin funksional baxımdan və\nistehsalat təyinatına görə nəqliyyat sahəsinə aid olmaması, həmin müəssisənin\nistehsalat zərurəti ilə əlaqədar malik olduğu və istifadə etdiyi dəmiryolu şəbəkəsinin\nölkənin dəmiryolları sisteminə, eləcə həmin şəbəkədə təyinatı üzrə istismar edilən və\nyükdaşımaları həyata keçirən teplovozların dəmiryol nəqliyyatı vasitələrinə aid\nolmasını istisna etmir və edə də bilməz. Həmin müəssisənin dəmiryolu şəbəkəsi\nfəaliyyət sahəsi olaraq müəssisənin əsas və aparıcı fəaliyyət sahəsinin tərkib hissəsi\nkimi deyil, funksional baxımdan həmin fəaliyyət sahəsinin və istehsal prosesinin\ntəminatı üçün zəruri xammalın və istehsal prosesinin nəticəsi olan məhsulların\ndaşınması üçün nəzərdə tutulmuş ümumi dəmiryolları sisteminin ayrılmaz tərkib\nhissəsi kimi nəzərdən keçirilməlidir.\n41. Beləliklə, yuxarıda qeyd olunanlar baxımından məhkəmə kollegiyası Ali\nMəhkəmənin əvvəlki təcrübəsindən fərqli olaraq hesab edir ki, iddiaçının \"xxxx\" MMC -\nnin X7 \"xxxx\" MMC -yə aid dəmiryolları şəbəkəsində lokomotiv heyətinin teplovoz\nmaşinisti və maşinist köməkçisi kimi işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər\nKabinetinin 21 iyun 1993 -cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək\nşəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya\nhüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli\nSiyahısı”nın dəmiryol nəqliyyatı bölməsində (eləcə də Azərbaycan Respublikası\nNazirlər Kabinetinin 23 yanvar 2007 -ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş\n“Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin,\nvəzifələrin və göstəricilərin Sıyahısı”nda (21-ci Bölmə. Nəqliyyat. 21.4 -cü bənd.\nDəmiryol Nəqliyyatı. Dəmiryol Lokomotiv briqadalarının fəhləsi və ayrı-ayrı kateqoriyalı\nişçilər. Altıncı abzas teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri) nəzərdə\ntutulmuş müvafiq peşələrə uyğun sayılmalıdır.\n42. Hazırkı mübahisəyə münasibətdə nəzərə alınmalıdır ki, Azərbaycan\nRespublikası Nazirlər Kabinetinin 21 iyun 1993 -cü il tarixli, 320 nömrəli Qərarı ilə\n“Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə\npensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2\nnömrəli Siyahısı”nda teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri\npeşələrinin dəmiryolu nəqliyyatı bölməsində nəzərdə tutulması həmin bölmənin\nmüəssisələrə aid dəmiryollarında və bilavasitə daşımalarla məşğul olan dəmiryol\nnəqliyyatı vasitələrində, o cümlədən teplovozlarda çalışan maşinistlərə və maşinist\nköməkçilərinə münasibətdə iqtisadi fəaliyyət sahəsi baxımından tətbiq olunmasını\nistisna edən hal kimi təfsir oluna bilməz.\n43. Beləliklə, qanunvericiliyin yuxarıda istinad olunan normalarının müddəaları\nbaxımından iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin\nedilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının\nmövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı\nistinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik\ntələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin\nqərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.\n44. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına\nhüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya\nməhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.\n45. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası\nQƏRARA ALDİ:\nCavabdehin kassasiya şikayəti təmin edilmir.\n\nBakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 oktyabr 2021-ci il tarixli, 2-\n1(103)-2150/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır.\nQərar qətidir.",
      "url": "file:///C:/Users/TechEvo%20Computers/Downloads/3ulduz/9_578%2B13.06.2022.pdf",
      "local_file": "022_90d66acf9f.pdf",
      "local_text_file": "022_2-1(102)-578_2022.txt",
      "content_type": "application/pdf"
    },
    {
      "menbe": "Ali Məhkəmənin üç ulduzlu qərarları",
      "akt_novu": "Üç ulduzlu qərar",
      "tarix": "2023-05-11",
      "basliq": "2-1(102)-623/2023",
      "is_nomresi": "2-1(102)-623/2023",
      "movzu": "",
      "metn": "Azərbaycan Respublikası adından\nQƏRAR\nBakı şəhəri İş № 2-1(102)-623/2023 11.05.2023\nALİ MƏHKƏMƏ\nAzərbaycan Respublikası adından\nAzərbaycan Respublikası Ali Məhkəməsinin\nİnzibati Kollegiyasının\nİddiaçı1 və İddiaçı2\nƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza\nvə Reabilitasiya Agentliyinə\nqarşı iş üzrə\nQ Ə R A R İ\n(Açar sözlər: məhkəmə qərarının icrası, məhkəmənin hüquqi mövqeyinin nəzərə\nalınması, inzibati orqanın üzərinə qoyulmuş öhdəliklərin icra olunmamasına görə\ncərimə tətbiq edilməsi)\nAzərbaycan Respublikası\nAli Məhkəməsinin İnzibati Kollegiyası\n\nhakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və\nBədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə,\nTələbkar İddiaçı2 borclu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi\nNazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi\nşəxsinə qarşı məhkəmə qərarının icra olunmamasına görə cərimənin tətbiq edilməsi ilə bağlı\nmüraciətinə dair Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 dekabr 2022-ci il\ntarixli, 2-1(107)-452/2022 nömrəli qərardadından tələbkar tərəfindən verilmiş kassasiya\nşikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi.\nİŞİN HALLARİ\n1. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 21 iyun 2022-ci il\ntarixli, 2-1(102)-1058/2022 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati\nKollegiyasının 24 fevral 2022-ci il tarixli 21(107)-95/2022 nömrəli qərarı ləğv edilmiş,\nAzərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət\nTibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 16 yanvar 2020-ci il tarixli imtina qərarı\nləğv edilməklə onun üzərinə 10 fevral 2008-ci il tarixdə doğulmuş Ramazanzadə Elvin Sabir\noğluna aid 0256003AAJ7T nömrəli göndərişə məhkəmənin bu qərarda ifadə olunan hüquqi\nmövqeyini nəzərə almaqla yenidən baxmaq öhdəliyi qoyulmuş, iddia qalan hissədə təmin\nedilməmişdir.\n2. İş birinci instansiya məhkəməsinə qaytarıldıqdan sonra Şəki İnzibati Məhkəməsi\nxx.xx.2022-ci il tarixli məktubla Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati\nKollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-1058/2022 nömrəli qərarından çıxarışı icra\nedilməsi üçün borclu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi\ntabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərmiş, qərarın\nicra edilməsi və qərarın icrasını təsdiq edən sənədlərin məhkəməyə təqdim edilməsi üçün bir\nay müddət müəyyən etmiş, əks təqdirdə, borclu orqana cərimə tətbiq olunacağı barədə\nxəbərdarlıq etmişdir. İşdəki poçt xəbərnaməsindən görünür ki, sözügedən məktub 15 avqust\n2022-ci il tarixdə borcu inzibati orqan tərəfindən qəbul edilmişdir.\n3. Lakin məhkəmə tərəfindən müəyyən olunmuş 1 (bir) aylıq müddət ərzində\nAzərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarının icrasını təsdiq\nedən sənədlər Şəki İnzibati Məhkəməsinə təqdim olunmamışdır.\n4. Tələbkar 27 oktyabr 2022-ci il tarixdə məhkəməyə müraciət edərək məhkəmə\nqərarının icra edilmədiyini bildirmiş və qərarı icra etməyən vəzifəli şəxsin cərimə olunmasını\nxahiş etmişdir.\n5. İcraya nəzarət edən məhkəmə borclu inzibati orqan barəsində cərimənin tətbiqi\nməsələsinə baxılması üçün xx.xx.2022-ci il tarixə məhkəmə iclası təyin etmiş, məhkəmənin\nxx.xx.2022-ci il tarixli məktubu ilə tərəflərə bu barədə məlumat verilmişdir.\n6. Bundan sonra borclu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi\nNazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəmə\nqərarının icrası məsələsinə dair 25 oktyabr 2022-ci il tarixli məktubu 02 noyabr 2022-ci il\ntarixdə məhkəməyə daxil olmuşdur. Həmin məktubda göstərilmişdir ki, xx.xx.2022-ci il tarixli\n**********6 nömrəli çağırışla E.Ramazanzadə əlillik vəziyyətinin obyektiv qiymətləndirilməsi\nüçün tibbi sənədlərlə birgə əyani müayinə olunmaq üçün Agentliyə dəvət olunsa da,\nvətəndaş əyani müayinə üçün Agentliyə müraciət etməmişdir.\n7. Borclu tərəfindən göndərilən və məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmuş\nelektron məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati\nKollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-1058/2022 nömrəli qərarının icrası ilə bağlı\nRamazanzadə Elvin Sabir oğluna aid sonuncu Forma 88 yenidən qiymətləndirilmiş və\nməhkəmə qərarı icra olunmuşdur.\n8. Borclunun göstərilən məktubuna xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikasının\nƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və\nX1-sosial Ekspert Komissiyasının qərarının surəti əlavə edilmişdir. Həmin qərardan görünür\n\nki, Ramazanzadə Elvin Sabir oğlunun dövlət tibb müəssisəsinin 0256003AAJ7T nömrəli\ngöndərişi əsasında əlillik vəziyyəti şəxsin iştirakı olmadan qiymətləndirilmiş, göndəriş\nəsasında sağlamlıq imkanları məhdudluğunun və ya orqanizmin funksiyalarının pozulma\nfaizinin təyinatının aparılması mümkün olmadığı və xəstənin hazırkı vəziyyətinin, qıcolmaların\ntezliyinin və xarakterinin dəqiqləşdirilməsi, eləcə də ətraflı köməkçi diaqnostik müayinələrin\naparılması üçün əlavə müalicəyə ehtiyacının olması barədə qərar verilmişdir.\nİŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ\na) birinci instansiya məhkəməsində icraat\n9. Tələbkar məhkəməyə müraciət edərək bildirmişdir ki, borclu müxtəlif bəhanələrlə\nAzərbaycan Respublikası Ali Məhkəməsinin qərarını icra etməkdən qəsdən boyun qaçırır.\nBelə ki, cavabdehin hazırkı mübahisə ilə bağlı əvvəllər verdiyi imtina qərarı məhkəmə\ntərəfindən ləğv olunduğuna görə cavabdeh xəstənin əlilliyini qiymətləndirməli, yəni uşağın\nsağlamlıq imkanlarının məhdud olmasına dair qərar qəbul etməli idi. Qeyd edilənlər nəzərə\nalınmaqla borclunun və onun məhkəmə qərarını icra etməli olan vəzifəli şəxsinin cərimə\nolunması barədə qərar verərək, Ali Məhkəmənin qərarının icra edilməsinin təmin olunması\nxahiş edilmişdir.\n10. Şəki İnzibati Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2-1(116)-75/2021 nömrəli\nqərardadı (hakim V.K.Qasımov) ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati\nKollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-1058/2022 nömrəli qərarı artıq icra edildiyinə\ngörə borclu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində\nDövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə cərimənin\ntətbiq edilməsindən imtina olunmuşdur.\n11. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, Azərbaycan\nRespublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası cavabdehin üzərinə Ramazanzadə Elvin\nSabir oğlunun əlilliyinin müəyyən edilməsi öhdəliyini deyil, həmin şəxsə aid olan\n0256003AAJ7T nömrəli göndərişə yenidən baxmaq öhdəliyini qoymuşdur. İşdən göründüyü\nkimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən cavabdehin\nüzərinə qoyulmuş Ramazanzadə Elvin Sabir oğluna aid olan göndərişə yenidən baxmaq\nöhdəliyi borclu tərəfindən icra edilmiş, bu səbəbdən də, məhkəmə hesab etmişdir ki, borcluya\ncərimənin tətbiq edilməsinə zərurət qalmamışdır.\n12. Tələbkar apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və\ncavabdehə Ali Məhkəmənin qərardadını icra etməməyə görə cərimə tətbiq olunmasını xahiş\netmişdir.\nb) apellyasiya instansiyası məhkəməsində birinci icraat\n13. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-452/2022 nömrəli\n15 dekabr 2022-ci il tarixli (hakimlər: V.İ.Məlikov /sədrlik edən və məruzəçi/, G.İ.Cavadova və\nR.R.Rəfiyev) qərardadı ilə Şəki İnzibati Məhkəməsinin 2-1(116)-75/2021 nömrəli, 15 noyabr\n2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.\n14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi\nmövqeyi ilə razılaşmışdır.\n15. Tələbkar kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və işin təkrar\nbaxılması apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir.\nKASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ\na) Kassasiya şikayətinin dəlilləri:\n16. Apellyasiya instansiyası məhkəməsinin qərardadı İnzibati Prosessual Məcəllənin\ntələbləri baxımından əsaslandırılmamışdır. Belə ki, cavabdeh orqan özünün Ali Məhkəmə\ntərəfindən ləğv edilmiş qərarının eynisini çıxartmaqla Ali Məhkəmənin qərarını məhkəmənin\nqərarda qeyd etdiyi hüquqi mövqeyini nəzərə alaraq icra etmək kimi qiymətləndirilə bilməz.\nBu, sadəcə olaraq göndərişə baxaraq eyni qərarı qəbul etməkdir. Ali Məhkəmə göstəriş\nvermişdir ki, uşağın xəstəliyinə dair göndərişə məhkəmənin qərarda ifadə olunan hüquqi\n\nmövqeyini nəzərə almaqla yenidən baxılsın. Məhkəmənin mövqeyi isə ondan ibarətdir ki,\ncavabdeh lazımi araşdırmalar aparsın. Göndərişdə yazılanların natamam olması barədə\ncavabdeh tərəfindən heç bir fikir bildirilməmişdir. Buradan görünür ki, cavabdeh təşkilat\nxx.xx.2020-ci il tarixli və Ali Məhkəmənin qərarında göstərilən göndərişin rəsmiləşdirildiyi vaxt\nqüvvədə olan Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnaməyə əsasən qərar qəbul\netməmişdir. Bu da onu deməyə əsas verir ki, cavabdeh 0256003AAJ7T nömrəli\nRamazanzadə Elvin Sabir oğluna aid göndərişə Ali Məhkəmənin qərarında ifadə olunan\nhüquqi mövqeyin nəzərə almaqla deyil, əksinə Ali Məhkəmənin hüquqi mövqeyi nəzərə\nalınmadan baxılmışdır. Bu da Ali Məhkəmənin qərarının icra olunması kimi qəbul oluna\nbilməz. Buna görə də, qərardad ləğv edilərək cavabdeh barəsində cərimə tətbiq edilməlidir\nki, cavabdeh Ali Məhkəmənin qərarını düzgün icra etsin.\nb) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:\n17. Borclu tərəfindən kassasiya şikayətinə dair etiraz verilərək, kassasiya şikayətinin\ntəmin edilmədən, apellyasiya məhkəməsinin mübahisələndirilən qərardadının\ndəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etirazın dəlilləri\nondan ibarətdir ki, cavabdeh orqan Ali Məhkəmənin qərarını düzgün icra etmişdir.\nTƏTBİQ EDİLƏN HÜQUQ\n18. İnzibati Prosessual Məcəllə:\nMaddə 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi\nmümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini\nnəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik\nqoyur.\nMaddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız\napellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının\ndüzgün tətbiq edilməsini yoxlayır.\nMaddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə\nilə bağlı işə dair özü qərar qəbul edir.\nMaddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə\nqərar qəbul edir.\nMaddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını)\ndəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar\nqəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş\nşikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.\nMaddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.\nMaddə 120.1 Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə\ntutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə\nqoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və\nya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra\nedilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya\nxidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq\nolunacağı barədə həmin orqana xəbərdarlıq edir.\nMaddə 120.2 bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş\nmüddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda,\nməhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə\nbilər. Məhkəmə bu barədə qərardad qəbul edir.\nMaddə 120.3 Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər.\nMaddə 120.4 Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər.\n\n19. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin\nedilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 saylı,\n19 noyabr 2021-ci il tarixli qərarı\n“1. Azərbaycan\n...\n25. İnzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icrasına dair\nçıxarılmış məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra hakim, əvvəlcə həmin məhkəmə\naktını icranı həyata keçirməli olan inzibati orqana göndərməklə icra üçün müddət müəyyən\netməli və icra olunmamaya görə cərimə tətbiq olunacağı barədə xəbərdarlıq etməlidir. İPM-in\n120.1-ci maddəsində icra üçün müəyyən edilməli olan konkret müddətin göstərilməməsinin\nsəbəbi inzibati orqan tərəfindən icra edilməli olan öhdəliyin (vəzifənin) hər bir konkret\nmübahisənin xarakterindən, icra üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmindən\nvə buna görə tələb olunan vaxtdan asılı olaraq dəyişkən olması ilə bağlıdır. Odur ki, icra üçün\nmüddətlər hər bir iş üzrə müxtəlif ola bilər. Lakin məhkəmə, mübahisənin xarakterini, icra\ntəmin etmək üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmini və sərf ediləcək\nehtimal olunan vaxtı, eləcə də tərəflərin bütün diqqətəlayiq digər maraqlarını nəzərə almaqla\ninzibati orqan üçün ağlabatan müddətlər müəyyən etməlidir. İcra üçün müəyyən edilmiş ilkin\nmüddət bitdikdən sonra proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə,\nişin hallarını və tərəflərin təqdim etdiyi dəlilləri nəzərə almaqla müvafiq əsasların mövcudluğu\nqənaətinə gəldikdə, məhkəmə icra üçün yeni müddət də müəyyən edə bilər. Lakin hər bir\nhalda, bu müddətlər “İnzibati icraat haqqında” Qanunun 52.5-ci maddəsində inzibati icraatın\nmüddəti üçün müəyyən edilmiş maksimal müddət olan 90 (doxsan) günü keçməməlidir.\n26. İPM-in 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati\norqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin\nməbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər.\n27. İPM-in 120.3 və 120.4-cü maddələrinə görə cərimə 50.000 manatadək\nməbləğdə müəyyən oluna bilər. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. Bu\nnormaların mənasına əsasən təkrar cərimə əvvəlki məcburi icra tədbirinin davamı kimi deyil,\nyeni müstəqil məcburi icra tədbiri kimi qiymətləndirilməlidir. İnzibati prosessual\nqanunvericilikdə isə borclu inzibati orqanın məhkəmə aktının icra edilməməsinə yönəlik\nhərəkətsizliyinin davam etdirilməsi və onun tələbkar qarşısında öhdəliklərini yerinə\nyetirməkdən yayınması ilə müşayiət olunan hüquq pozuntusuna görə tətbiq edilən məcburi\nicra tədbirlərinin nə ümumi sayına, nə də təyin edilən cərimələrin ümumi məbləğinə hər hansı\nməhdudiyyət qoyulmamış, əksinə, əvvəl seçilmiş məcburi icra tədbiri heç bir nəticə vermədiyi\nhalda, daha ciddi və ya başqa məcburi icra tədbirinin tətbiqi imkanı nəzərdə tutulmuşdur. Bu\nmənada, məhkəmələr nəzərə almalıdırlar ki, qanunvericilikdə təyin edilmiş cərimə və təkrar\ncərimələrin birlikdə toplam ümumi məbləğinin 50.000 manatı aşmayacağına dair\nməhdudiyyət yoxdur. Yeganə məhdudiyyət bir dəfə tətbiq ediləcək cərimənin (və ya təkrar\ncərimənin) maksimal məbləğinin 50.000 manatdan çox ola bilməyəcəyi ilə bağlıdır.\nMəhkəmələr cərimənin məbləğini müəyyən edərkən ilk növbədə hər bir işin xüsusi hallarını,\ntərəflərin bütün diqqətəlayiq maraqlarını, icranın baş tutmamasının səbəblərini və\nmütənasiblik prinsipinin tələblərini nəzərə almalıdır. Məhkəmələrə həmçinin tövsiyə olunur ki,\nməcburi icra tədbiri qismində cərimə ilkin olaraq tətbiq edilərkən bir qayda olaraq, maksimal\nhəddə cərimə seçilməməli, ilkin tədbir müsbət nəticə vermədiyi halda, getdikcə maksimal\nhəddə yaxınlaşan daha yüksək məbləğdə təkrar cərimələrin tətbiq edilməsi və bununla da,\nməcburi icra tədbirlərinin ardıcıl sərtləşdirilməsi vasitəsilə məhkəmə qərarının icrasına nail\nolunmalıdır. Təyin edilmiş cərimə və təkrar cərimə məbləğlərinin məcburi qaydada tutulması\nisə İPM-in 119-cu maddəsi ilə müəyyən olunmuş qaydada icra olunmalıdır.\n28. Cərimənin və ya təkrar cərimənin tətbiqi məcburi icra tədbiri hesab olunur və\nməhkəmə bu barədə məsələyə proses iştirakçılarının dinlənilmə hüquqlarını təmin etməklə\nməhkəmə iclasında baxaraq müvafiq qərardad çıxarmalıdır. İnzibati orqan üçün müəyyən\nedilmiş müddət bitdikdən sonra icra yenə də təmin edilməmiş qalarsa, məhkəmənin məcburi\nicra tədbiri kimi cərimənin tətbiqi ilə bağlı məsələni müzakirə etmək borcu yaranır. Məhkəmə\nbu məsələyə həm xidməti vəzifəsinə görə, həm də tərəflərin vəsatəti əsasında baxmalıdır.\n\nMəhkəmənin cərimənin təyin edilməsi, cərimənin təkrar təyin edilməsi və ya cərimənin (təkrar\ncərimənin) təyin edilməsindən imtina barədə qərardadlarından maraqlarına toxunan şəxslər\nşikayət verə bilərlər.\n29. Məhkəmə cərimənin və ya təkrar cərimənin təyin edilməsinə baxmayaraq\ninzibati orqan tərəfindən yenə də icranın təmin olunmasına yönəlik real hərəkətlər edilmədiyi\nqənaətinə gəldikdə, bu barədə müvafiq qərardad çıxarmaqla “İcra haqqında” Qanunda\nnəzərdə tutulan məcburi icra tədbirlərinin tətbiqi üçün icra vərəqəsi verməklə onu icraya\nyönəltməlidir. Öz növbəsində icra vərəqəsini icraatına qəbul etmiş icra qurumu icranı təmin\netmək üçün “İcra haqqında” Qanunun müəyyən etdiyi hərəkətləri etməli, xüsusən həmin\nQanunun 70 və 82-ci maddələrində nəzərdə tutulmuş tədbirləri görməli və məhkəməni\ngörülmüş işlər barədə məlumatlandırmalıdır”.\nKASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ\n20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada\nəsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab\nedilmişdir.\n21. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi\nüçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq\nyoxlanılacaqdır.\nKASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ\n22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən\nişə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, mübahisəli\nhüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış, habelə\nmübahisə üzrə mühüm əhəmiyyətə malik olan işin faktiki halları tam və hərtərəfli olaraq\naraşdırılmamış və qiymətləndirilməmişdir. Ona görə də, kassasiya şikayəti təmin edilərək iş\ntəkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.\n23. Belə ki, işin hallarına görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial\nMüdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 16\nyanvar 2020-ci il tarixdə Ramazanzadə Elvin Sabir oğlunun sağlamlıq imkanları\nməhdudluğunu səhiyyə müəssisəsinin 14 yanvar 2020-ci il tarixli, 0256003AAJ7T nömrəli\ngöndərişi əsasında qiymətləndirmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar\nvermişdir.\n24. Daha sonra, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası\nƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və\nReabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək\ncavabdeh orqanın 16 yanvar 2020-ci il tarixli qərarının ləğv edilməsi və 10 fevral 2008-ci il\ntarixdə doğulmuş Ramazanzadə Elvin Sabir oğluna sağlamlıq imkanlarının məhdudluğunun\nmüəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini\nxahiş etmişlər.\n25. Həmin iddia tələbi üzrə yekunda çıxarılmış məhkəmə aktı ilə - Azərbaycan\nRespublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 21 iyun 2022-ci il tarixli, 2-1(102)-\n1058/2022 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 fevral\n2022-ci il tarixli 21(107)-95/2022 nömrəli qərarı ləğv edilmiş, Azərbaycan Respublikası Əmək\nvə Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və\nReabilitasiya Agentliyinin 16 yanvar 2020-ci il tarixli imtina qərarı ləğv edilməklə onun üzərinə\n10 fevral 2008-ci il tarixdə doğulmuş Ramazanzadə Elvin Sabir oğluna aid 0256003AAJ7T\nnömrəli göndərişə məhkəmənin bu qərarda ifadə olunan hüquqi mövqeyini nəzərə almaqla\nyenidən baxmaq öhdəliyi qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.\n26. Hazırda tərəflər arasındakı mübahisə Ali Məhkəmənin sözügedən qərarının icra\nolunub-olunmaması, qərar icra olunmamış sayılacağı halda borclu barəsində müvafiq\nməsuliyyət tədbirlərinin tətbiqi ilə bağlıdır.\n\n27. Agentlik Ali Məhkəmənin qərarının onun tərəfindən xx.xx.2022-ci il tarixli qərar\nqəbul edilməklə icra olunduğunu bildirir və özünün bu mövqeyini onunla əsaslandırır ki,\nE.Ramazanzadə əlillik vəziyyətinin obyektiv qiymətləndirilməsi üçün tibbi sənədlərlə birgə\nəyani müayinə olunmaq üçün Agentliyə dəvət olunsa da, vətəndaş əyani müayinə üçün\nAgentliyə müraciət etməmişdir. Buna görə də, dövlət tibb müəssisəsinin 0256003AAJ7T\nnömrəli göndərişi əsasında əlillik vəziyyəti şəxsin iştirakı olmadan qiymətləndirilmiş, göndəriş\nəsasında sağlamlıq imkanları məhdudluğunun və ya orqanizmin funksiyalarının pozulma\nfaizinin təyinatının aparılması mümkün olmadığı və xəstənin hazırkı vəziyyətinin, qıcolmaların\ntezliyinin və xarakterinin dəqiqləşdirilməsi, eləcə də ətraflı köməkçi diaqnostik müayinələrin\naparılması üçün əlavə müalicəyə ehtiyacının olması barədə qərar verilmişdir.\n28. Tələbkarın mövqeyinə görə isə Ali Məhkəmənin qərarı borclu tərəfindən icra\nolunmamışdır. Belə ki, cavabdeh orqan özünün Ali Məhkəmə tərəfindən ləğv edilmiş\nqərarının eynisini çıxartmışdır. Borclu inzibati orqan xx.xx.2022-ci il tarixli qərar qəbul\nedərkən göndərişə Ali Məhkəmənin qərarında ifadə olunan hüquqi mövqeni nəzərə almaqla\ndeyil, əksinə Ali Məhkəmənin hüquqi mövqeyini nəzərə almadan baxmışdır. Bu isə Ali\nMəhkəmənin qərarının icrası kimi qiymətləndirilə bilməz. Tələbkar hesab edir ki, cavabdehin\nhazırkı mübahisə ilə bağlı daha əvvəl verdiyi imtina qərarı məhkəmə qərarı ilə ləğv\nolunduğuna görə cavabdeh xəstənin əlilliyini qiymətləndirməli, yəni uşağın sağlamlıq\nimkanlarının məhdud olmasına dair qərar qəbul etməli idi.\n29. Beləliklə, qiymət verilməli məsələ ondan ibarətdir ki, borclu tərəfindən xx.xx.2022-ci\nil tarixli qərarın qəbul edilməsi forma və məzmun etibarilə Azərbaycan Respublikası Ali\nMəhkəməsinin İnzibati Kollegiyasının 21 iyun 2022-ci il tarixli, 2-1(102)-1058/2022 nömrəli\nqərarının icrası kimi qəbul edilə bilərmi?\n30. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki,\nAzərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası cavabdehin üzərinə\nRamazanzadə Elvin Sabir oğlunun əlilliyinin müəyyən edilməsi öhdəliyini deyil, həmin şəxsə\naid olan 0256003AAJ7T nömrəli göndərişə yenidən baxmaq öhdəliyini qoymuşdur. İşdən\ngöründüyü kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən\ncavabdehin üzərinə qoyulmuş Ramazanzadə Elvin Sabir oğluna aid olan göndərişə yenidən\nbaxmaq öhdəliyi borclu tərəfindən icra edilmişdir, bu səbəbdən də borcluya cərimənin tətbiq\nedilməsinə zərurət qalmamışdır.\n31. Kollegiya aşağıda göstərilənlərə əsasən apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə\nrazılaşmır.\n32. Məhkəmə kollegiyası “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının\nicrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun\n10 saylı, 19 noyabr 2021-ci il tarixli qərarının 1-ci bəndindəki mövqeni xatırlatmaqla bir daha\nqeyd edir ki, məhkəmə qərarlarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib\nhissəsini təşkil edir. Məhkəmə qərarının icra olunmaması məhkəmə müdafiəsi hüququnu puç\nvə əhəmiyyətsiz etməklə, həmin hüququn son nəticədə xəyali hala çevrilməsinə səbəb olur.\n33. Buna görə də, məhkəmə qərarı vaxtında, tam və düzgün icra olunmalıdır. Bu\nqaydada icra onu nəzərdə tutur ki, qərar vaxtında icra olunmaqla yanaşı, həm də onun\nməzmununa uyğun icra olunmalı, icra formal deyil, mahiyyəti üzrə baş tutmuş olmalıdır.\nMüvafiq olaraq borclunun icranı təmin etməyə yönəlmiş hərəkətləri qərarın hədəflədiyi yekun\nfaktiki və hüquqi nəticələri təmin etməlidir.\n34. Kollegiya nəzərə alır ki, cavabdeh orqanın üzərinə qoyulmuş öhdəliyin\nxarakterindən asılı olaraq icra ilə bağlı həyata keçirilməli hərəkətlər fərqli ola bilər. Belə ki,\nəgər qərarda konkret məzmunlu inzibati aktın qəbul edilməsi öhdəliyi cavabdehin üzərinə\nqoyulmuşdursa, borclu inzibati orqan məhz həmin məzmunlu inzibati akt qəbul etdikdə, icra\nbaş tutmuş sayılır. Lakin əgər qərarda konkret məzmunlu inzibati aktın qəbul edilməsi\nöhdəliyi deyil, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, müvafiq yeni inzibati aktın\nqəbul edilməsi barədə öhdəlik cavabdehin üzərinə qoyulmuşsa, o halda, cavabdeh iddiaçının\nmüraciətinə yenidən baxmalı, lakin bu zaman qərar qəbul edərkən məhkəmə tərəfindən artıq\nbəyan olunmuş hüquqi mövqeləri də mütləq nəzərə almalıdır. Bu vəziyyətdə qiymətləndirilmə\nolan əsas məsələ ondan ibarətdir ki, iddiaçının müraciətinə yenidən baxarkən cavabdeh\n\nməhkəmə qərarında məsələyə dair bildirilmiş hüquqi mövqelərdən irəli gələn qaydada inzibati\nicraat və hüquqi dəyərləndirmə aparmışdırmı? Cavabdehin bu qaydada davranıb-\ndavranmadığını müəyyən etmək üçün isə onun qəbul etdiyi yeni qərarın məzmun və\nmahiyyəti təhlil olunmalıdır.\n35. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla məsələyə yenidən baxarkən\ncavabdeh bütün hallarda iddiaçının xeyrinə qərar qəbul etmək öhdəliyi daşımır.\nCavabdehdən bu vəziyyətlərdə gözlənilən odur ki, o, məsələyə yenidən baxarkən\nməhkəmənin hüquqi mövqelərini nəzərə almaqla icraat aparsın. Bunun üçün isə yeni icraat\nnəticəsində qəbul edilmiş qərardan aydın görünməlidir ki, cavabdeh məsələ üzrə\nməhkəmənin hüquqi mövqelərinin nələrdən ibarət olduğunu görüb, anlayıb və onlardan irəli\ngələn qaydada və həcmdə araşdırmanı həyata keçirib, eləcə də hüquqi qiymətləndirməni\naparıb.\n36. Qeyd edilənlər baxımından kollegiya hesab edir ki, Ali Məhkəmənin qərarından irəli\ngələn icranın baş tutub-tutmadığı məsələsinə qiymət verərkən apellyasiya məhkəməsi\nsözügedən qaydada təhlil və qiymətləndirmə aparmamışdır. Ona görə də, qərardad ləğv\nedilməklə iş təkrar apellyasiya baxışına qaytarılmalıdır.\n37. Cavabdehin 10 noyabr 2022-ci il tarixli qərarının məzmunundan görünür ki, orada\nyalnız iki halda məhkəmə aktına əhəmiyyətsiz istinad var. Cavabdeh həmin qərarı\nAzərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 21 iyun 2022-ci il tarixli, 2-\n1(102)-1058/2022 nömrəli qərarının icrası qaydasında qəbul etsə də, hətta məhkəmə aktının\nformasına da yanlış istinad edib – qərar əvəzinə qərardad, qərarın zəruri rekvizitləri\nümumiyyətlə göstərilməyib. Ali Məhkəmənin həmin qərarındakı hüquqi mövqelərindən irəli\ngələn qaydada araşdırma və qiymətləndirmə nəinki aparılmayıb, ümumiyyətlə, belə\nmövqelərin mövcudluğu belə xatırlanmayıb. Digər tərəfdən isə cavabdehin əvvəlki\nxx.xx.2020-ci il tarixli qərarındakı əsaslandırma ilə məhkəmə qərarından sonra çıxarılmış 10\nnoyabr 2022-ci il tarixli qərarındakı əsaslandırma da demək olar ki, eynilik təşkil etmişdir (bax\n- i.v.42-44 və 235-236-cı səhifələr). Halbuki sonrakı qərar məhkəmə qərarının icrası\nqaydasında qəbul edildiyi üçün mütləq məhkəmənin hüquqi mövqelərinə münasibət əks\nolunmalı, onlardan irəli gələn araşdırma və qiymətləndirmə aparılmalı idi.\n38. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası\nməhkəməsi təkrar baxışda ilk növbədə borclu inzibati orqan tərəfindən məhkəmə qərarının\nicrasını təmin etmək üçün qəbul edilmiş 10 noyabr 2022-ci il tarixli qərarın “formal icra” olub-\nolmadığına qiymət verməlidir. Məhkəmə, həmçinin müəyyən edilmiş müddət ərzində icra ilə\nbağlı qərarın qəbul edilməməsinin səbəblərini də araşdırmalı, icranın həyata keçirilməsi ilə\nbağlı hər iki tərəfin davranışlarına işin hallarını və yerinə yetirilməli olan icra hərəkətlərini\nməzmununu nəzərə almaqla qiymət verməlidir. Sözügedən məsələlər aydınlaşdırıldıqdan\nsonra icra ilə bağlı hərəkətlərin davam etdirilməsinə ehtiyacın olub-olmaması və cərimənin\ntətbiqi müzakirə olunmalıdır.\n39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası\nQƏRARA ALDİ:\nTələbkar İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin.\nŞəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 dekabr 2022-ci il tarixli, 2-\n1(107)-452/2022 nömrəli qərardadı ləğv edilsin.\nİş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin.\nQərar qətidir.",
      "url": "file:///C:/Users/TechEvo%20Computers/Downloads/3ulduz/9_623%2B11.05.2023.pdf",
      "local_file": "023_2cf8ee9e30.pdf",
      "local_text_file": "023_2-1(102)-623_2023.txt",
      "content_type": "application/pdf"
    },
    {
      "menbe": "Ali Məhkəmənin üç ulduzlu qərarları",
      "akt_novu": "Üç ulduzlu qərar",
      "tarix": "2022-05-24",
      "basliq": "2-1(102)-763/2022",
      "is_nomresi": "2-1(102)-763/2022",
      "movzu": "",
      "metn": "Azərbaycan Respublikası adından\nQƏRAR\nBakı şəhəri İş № 2-1(102)-763/2022 24.05.2022\nALİ MƏHKƏMƏ\nAzərbaycan Respublikası adından\nAzərbaycan Respublikası Ali Məhkəməsinin\nİnzibati Kollegiyasının\nİddiaçı \"xxxx\" MMC-nin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri\nDövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı\nXaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə\nQ Ə R A R İ\n(Açar sözlər: bələdiyyə torpağının subicarəyə verilməsi; notarial qaydada\ntəsdiqlənməmiş müqavilə əsasında yaranmış icarə hüququnun qeydə alınması)\n\nAzərbaycan Respublikası Ali Məhkəməsinin\nİnzibati Kollegiyası\nHakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran\nqızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə,\nİddiaçı \"xxxx\" MMC-nin (xx.xx.2018-ci il tarixdə qeydə alınmışdır; VÖEN: **********)\ncavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz\nƏmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Xaçmaz şəhəri,\nLəcət kəndində kənd təsərrüfatı məhsulları istehsal` etmək üçün icarəyə verilmiş 50 ha\ntorpaq sahəsinin \"xxxx\" MMC-nin adına icarə hüququ əsasında daşınmaz əmlakın dövlət\nreyestrində qeydə alınması, həmin 50 ha torpaq sahəsinə dair Hüquqların dövlət\nqeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin\ncavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin\nİnzibati Kollegiyasının 27 yanvar 2022-ci il tarixli 2-1(105)-49/2022 nömrəli qərarından\ncavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı\nqaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi.\nİŞİN HALLARİ\n1. Ləcət bələdiyyəsi ilə \"xxxx\" MMC arasında bağlanmış 10 sentyabr 2004-cü il\ntarixli T orpaqicarə müqaviləsinə əsasən, Ləcət bələdiyyəsi 50.0 ha. torpaq sahəsini 50 il\nmüddətinə \"xxxx\" MMC-yə icarəyə vermişdir.\n2. “T orpaqdan müvəqqəti istifadə hüququna dair” JN-5906 saylı, KOD 30215018\nnömrəli şəhadətnaməyə əsasən, \"xxxx\" MMC-nin mübahisə predmeti olan torpaq sahəsi\nüzərində müvəqqəti istifadə hüququ qeydiyyata alınmışdır.\n3. “T orpaq sahəsinin subicarəyə verilməsi haqqında” 31 oktyabr 2004-cü il tarixli\nmüqaviləyə əsasən, \"xxxx\" MMC Xaçmaz rayonu Ləcət bələdiyyəsindən icarəyə aldığı\n50.0 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsini \"xxxx\" MMC-yə icarəyə vermişdir.\n4. Xaçmaz rayonu Ləcət bələdiyyəsi cavabdehlər \"xxxx\" MMC, \"xxxx\" MMC və\nƏmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin\n5 saylı Ərazi İdarəsinə qarşı iddia ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət\nedərək, “iddiaçı ilə \"xxxx\" MMC arasında 10 sentyabr 2004-cü il tarixində bağlanmış\ntorpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə vaxtından əvvəl xitam verilməsi,\n26 oktyabr 2004-cü il tarixli, JN-5906 KOD 30215018 saylı torpaqdan müvəqqəti istifadə\nhüququna dair şəhadətnamənin ləğv olunması, \"xxxx\" MMC ilə \"xxxx\" MMC arasında\ngöstərilən torpaq sahəsinin subicarəyə verilməsi barədə 30 oktyabr 2004-cü il tarixli icarə\nmüqaviləsinin ləğv olunması”nı məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi\nMəhkəmənin 18 avqust 2017-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmiş, Sumqayıt\nApellyasiya Məhkəməsinin 11 yanvar 2018-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya\nşikayətindən imtinası qəbul edilərək apellyasiya icraatına xitam verilmişdir.\n5. İddiaçı 12 mart 2021-ci il tarixli ərizə ilə cavabdehə müraciət edərək Xaçmaz\nrayonu, Ləcət kəndində yerləşən 50.0 ha. torpaq sahəsi üzərində icarə hüquqlarının\ndaşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, cavabdeh 1 aprel\n2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki,\n\"xxxx\" MMC ilə \"xxxx\" MMC arasında bağlanmış 31 oktyabr 2004-cü il tarixli icarə\nmüqaviləsi notariat qaydasında təsdiq olunmamışdır. Mülki Məcəllənin 144.1-ci maddəsinə\nəsasən isə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi\nhaqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.\nİŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ\na) birinci instansiya məhkəməsində icraat\n\n6. İddiaçı \"xxxx\" MMC cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında\nDaşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia\nqaldıraraq Xaçmaz şəhəri, Ləcət kəndində kənd təsərrüfatı məhsulları istehsal etmək üçün\nicarəyə verilmiş 50.0 ha torpaq sahəsinin \"xxxx\" MMC-nin adına icarə hüququ əsasında\ndaşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin 50.0 ha torpaq sahəsinə dair\nHüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın\nverilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş\netmişdir.\n7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdehin hərəkətləri əsassız və\nqanunsuzdur. Belə ki, Ləcət bələdiyyəsi ilə \"xxxx\" MMC arasında bağlanmış 10 sentyabr\n2004-cü il tarixli “İcarə müqaviləsinin” 2.2-ci bəndinə əsasən, “İcarəçi” “İcarəyəverən”dən\nicarəyə aldığı həmin 50.0 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsini təyinatı üzrə istifadə\nedilməsindən ötrü bütünlüklə və ya onun hissəsini subicarəyə, yəni üçüncü şəxslərə\nicarəyə verə bilər. Göründüyü kimi, \"xxxx\" MMC tərəfindən qanunvericiliyə uyğun qaydada,\nicarə müqaviləsinin 2.2-ci bəndinə əsasən, həmin torpaq sahəsi, eyni müddət daxilində\n\"xxxx\" MMC-nin subicarəsinə verilmiş və bu barədə olan 31 oktyabr 2004-cü il tarixi,\n“subicarə müqaviləsi” Azərbaycan Respublikasının Dövlət T orpaq və Xəritəçəkmə\nKomitəsində 27 aprel 2005-ci il tarixində torpaq icarəsi müqavilələrinin Dövlət qeydiyyat\nkitabının 508-ci səhifəsində 01896 nömrə ilə Dövlət qeydiyyatına alınmışdır. \"xxxx\" MMC\nLəcət bələdiyyəsi ilə 10 sentyabr 2004-cü il tarixdə bağladığı T orpaqicarə müqaviləsindən\nirəli gələn icarə hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmadan 31\noktyabr 2004-cü il tarixli icarə müqaviləsi ilə \"xxxx\" MMC-yə ötürdüyündən və torpaq\nsahəsi 16 ildən artıq müddətdir ki, \"xxxx\" MMC-nin istifadəsində olduğundan icarə hüququ\ndaşınmaz əmlakın dövlət reyestrində \"xxxx\" MMC-nin adına qeydiyyata alınmalıdır.\nBundan başqa, qanunvericilikdə notarial qaydada təsdiqlənməsi məcburi olan\nmüqavilələrin siyahısı qeyd edilmişdir. Qeyd edilən müqavilələr sırasında icarə\nmüqaviləsinin notarial qaydada təsdilənməsi nəzərdə tutulmamışdır. Göründüyü kimi,\ncavabdeh müqavilənin notarial qaydada təsdiqlənməməsinə istinad edərək müraciətin\ntəmin olunmasından imtina etsə də, həmin imtina \"xxxx\" MMC-nin icarə hüququnun\ndaşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün mötəbər\nqiymətləndirilməlidir. Bundan başqa, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində\n\"xxxx\" MMC ilə \"xxxx\" MMC arasında bağlanmış torpaq sahəsinin subicarəyə verilməsi\nbarədə 30 oktyabr 2004-cü il tarixli müqaviləyə münasibət bildirilərkən müqavilənin notarial\nqaydada təsdiqlənməsinin məcburiliyinin olması kimi mövqedən çıxış edilməmişdir.\nCavabdeh qanunvericiliklə nəzərdə tutulmuş səlahiyyətlərini yerinə yetirməmiş, qanunsuz\nvə əsassız olaraq \"xxxx\" MMC-yə məxsus icarə hüququnun qeydiyyata alınmasından\nimtina etmişdir.\n8. Cavabdeh iddia tələbinə etiraz edərək iddianın rədd edilməsi barədə qərar\nqəbul olunmasını xahiş etmişdir. Etirazın əsasını imtina məktubunda qeyd olunanlar təşkil\nedir.\n9. Sumqayıt İnzibati Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2-1(118)-1047/2021\nnömrəli qərarı (hakim Leyla Mirzəyeva) ilə iddia təmin edilərək, Xaçmaz şəhəri, Ləcət\nkəndində kənd təsərrüfatı məhsulları istehsal etmək üçün icarəyə verilmiş 50.0 ha. torpaq\nsahəsi üzərində \"xxxx\" MMC-nin icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində\nqeydiyyata alınması və bu barədə, reyestrdən çıxarışın verilməsi öhdəliyinin Əmlak\nMəsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı\nXaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır.\n10. Məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin 146-cı maddəsi daşınmaz əmlak\nüzərində məhkəmə qərarı əsasında yaranan hüququn notarial qaydada təsdiqlənməsini\nistisna edir. Sözügedən torpaq sahəsi üzərində subicarə hüququ məhkəmə qərarı ilə\nyaranmasa da, həmin hüquq məhkəmə qaydasında mübahisələndirilmiş, məhkəmə\nqətnaməsi ilə icarə müqaviləsinə hüquqi qiymət verilmiş və həmin müqavilə ləğv\nedilməmişdir. Bu isə qanunvericiliyin tələbinə uyğun olaraq həmin müqavilənin notarial\nqaydada təsdiqlənməsinin məcburiliyini istisna edir.\n\n11. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını xahiş\netmişdir.\nb) apellyasiya instansiyası məhkəməsində icraat\n12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2022-ci il\ntarixli 2-1(105)-49/2022 nömrəli qərarına əsasən (hakimlər: Rəşadət Ağayev - sədrlik edən\nvə məruzəçi, Hökümə Babayeva və İlqar Dəmirov) apellyasiya şikayəti təmin edilməmiş,\nSumqayıt İnzibati Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2-1(118)-1047/2021 nömrəli\nqərarı dəyişdirilmədən saxlanılmışdır.\n13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi\nmövqeyi ilə razılaşmışdır.\n14. Cavabdeh kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin\nİnzibati Kollegiyasının 27 yanvar 2022-ci il tarixli 2-1(105)-49/2022 nömrəli qərarının ləğv\nedilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.\nKASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ\na) kassasiya şikayətinin dəlilləri\n15. Kassasiya şikayətinin dəlillərinin əsasını etirazda qeyd olunanlar təşkil edir.\nŞikayətdə əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi “Daşınmaz\nəmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1, 8.0.3, 8.0.5-ci maddələrini düzgün tətbiq\netməmiş, Mülki Məcəllənin 144.1-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, iddiaçı ilə\nXaçmaz rayonu Ləcət bələdiyyəsi arasında torpaq sahəsinin icarəsinə dair heç bir\nmüqavilə bağlanmadığından adıçəkilən Qanunun 8.0.1-ci maddəsi hazırkı mübahisəyə\ntətbiq oluna bilməzdi. Həmçinin, Xaçmaz şəhəri, Ləcət kəndində kənd təsərrüfatı\nməhsulları istehlak etmək üçün 50.0 ha. torpaq sahəsinin subicarəyə verilməsi barədə\n\"xxxx\" MMC ilə \"xxxx\" MMC arasında bağlanmış müqavilə notariat qaydasında təsdiq\nedilməmişdir. Belə olan halda isə iddiaçının hüququ dövlət qeydiyyatına alına bilməzdi.\n16. Eyni zamanda, iddiaçıya müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz\nəmlak üzərində hüquqları təsdiq edən heç bir akt, şəhadətnamə və qeydiyyat vəsiqəsi\nverilməmişdir. Belə olan halda, adıçəkilən Qanunun 8.0.5-ci maddəsi də hazırkı\nmübahisəyə tətbiq oluna bilməzdi.\nb) kassasiya şikayətinə qarşı etirazın dəlilləri\n17. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etmiş, etirazda apellyasiya\ninstansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur.\nTƏTBİQ EDİLƏN HÜQUQ\n18. Mülki Məcəllə\nMaddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam\nverilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı\nnotarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ\nçatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və\nmüqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı\nüçün məsuliyyət daşıyır\nMaddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin\nnotariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni\nqüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq\nistisna olmaqla).\n19. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun\nMaddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının\ntorpaq qanunvericiliyinə, \"Bələdiyyələrin əraziləri və torpaqları haqqında\" Azərbaycan\n\nRespublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi\naktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir.\nMaddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və\nfiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə\nəsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin\nhüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam\nverilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə\ntutulur.\nMaddə 6.9. Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər\nhüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır.\nMaddə 11.3. Bələdiyyə mülkiyyətində olan bütün torpaqlar qanunvericiliklə müəyyən\nedilmiş qaydada icarəyə verilə bilər.\nMaddə 11.9. Bələdiyyə torpaqlarının icarəyə verilməsi şərtləri, müddəti və icarə\nhaqqı tərəflərin razılığı ilə müəyyən edilir və bələdiyyələr ilə həmin torpaqların icarəçiləri\narasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur.\nMaddə 11.11. İcarəçi icarəyə götürdüyü torpaq sahəsini subicarəyə yalnız\nbələdiyyələrin razılığı ilə verə bilər.\nMaddə 11.13. T orpaq icarəsinə dair münasibətlər Azərbaycan Respublikasının\ntorpaq və mülki qanunvericiliyi ilə tənzimlənir.\n20. İnzibati Prosessual Məcəllə\nMaddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların\ntəqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin\ndüzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə\naraşdırmağa borcludur.\nMaddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra\nqiymətləndirilir.\nMaddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız\napellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının\ndüzgün tətbiq edilməsini yoxlayır.\nMaddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu\ngündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin\n131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində\nmüvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.\nMaddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə\nməlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.\nMaddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi\ngöstərilməlidir.\nMaddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə\nqərar qəbul edir.\nMaddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını\n(qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya\nqismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin\nqərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.\nMaddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.\nKASSASİYANİN MÜMKÜNLÜYÜ, MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ\n21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada\nəsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya\nmümkün hesab edilmişdir.\n22. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə\nmübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və\nəsaslılığı tam olaraq yoxlanılacaqdır.\n\nKASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ\n23. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini\naraşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin\nedilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.\n24. Belə ki, iş üzrə iddiaçının tələbi onunla \"xxxx\" MMC ilə arasında bağlanmış\nxx.xx.2004-cü il tarixli subicarə müqaviləsi əsasında (torpağın mülkiyyətçisi bələdiyyədir)\nicarəyə verilmiş 50.0 ha torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət\nreyestrində qeydə alınmasıdır.\n25. Cavabdeh reyestr orqanının həmin hüquqların qeydə alınmasından imtinasının,\neyni zamanda kassasiya şikayətinin əsas dəlili bağlanmış müqavilənin notariat\nqaydasında təsdiqlənməməsi ilə əlaqədardır.\n26. Bu baxımdan, hazırkı iş üzrə müəyyən edilməli və qiymət verilməli məsələ\ntorpaq sahəsi ilə bağlı icarə müqavilələrinin (o cümlədən subicarə müqavilələrinin) notariat\nqaydasında bağlanmasının qanunvericiliklə nəzərdə tutulub-tutulmaması ilə bağlıdır.\n27. Mülki Məcəllənin 406.1-ci maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması\nüçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin\nnöv müqavilə üçün müəyyən forma təyin edilməsin.\n28. Göründüyü kimi, müqavilənin forma tələbləri ilə bağlı şərt qanunla birbaşa\ntənzimlənmədiyi halda, müqavilə azadlığı prinsipi baxımından tərəflərin mülahizəsindən\nasılıdır.\n29. İcarə müqaviləsi ilə bağlı münasibətlər Mülki Məcəllənin 34-cü fəsli (700-722-ci\nmaddələr) ilə tənzimlənir. Həmin fəsildə isə icarə müqaviləsinin notarial formada\nbağlanmalı olması ilə bağlı müddəa nəzərdə tutulmamışdır.\n30. Bununla yanaşı, Mülki Məcəllənin 144.1-ci maddəsinə əsasən, daşınmaz\nəmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat\nqaydasında təsdiqlənməlidir. \n31. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən, əgər qanunla başqa hal\nmüəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş\nforma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.\n32. Həmin Məcəllənin 139-1.1.3-cü maddəsinə əsasən, daşınmaz əmlak barəsində\nnotariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların\nəmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam\nverilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.\n33. Eyni zamanda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.3-cü\nmaddəsi də məzmun baxımından Mülki Məcəllənin 139-1.1.3-cü maddəsini təkrarlayır.\n34. Cavabdeh Mülki Məcəllənin 144.1-ci maddəsinə və “Daşınmaz əmlakın dövlət\nreyestri haqqında” Qanunun 8.0.3-cü maddəsi istinad edərək hesab edir ki, hazırkı iş üzrə\nmübahisə predmeti olan subicarə müqaviləsi daşınmaz əmlakın dövlət reyestrində\nqeydiyyata alınması üçün notariat qaydasında təsdiq edilməlidir.\n35. Məhkəmə kollegiyası Mülki Məcəllənin 144.1-ci maddəsinin icarə müqaviləsinə\ntətbiqi ilə bağlı, başqa sözlə, həmin maddədə nəzərdə tutulan əqdin notariat qaydasında\ntəsdiq edilməsi ilə bağlı forma şərtinin icarə müqaviləsinə aidiyyəti ilə bağlı aşağıdakıları\nqeyd edir.\n36. Hüquq nəzəriyyəsinə əsasən, əşya hüquqları əşya üzərində hüquqi baxımdan\nbirbaşa hakimiyyət təmin edən və bu səbəblə də hər kəsə qarşı irəli sürülə bilən əmlak\nxarakterli hüquqlardır. Əşya hüquqlarının predmeti bir qayda olaraq əşyadır. Əşya dedikdə\nisə mülki hüquq subyektlərinin faktiki sahiblik etmək imkanına və iqtidarına sahib olduqları\niqtisadi dəyər kəsb edən və xüsusi mülkiyyətə əlverişli olan fiziki cisimlər başa düşülür. Bir\nşeyin, mülki hüquq baxımından “əşya” sayıla bilinməsi üçün həmin şey müəyyən və\nmüstəqil əşya keyfiyyəti qazanmış olmalı və üzərində şəxsi hakimiyyətin təsis edilməsi\nmümkün olmalıdır.\n\n37. Əşya hüquqları hər kəsə qarşı irəli sürülə bilər və hər kəs bu hüquqa hörmət\netməlidir (başqa sözlə, mütləq hüquqlardır). Bu baxımdan, əşya hüquqları hər kəs\ntərəfindən bilinməsini təmin edən təzahür formasında olmalıdır. Buna ədəbiyyatda “əşya\nhüquqlarının şəffalığı” prinsipi də deyilir. Daşınmaz əmlakla bağlı əşya hüquqlarının\nmövcudluğu “reyestrdəki qeydlər” vasitəsi ilə müəyyən olunur. Eyni zamanda, əşya\nhüquqlarında “vicdanlılığın qorunması” prinsipi rəhbər tutulur (MM-nin 140,148.2,149.2-ci\nmaddələri). Əşya hüquqlarından istifadə edilməməsi onların aradan qalxmasına səbəb\nolmur.\n38. Digər tərəfdən, bir şəxsin başqa bir şəxsdən müəyyən bir hərəkəti yerinə\nyetirməsini və ya müəyyən bir hərəkəti etməkdən çəkinməsini tələb etmək imkanını təmin\nedən səlahiyyətlər tələb hüququnu yaradır. Tələb hüququ, əşya hüquqlarından fərqli\nolaraq yalnız onları əmələ gətirən hüquq münasibətinin, daha doğrusu onu əmələ gətirən\nöhdəlik münasibətinin tərəfinə qarşı irəli sürülə bilir. Tələb hüquqları hər kəsə qarşı irəli\nsürülə bilinmədiyindən nisbi hüquqlardır. Bununla belə, qanunla nəzərdə tutulan hallarda\ndövlət reyestrində qeydə alındığı təqdirdə tələb hüququ üçüncü şəxsə qarşı irəli sürülə\nbilər. Hüquq ədəbiyyatında belə hüquqlar təsiri gücləndirilmiş nisbi hüquqlar adlandırılır.\n39. Qanunla nəzərdə tutulmadığı hallarda isə hər hansı bir nisbi hüququn reyestrdə\nqeydə alınması, həm qanunvericiliyə ziddir, həm də bu cür qanunsuz qeydiyyata\nəsaslanaraq nisbi hüququn üçüncü şəxslərə qarşı irəli sürülməsi hüquqi baxımdan\nmümkünsüzdür. Bu, mülki qanunvericiliyin öhdəlik və əqdlərlə bağlı ümumi sistemindən,\nhəm əşya hüquqlarına dair Mülki Məcəllənin 3-cü bölməsindən, eləcə də 139.1-ci\nmaddəsinin xüsusi müddəasından, həm də reyestr haqqında qanunvericiliyin ümumi\nsistematikasından irəli gəlir.\n40. Yuxarıda qeyd edilənlər icarə münasibətləri nöqteyi-nəzərindən tətbiq edildikdə\nicarə müqaviləsindən yaranan hüquqların tələb hüququna aid olduğu müəyyən olunur.\n41. Belə ki, Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak\nkirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə\n(icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən\nistifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə\nmüəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.\n42. Göründüyü kimi, icarə müqaviləsi, öhdəlik əmələ gətirən digər qarşılıqlı\nmüqavilələrdə olduğu kimi, onun tərəfləri üçün tələb hüquqları və şəxsi öhdəliklər əmələ\ngətirir. İcarə müqaviləsinin predmeti əşya olsa da, icarə müqaviləsi ilə əşya barəsində\n“sərəncam” verilmir. Bu baxımdan, məhz icarəçinin əşyadan istifadə hüququ mahiyyət\netibarilə əşya hüququ deyil, tələb hüququdur. Sərəncam hüququ isə mülkiyyətdə olan\nəmlakın müqəddəratının həll edilməsinin hüquqi imkanlarını nəzərdə tutur ki, bu hüquq\nyalnız mülkiyyətçiyə məxsusdur. İcarə müqaviləsində isə icarəyəverənin mütləq\nmülkiyyətçi olması ilə bağlı imperativ norma yoxdur. İcarəyə verənin mülkiyyətçi olması\nhüquqi zərurət deyildir. Əksinə, bu cür yanaşma, Mülki Məcəllənin məqsədlərinə (mülki\ndövriyyə azadlığının təmin edilməsi) və prinsiplərinə (iradə sərbəstliyi və müqavilə\nazadlığı), “iqtisadiyyatın bazar münasibətləri əsasında inkişafı” və “azad sahibkarlığa\ntəminat verilməsi” ilə bağlı konstitusion göstərişlərin məqsəd və hüquqi funksiyalarına zidd\nolmaqla yanaşı, gündəlik həyat ehtiyaclarına da uyğun deyildir.\n43. Mülki Məcəllənin 700.1-ci maddəsinin məzmunundan da görünür ki, icarə\nmüqaviləsi ilə bir tərəf (icarəyə verən) icarə predmetindən istifadəni qarşı tərəfə vermək\nöhdəliyi daşıyır, qarşı tərəf isə (icarəçi) bunun müqabilində ona əvəz ödəməyi öhdəsinə\ngötürür. İcarə müqaviləsi isə bağlandığı andan etibarən onların bu müqavilə üzrə hüquq və\nöhdəlikləri yaranmış olur. Qanunvericilikdə daşınmaz əmlak üzərində müddəti on bir aydan\nçox olan icarə müqaviləsinin dövlət qeydiyyatına alınmasının mümkünlüyü nəzərdə\ntutulması isə müqavilə üzrə hüquqların və öhdəliklərin reyestrdə qeydə alındıqdan sonra\nyarandığı mənasına gəlmir. Belə bir qeydiyyat eyni zamanda, icarədən irəli gələn tələb\nhüququnu əşya hüququna çevirmir. Bu cür qeydiyyat icarə hüququnu üçüncü şəxslərə\naçıqladığı kimi, icarəyəgötürənin icarə müqaviləsindən irəli gələn tələb hüququnun hamıya\n\nqarşı, o cümlədən əmlak üzərində əşya hüququ əldə edən şəxslərə qarşı da irəli\nsürülməsinin mümkünlüyünü təmin edir.\n44. Beləliklə, icarə müqaviləsi ilə ötürülən hüquqlar əşya hüququna deyil, tələb\nhüququna aid olduğundan Mülki Məcəllədə icarə müqaviləsinin forma şərti ilə bağlı\nimperativ norma mövcud deyildir və yuxarıda qeyd edilənlərə əsasən MM-nin 144.1-ci\nmaddəsi icarə müqaviləsinə münasibətdə tətbiq edilə bilməz.\n45. Digər tərəfdən, Mülki Məcəllənin 329.1-ci maddəsi yalnız MM ilə deyil, digər\nqanunvericilik aktlarında da müqavilənin forma tələblərinin təsbit edilə bilməsinin\nmümkünüyünü qeyd etmişdir.\n46. Bu baxımdan, torpaq sahəsinə dair bağlanmış icarə müqaviləsinə münasibətdə\n“T orpaqicarəsi haqqında” Qanunun normaları nəzərdən keçirilməlidir.\n47. Həmin Qanunun 10-cu maddəsi torpağın icarəyə verilməsi ilə bağlı xüsusi\nmüddəaları özündə əks etdirir və xüsusi mülkiyyətdə olan torpaqların\nbilavasitə icarəyə verilməsi zamanı icarəyəverən və icarəçi arasında bağlanmış\nmüqavilənin notarial qaydada təsdiq edilməli olduğunu bildirir.\n48. Bununla yanaşı, həmin maddədə dövlət və bələdiyyə torpaqlarının icarəyə\nverilməsi zamanı icarəyəverən və icarəçi arasında notarial qaydada təsdiq edilmiş\nmüqavilənin bağlanılması şərti nəzərdə tutulmamışdır.\n49. Həmin maddənin xx.xx.2008-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən\n(mübahisə predmeti olan subicarə müqaviləsi 2004-cü ildə bağlanmışdır) bələdiyyə öz\nmülkiyyətində olan torpaq sahəsini bilavasitə öz qərarı ilə icarəyə verə bilərdi.\n50. Həmçinin, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 11.11-ci\nmaddəsinə əsasən, icarəçi icarəyə götürdüyü torpaq sahəsini subicarəyə yalnız\nbələdiyyələrin razılığı ilə verə bilər.\n51. Yuxarıda qeyd edilənlərdən belə bir nəticə hasil olur ki, Mülki Məcəllədə icarə\nmüqaviləsinin forma şərti ilə bağlı imperativ norma mövcud deyildir, sahəvi qanunvericilik\nolan “T orpaqicarəsi haqqında” Qanunun 10-cu maddəsi isə yalnız xüsusi mülkiyyətdə olan\ntorpaqların bilavasitə icarəyə verilməsi zamanı icarəyəverən və icarəçi arasında notarial\nqaydada təsdiq edilmiş müqavilənin bağlanmasını tələb edir. Bələdiyyə mülkiyyətində olan\ntorpaq sahələrinə münasibətdə isə notarial təsdiqli müqavilənin bağlanmasına zərurət\nyoxdur.\n52. Qeyd olunan hüquqi mövqenin işin hallarına tətbiqi ilə əlaqədar məhkəmə\nkollegiyası aşağıdakıları qeyd edir.\n53. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən\nolunur ki, iddiaçı ilə \"xxxx\" MMC arasında subicarə müqaviləsi 31 oktyabr 2004-cü il\ntarixdə bağlanılmışdır. Xaçmaz rayonu Ləcət bələdiyyəsi cavabdehlər \"xxxx\" MMC, \"xxxx\"\nMMC və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri\nXidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı iddia ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə\nmüraciət edərək “iddiaçı ilə \"xxxx\" MMC arasında 10 sentyabr 2004-cü il tarixində\nbağlanmış torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə vaxtından əvvəl xitam\nverilməsi, 24 oktyabr 2004-cü il tarixli JN-5906, KOD 30215018 saylı torpaqdan müvəqqəti\nistifadə hüququna dair şəhadətnamənin, \"xxxx\" MMC ilə \"xxxx\" MMC arasında göstərilən\ntorpaq sahəsinin subicarəyə verilməsi barədə 30 oktyabr 2004-cü il tarixli icarə\nmüqaviləsinin ləğv olunması”nı məhkəmədən xahiş etmiş, Sumqayıt İnzibati-İqtisadi\nMəhkəmənin 18 avqust 2017-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmiş, Sumqayıt\nApellyasiya Məhkəməsinin 11 yanvar 2018-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya\nşikayətindən imtinası qəbul edilərək apellyasiya icraatına xitam verilmiş, bununla da\nSumqayıt İnzibati-İqtisadi Məhkəmənin 18 avqust 2017-ci il tarixli qətnaməsi qanuni\nqüvvəyə minmişdir.\n54. Göründüyü kimi, bələdiyyə qəbul etdiyi qərarla bilavasitə öz mülkiyyətində olan\ntorpaq sahəsini \"xxxx\" MMC-yə icarəyə vermiş, sonuncu da iddiaçı ilə 31 oktyabr 2004-cü\nil tarixdə subicarə müqaviləsi bağlamışdır.\n\n55. İddiaçı da hazırda həmin müqavilə əsasında icarə hüquqlarının qeydə\nalınmasını tələb edir ki, cavabdeh inzibati orqan bu halda yalnız subicarə müqaviləsinin\nbağlanmasına bələdiyyənin razılığının olub-olmamasını qiymətləndirə bilərdi.\n56. İşin hallarından görünür ki, subicarə müqaviləsinin bağlanması zamanı\nbələdiyyənin buna razılıq verməsi barədə iş materiallarında sübut yoxdur. Lakin, bələdiyyə\ndaha sonra məhkəmədə iddia qaldıraraq digər tələblərlə yanaşı, həm də torpaq sahəsinin\nsubicarəyə verilməsi haqqında müqavilənin ləğv edilməisni tələb etmiş, bu zaman isə\nsubicarə müqaviləsinin bağlanmasına dair razılığın verilmədiyi dəlilinə istinad etməmiş,\nsubicarə müqaviləsinin müddəti, icarə haqqı və digər əsaslara istinad etmişdir. Sumqayıt\nİnzibati-İqtisadi Məhkəmənin 18 avqust 2017-ci il tarixli qətnaməsi ilə həmin tələb rədd\nedilmiş, daha sonra bələdiyyə verdiyi apellyasiya şikayətindən imtina etmiş, beləliklə,\nsubicarə müqaviləsinin etibarlılığı məhkəmə qaydasında təsdiq edilmişdir. Subicarə\nmüqaviləsinin qanuniliyini tanıyan məhkəmə aktı qanuni qüvvədə olduğundan, bu vəziyyət\nişin xüsusi halları baxımından subicarə müqaviləsinin bağlanmasına bələdiyyənin\nrazılığının olmasına dair qanunvericinin tələbini istisna edir.\n57. Qeyd edilənlərə əsasən, cavabdeh reyestr orqanının icarə hüquqlarının qeydə\nalınmasından imtinasının qanuni əsası yoxdur. Əlavə olaraq, cavabdehin “Daşınmaz\nəmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.3-cü maddəsi baxımından yalnız notariat\nqaydasında təsdiq edilmiş müqavilələrin daşınmaz əmlak üzərində hüquqların əmələ\ngəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam\nverilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunmasına dair dəlili ilə bağlı isə qeyd\nolunmalıdır ki, həmin maddədə, o cümlədən MM-nin eyni məzmunlu 139-1.1.3-cü\nmaddəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr dedikdə, qanunvericilikdə\nnotarial təsdiqlənməsi forma şərti baxımından məcburi olan müqavilərdən söhbət gedir.\nMülki Məcəllə ilə tərəflərin üzərinə notarial qaydada bağlanmasına dair imperativ göstəriş\nqoyulmamış müqavilələrin notariat qaydasında təsdiqlənməsini tələb etmək qanunvericilik\nnormalarına ziddir.\n58. Yuxarıda şərh edilənlərə əsasən, məhkəmə kollegiyası\nQƏRARA ALDİ:\nCavabdehin kassasiya şikayəti təmin edilməsin.\nSumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2022-ci il\ntarixli 2-1(105)-49/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.\nQərar qətidir.\n\nİddiaçı \"xxxx\" MMC-nin\ncavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin\n5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə\n(№ 2-1(102)-763/2022)\nhakim İlqar Hüseynovun\nXÜSUSİ RƏYİ\nDaşınmaz əmlaka dair icarə müqaviləsi ilə ötürülən hüquqların əşya hüququna\naid olmadığına, Mülki Məcəllədə icarə müqaviləsinin forma şərti ilə bağlı imperativ\nnormanın mövcud olmadığına və Mülki Məcəllənin 144.1 -ci maddəsinin icarə\nmüqaviləsinə münasibətdə tətbiq oluna bilmədiyinə, bu əsasla Sumqayıt Apellyasiya\nMəhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2022 -ci il tarixli 2-1(105) -49/2022\nnömrəli qərarı dəyişdirilmədən saxlanılmasına dair həmkarlarımın qənaəti ilə\naşağıdakı səbəblərə görə razı deyiləm.\nİlk növbədə, qeyd olunmalıdır ki, hazırkı işdə mübahisə daşınmaz əmlaka dair\nicarə müqaviləsinin tərəfləri arasında deyil, iddiaçı hüquqi şəxslə daşınmaz əmlak\nüzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının\n(yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatını aparan inzibati orqan\narasındadır. Bu hüquqların dövlət reyestrində qeydə alınması şərtləri və qaydaları\n“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla müəyyən edilir.\n“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə\nəsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı\nAzərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka\nhüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına\nkeçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq\nedilməsi barədə hüquqi aktdır.\nNormanın məzmunundan göründüyü kimi, daşınmaz əmlaka mülkiyyət və digər\nəşya hüquqlarının dövlət qeydiyyatı məhz Mülki Məcəlləyə uyğun olaraq əmələ gələn,\nməhdudlaşdırılan, başqasına keçən və xitam verilən hüquqların tanınmasını və\ntəsdiqini nəzərdə tutur.\nMülki Məcəllənin 144.1 -ci maddəsi isə qeyd -şərtsiz olaraq tələb edir ki,\ndaşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında\nmüqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya\nqanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər\nvəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və\nmüqavilənin qanunauyğunluğunu yoxlamalıdır. \nÖz növbəsində, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət\nreyestrində qeydə alınması əsaslarını və qaydalarını müəyyən edən “Daşınmaz\nəmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.3 -cü maddəsi isə daşınmaz\nəmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin,\nməhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün\nməhz daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələri\ntanıyır.\nMülki Məcəllənin 144.1 -ci maddəsinin və “Daşınmaz əmlakın dövlət reyestri\nhaqqında” Qanunun 8.0.3 -cü maddəsinin tələbləri təmin olunmadığı halda, cavabdeh\nqeydiyyat orqanının üzərinə iddia olunan hazırkı məzmunda öhdəlik qoyula bilməz.\nİcarəçinin əşyadan istifadə hüququnun əşya hüququ olmadığına dair qənaət də\nəsaslı deyil və heç bir hüquq normasına əsaslanmır. Əksinə, Mülki Məcəllənin 158.1,\n158.1.2 -ci maddələrinin tələbinə görə, mülkiyyət hüququ ilə yanaşı “əmlakdan istifadə\nhüququ” da əmlak hüququ sayılır.\n\nHazırkı işdə \"xxxx\" MMC müqavilədə göstərilən torpaq sahəsi üzərində istifadə\nhüququnu Ləcət bələdiyyəsinin qərarı və sonuncu ilə bağlanmış icarə müqaviləsinə\nəsasən əldə etmiş, bu hüquq dövlət qeydiyyatına alınmış və \"xxxx\" MMC -nin adına\n“T orpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamə verilmişdir.\nÖz növbəsində \"xxxx\" MMC torpaqdan istifadə hüququ (əmlak hüququ)\nüzərində sərəncam verərək onu subicarə müqaviləsinə əsasən başqasına - hazırkı iş\nüzrə iddiaçıya keçirmişdir.\nBu sərəncam vermə barədə müqavilə isə notariatda təsdiq edilməli idi.\nBeləliklə, cavabdehin imtinası Mülki Məcəllənin 144.1 -ci maddəsinin və\n“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.3 -cü maddəsinin\ntələblərinə uyğun olduğundan, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv\nedilməli, iddia rədd edilməli idi.",
      "url": "file:///C:/Users/TechEvo%20Computers/Downloads/3ulduz/9_763%2B24.05.2022.pdf",
      "local_file": "024_5666c94cfb.pdf",
      "local_text_file": "024_2-1(102)-763_2022.txt",
      "content_type": "application/pdf"
    },
    {
      "menbe": "Ali Məhkəmənin üç ulduzlu qərarları",
      "akt_novu": "Üç ulduzlu qərar",
      "tarix": "2023-04-11",
      "basliq": "2-1(102)-895/2023",
      "is_nomresi": "2-1(102)-895/2023",
      "movzu": "",
      "metn": "Azərbaycan Respublikası adından\nQƏRAR\nBakı şəhəri İş № 2-1(102)-895/2023 11.04.2023\nALİ MƏHKƏMƏ\nAzərbaycan Respublikası adından\nAzərbaycan Respublikası\nAli Məhkəməsinin İnzibati Kollegiyasının\nİddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi\nFilialının Cavabdeh qarşı (ilkin iddia)\nİddiaçı Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat\nüzrə Mərkəzi Filialına qarşı (qarşılıqlı iddia)\niş üzrə\nQ Ə R A R İ\n(Açar sözlər: artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması barədə\nqərarının ləğv edilməsi; əmək pensiyasının bərpa edilməsi)\nAzərbaycan Respublikası\nAli Məhkəməsinin İnzibati Kollegiyası\n\nHakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə\nRahib Sahib oğlundan ibarət tərkibdə,\nİddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi\nFilialının Cavabdeh qarşı “artıq alınmış pensiya məbləğinin qaytarılması” tələbinə dair ilk,\niddiaçı Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi\nFilialına qarşı “əmək pensiyasının bərpa edilməsi və s.” tələbinə dair qarşılıqlı iddia\nərizəsinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24\nnoyabr 2022-ci il tarixli, 2-1(103)-3108/2022 nömrəli qərarından ilk iddia tələbi üzrə iddiaçı\ntərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında\nbaxaraq aşağıdakı qərarı qəbul etdi.\nİŞİN HALLARİ\n1. Cavabdeh xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası\ntəyin edilmişdir.\n2. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının **********6 nömrəli\narayışına əsasən Cavabdeh ödənilən güzəştli şərtlərlə əmək pensiyası 30 noyabr 2020-ci\nil tarixdə dayandırılmışdır.\n3. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən Cavabdeh\nmünasibətdə “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2021-ci il tarixli\n**********6 nömrəli qərar qəbul edilmişdir.\n4. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli,\n**********5 nömrəli məktubu ilə Cavabdeh Şadı oğluna bildirilmişdir ki, təyin edilmiş\npensiya faktiki olaraq dayandırılmışdır və buna səbəb kimi aparılan araşdırma zamanı\nCavabdeh güzəştli şərtlərlə pensiya hüququnun olmadığının müəyyən edilməsi\ngöstərilmişdir.\nİŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ\na) birinci instansiya məhkəməsində icraat\nİlk iddia üzrə:\n5. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının cavabdeh Qaçayev\nŞadı oğluna qarşı “artıq ödənilmiş pensiya məbləğinin qaytarılması” tələbinə dair iddia\nərizəsi ilə məhkəməyə müraciət etmişdir.\n6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehə pensiya təyin edilərkən\ntəqdim olunmuş sənədlərdə qeyd edilən məlumatara əsasən onun xx.xx.1985-xx.xx.2001-\nci il tarixləri arasındakı dövr ərzində “Bakı məişət kondisionerləri Zavodu”nun yığma\nsexində lehimləyici peşəsində işlədiyi müəyyən olunduğunu bildirmişdir. Göründüyü kimi\nCavabdeh işlədiyi peşə Siyahıda nəzərdə tutulmamışdır. Bundan başqa, əmək stajının\ndəqiqləşdirilməsi ilə bağlı Fondun aidiyyəti mütəxəssisləri tərəfindən yerində baxış\nkeçirilərkən onun yalnız xx.xx.1978-xx.xx.1985-ci il tarixləri arasındaki dövr ərzində işlədiyi\nqaynaqçı peşəsi əmək pensiyası hüququ verən zərərli peşələrə aid edildiyi aşkar\nedilmişdir. Qeyd oluan faktlar \"xxxx\" ASC-nin xx.xx.2020-ci il tarixli akt ilə təsdiq edilmişdir.\nBuna görə də Cavabdeh güzəştli iş stajı 12 il 06 aydan az (06 il 08 ay 06 gün) təşkil edir.\nGöstərilən uyğunsuzluğa baxmayaraq, cavabdehə xx.xx.2014-cü il tarixdən\nqanunvericiliyə zidd olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin\nedilmişdir. Qeyd olunanlara əsasən Cavabdeh xx.xx.2014-xx.xx.2020-ci il tarixləri\narasındaki dövr ərzində ümumilikdə 14.393,62 manat artıq pul vəsaitinin ödənildiyi\nmüəyyən edilmişdir.\n7. Cavabdeh iddia tələbinə dair yazılı etiraz verərək iddia tələbinin rədd\nolunmasını xahiş etmiş əlavə olaraq bildirmişdir ki, onun əmək fəaliyyəti 19 yaşında, 1975-\nci ilin sentyabr ayından başlamış, xx.xx.2001-ci il tarixinədək, yəni 24 il 9 ay “Bakı məişət\nkondisenerləri” zavodunda “kondisenerlərin yığma sexində”, “qaynaqçı” peşəsində\n\nişləmişdir. İşin xüsusiyyətləri əvvəlki qaydada saxlanılsa da, yalnız son illər işlədiyi\n“qaynaqçı” peşəsinin adı dəyişdirilərək “lehimləyici” peşəsi kimi adlandırılmışdır. Bakı\nməişət kondiseneri” ASC-nin xx.xx.2020-ci il tarixli “AKT”ında da, səhvən Cavabdeh\nxx.xx.1978-ci il tarixdən xx.xx.2001-ci il tarixədək, “Bakı məişət kondisenerləri” zavodunda\nişlədiyi qeyd edilsə də, iddiaçı tərəfindən verilən iddia ərizəsində araşdırma zamanı vaxtilə\npensiya təyin edilərkən təqdim olunmuş sənədlərdə qeyd edilən məlumatlara əsasən guya\nCavabdeh xx.xx.1985-xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində ““Bakı məişət\nkondisenerləri zavodu”nun yığma sexində “lehimləyici” peşəsində işləməsinin müəyyən\nolunması göstərilmişdir.\nQarşılıqlı iddia üzrə:\n8. İddiaçı Cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı qarşı\niddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə\nmüraciət edərək əmək pensiyasının dayandırılması barədə xx.xx.2021-ci il tarixli qərarın\nləğv edilməsi və pensiyanın dayandırıldığı tarixdən, yəni xx.xx.2020-ci il tarixdən bərpa\nedilməsinin cavabdehı həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.\n9. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, onun güzəştli şərtlərlə yaşa görə əmək\npensiyasının dayandırılması üçün hər hansı bir əsas müəyyən edilməmişdir. Belə ki, o,\nxx.xx.1978-xx.xx.1985-ci il tarixdə qaz qaynaqçısı, xx.xx.1985-ci il tarixdən lehimləyici\npeşəsində işləmişdir ki, həm peşələr zərərli peşələrə aid edilir.\nbirinci instansiya məhkəməsinin gəldiyi nəticə:\n10. Bakı İnzibati Məhkəməsinin 26 aprel 2022-ci il tarixli 2-1(112)-1510/2022\nnömrəli qərarı ilə (hakim O.X.Həsənov) iddiaçı DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə\nMərkəzi Filialı Cavabdeh qarşı “artıq alınmış pensiya məbləğinin qaytarılması” tələbinə\ndair ilkin iddiası rədd edilmiş, iddiaçı Cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə\nMərkəzi Filialına qarşı “əmək pensiyasının bərpa edilməsi” tələbinə dair qarşılıqlı iddiası\ntəmin edilmişdir. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək\npensiyasının dayandırılması haqqında” xx.xx.2021-ci il tarixli **********6 nömrəli qərarı ləğv\nedilərək, Cavabdeh güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının\ndayandırıldığı tarixdən, yəni 30 noyabr 2020-ci il tarixdən bərpa edilməsi DSMF-nin Xüsusi\nŞərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir.\n11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, əmək pensiyasının təyin\nedilməsi barədə qərar qanunsuz hesab edilsə belə, həmin qərarın qeyd olunan halda\nqanunsuz və əlverişli xarakterə malik olması inzibati orqan tərəfindən hazırkı iddianın\nverilməsinə və həmin iddianın təmin edilməsinə əsas vermir. Belə ki, şəxsin etimad\nhüququ qanunla qorunur və ona istinad edilməsini istisna edən hər hansı bir hal mövcud\ndeyil. İnzibati orqanın ehtimal olunan səhv hesablaması və ya pensiyanı səhv təyin etməsi\netimad hüququ qorunduğu müddətdə cavabdehdən pul məbləğinin geri tələb edilməsini\nistisna edir .\n12. Məhkəmə Cavabdeh güzəştli iş stajı ilə bağlı məsələyə münasibətdə bildirmişdir\nki, DSMF Cavabdeh güzəştli iş stajı ilə bağlı şərtin ödənilmədiyini iddia edərkən, onun\nxx.xx.1985-xx.xx.2001- ci il tarixləri arasındaki dövr ərzində “Bakı məişət kondisionerləri\nZavodu”nun yığma sexində işlədiyi lehimləyici peşəsinin “Güzəştli şərtlərlə yaşa görə\nəmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin\nsiyahısı”nda nəzərdə tutulmuş peşəyə uyğun olmadığını əsas gətirmişdir. Halbuki,\niddiaçının işlədiyi peşənin Siyahıda nəzərdə tutulmuş peşəyə uyğunluğu “Bakı məişət\nkondisionerləri Zavodu” tərəfindən təqdim olunmuş sorğuya cavab məktublarında öz\ntəsdiqi tapmışdır.\n13. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı həmin qərardan\napellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və ilkin iddia tələbinin təmin\nolunmasını xahiş etmişdir.\nb) apellyasiya instansiyası məhkəməsində icraat\n\n14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2022-ci il\ntarixli, 2-1(103)-3108/2022 nömrəli qərarı ilə (hakimlər: A.Ə.Hüseyn - sədrlik edən və\nməruzəçi, S.İ.Bəktaşi və A.S.Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, birinci\ninstansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.\n15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi\nmövqeyi ilə razılaşmışdır.\n16. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı həmin qərardan\nkassasiya şikayəti verərək qərarın ləğv edilməsini və ilkin iddianın təmin edilməsi barədə\nqərar qəbul olunmasını xahiş etmişdir.\nKASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ\na) kassasiya şikayətinin dəlilləri:\n17. Kassasiya şikayəti pensiyanın dayandırılması haqqında məktuba və iddia\nərizəsinə uyğun tərtib etmiş, əlavə olaraq Azərbaycan Respublikasının Ali Məhkəməsinin\n18 noyabr və 13 dekabr 2020-ci il tarixli icmal məktubuna, “Əmək pensiyaları haqqında”\nQanunun 9-cu maddəsinə istinad edərək apellyasiya instansiyası məhkəməsi tərəfindən\nmaddi və prosessual hüquq normalarının pozulduğunu bildirmişdir.\nb) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:\n18. Kassasiya şikayətinə dair etiraz təqdim edilməmişdir.\nTƏTBİQ EDİLƏN HÜQUQ\n19. “İnzibati icraat haqqında” Qanun:\nMaddə 1. Qanunun müəyyən etdiyi qaydalar\n1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə\nbağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini\nvə prosedur qaydalarını müəyyən edir.\n1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə\nmünasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.\nMaddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar\n2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir:\n...\n2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan\nmüəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və\nünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan\nqərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir;\n...\n2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati\norqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və\nya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar\ntərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən\nfəaliyyət;\n...\n2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı\nmünasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam;\n...\nMaddə 13. Etimad hüququnun qorunması prinsipi\n13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı\nqanunla qorunur.\n...\n\nMaddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı\n21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat\nbarədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını\ntəmin etməlidir.\n21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən\nəvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin\nişlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların\nnümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə\nbocludur.\n...\nMaddə 24. İşin hallarının obyektiv araşdırılması\n24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb\nedən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.\n24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və\nnəzərə alınmasından imtina edə bilməz.\n24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti\nvəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən\nedilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.\n...\nMaddə 67. Qanunsuz inzibati aktın ləğv olunması\n67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya\nmaddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul\nedilmiş inzibati akt qanunsuz sayılır.\n67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya\nbaxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna\nbilər.\n67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan\nRespublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz\nəlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi\nnəticələri aradan qaldırır.\n67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş\nməhdudiyyətlər daxilində ləğv oluna bilər.\n67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla\nqorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına,\ndövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə\nmünasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya\nbelə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv\nolunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya\nəmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya\nonları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs\netimadın qanunla qorunması hüququna malikdir.\n67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə\nbilməz:\n67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail\nolduqda;\n67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə\ninzibati aktın qəbul edilməsinə nail olduqda;\n67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində\nbilmədiyi halda.\n67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati\nakt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış\n\nhüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya\nistifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan\nRespublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq\nmüəyyən edilir.\n...\n20. İnzibati Prosessual Məcəlləsi:\nMaddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının\nhədləri\nAli Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya\ninstansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq\nedilməsini yoxlayır.\nMaddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər\n94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1\nay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və\n132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya\ninstansiyası məhkəməsi vasitəsi ilə verilir.\n94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə\nməlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.\n...\n94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.\nMaddə 96. Ali Məhkəmədə icraat\n...\n96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında\nbaxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin\nedilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə\nqərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.\n...\n96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar\nqəbul edir.\n96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını)\ndəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən)\nyeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara\nqarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.\n...\nMaddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı\n98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.\nKASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ\n21. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada\nəsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, hazırkı şikayət\nkassasiya mümkün hesab edilmişdir.\n22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi\nüçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq\nyoxlanılacaqdır.\nKASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ\n23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi\ntərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş,\nhabelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq\n\nolunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya\ndəyişdirilməsi üçün əsas yoxdur.\n24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı\ninstansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi\nməsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid\nmüvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa\nİnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).\n25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri\nmahiyyətcə, iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla\neynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan\nhəddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və\nhərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı\napellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.\n26. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual\nqanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla\nqiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş\nhəmin məsələləri təkrarlamağa lüzum qalmır.\n27. Qeyd edilməlidir ki, birdəfəlik və ya mütəmadi pul ödəmələrinin, o cümlədən\nartıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına\nbağlı olmadığı hallarda, inzibat icraat hüququnun müddəaları baxımından şəxsin əmlak\nvəziyyəti qorunmağa layiqdir. Bu zaman həmçinin şəxsin ona ödənilmiş pul vəsaitlərini\nxərclədiyi və buna görə də həmin vəsaiti qaytarmaq iqtidarında olmadığı və ya onu\nqaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda həmin şəxsin etimad\nhüququnun qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin\nvicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində\nqanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin\nməsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin\nüzərinə qoyulması demək olardı.\n28. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və\nmübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı\nməlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri\nbaxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki\ninzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və\nya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu\nzaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun\nmövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat\nhaqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından\nyoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın\nləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə\nqərar (inzibati akt) qəbul etməyə haqlıdır.\n29. Eyni zamanda təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt\nqanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən\nəsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və\nya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını\nqərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə\nolunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati\norqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə\nnəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.\n30. Qeyd edilən qayda artıq ödənilmiş əmək pensiyası məbləğinin şəxsdən geri\ntələb olunması ilə bağlı hallara da tam şəkildə tətbiq olunur. Nəzərə almaq lazımdır ki,\nşəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak\nhüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, inzibati orqan həmin pensiyanın təyin\nolunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat\nçərçivəsində pensiyanın artıq ödənilib-ödənilməməsini və bunun səbəblərini müəyyən\n\netməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və “İnzibati icraat haqqında”\nQanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından həmin\nməbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra şəxsin\nrazılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə\nhaqlı sayılmalıdır.\n31. Həmçinin qeyd edilməlidir ki, iddiaçıdan asılı olmayan hallar nəticəsində\ncavabdehin səhv etməsi iddiaçıdan artıq ödənişin tutulmasına əsas yarada bilməz.\nMəhkəmə araşdırması nəticəsində rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif\nolunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə kimi vasitələrlə iddiaçının öz\npensiya məbləğinə müdaxilə etməsi müəyyən edilməmişdir. Eləcə də, işin hallarına görə,\ninzibati aktın qanunsuz olduğunu bilməsi və ya bilməli olmasının iddiaçıdan gözlənilməsi\nməntiqsiz olar.\n32. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, pensiya təyini və səhv\nhesablamalarla bağlı cavabdehin hərəkətləri, qəbul edilmiş qərar və sərəncamları\nqanunsuz hesab edilsə belə, həmin hərəkətlər iddiaçı üçün daha artıq ödənişlərin həyata\nkeçirilməsi ilə nəticələndiyindən, yəni onun üçün əlverişli xarakterə malik olduğundan\npulun geri qaytarılması əsası da mövcud olmayacaqdır. “İnzibati icraat haqqında”\nqanunvericiliyin tələbindən də göründüyü kimi, maraqlı şəxsin etimad hüququna istinadı\nistisna edilmirsə, əlverişli inzibati akt qanunsuz inzibati akt hesab edilsə belə, onun hüquqi\nnəticələrinin aradan qaldırılmasından söhbət gedə bilməz. Odur ki, cavabdehin “artıq\nödənilmiş pensiya məbləğinin geri qaytarılması barədə” tələbinin rədd edilməsi barədə\naşağı instansiya məhkəmələrinin mövqeyi düzgün olmuşdur.\n33. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq\nnormalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin\nhüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Odur ki, apellyasiya\nməhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmadığından qərar\ndəyişdirilmədən qüvvədə saxlanılmalı, şikayət təmin edilməməlidir.\n34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası\nQƏRARA ALDİ:\nDSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının kassasiya şikayəti təmin\nedilməsin.\nBakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2022-ci il tarixli, 2-\n1(103)-3108/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.\nQərar qətidir.",
      "url": "file:///C:/Users/TechEvo%20Computers/Downloads/3ulduz/9_895%2B11.04.2023.pdf",
      "local_file": "025_ad0f1d96be.pdf",
      "local_text_file": "025_2-1(102)-895_2023.txt",
      "content_type": "application/pdf"
    },
    {
      "menbe": "Ali Məhkəmənin üç ulduzlu qərarları",
      "akt_novu": "Üç ulduzlu qərar",
      "tarix": "2018-04-23",
      "basliq": "EO-1269VK-40794_26.pdf",
      "is_nomresi": "",
      "movzu": "",
      "metn": "Azərbaycan Respublikası Vəkillər Kollegiyası\nRəyasət Heyətinin 23.04.2018-ci il tarixli\nqərarı ilə təsdiq edilmişdir.\nAZƏRBAYCAN RESPUBLİKASININ VƏKİLLƏR KOLLEGİYASI\nELEKTRON VƏKİL ORDERİ № EO-1269VK-40794/26\nTarix: 14.08.2026\nVəkil qurumu (fərdi qaydada fəaliyyət göstərən vəkil): Femida Vəkil Bürosu\nMüqavilənin tarixi: 14-08-2026 Müqavilə № EM-1269VK-51142/26\nVəkil: Əhmədov Ayazbəy Qabiliyyət oğlu (Vəkillik vəsiqəsi № VK-1269)\nHüquqi yardım göstərilən şəxs: \"RADİUS AZERBAİJAN\" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ\nVəkilə həvalə edilən tapşırığın mahiyyəti : apellyasiya şikayətinin verilməsi\nTapşırığın yerinə yetirilməsi nəzərdə tutulan orqan, təşkilat: Bakı Apellyasiya Məhkəməsi\nSənədi elektron imzalayan şəxsin vəzifəsi, adı və soyadı:\nVəkil qurumunun rəhbəri Məmmədov Pənah Murad oğlu imzaladı – 14-08-26 17:01:12\nVəkil Əhmədov Ayazbəy Qabiliyyət oğlu imzaladı – 14-08-2026 16:14:13\nVəkil qurumunun adı: Femida Vəkil Bürosu\nSənədin elektron yüklənmə ünvanı:\nhttps://barassociation.az/rest-contracts/qr?key=02e08d05f65713224608bbeb70bf56d31cb917c20516a0cc0e0f\n88cf5f48efbc\nQeyd: «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü\nmaddəsinə əsasən elektron imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Elektron imza şəxsin\nkağız daşıyıcı üzərindəki möhürlə təsdiq edilmiş əl imzasına bərabər tutulur.",
      "url": "file:///C:/Users/TechEvo%20Computers/Downloads/3ulduz/EO-1269VK-40794_26.pdf",
      "local_file": "026_49a4251012.pdf",
      "local_text_file": "026_EO-1269VK-40794_26.pdf.txt",
      "content_type": "application/pdf"
    }
  ],
  "errors": []
}